Civildağin yuxusu ( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)



Yüklə 120,81 Kb.
səhifə1/6
tarix04.02.2018
ölçüsü120,81 Kb.
#23908
növüYazı
  1   2   3   4   5   6

CIVILDAĞIN YUXUSU

( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)

Pintiliyində kimsə əlinə su tökəməzdi. Bunun ötəsində, danışıqlarında da pintioğlu pintiydi. Dağdan soruşcaq bağdan, bağdan soruşcaq dağdan danışardı. Kimsənin üyütdüyü yüz romanlıq sözə bir an belə önəm verməzdi. Ancaq özünün mızıldadıqlarını titizliklə dinlnməsini istərdi. Kimsə dinləməkdə usallıq etsəydi, söz başı dümsüklərdi. Bunun için də bir, iki saat yaxınında oturanların böyürləri yara olmasa da, ağrıların olması kəsindi. Başqalarının namazına düşünmədən ossurar, özünün ossurağına isə, on kəz salavat çevirən bir tipdi. Sürəkli çağaşımına uğramış düşüncələri gündəmə gətirməklə, avam insanlarda şaşqınlıq, vurğunluq duyğusu yaratmaq istərdi. Gənəl bilgilərə dayanaraq biri “ Qa” deyən kimi qarıldardı. Bir sözlə, söz altında qalan birisi deyildi. Bunların dışında, özünün gödə boyunu da ucadabanlı başmaqla örtməyə çalışardı. Bir yerdə tanıdıqları vardısa, ora qoşulsuz təpinərdi. Qurallara uymayan davranışlarını yoldaşları uyarsa da, qulaq ardına buraxardı. Boş qulaq aramaq için, çayçılara sürəkli burnun soxardı. Yoldaşlar arası ona “ Bicalov” deyərdilər. Ancaq “ Cıvıldaq” deyənlərin sayı daha çoxudu. Hə bax gəldi. İndi mən yalqızı çənəsi altında döyəcliyəcəkdir. Çayını alıb, sözlərni də “ Yox” demədən öksüz uşaq kimi dinləməliyəm. Yoxsa işim yaşdı. Hə, mən də qaçacaq bir aralar axtaracağam, onu da başara bilsəm. Baxaq görək bu gün nə üyüdəcəkdi.

  • Xoşgördük qağam.

  • Xoşgördük. Buyur otur.

Başını oyan buyana bulayaraq, bəyənməzcəsinə sağ yanımda oturdu. Mən nədənsə heç vaxt sağ yanımda erkək qısmının oturmasını sevmərəm. Nədənini də biləcəyim yoxdur. Olabilsin qorxudandır. Nə də olsa sol yanıma şapalağı daha bərk yapışdıra bilərəm. Havanın istisini qolsuz göy köynəklə qarşılamışdı. Papurusunun kötüyünü külqabına basaraq:

  • Niyə belə yalqızsan? Mən də evdə arvadın çənəsindən qurtulmaq için qaçdım.

  • Yalqızlıqda daha özgür solunmaq olur.

Yekə ağzı bir anda qulaqlarının dibinə kimi uzandı. Uzun bir gülüşün ardından:

  • Belə getsə sonunda sənə də hansısa bir dağda tapınaq axtarmalı olacağıq. Nə düşünürsən? Ansızın unudulmuş nəsnəni tapmışcasına bağırdı; Ay çayçı, mənə də bir açıq çay gətir!

Dodaqlarını büzüb , satdıq at kimi başını sağa sola buluyaraq, yavaşcadan mızıldandı:

  • Gəl indi işə bax e. Iki qız bir oğlan böyüdüb evləndirmişəm, yenə də bu arvadın nıqqa nıqqından qurtulmamışam. Ay zalimin qızı, nə edim? Canım o evlər idarəsində ona buna sənəd düzətməkdən boğazıma gəlibdi. Ey! Ey!

Çay qabağına qoyulan təkin isti –isti qəndsiz bir xortum xoruldatdı. Sonra istikanı dil dodağı pörtmüşcəsinə yeyin nəlbəkiyə buraxdı. Ardınca sağ əlinin dalıyla ağzını sildi. Sağ, solu gözdən geçirən kimi gərnəşərək bir gülümsəməylə dilləndi:

  • Yüz kəz itin qızına ikindi yeməyi düyü, makaron kimi xəmir yeməklər olmasın demişəm. Kimdi eşidə!? Öz rahatlığı için yedəcin neçə gününü bunlarla qarnımızı doldurur. Bunları yeyəndə də ertə qalxdığımda üzüm, gözüm qırışmış kimi olur. Özümü çox əzgin duyuram. Bir də onları yeyəndə çox pis ağır yuxular görürəm. Neçə kəz qara basmış məni. Iki gün bundan öncə də xəmir kimi xangalı qarnıma endirdi. Gecə ilan vuran yatdı mən yatanmadım. Deyəcesən niyə məcbursan. Hə! İnan məcbur edir. Yeməsəm deyəcək eşdə hardasa onunla bununla kefdəymişsən. Yesəm də gecə yatanmıram. Adam da bir iki vuranda heç nəyə baxmır basır. O gündə günorta bir neçə istəkan firlatmışdım. Nə isə üzündən uzaq gecə yuxuda özümü olmüş gördüm. Qağa başını nə ağrıdım.

İki qəndi götürüb birdən ağzına dürdü. Sonra çaydan qorultuyla iki xortum alkdı.Çay boğazından aşağı axar axmaz dodaqların şappıldatdı:

  • Gördüm ölmüşəm, bütün tanışlar, qohumlar başım üstə mənə ağlaşırlar. Ağıt deyən kim, ağlayan kim, mənimlə bağlı anı söyləyən kim! Kim nə bilir məni o dünyaya yola yaxşı salmaq için edir. Bildiyin kimi bizlərdə ölü ölən təkin tanrıya rüşvətlə mollaya toy bayram dizdəndi. Nə isə molla da gəlib anlaşılmaz dillərlə bir az qarta qurt edəndən sonra yuyub, soluyacağım bütün deşıklərə pambuq tıxıb, kəfənə sardılar. Sinə qoyub üstümə sal döşədilər. Sonra da torpağı atdılar üstümə. Bu sürəc içində ne kimi çalışdım onlarla danışım olmadı. Mən ölülüyüm də onları eşidirdim, onlar diriliklərində məni eşitmirdilər. Nə isə gözündən uzaq sinə bastdırdılar. Daha o tanış tunuşu görməz oldum. Ancaq mollanın ölü üstündə bazarlığnı eşidirdim. “ Bilirəm namazından, niyazından, orucundan heç zaman geri qalmazdı. Ancaq adam evladı yanılabilər də. Bunun için qalan namzlarını, oruclarını özüm yerinə gətirəceyəm.” Qohumların da ona “ Sağ olasız, tanrı sizi bizim başımızdan əskik etməsin, borcumuzu ödərik...” Nə qədər istədim qalxıb deyəm, “ Bu boynu yoğuna Pul mul verməyn, namazım orucum qalıbsa ona nə”, bacaramadım. Köpəkoğlunun mollası o tökülən göz yaşlarının yumuşatdığı ürəklərlə özdəksəl alver edirdi. O göz yaşları içində ginə mollanın səsini eşitdim; “Heç qorxma bir azdan ağam Əli yanında mələklərlə hurilərlə əldə uçmağın ən dadlı sucusuyla səni qarşılamağa gələcəkdir...” Birdən qarışdırdım, mən ölmüşəmmi yoxsa baramı getmişəm? Ancaq mollanın elə birinci sözünün sinimin başından uzaqlaşmadan yalan çıxdığını gördüm. Onun Əli ağasının yerinə birdən zınqa zınqınan biriləri gəldilər. “Rəbin kist?” deyən kimi bildim bunlar inkir münkirdi. Uşaqlığımda molladan eşitmişdim. Mən də molladan üzünü çıxardığım sözü onlara yetirtmək istədim, dedim, “ Tanrı .” O anda biri yaman qızdı; “ Tanrı olmaz! O kafir dilindədi, Allah deməlisən.” Sonra başladılar Ərəbcə, Farsca nəsə qar qur etməyə. Məndən soru sorduqlarını anladım. Dedim qurban olum sizə, mən sizin dilləri bilmirəm, mənə dilmanc gətirin borcumu nə olsa ödərəm. Öncə əlləriylə olumsuz yanıt verdilər, sonra mənim göz yaşlarımla dirənməyimi gördükdə dalı təpindilər. Ceb telfonları yoxdu, ancaq azan sayağı səslə Qumda oxumuş bir mollanı gətirdilər. Onunla öncə analşmaqda çətinliyimiz oldu. Bir şeylər boyun olduqdan sonra, adam kimi mənimlə öz dilimdə danışmağa başladı. Onlar nə sordularsa, mən də bildiyimi yanıtladım. Nə sürə geçdiyini bilmədim, ancaq onların acıqlı baxışlarından sınavdan geçəmədiyimi anladım. Dilmaca sınavdan geçmək için yalvardım. O, “Bu iş mənlik deyil, onları özün ayrıca görməlisən” deyib, boyun qaçırdı. Dedim sən çevir, mən deyənləri. Dedi, “Onlar çevirilməz ay yazıq, verməlisən.” Mən də yanımda nə vardısa cibişdanlarına basdım, ancaq onlar eləbil görməzdən gəldilər. Yüz rəhmət bizim idarələrə, özəlliklə də hava alanlarımıza, gömrüklərimizə, ginə onlarda az olduğun, çox olduğunu bildirirlər. O heyvərələr hər şeyi duymazdan gəldilər. Öz özümə düşündüm, bunlar daha dəneyimli, özü də heç vaxt dəyişməz olduqlarından belə araxayındılar. Ona görə də adamı adam yerinə qoymurlar.


Yüklə 120,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə