Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   2   3   4   5   6   7   8   9   ...   31

гг

Dağıstanın  neft  hasilatı  sənayesi  də  səviyyənin 

qalxması  nəticəsində  kifayət  qədər  zərər  çəkmişdir. 

Qayakənd,  Izberbaş və Acısu neft yataqları sahələrin­

də qrunt sularının səviyyəsinin qalxması ayrı-ayrı əra­

ziləri yararsız vəziyyətə salmışdır.

Dağıstan  sahillərində  abraziya  proseslərinin  güc­

lənməsi  xüsusən  rekreasiya  əhəmiyyətli  bölgələrə 

mənfi təsir göstərmişdir.  Burada sahil  ərazilərinin eni 

3 - 5   km-ə  qədər daralmışdır.  Məhz  bu  səbəbdən  çi­

mərlik  zolağının  çox hissəsi  suyun  altında  qalmış  və 

bu  da həmin yerlərin rekreasiya dəyərinin xeyli aşağı 

düşməsinə  gətirib  çıxarmışdır.  Son  5  il  ərzində  sahil 

bölgəsindəki müalicə-istirahət infrastrukturunun yal­

nız  7з hissəsi fəaliyyət göstərə bilir.

Dənizdə  suyun  səviyyəsinin  qalxması  Kalmıkiya 

Respublikasının  sahil  hissələrində  bataqlıqların  get­

dikcə  artmasına  səbəb  olmuşdur.  Nəticədə  sahilyanı 

ərazilərdəki otlaqlar korlanmış və onlar kənd  təsərrü­

fatı əhəmiyyətini itirmişlər. Bu  bölgədə digər təsərrü­

fat sahələri olmadığından səviyyə tərəddüdü  bir o qə­

dər də  narahatlıq  yaratmamışdır.

Azərbaycana  gəlincə  isə  dənizin  səviyyəsinin 

qalxması  təsərrüfatlara xeyli  ziyan  vurmuşdur.  Lakin

onlara dəymiş ziyan sahil­

yanı  ərazilərin nə dərəcə­

də  mənimsənilməsindən 

asılı  olaraq xeyli fərqli  ol­

muşdur. Səviyyə ildən-ilə 

durmadan qalxmış və  nə­

hayət,  800  km2 ərazini su 

basmışdır:  15,5  min  hek­

tar  otlaqlar,  1,2  min  hek­

tar üzümlüklər və 3,6 min 

hektar  əkin  sahələri  su­

yun  altında  qalmışdır. 

Təhlükə  zonasında  hələ 

də 250 sənaye obyekti,  10 

min  hektar suvarılan  sahə,  100  min  nəfərlik  rekreasi­

ya obyektləri və 50-yə yaxın yaşayış məntəqəsi  var.

Lənkəran  - Astara zonasını  daha çox su  basmışdır. 

Bölgənin, demək olar ki, bütün çimərlikləri suyun al­

tında  qalmışdır.  Dəniz  sahil  xəttindən  quruya  doğru 

300 -  500  metrə qədər irəliləmişdir.  Bəzi  yerlərdə sa­



23

hilyanı kommunikasiya sistemi (avtomagistral, dəmir­

yol  və  elektrik  xətləri)  subasmaya  məruz  qalmışdır. 

Suyun səviyyəsinin qalxması bu bölgənin balıq təsər­

rüfatına da  kifayət  qədər ziyan vurmuşdur.  Sahilyanı 

ərazilərdəki  yardımçı  təsərrüfat  binaları  yararsız  və­

ziyyətə düşmüşdür.  Belə  ki, Sarı adasının  1,5  min  sa­

kini  köçmək məcburiyyətində qalmış və ənənəvi  ya­

şayış  tərzini  dəyişməli  olmuşdur.  Daha  dəqiq  desək, 

səviyyənin  qalxması  böyük  həcmdə  iqtisadi  ziyan  və 

ciddi  ekoloji  gərginliklə  yanaşı,  sosial  problemlər  də 

yaratmışdır.

Qərb  sahillərinin  digər  bölgələrinə  olduğu  kimi, 

dənizin transqressiyası  Lənkəran - Astara və Abşeron 

sahilyanı  ərazilərinə  də  daha  çox  təsir  göstərmişdir. 

Həmin  ərazilərdə  abraziya  prosesləri  nəzərəçarpacaq 

dərəcədə  intensivləşmişdir.  Bu  isə  xüsusən  Abşeron 

sahillərinin quruluşunda  dəyişikliklərə  səbəb olmuş­

dur.  Eyni  zamanda,  sahilin  quru  hissəsindən  böyük 

həcmdə  balıqqulağının  daşınması  sahil  bölgələrinin 

həssaslığını  daha  da  artıraraq  onların  təbii  təzyiqlərə 

davamlılığını xeyli  azaltmışdır.

Sahilboyu  Abşerondan  cənuba  uzaqlaşdıqca  abra­

ziya prosesləri nəticəsində əmələ gəlmiş uçqun mate­

rialların  sahil  axınıyla  da­

şınması müşahidə olunur.

Nəticədə sahilin çıxış his­

səsindən  daşınan  materi­

allar əsasında akkumulya- 

siya  prosesi  sürətlənmiş 

və  laquna  tipli  sahillərin 

inkişafı  üçün  əlverişli  zə­

min  yaranmışdır.  Belə  la- 

qunaların  əmələ  gəlməsi 

Abşeron yarımadasının şi­

mal  sahillərinin  əvəzsiz 

çimərliklərinin  əhəmiy­

yətinin  aşağı  düşməsinə 

birbaşa təsir göstərmişdir.  Bəzi yerlərdə çimərliklərdə 

subasma zonasının eni 30 - 80 metr arasında tərəddüd 

edir.

Bakı buxtasında dəniz limanının, sahilyanı texniki 



xidmət  sahələrinin,  gəmi  təmiri  müəssisələrinin,  is­

tehsal  meydançalarının  və  paytaxtın  bəzəyi  olan  sa-




hilyanı parkın subasma nəticəsində yararsız vəziyyətə 

düşməsi onların bərpasına külli miqdarda vəsait ayrıl­

masını  tələb etmişdir.

Bakıda  su  altında  qalan  təhlükəli  zonalardan  biri 

də  şəhərin  cənub-qərbindəki  Bayıl  deyilən  sahədir. 

Xəzərin səviyyəsi qalxmağa başladıqdan sonra burada 

Bibiheybət  neft-qazçıxarma  idarəsinin  buruq  suları 

ilə  doldurulmuş  gölməcikləri  dənizə  sızırdı.  Bunun 

qarşısını  almaqçün  görülmüş  təcili  tədbirlər  ekoloji 

gərginliyi  indi  nisbətən  aradan  qaldırmışdır.  Lakin 

sürüşmə  təhlükəsi  də xeyli artmışdır.

1999-cu  ildə  Bakıda  baş  vermiş  sürüşmə  Bavılda 

yerləşmiş  yanacaqdoldurma  məntəqəsini  uçurmuş, 

Bakıdan  cənub  istiqamətinə  doğru  gedən  əsas  ma­

gistral  avtomobil  şosesini  dağıtmış,  gəmi  təmiri zavo­

dunun  istehsal  meydançalarını yararsız vəziyyətə sal­

mış  və  ətrafda  yerləşən  yaşayış  və  məişət  binalarına 

xeyli  ziyan  vurmuşdu.  Sürüşmədən  sonra  Bayılın  bu 

təhlükəli hissəsində miivafıq sahilbərkitmə işləri apa­

rılmışdır.

Subasma və bataqlaşma prosesi Azərbaycanın şimal 

sahillərində  də getmişdir.  Belə  ki,  bölgənin  kurort zo­

nası  kimi  tanınan  Nabranda  səviyyənin qalxması nəti­

cəsində  sahilin  ən  dar  hissəsində  avtomobil  yolunun 

bəzi  yerləri  və  çimərliklərin  bir  hissəsi  suyun  altında 

qalmış və yerində laqunalar əmələ gəlmişdir.

Giləzi - Yaşma sahil bölgəsində isə əsas dəyişiklik­

lər  sahillərdə  abraziya  proseslərinin  güclənməsi  ilə 

bağlıdır.  Burada  çimərlik  əhəmiyyətli  sahillərin  yu­

yulması  ilə yanaşı, yastı  sahil  terraslar bataqlıq vəziy­

yətinə  düşmüşdür.  Sahillərdə  ekoloji  vəziyyətin  po­

zulması,  əlbəttə,  onların  istirahət  baxımından cazibə- 

darlığına  mənfi  təsir  göstərir.  Nəticə  etibarilə  isə  bu 

yerlərdə  istirahət edənlərin  sayı  azalır.

Dənizin  səviyyəsinin  tərəddüdü  sahil  ərazilərin­

də təsərrüfata böyük ziyan vurmuşdur. Bu vəziyyətin 

gələcəkdə təkrar olunmaması  üçün sahil ərazilərində 

təsərrüfat  obyektləri  təşkil  edərkən  dəniz  səviyyəsi­

nin  mütəmadi  dəyişilməsini  mütləq nəzərə almaq la­

zımdır.


25

XƏZƏR  DƏNİZİNİN  TƏ

SƏRVƏTLƏRİ,  ONI

MƏNİMSƏNİLMƏSİ  və

.  




VƏZİYYƏTİN  DƏYIŞILM


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə