Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

 



 

 

 



 

 

 



 

 

 



ġina növləri

 

1

 

Orijinal Ponseti şinasının [1 əvvəlki səh.] modifikasiyası bəzi üstün- 



lüklər verir. Ayağın ayaqqabıdan çıxmasını önləmək üçün içinə yu- 

muşaq yastıqcıq yerləşdirilə bilər [1]. Yeni şina tasarımları ayağa da-  

ha yaxşı oturur, daha asan tətbiq edilə bilir və uşağa hərəkət etmə im- 

kanı yaradır. Bu xüsusiyyətlər şinanın istifadəsini asanlaşdırır. Bir  

neçə şina seçimi mümkündür [1–6]. 

 Uqandanın Kampala şəhərində işləyən H.M.Steenbeek asan tapılan 

materyallardan düzəldilə bilən şina tasarlamışdır [2]. Şina düzəldil- 

2

 

miş ayağı qorumaqda effektlidir, istifadəsi və emalı asandır, ucuz-  



dur və geniş istifadə üçün uyğundur (26-cı səhifəyə baxın). 

Konstruksiya incəlikləri üçün Michiel Steenbeeklə  

steenbeek.michiel@gmail.com və ya global-help.org səhifəsindən əla- 

 

qə saxlaya bilərsiniz.    



 John Mitchell

 Dr.Ponsetinin rəhbərliyi altında şina tasarlamışdır. 

Bu şina uşağın ayağına rahat oturan çox yumuşaq dəri və plastik 

ayaqaltlığından ibarətdir [3]. 

www.mdorthopaedics.com

 baxın.  

 

Vaşinqton universiteti tibb fakültəsindən Dr.Mattew Dobbs aya-. 



ğın lazımi rotasiyasını dəyişdirmədən ayağın hərəkət etdirilə bil- 

 

diyi dinamik şina təkmilləşdirmişdir [4]. Ayaq bilək plantar flek- 



3

 

siyasının qarşısını almaq üçün bu şina ilə birlikdə ayaq bilək-ayaq 



ortezi istifadə edilməlidir. 

 

 M.J.Markel əvvəlcə valideyinlər tərəfindən ayaqqabıları geydirilən 



və sonra çubuğu taxılan şina dizayn etmişdir[ 5]. 

 Dr.Romanus bu şinanı İsveçdə düzəltmişdir [7]. Ayaqqabılar yu- 

muşaq plastik materialdan hazırlanır və uşağın ayaq  şəklinə uy- 

ğunlaşdırılır. Ayaqqabının içi çox hamar dəri ilə örtülür. Ayaqqa- 

bılar çubuğa şuruplarla bağlanır. 

4

 

 



 

ABD-də Los Anjeles şəhəri Kaiser xəstəxanaasından Dr.Jeffrey  



Kessler

 asan şəkil verilə bilən elastik və ucuz şina təkmilləşdirmiş- 

dir. Çubuq 1/8 inç qalınlığında polipropilendən düzəldilmişdir [6]. 

Şina rahat olduğu üçün uşaq onu taxmağı asanlıqla qəbul edir. JPO-B 

17:247 2008-ə baxın. 

5

 

6

 

7

 

17

 



 

 

 



 

ġina müalicəsinə diqqətin artırılması

 

1

 

Şinalamaya ən çox riayət edənlər Ponseti müalicə metodunu və şinalama- 



nın əhəmiyətini başa düşən ailələrdir. 

Davamlı məlumatlandırma

 

Ailəyə Ponseti metodunu başa salmaq üçün bütün fürsətləri dəyərləndirin. 



 Əgər mümkündürsə yazılı materiallar çox kömək olur. Dərc edilmiş yazılar 

şifahi məlumatlandırmadan daha faydalıdır [1]. 



Həftəlik gips sarğısı

 tətbiqi vaxtı müalicə metodu və şinalamanın əhəmiy- 

yəti haqqında ailəyə məlumat verilməlidir. Valideyinlər və ya digər ailənin 

üzvlərinin suallarına cavab verin. Ailə fərdlərindən ən çox şübhəci davra- 

nanlara diqqətinizi yönləndirin. 

Ailənin Ģinalama proseduruna hazırlanması

   Müalicədə olan uğursuzluq  

şinalamanın erkən durdurulmasına bağlıdır. Bu müalicə mərhələsinin əhə- 

 

miyyətli olduğunu ailəyə təkrar-təkrar xatırladın. Gipslə düzəltmə əldə edil- 



məsi qədər, şinalama ilə düzəldilmiş ayağın vəziyyətinin qorunmasının da 

2

 

əhəmiyyətli olduğunu ailəyə başa salın. 



 

ġinalama təlimi

 

 Məsuliyyətin ailəyə verilməsi   Tam düzəlmə əldə edildikdən sonra şinalama 



ilə uyğun vəziyyətin qorunması prosedurunu ailənin öhtəsinə buraxın. Bu mə- 

suliyyəti atanın öz üzərinə götürməsi daha doğru olardı. 



Ailə tərəfindən Ģina tətbiqinin nümayiĢ etdirilməsi

     Əvvəlcə siz şinanın   

 necə taxılıb çıxarıldığını göstərin. Şinanı çıxardıqdan sonra valideynlərdən  

şinanı uşağın ayağına taxmasını tələb edin. Taxdıqdan sonra uşağın bu şina-  

da rahat olub olmadığını müəyyən edin. Əgər uşaq narahatdırsa, şinanı çıxa-  

raraq dəridə vuruq nəticəsində əmələ gələ biləcək qızarıqlığı yoxlayın [2]. 

 

 UĢağın hazırlanması



     İlk günlərdə uşağın öyrəşməsi üçün ailədən şinanı  

bir neçə dəfə çıxarıb taxmasını istəyin. Valideynlərə uşaq ağladıqda şinanı 

çıxarmamalarını tövsiyə edin. Əgər uşaq ağlamaqla şinanın çıxarılmasına 

öyrəşərsə düzəlmə çətin olacaq. Şinanın uşağın həyatının bir parçası oldu- 

ğuna inandırın [3]. 

 

3

 

MüĢahidə

 

 Şinalamaya nə qədər riayət etdiklərini görmək üçün 10-14 gün sonra ailəni 



kontrola çağırın. Əgər şinalama yaxşı gedibsə, bir sonrakı kontrolu 3 ay son- 

raya təyin edin. Həmin kontrolda gündüz şinalamağa son verilə bilər. Şina gün- 

düz yuxularında və gecə vaxtı istifadə edilməyə başlanır. 

Kömək edilməsi

 

Ailə şinalama zamanı çətinlik çəkirsə sizə zəng vura bilə- 



cəklərini və ya poliklinikaya gəlmələrini söyləyin. 

18

 



 

 

Ponseti müalicəsinə adət-ənənə maneələri

 

1

 

Maneələrin növləri

 

Əyripəncəliyin digər müalicə metodları

 

Valideynlər Ponseti metodu xaricin- 



də müalicə üsulu axtara bilərlər. Ənənəvi tibb və digər metodlar nəticəsizdir və müali- 

cədə olan gecikmələr Ponseti metodu ilə müalicəni də çətinləşdirir. Bu problemlə ailə- 

ni, digər səhiyyə işçilərini və ictimaiyyəti məlumatlandıraraq həll etməyə çalışın.. 

Ġnanclar

  Bəzi adət-ənənələrdə əyripəncəliyin şeytan ruhuyla, cadu ilə, lənətləmə  

və ya ananın səhvlərinə görə olduğuna inanılır [1]. Bu inanclara Ponseti müalicəsinin 

uğursuz olması haqqında səhv fikirlər də daxil ola bilər. 



Stiqma(ləkə,ar)

 

Əgər əyripəncəlik və ya digər əlilliklərin ailə tərəfindən işlənən  



günah və ya əxlaqsız hərəkətlərə görə əmələ gəldiyinə inanılırsa, əlil uşaq utanc mən- 

bəyi olduğu üçün ailə tərəfindən cəmiyyətdən gizlədilir. 



Kənddə doğuĢ

  Kənddə doğulan uşaqlar ayrı bir problem yaradır. Onlar təcrübəli sə- 

hiyyə işçiləri tərəfindən müayinə edilməkdən məhrumdurlar. Ailə xəstəlikdən və ya er- 

kən müalicənin vacibliyindən xəbərsiz ola bilər. 



2

 

Maneələrin dəf edilməsi

 

Ailələrə maneələri dəf etməsi üçün aşağıdaı kimi köməklik göstərin: 



Əyripəncəlik  poliklinikası qurun

  Ölkədə hər kəsə Ponseti müalicəsini alma im- 

kanını yaradın. 

Ataları cəlb edin

  Ataları analarla birlikdə poliklinikaya gəlməyi və müalicədə  iş- 

tirak etməyi üçün cəsarətləndirin. Bu müalicəyə qatılan və başa düşən atalar uşağın 

müalicəsi üçün anaları daha çox dəstəkləyir [2]. 



Müalicə və müĢahidə planını izah edin

 

Valideynləri bütün müalicə pro- 



seduru haqqında məlumatlandırın (4 il ərzində 20 kontrol). Başlanğıcda bütün müali- 

cənin izahı və planlanması ailələrə müalicə proseduru üçün lazım olan sərmayənin 

əvvəlcədən müəyyən edilməsinə kömək edir. Müalicə xərci xəstəxana tərəfindən ödə- 

nilirsə ailəyə bildirilməlidir. Ailələri Ponseti müalicəsi mərkəzinə göndərin 



Partnerlik

 

Valideynləri maneələri aşmaları üçün cəsarətləndirin. Valideynlər 



maddi yükü və digər ailə məsuliyyətini öz aralarında bölüşdürməlidirlər. Əgər ailənin 

maddi vəziyyəti yaxşı deyilsə, yerli məscidlərə, xidmət və xeyriyyə cəmiyyətlərinə 

kömək üçün müraciət etmələrini söyləyin. 

 

Təhsil, hörmət və etibar

 

 

Valideynləri və cəmiyyəti əyripəncəlik, onun səbəbləri və müasir tibblə müalicə   



 üsulları barəsində məlumatlandırın. 

19

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə