Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

122

çoxsaylı  iclaslarının  keçirilməsi  mövqelərin  yaxınlaş­

masına səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaş­

maya gətirib çıxarmamışdır.

Xəzər  dənizinin  hüquqi  statusunun  müəyyən 

edilməsi  üçün  ilk  öncə  bu  su  hövzəsinin  “dəniz”, 

yoxsa  “göl”  olması  barədə  ümumi  razılıq  əldə  olun­

malıdır.  Çox  əfsuslar  ki,  bəzi  Xəzəryanı  ölkələr  öz 

geosiyasi  və  iqtisadi  maraqlarını  əsas  tutaraq  beynəl­

xalq  hüquq  normalarına  hələ  də  məhəl  qoymur  və 

statusun  onlara  sərf  edən  şəkildə  qəbul  olunması 

üçün region ölkələrinə müxtəlif təzyiqlər göstərirlər.

Xəzəryanı  dövlətlər arasında  aparılan  danışıqlarda 

ölkələrin  mövqeləri  tədricən  dəyişməkdədir.  Pozitiv 

istiqamətdə dəyişiklik ilk öncə  Rusiyanın mövqeyin­

də özünü  büruzə verir.

1998-ci  ildə  Rusiya  tərəfi  Volqa  nəqliyyat xətləri­

nin  Azərbaycan  istiqamətində  4  ildən  bəri  davam 

edən  blokadasına son qoydu.  Rusiyanın  irəli sürdüyü 

və İranın  dəstəklədiyi  dəniz  sahilinin  10,  15  və  hətta 

45  millik ərazi  su  zonalarına  ayrılması  təklifləri  digər 

Xəzəryanı  dövlətlər  tərəfindən  qəbul  olunmamışdır. 

Əks təqdirdə aydındır ki, qalan su akvatoriyası və ora­

dakı  təbii  sərvətlər  ümumi  sayılacaqdı.  Nəzərə  alsaq 

ki əsas neft-qaz ehtiyatları Azərbaycan, Qazaxıstan və 

Türkmənistanın  şelf  zonalarında  yayılmışdır,  onda 

Rusiya  ilə  İranın  bu  məsələdə  maraqlarının  üst-üstə 

düşməsi  təəccüb doğurmur.

Xəzərin  statusu  ilə  bağlı  Rusiyanın  siyasətinin za­

hirən  dəyişməsinə  baxmayaraq,  mahiyyətcə  onlar re­

al  vəziyyəti  düzgün  qiymətləndirərək  öz  maraqlarını 

qorumağa  nail  olmuşlar.  Bu,  ilk növbədə Xəzər dəni­

zinin  təkinin  bölünməsi haqqında  1998-ci  ildə Qaza­

xıstanla və 2002-ci  ildə Azərbaycanla müvafiq razılaş­

maların  imzalanmasıdır.  Razılaşmaya  əsasən,  Xəzər 

dənizinin  dibi  orta  xətt  prinsipinə  uyğun  olaraq  bö­

lünmüşdür.  Maraqlıdır  ki,  Rusiya  hər  iki  dövlətlə 

həmsərhəd  bölgədə  aşkar olunmuş  yataqlarda  (Azər­

baycanla -  Yalama  yatağı,  Qazaxıstanla -   Kurmanqa- 

zı,  Sentralnoye  və  Xvalınskoye)  şərik  tərəf  kimi 

(50:50 payla) iştirakını  təmin etmişdir.

Digər  maraq  doğuran  məsələ  isə  bu  razılaşmalar 

əldə  olunduqdan  sonra  Rusiyanın  15  millik  ərazi  su 

zonalarının  yaradılmasının  əleyhinə  çıxış  etməsidir.

nəzərə çarpır:

6  dənizin təki orta xətt prinsipinə uyğun bölünmə­

li,  lakin su hövzəsi ümumi olaraq qalmalıdır.  İm­

zalanmış sazişlər əsasında Rusiya Azərbaycanla 

və Qazaxıstanla dənizin dibini özlərinə aid hissə­

lərdə bölüşdürmüşlər.  Su hövzəsi isə hələ ki  de- 

fakto ümumi olaraq qalır.  Digər Xəzəryanı ölkə­

lər arasında bu məsələdə yaranmış anlaşılmazlıq­

ları isə Rusiya sanki müşahidə edir;

4  Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırıl­

ması məsələsində dövlətlərarası əlaqələrin inkişa­

fını dəstəkləyən Rusiya tərəfi realıqda isə hələ ki 

nəticəverəsi tədbirlər həyata keçirə bilmir;

4

 

Rusiya özünün siyasi və  iqtisadi maraqları nami­



nə Xəzərdə sualtı boruların inşasının əleyhinə 

çıxış edir.

Azərbaycan  Xəzəryanı 

regionda yeganə dövlətdir 

ki, Xəzər dənizinin hüqu­

qi  statusu  ilə  bağlı  1993- 

cü  ildən  etibarən  beynəl­

xalq  hüquq  normalarına 

uyğun  ardıcıl  siyasət  hə­

yata keçirməkdədir.

Dənizin  hüquqi statu­

su  onun  göl  olmasının 

Xəzəryanı  dövlətlər  tərə­

findən rəsmi təsdiqini tə­

ləb  edir.  Coğrafiya  alə­

mində qəbul  olunmuş  el­

mi təsnifata görə, “Dünya 

okeanına təbii çıxışı olmayan su  hövzəsi”  göl adlandı­

rılır.  Təəccüblü  də  olsa,  bəzi  Xəzəryanı  dövlətlər be­

lə  danılmaz  faktı  inkar  edərək  Xəzərə  qapalı  dəniz, 

daxili  su  hövzəsi və digər adlar verməklə onun hüqu­

qi  statusunu  öz  mənafelərinə  uyğun  formalaşdırmaq 

niyyətində  idilər.  Baş  verən  sonrakı  proseslər göstər­

di ki,  bu cəhdlər uğursuz olmuşdur.

Buna  15  millik  zonanın  mühafizəsi  üçün  Qazaxıstan 

tərəfinin  hərbi  dəniz  qüvvələri  yaradacağı  ilə  əlaqə­

dar yaranan narahatlıq səbəb olmuşdur.

2004-cü  ilin  sonuna  Rusiyanın  Xəzərin  statusuna 

dair  siyasətində  bir  neçə  məqam  çox  aydın  şəkildə



П

 

Qonşu dövlətlərin siyasi təzyiqlərinin artdığı bir mə­



qamda Azərbaycan mütəxəssislərinin müxtəlif səviyyə­

li müşavirələrdə bu məsələ ilə bağlı mövqeyimizi lazım 

gələrsə,  Beynəlxalq  Məhkəmə  səviyyəsində  müdafiə 

etməyə hazır olmağımız haqda bəyanatları öz bəhrəsini 

verdi.  Belə  ki,  Rusiya  və  İran  tərəfləri  bu  məsələnin 

yalnız Xəzəryanı  dövlətlər arasında  müzakirə  edilməsi 

təklifini  irəli  sürməyə  başladılar.  Rusiya  və  İran  yaxşı 

bilirlər  ki,  Xəzərin  hüquqi  statusunun  beynəlxalq  sə­

viyyədə həll olunması onlara sərfəli deyil. Ona görə də 

sözügedən dövlətlər digər xarici ölkələrin bu məsələnin 

həlli prosesinə qarışmasının əleyhinədirlər.

Xəzər dənizinin orta x ə tt

 

2002-ci ildə Azərbaycanla Rusiya arasında Xəzərin 



prinsipi üzrə bölünməsi

 

dibinin  orta  xətt  prinsipinə  uyğun  olaraq  sektorlara



bölünməsi  razılaşdırıldı. 

Bu razılaşma Xəzərin sek­

torlara  bölünməsi  kimi 

çox mühüm və mürəkkəb 

bir problemin  həlli  istiqa­

mətində atılmış ilk uğurlu 

addım sayılmalıdır. Lakin, 

bununla  belə,  bağlanmış 

müqavilədə  dənizin  su 

akvatoriasının  bölünməsi 

məsələsi  həll  edilməmiş­

dir.  Bu  məsələdə  tərəflər 

arasında  fikir  ayrılığı  var­

dır.  Belə  ki,  Azərbaycan 

tərəfinin fikrincə, Xəzərin 

dibi  sektorlara  bölündüyü 

kimi,  su  hövzəsi  də  eyni 

dərəcədə  orta  xətt  üzrə 

bölünməlidir.  Ölkələrara- 

sı  danışıqlarda  qarşılıqlı 

kompromislər  müqavilə­

lərin  müvəffəqiyyətlə  hə­

yata  keçirilməsinə  şərait 

yaradır.  Odur  ki,  zənni- 

mizcə,  Azərbaycan  tərəfi 

müəyyən kompromisə ge­

dərək su  hövzəsinin ümu­

mi  olması  prinsipi  ilə  gə­

ləcəkdə razılaşacaq.

Azərbaycan  dənizdə  hər  dörd  Xəzəryanı  dövlətlə 

həmsərhəd  olduğu  üçün  Xəzərin  hüquqi  statusunun 

kompromis  əsasında  qəbul  edilməsi  xüsusi  əhəmiy­

yət kəsb  edir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  bu 

məsələdə Azərbaycan  dənizdə  hər bir  həmsərhəd  öl­

kə ilə öz mövqeyini ayrı-ayrılıqda razılaşdırmaq  məc­

buriyyətindədir.  Xəzəryanı  regionda  belə vəziyyətdə 

olan ikinci  bir dövlət yoxdur.

Xəzərin  hüquqi  statusu  probleminin  həllində  Qa­

zaxıstan tərəfinin mövqeyi Azərbaycan tərəfinin möv­

qeyi  ilə  əsasən  üst-üstə  düşür.  Xəzər  dənizinin  orta 

xətt prinsipi üzrə bölünməsində Qazaxıstan tərəfi  ha­

mıdan  çox  maraqlıdır.  Çünki  bu  halda  Qazaxıstanın 

payı Xəzərdə  başqa ölkələrin  hər birindən çox -  29% 

təşkil  edir.  Qazaxıstan yeganə  ölkədir  ki,  özü  ilə  hər 

üç həmsərhəd Xəzəryanı dövlətlə dənizdə sektorların 

sərhədlərini müəyyən etmiş və Azərbaycan, Rusiya və 

Türkmənistanla müvafiq razılaşmalar imzalanmışdır.

Dənizdə orta xətt üzrə sərhədlərin  müəyyən edil­

məsi Qazaxıstan tərəfini öz sektorunu və ərazi suları­

nı mühafizə məqsədi ilə hərbi dəniz donanması yarat­

maq  məcburiyyəti  qarşısında  qoymuşdur.  Qazaxısta­

nın bu istiqamətdə apardığı işlər ilk növbədə Rusiya­

nı  qıcıqlandırır.

Rusiya Xəzər dənizində güclü  hərbi  dəniz donan­

masına  malik olaraq digər Xəzəryanı  dövlətlərin  hər­

bi  dəniz  qüvvələrinin  artmasına  mənfi  yanaşır.  Özlə­

rinin  dominantlıq  etdiyi  dənizdə  yeni  yaranmış  Xə­

zəryanı  dövlətlərin  hərbi  dəniz  qüvvələrinin  forma­

laşması təbii bir proses kimi qəbul olunmalıdır.  Qeyd 

etmək  lazımdır ki,  hələ  1998-ci  ildə  Azərbaycan  rəh­

bərliyinin  irəli  sürdüyü  Xəzər  dənizinin  hərbiləşmə- 

dən  azad  olunması  təklifini  həm  Rusiya,  həm  də  di­

gər Xəzəryanı  dövlətlər cavabsız qoydu.

Xəzəryanı  ölkələrdən  -   Azərbaycan,  Rusiya  və 

Qazaxıstan  Xəzər  dənizinin  hüquqi  statusu  məsələ­

sində  kifayət  qədər  irəliləyiş  əldə  edərək  qarşılıqlı 

anlaşmalar  imzalamışlar.  Beynəlxalq  müşahidəçilərin 

fikrincə,  yalnız Türkmənistanın mövqeyi  bəzi hallar­

da anlaşılmazlığı ilə fərqlənir.

Türkmənistan  rəhbərliyi  hərdən  qısa  müddət  ər­

zində  bir-birinə  zidd  bəyanatlarla  çıxış  etmişdir.  Bu­

nun əsas səbəbi isə Xəzərin hüquqi statusu məsələsin-




126

də  Türkmənistanın  ardıcıl  siyasətinin  olmamasıdır. 

Bütövlükdə isə son illər Türkmənistan  da Xəzərin or­

ta xətt prinsipinə uyğun sektorlara bölünməsi tərəfda­

rıdır.  Lakin  Türkmənistanın  əsas  iddiaları  orta  xəttin 

müəyyən  edilməsi  prinsiplərinədir.  Bu  səbəbdən 

Türkmənistanla Azərbaycan arasında münasibətlər so­

yuqlaşmışdır.  Belə  ki,  Türkmənistanın  baxışına  görə, 

orta xətt üzərində yerləşən Kəpəz yatağı onun sektoru­

na  aiddir.  Eyni  dərəcədə  iddialar Azərbaycanın Azəri 

və Günəşli yataqları ilə bağlıdır. Əlbəttə, belə mübahi­

səli  məsələlər  yalnız  beynəlxalq  hüquq  normalarına 

uyğun və qarşılıqlı anlaşma əsasında həll oluna bilər.

Türkmənistanın  digər  mübahisəli  sahəsi  dənizdə 

iranla  həmsərhəd  Zarit  strukturudur.  Türkmənistan 

və  Rusiya  arasında  əldə olunmuş  razılaşmaya  əsasən, 

Cənubi  Xəzərdə  perspektivli  Zarit  yatağında  birgə 

kəşfiyyat  işlərinin  aparılması  nəzərdə  tutulmuşdur. 

Lakin İran tərəfi bu yatağın Türkmənistana aid olma­

sını  mübahisəli  hesab  edir.  Rusiya  və  Türkmənista­

nın İran  tərəfinə bu yatağı  birgə  istifadə etmək təkli­

finə sonuncu rədd cavabı vermişdir.

Xəzərin hüquqi  statusu  problemi ilə bağlı İran tə­

rəfi, yuxarıda qeyd olunduğu kimi, əksər hallarda heç 

bir kompromisə getmir.  Uzun müddət İran tərəfi Ru­

siyanın müttəfiqi kimi Xəzər dənizinin sektorlara bö­

lünməsinin  əleyhinə  çıxış  edirdi.  Lakin  Rusiyanın 

Qazaxıstan və Azərbaycanla dənizin  dibinin  sektorla­

ra bölünməsi haqda müqavilələr imzalaması İranın bu 

məsələdə tək qalması ilə nəticələndi.  Bu müqavilələ­

rin  imzalanmasını  İran  narazılıqla  qarşıladı,  hətta on­

ların  tanınmaması  haqda bəyanat da verdi.

Beynəlxalq  müqaviləyə  əsasən,  BP  şirkəti  2001-ci 

ilin  iyul  ayında  Alov  -  Şərq  -  Araz  yataqları  blokunda 

kəşfiyyat işlərinin aparılması üçün  “Geofızika-3” Azər­

baycan  gəmisindən  istifadə edirdi.  Azərbaycan sekto­

runda  yerləşən  sözügedən  yataqlara  İran  öz  iddiasını 

təsdiqləyərək  hərbi  hava  qüvvələrini  bu  sahəyə  yö­

nəltmiş  və  gəminin  buradan  getməsini  tələb  etmişdi, 

əks halda silahdan istifadə edəcəyi  ilə hədələmişdi.

İran  tərəfinin  bölgədə  özünün  hərbi  gücünü  “nü­

mayiş” etdirməsi, əlbəttə, regionda gərginliyin artma­

sına  səbəb  oldu.  Rəsmi  Bakı  Azərbaycanın  hava  mə­

kanını  pozan  İran  hərbi  təyyarələrinə qarşı  lazımi ca­

vab  veriləcəyini  bəyan  etdi.  Eyni  zamanda,  İranın 

Azərbaycana təzyiqi digər dövlətlər tərəfindən də ca­

vabsız qalmadı.

Son  illər İran  tərəfi  Xəzərin  5  bərabər  hissəyə  bö­

lünməsi  təklifi  ilə  çıxış  edir.  Digər Xəzəryanı  ölkələr 

bu  fikirlə razı  deyillər.  Bu  halda Türkmənistan Cənu­

bi Xəzərdəki perspektivli yataqlarını  “itirir”. İran tərə­

fi  öz təklifinin  absurdluğunu  anlayaraq  şüurlu surətdə 

belə  iddialarla  çıxış  edir.  Məqsəd  -   gələcək  kompro­

mislərdən kifayət qədər güzəştlər əldə etməkdir.

İran  tərəfinin  təklif etdiyi  “hər Xəzəryanı  ölkəyə 

dənizin  20%-i  ayrılsın”  prinsipinin  həm  metodoloji, 

həm  də  texniki  cəhətcə  həlli,  demək  olar  ki,  müm­

kün deyil. Çünki dəniz səviyyəsinin mütəmadi dəyiş­

məsi  və  sahil  xətlərinin  xeyli  girintili-çıxıntılı  olması 

hövzənin  bərabər  bölün­

məsi  üçün  akvatoriyada 

mərkəzi  nöqtənin  tapıl­

masını  mümkünsüz  edir.

Təbii  ki,  Xəzərin  hüquqi 

statusunda  irəliləyiş  əldə 

olunması  üçün  İran  tərəfi 

siyasətini  reallığa  və  ya­

ranmış  vəziyyətə  uyğun 

qurmalıdır.  Belə  ki,  bu 

məsələdə  Türkm ənistan 

digər Xəzəryanı  dövlətlər­

lə razılaşma əldə etsə, İran 

tərəfi  təcridolunmuş  və­

ziyyətdə  qala  bilər.  Dörd 

keçmiş  SSRİ  dövlətinin 

isə  Xəzərin  hüquqi  statu­

su  ilə  bağlı  ümumi  fikrə 

gəlməsi,  çox  güman  ki,

İranın  mövqeyində  dəyi­

şikliklərə  səbəb  ola  bilər.

Hər halda, böyük ehtimal­

la  qeyd  etmək  olar  ki,  bu 

şərait  bütövlükdə  Xəzər­

yanı  dövlətlər  arasında 

konsensusa  nail  olmaq 

üçün  mühüm  əhəmiyyət 



kəsb edəcəkdir.

Yüklə 0,83 Mb.


Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə