Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

mayə  qoymağı  planlaşdırırlar.  Şimali  Xəzər  layihəsi­

nin  operatoru  “Agip”  kompaniyasıdır.  Kaşağan  yata­

ğının  mürəkkəb  geoloji  xüsusiyyətlərini  nəzərə  ala­

raq  Qazaxıstan  hökuməti  xarici  şirkətlərlə  bağlanmış 

müqavilədə  aşağıdakı  şərtlərin  yerinə  yetirilməsini 

xüsusi vurğulamışdır:

4  “Agip”  şirkəti neftlə çıxan  qazm yığılmasını və 

nəql olunmasını təmin etməlidir;

♦  yatağın mənimsənilməsi müddəti ərzində servis 

sahələrinə yerli müəssisələr geniş cəlb 

edilməlidir;

4  neft hasilatına lazım olan və digər avadanlıqlar 

əsasən yerli müəssisələrə sifariş verilməlidir;

4  hasilat zamanı yaranmış ekoloji problemlər 

aradan qaldırılmalıdır.

Sonuncu  bəndin  xüsusi  əhəmiyyətini  nəzərə  ala­

raq  onun  həyata  keçirilməsi,  eyni zamanda,  yerli  icti­

mai qurumların da diqqət mərkəzində saxlanılacaqdır.

Ekoloji təhlükəsizliyin təmin edilməsi üçün Kaşa­

ğan yatağı  sahəsində dənizdə buruq  platformalar yer­

ləşdirilməsi  məqsədi  ilə  süni  adaların  yaradılması 

məqsədəuyğun  hesab olunmuşdur.  Süni  adaların  ya­

radılmasında  Bautino  yaxınlığındakı  Ataş  karxanası­

nın  daşından  istifadə  edilir.  Artıq  2001-ci  ildə  Şərqi 

Kaşağan  blokunda  dənizin  şimal  hissəsində  120 x  80 

metr ölçüdə ilk süni ada inşa olunmuşdur. Adanın  in­

şasında 350 min ton  daşdan  istifadə edilmişdir.

Xəzərin  zəngin  neft-qaz yataqlarının  mənimsənil­

məsində  xarici  investorların  regiona  marağı  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Qazaxıstanda  Qərb  neft şirkət­

ləri ilə yanaşı, Çin şirkətləri yüksək fəallıq göstərərək 

buradakı  karbohidrogen  xammalının  şərq  istiqamə­

tində  nəql  edilməsi  üçün  böyük  həcmdə  sərmayələr 

ayırırlar.  Yalnız  Xəzərin  sahil  ərazilərindəki  neft  ya­

taqlarının  mənimsənilməsinə Çin  artıq  1,3  mlrd,  dol­

lar sərmayə qoymuşdur.  Əlbəttə,  bu  sərmayələrin  bir 

hissəsi ətraf mühitin  mühafizəsinə yönəlmişdir.

Qazaxıstanın  dənizdəki  neft yataqlarından  ilk ön­

cə  istifadəyə  veriləcək  Kaşağanın  mənimsənilməsi 

üçün yaxın  14 il ərzində təxminən 20 mlrd, dollar sər­

mayə  qoyulmalıdır.  2004-cii  ilin  sonuna  xarici  inves­

torlar  bu  yatağa  artıq  2,5  mlrd,  dollar  sərmayə  qoy­

muşlar.  Potensial  sərmayədarların  marağını  nəzərə 

alan Qazaxıstan  hökuməti 2003-cü  ildən etibarən Xə­

zərin şelf zonasının daha az öyrənilmiş sahəsində mü­

vafiq  hazırlıq  işləri  aparmağa  başlamışdır.  İlk  növbə­

də neft şirkətlərinin  maraqlarını burada aşkar edilmiş 

Jambay, Cənub və Cənubi Zaburunye yataqlarına yö­

nəltməyi  ön  plana  çəkmişlər.  Hökumət  xarici  şirkət­

lərlə  birgə  müəssisələrin  yaradılma  prosesinə  xüsusi 

diqqət vermişdir.

Qazaxıstanın  dəniz  hissəsində  yüzdən  çox  pers­

pektivli  strukturlardan  Kurmanqazı və dənizdə  Rusi­

ya  ilə  həmsərhəd  bölgədə  yerləşən  Xvalınskoye  və 

Scntralnoye  yataqlarının  birgə istifadə edilməsi  qəra­

ra alınıb.

Azərbaycanın  sahil  ərazilərində  olduğu  kimi,  Qa­

zaxıstanın  Xəzərsahili  bölgəsində  də  100  ildən  artıq­

dır neft-qaz  hasilatı  aparılır.  Bu  müddət ərzində ətraf 

mühitdə  kifayət  qədər  dəyişikliklər  baş  vermişdir. 

Neft  hasilatını  nəyin  bahasına  olursa-olsun  artırmaq 

üçün ekoloji  tələblərə cavab verməyən  layihələr belə 

həyata  keçirilmiş  və  bunun  nəticəsində  neft  mədən­

ləri ərazilərində dəhşətli həcmdə neft tullantıları yığı­

lıb qalmışdır.  Belə  ki,  ən  “köhnə”  Emba  mədənində

Qazaxıstanın karbohidrogen 

ehtiyaclarının paylanması

■  


Xəzərin  Qazaxıstan 

bölgəsində 

Я  Qazaxıstanın quru 

hissəsində


neftlə  çirklənmiş  torpağın  qalınlığı  10  metrə  çatır. 

Uzen  yatağı  sahəsində  138  açıq  neft  anbarında  211,7 

min  ton  neft yığılmışdır.  Bu  yatağın xüsusi olaraq ay­

rılmış  7  poliqonunda  328  min  neft  şlamı  və  mazutla 

çirklənmiş qrunt toplanmışdır.

Torpaqların çirklənməsi ilə yanaşı,  hava da çirklə­

nir.  Neftlə çıxan  qaz  bir çox hallarda  qeyri-əsas xam­

mal  kimi yerindəcə yandırılır.

Yalnız  Mangistau  vilayətində  neft  hasilatı zamanı 

1995  -  2000-ci  illər ərzində  neft  şirkətləri  tərəfindən 

190 mln.  m3 qaz yandırılmışdır.  Qeyd  etmək lazımdır

ki, neftlə çıxan qazın tərkibi çox qarışıq və mürəkkəb 

olduğu  üçün  onun  yandırılması  havanın  ekoloji  gər­

ginliyini artırır.  Elə bu səbəbdəndir ki, neft mədənlə­

ri  ərazilərində ekoloji  şərait heç də qənaətbəxş deyil.

Son  illər Qazaxıstanın  neft  mədənləri  sahələrində 

radiasiyanın  normadan  artıq  olması  ekoloji  baxımdan 

xüsusi  narahatlıq  yaradır.  Buradakı  neft  yataqlarının 

buruq  sularında  böyük həcmdə radionukleidlər aşkar 

edilmişdir.  Mangistau  vilayətinin  Uzen,  Jetıbay  və 

Kalamkas  yataqlarında  dərin  qatlardan  çıxarılmış  lay 

sularının tərkibində uran, torium və radium radionuk- 

leidləri  müəyyən olunmuşdur.  Bu yataqların  istismarı 

zamanı  ətraf  mühitdə  radiasiya  mənbəli  1456,6  ton 

tullantı  toplanmışdır.

Xəzər  sahilinin  Qazaxıstan  hissəsində  radiasion 

çirklənmənin  digər səbəbi  isə sovet dövründə (1970 - 

90-cı  illərdə)  burada  yerin  altında  sınaq  məqsədi  ilə 

20-dən çox atom  bombasının partladılmasıdır. Aydın­

dır ki, vaxt keçdikcə radiasion çirklənmiş lay sularının 

yerin üzərinə və dənizə sızma ehtimalı xeyli artır.  Bü­

tün  bunları  nəzərə alaraq  belə söyləməyə əsas var ki, 

Qazaxıstanın  sahil  zonası,  eyni  dərəcədə  Rusiyanın 

sahil  əraziləri Xəzərin  ən  təhlükəli  radiasion  çirklən­

miş sahəsi  hesab oluna  bilər.

İctimaiyyəti narahat edən məsələlərdən biri  də sa­

hil  ərazilərində  çoxlu  sayda  neft  buruqlarının  suyun 

altında  qalması  və  uzun  illərdən  bəri  sahildə  batmış 

gəmilərlə  bağlı  heç  bir tədbir görülməməsidir.  Qaza­

xıstanın  sahilində  bu  günə  kimi  29  gəmi  batmışdır. 

Bu  gəmilər əsasən  Bautino və Ataş yaşayış  məntəqə­

ləri  sahillərindədir.  Təbii  ki,  korroziya  nəticəsində 

gəmilərin  yanacaq  anbarlarından  neft  məhsulları  də­

nizə  sızır.  Elə  buna  görədir  ki,  bu  sahələrdə  dənizin 

neft məhsullarıyla çirklənməsi müəyyən edilmiş həd­

dən  10-11  dəfə çoxdur.

Xəzərin sahil ərazilərinin neft və qazla zəngin olan 

bölgələrindən biri də Türkmənistanın sahilyanı zona­

sıdır.  Burada  əsas  neft  yataqları  Çələkən  -  Nebitdağ 

sahəsindədir.  Yüz ildən  artıq  davam edən neft hasila­

tı ətraf mühitə kifayət qədər mənfi təsir göstərmişdir. 

Neft  yataqları  əraziləri  ilə  yanaşı,  körfəz  akvatoriya­

sında da çirkab  suları, tullantılar baş  alıb gedir.

Türkmənistanda  neft  hasilatının  əsas  mərkəzi 

Qərbi  Balxan  neft-qaz  rayonu  hesab  olunur.  Burada 

ən  iri  yataqlar  Qumdağ,  Qoturtəpə,  Qanuşlıca  və 

Okərəmdir.  Yerli  mənbələrin  neft  ehtiyatları  haqda 

rəsmi məlumatları çox da  inandırıcı deyil.  Beynəlxalq 

neft şirkətlərinin  məlumatına görə, Xəzərin Türkm ə­

nistan  sektorunda  təxminən  3  mlrd,  ton  neft  və  4,8 

mlrd,  m’ təbii  qaz ehtiyatı  vardır.  Respublikada  neft- 

qaz  sənayesinin  inkişaf  strategiyası  proqramına  uy­

ğun  olaraq 2000 - 2010-cu  illərdə neft hasilatı  10 mln. 

tondan  48  mln.  tona,  təbii  qaz  hasilatı  isə  46,5  mlrd, 

m’-dən  120 mlrd.  m3-ə qədər artırılacaqdır.

Digər Xəzəryanı ölkələr kimi, Türkmənistanda da 

neft sənayesinə xarici  investorları cəlb etməyə çalışır­

lar.  Lakin  bu  iş  çox  ləng  getdiyi  üçün  burada  yalnız 

üç  xarici  neft  şirkəti  fəaliyyət  göstərir.  Onlardan  yal­

nız  biri -  ingilis  -  ərəb  “Dragon  oil”  şirkəti,  “məhsu­

lun  tən  bölünməsi”  şərti  ilə  fəaliyyət  göstərir,  yəni 

konkret  neft  çıxarır.  Danimarka  şirkəti  “Maersk  oil”




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə