Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

 



 

 

 



Sürüşüb çıxmaması üçün gips sarğısını diz oynağı 110º fleksiyada ikən və diz üstü- 

Gips tətbiqi

 

1

 

nə qədər tətbiq edin. Deformasiyanın düzəldilməsi üçün 6-8 gips sarğısı tətbiqinə ehtiyac ola bilər. 



Tenotomiya çox hallarda həyata keçirilir. Ekinizmin korreksiyasında teno- 

Tenotomiya

 

tomiya tətbiq edin. Ən az 10º dorzifleksiya lazımdır. Tenotomiyadan sonra kifayət qədər dor- 



zifleksiya əldə edilməzsə, daha çox dorzifleksiya qazanmaq üçün həftəlik gips sarğıları dəyiş- 

dirilməlidir. 

Ayaq abduksiya şinası içində  əyripəncəli tərəfin abduksiyasını 30º-yə qədər 

Şinalama

 

azaldın. Müşahidə proqramı tipik əyripəncəlikdəki kimidir. 



Digər atipik əyripəncəliklər

 

Əyripəncəlik sıxlıqla artroqripoz [1], mielomeninqosel [4] kimi anadangəlmə anor- 



mallıqlarla birlikdə görünür. Sindrom çox vaxt  anormal kollagen sintezinə səbəb olur 

və bu bağ, kapsul və digər yumuşaq toxumanın sərtliyi ilə nəticələnir. Sindromik əyripən- 

cəliklər daha çətin müalicə olunur və bəzən cərrahi müdaxiləyə ehtiyac olur. 

Artroqripoz

 

Müalicəyə standart  Ponseti metodu ilə başlayın. Adətən 9-15 ara- 



sı gips sarğısı qoymaq lazım olur. Korreksiya əldə edilmirsə cərrahi müdaxilə qərarı 

alınır. Ponseti metodu tətbiq edildiyi üçün cərrahi müdaxilə daha kiçik olur. Dəri üzə- 



2

 

rindən posterior tibial, axil [2] və baş barmaq fleksor [3] tendon uzatmaları kimi kiçik 



cərrahi proseduralar kifayət edə bilər. Korreksiya sonrası şinalama vacibdir və şinala-  

ma uşaqlıq çağına qədər və ya daha uzun davam etdirilə bilər. 



Miyelodisplaziya

  Hissiyat qüsuru olduğuna görə dəridə yara əmələ gəlməsinin qarşı- 

sını almaq üçün pambıq qatını daha qalın dolayın[5] və gipsi qurudarkən çox təzyiq etməyin . 

Digər sindromlar

 

Əyripəncəlik tez-tez distrofik displaziya, Möbius sindromu, Lar- 



sen sindromu, Wiedemann-Beckwith sindromu və Pierre Robbin sindromu zamanı gö- 

rülür. Əyripəncəliyin uzun müddətli funksional nəticələri daha çox birlikdə görüldüyü 

sindromlardan asılıdır. 

3

 

Natamam düzəldilmiĢ(qalıq) deformasiyanın müalicəsi

 

Əgər gipslə korreksiya natamamdırsa və qalıq deformasiya qəbul edilə biləcək dərə- 



cədə deyilsə, cərrahi müdaxilə tətbiq edilir. Öncə müalicəyə Ponseti metodu ilə baş- 

layın. Gips sarğısı ilə müalicə deformasiyanı düzəltmək üçün kifayət etməsə də, de- 

formasiyanın şiddətini azaldacaq və  daha kiçik cərrahi əməliyyat ehtiyacı olacaq. Ki- 

çik cərrahi müdaxilə böyüdükdən sonra daha az sərtlik, zəiflik və ağrı deməkdir. 

Cərrahi müdaxiləni uşağın yaşına, deformasiyanın dərəcəsinə və tipinə görə  seçin. 

Cərrahi müdaxilə ilə korreksiya ehtiyacı duyulan əyripəncəliklərin uşaq böyüdüyü  

müddətdə təkrarlanma riskinin olduğunu unutmayın (25-50%). 

YumĢaq toxuma uzatmalarına 

körpə və erkən uşaqlıq dövründə göstəriş verilir. Pro-  



4

 

sedur deformasiyanın dərəcəsi və lokalizasiyasından asılıdır. 



Sümük əməliyyatları 

  gec uşaqlıq dövründə tətbiq edilir. Rezeksiya və artrodez əmə- 

liyyatları icra edilə bilər. 

 Böyük uşaqlarda Ġlizarov eksternal fiksatorları ilə müalicə daha çox yayılmışdır. 

Tədricən artırılan distraksiya və repozisiya ilə korreksiya əldə edilir. Residivləri azalt- 

maq üçün korreksiyadan əvvəl normadan artıq distraksiya tətbiq edin. 



5

 

23

 



 

 

 



 

 

 



 

 

 



 

Anterior Tibialis Vətər Köçürülməsi

 

1

 

2

 

GöstəriĢlər

 

Uşaq 30 aylıqdan böyükdürsə və ikinci residiv baş verirsə vətər  



transferi göstərişi verilir. Göstərişlərə yerimə zamanı davamlı da- 

ban varusu və ön ayaq supinasiyası daxildir. Ayaq altında lateral 

tərəfdə dərinin qalınlaşması görülür. 

Deformasiyanı düzəldin

 

Vətər köçürülməsindən əvvəl iki-üç gips sarğısı qoyaraq rigid defor- 



masiyanı düzəltdiyinizdən əmin olun. Adətən bu gips tətbiqi ilə kavus 

adduksiya və varus düzəlir. Ekinizm rezistent ola bilər. Əgər ayaq ra-  

hatlıqla 10º dorzifleksiyaya gəlirsə, sadəcə vətər köçürülməsi zərurə- 

ti var. Rahatlıqla dorzifleksiyaya gəlmirsə, tenotomiyaya da ehtiyac var. 



Anesteziya, xəstəyə pozisiya vermə və kəsik aparılması 

 

3                                              4

 

Ümumi anesteziya altında xəstəni arxası üstünə yatırın. Turniketi 



bud bölgəsinə sarıb şişirdin. Lateral pazabənzər sümük üstündən 

keçən dorzolateral dəri kəsiyi tətbiq edin. Pazabənzər sümüyün 

proyeksiyası aşıq sümüyü başının önünə, üçüncü ayaq daraqar- 

xası sümüyün proksimalına düşür [1]. Tibialis anterior vətərinin 

bağlandığı yer üstündə dorzomedial dəri kəsiyi tətbiq edin [2]. 

Anterior tibialis vətərini açığa çıxarın

 

Vətəri açığa çıxarın və bağlandığı yerdən ayırın[3]. Birinci ayaq da- 



raqarxası sümüyün böyümə mərkəzinə zərər verməmək üçün, dis- 

seksiyanı çox distala doğru uzatmayın. 



Ġstinad tikiĢləri atın

 

5

 

Sorula bilən n:0 istinad tikişləri atın [4]. İynələri vətərdən bir neçə 



dəfə keçirərək möhkəm təsbit əldə edin. 

Vətəri köçürün

 

Vətəri dəri altından dorsolateral kəsiyə tərəf keçirin [5]. Keçirilən 



6

 

vətər retinakulum və barmaq ekstensiya vətərləri altında qalır. Dəri 



altındakı toxumanı azad edərək vətərin lateral tərəfə yerdəyişməsinə  

kömək edin. 



Lateral pazabənzər sümüyün müəyyən edilməsi

 

İntraoperativ rentgen cihazı varsa ondan faydalana bilərsiniz [6]. Rent- 



genlə açılacaq dəliyin yerini müəyyən edin [6 ox işarəti]. Başqa yolla isə 

ayaq daraqarxası sümük ilə pazabənzər sümük arasında oynağı təyin 

edərək yeri müəyyən edə bilərsiniz. 

Vətər köçürülməsi yerinin müəyyən edilməsi

 

Lateral pazabənzər sümükdə vətərin keçə biləcəyi ölçüdə (3,8-4,2mm) 



dəlik açın [7]. 

TikiĢlərin sümükdən keçirilməsi

 

7                                    8

 

Sapın hər iki ucuna düz iynə taxın. Birinci iynəni ayaq altında görü-  



nənə qədər dəliyə keçirin. Birinci iynə dəlikdə ikən, ikinci iynə də 

dəlikdən keçirilir [8]. Beləliklə ikinci iynə birincinin sapını kəsmir. 

 İynənin ayaq altından çıxdığı görülür [8 ox]. 

Axil vətəri tenotomiyası qərarı verilməsi

 

Ehtiyac varsa n:11 və ya n:15 neştərlərlə dəri altından axil tenotomi- 



yası tətbiq edin. 

24

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə