Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

həddə  çatdırılacaqdır.  Mütəxəssislərin  fikrinə  görə, 

bu  dövrdə  neft  hasilatı  yataqda  ildə  55  mln.  tona  ça- 

tacaqdır.

Xəzər  dənizinin  Azərbaycan  sektorunda  1999-cu 

ildə nəhəng Şahdəniz qaz-kondensant yatağının kəşf 

olunması dənizdə neft kəşfiyyatı işlərinin intensivləş­

məsinə  təkan  vermişdir.  Şahdəniz yatağı  Bakıdan  70 

km  aralıda -  cənub-şərqdə yerləşir.  Uzunluğu 30  km 

və eni  12 km olan bu yataq  suyun  100 - 500 metr də­

rinliyində yerləşir. Şahdənizlə yanaşı, dənizdəki digər 

perspektivli qaz yataqlarının mövcudluğu yaxın gələ­

cəkdə qaz hasilatının artmasına zəmin yaradır.

Şahdəniz yatağında  təbii  qaz ehtiyatları 900  mlrd. 

m3  təşkil  edir.  Yataqda  qazıma  işləri  “İstiqlal”  üzən 

qazıma avadanlığı vasitəsilə aparılır. Nəzərə almaq la­

zımdır  ki,  yatağın  əsas  qaz  ehtiyatları  suyun  200 

metrdən  daha  dərin  yerlərindədir.  Odur  ki  Şahdəniz 

yatağının  tam  həcmdə  istismara  verilməsi  üçün  bir 

neçə  belə üzən  qazıma avadanlıq  tələb olunur və də­

nizin  dibi  ilə  Səngəçal  terminalı  istiqamətində  100 

km  uzunluğunda  sualtı  qaz  kəmərləri  inşa  edilməli­

dir.  Nəticədə  isə dənizə  texnogen  təsir daha da  arta­

caqdır.  Layihə çərçivəsində təbii  qaz hasilatının  həc­

mi  2010-cu  ildə  16 mlrd,  m’ olmalıdır.

Azəri  -  Çıraq  -  Günəşli  və  Şahdəniz  layihələrinin 

həyata  keçirilməsi  nəticəsində  yaxın  20  il  ərzində  (1 

barrel  neftin  qiyməti  25  dollar  hesabı  ilə) Azərbayca­

nın gəliri 60 mlrd,  dollara çatacaqdır.

Azərbaycanda  Sovet  dövründə  aparılan  neft  hasi­

latı  ətraf mühitə  öz  “izini”  qoymuşdur;  ilk  növbədə 

Abşeronun sahil əraziləri xeyli çirklənmişdir. Neft ya­

taqları  ətraflarında  buruq  sularından  və  neft  məhsul­

larından  ibarət  yüzlərcə  gölməçə  yaranmışdır.  Eyni 

zamanda,  Abşerondakı  bir  çox  təbii  göllər  (bəziləri 

müalicəvi  əhəmiyyətə  malik  idi)  tullantı  sularla  dol­

durularaq yararsız vəziyyətə salınmışdır.

Neft  tullantıları  bir tərəfdən  torpaqları çirkləndir- 

miş, digər tərəfdənsə sahilboyu dənizin dibi, xüsusən 

Bakı  buxtası ekoloji  baxımdan çox gərgin zonaya çev­

rilmişdir.

Neftlə çirklənmiş torpaqların əsas  hissəsi Abşeron 

yarımadasındadır.  Belə  torpaqlar  xüsusən  Balaxanı, 

Binəqədi,  Suraxanı,  Bibiheybət  və  digər  yataqların

yerləşdiyi ərazilərdə daha çoxdur.  Ümumiyyətlə,  bu­

rada neftlə çirklənmiş  torpaqların sahəsi  10 min  hek­

tardan  da  artıqdır.  Neftlə  çirklənmiş  torpaqların  qa­

lınlığı  bəzi yerlərdə 5 - 1 0  metrə çatır.

Neft mədənlərinin sahəsi eyni zamanda dəmir-be­

ton  məmulatları  tullantıları  idə  də  yararsız  vəziyyətə 

düşmüşdür. Odur ki bu ərazilər həm tullantılardan tə­

mizlənməlidir,  həm də neftlə çirklənmiş torpaqlar re­

kultivasiya olunmalıdır.  Bu istiqamətdə bəzi tədbirlər 

görülür, lakin lazımi  nəticələr hələ yoxdur.

indiki neft hasilatı  isə Sovet dövründə aparılan və 

çirklənmə ilə nəticələnən hasilat işlərindən fərqli ola­

raq, daha  müasir, ətraf mühitə təsir baxımından  daha 

həssas  yanaşan  yeni  texnologiya  və  üsullarla  həyata 

keçirilir.

Xəzər  dənizində  neft-qaz  hasilatının  daha  böyük 

perspektivləri onun şimal-şərq  hissəsi  ilə, daha dəqiq 

desək, dənizin Qazaxıstan sektorunun adıyla bağlıdır. 

Qazaxıstanın  neft-qaz  sənayesi  ölkənin  iqtisadiyya­

tında  aparıcı  sahələrdən  biri  olduğu  üçün  onun  inki­

şafına xüsusi fikir verilir.  Belə ki, neft hasilatının  həc­

mi  respublikada  ildən-ilə  artmaqdadır.  Əgər  2001-ci 

ildə respublikada neft hasilatı 39,9 mln. ton olmuşdu­

sa, 2003-cü ildə bu göstərici artıq 55 mln. tona çatmış­

dır.  Hasil edilən  neftin 90%-dən çoxu ölkənin Xəzər- 

sahili əraziləri  Mangistau və Atırau vilayətləri hesabı­

na  yazılmalıdır.  Qazaxıstanda  ən  nəhəng  neft  yatağı 

Atırau  vilayətində yerləşən  Tengizdir.  Mütəxəssislə­



rin hesablamalarına görə,  burada karbohidrogen ehti­

yatlarının həcmi  1,3 mlrd, tondur.  Elə son dövrdə Qa­

zaxıstanda neft hasilatının artımı  ilk növbədə Tengiz 

yatağının  hesabına  əldə  olunmuşdur.  Eyni  zamanda 

qeyd  etmək  lazımdır  ki,  meydana  çıxan  bir  sıra  çox 

ciddi  ekoloji  problemlər  bu  yatağın  genişmiqyaslı  is­

tismarına mane olur.

Qazaxıstanın  sahil  ərazilərindəki  neft yataqlarında 

böyük  həcmdə  kükürd  vardır.  Bu  isə  ekoloji  baxım­

dan təhlükəlidir:  istehsal prosesində hər hansı  bir qə­

za  ətraf mühitə  böyük ziyan  vura  bilər.  1989-cu  ildə 

Tengiz  yatağında  baş  vermiş  qəzanı  misal  çəkmək 

olar.  O zaman  1  il 6 ay ərzində yanan  buruğu  söndür­

mək  mümkün  olmamışdı.  Nəhayət,  1,5  mlrd,  dollar 

vəsait  xərclənmiş,  ətraf  mühitə  dəyən  ziyan  isə  heç 

müəyyən  də edilməmişdi.

Qazaxıstanın  Atıraıı  vilayətinin  sahil  ərazilərində­

ki  yataqlar  çökəklikdədir.  Dənizdə  suyun  səviyyəsi 

qalxdıqda  subasma neft  buruqlarını  yararsız vəziyyə­

tə  salır  və  beləliklə,  ətraf mühitdə  ekoloji  gərginlik 

yaradır.  Hazırda Atırauda  1,5  mindən artıq yararsız və 

ən pisi də -  sahibsiz buruq mövcuddur; onlardan  142- 

si  suyun  altında qalmışdır.

Xəzərin  şimal-şərq  sahil  bölgəsində  torpaqların 

çirklənməsi son 40 ildə baş vermişdir və buna da neft 

hasilatının  inkişafı  səbəb  olmuşdur.  Göstərdiyimiz 

dövr kəsiyində Atırau və Mangistau vilayətlərinin  sa­

hil  ərazilərində  torpağa 5  mln.  tona yaxın  neft axıdıl­

mışdır.  Beləliklə  də  Qərbi  Qazaxıstanda  neftlə  çirk­

lənmiş torpaqların  sahəsi  194 min  hektara çatmışdır.

Aktau şəhərində yerləşmiş atom-elektrik stansiya­

sının radioaktiv tullantıları  Koşkar-Ata məntəqəsində 

toplanmış və sahil  bölgəsi  üçün  təhlükə zonası yarat­

mışdır.  Digər  təhlükə  sahəsi  Tengiz  qaz  emalı  zavo­

du  yaxınlığıdır.  Burada  qaz  emalından  sonra  əmələ 

gələn  kükürd  tullantı  kimi  açıq  havadaca  boşaldılır. 

Qısa  müddət  ərzində  burada  5  mln.  tondan  çox  kü­

kürd  tullantısı  yığılmışdır.  Açıq  havada  böyük 

həcmdə  kükürdün  sahil  ərazilərində  yerləşdirilməsi 

ekoloji  baxımdan  həddən  artıq  təhlükəlidir.  Belə  ki, 

yağış, yeraltı sular və küləklərin təsiri  nəticəsində kü­

kürd  su  akvatoriyasına düşərək canlı aləmin məhvinə 

səbəb ola  bilər.

Xəzər dənizinin Qazaxıstan sektorunun sahəsi  100 

min knr-dən çoxdur.  Burada karbohidrogen ehtiyatla­

rının ümumi  həcmi təxminən 7  mlrd, ton təşkil  edir.

Xəzərin  Qazaxıstan  hissəsində  kəşf  olunmuş 

perspektivli  Kaşağan  və  Kurmanqazı yataqları geoloji 

baxımdan Tengiz yatağı ilə eyni mənşəli olduğundan 

buradakı  neftin  və  qazın  tərkibində  böyük  həcmdə 

kükürd  vardır.  Bununla  belə,  Kaşağan  yatağı  nəinki 

Xəzər  dənizində,  ümumiyyətlə,  dünyada  ən  nəhəng 

neft yataqlarından  biri  hesab olunur.  Kaşağan  yatağı­

nın  neft  ehtiyatları  5  mlrd,  tondan  çoxdur.  Sahildən 

30 - 40 km aralıda, dənizdə suyun dərinliyi 3 - 5   metr 

olan  bir sahədə yerləşmiş  Kaşağan yatağının  neft  eh­

tiyatları  4500  metr dərinlikdədir.  Dərin  qatlarda  təz­

yiqin  son  dərəcə  yüksək  olması  yatağın  istismarında 

ətraf mühitin  mühafizəsi  məsələsinə  xüsusi  fikir  ve­

1997

 - 


2002-ci illər ərzində 

Qazaxıstandan neftin ixracı 

(mln.  ton)

39,3


rilməsini  tələb  edir.  Əks  təqdirdə  hasilat  zamanı  kii- 

kürdlii xammalın  birbaşa dənizə axması Xəzərdə eko­

loji  fəlakət yarada  bilər.

Bütün  bunları  nəzərə  almaqla  xarici  investorlar 

Kaşağan layihəsinə artıq 2  mlrd, dollardan çox sərma­

yə  qoymuşlar.  2005  -  2008-ci  illər  ərzində  dünyanın 

aparıcı  neft  şirkətləri  olan  “ExxonMobil”,  “Shell”, 

“Agip”,  “Total  British  Gaz”  və başqaları  Kaşağan ya­

tağının mənimsənilməsi  üçün daha 8 mlrd, dollar sər-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə