Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

 



 

 

Residivlər

 

1

 

Residivlərin müəyyən edilməsi

 

2

 

Gips çıxarılıb şina tətbiq edildikdən sonra şinanın uyğunluğu 



və residivlərin təyin edilməsi üçün aşağıdakı cədvəldə qeyd 

edildiyi kimi uşaq kontrollara çağrılmalıdır: 

 Ġkinci həftədə uşağın şinanı tam geyib-geymədiyi yoxlanır. 

 

Üçüncü ayda

 tam gecə və gündüz yuxu şinalamasına keçmək 

üçün çağrılır.  

 3 yaĢına qədər hər 4 ayda bir şinanın uyğunluğu və residivləri  

müəyyən etmək üçün çağrılır. 

 

3-4 yaĢ arasında

 hər 6 ayda bir kontrola çağrılır. 

 

4 yaĢından yetkinlik yaĢına gələnə qədər

 hər 1-2 ildə bir 

kontrola çağrılır. 

Erkən residivlər

 

Ayağın düzəldilmiş abduksiya və dorzifleksiyasının itiril- 



məsi adduksiya və kavusunun residivləri ilə özünü göstərir. 

Südəmərlərdə residivlər

 

Uşağın ayağını anasının qucağında və yeriyərkən müayinə edin. 



Uşaq sizə doğru yeriyərkən ön ayağın supinasiyasına diqqət 

edin. Supinasiya zəif peroneal əzələlərə nisbətən tibialis anterior 

əzələsinin güclü çəkməsindən qaynaqlanır [1]. Uşaq yeriyərkən 

arxadan daban varusuna diqqət edin [2].  

      Uşaq oturarkən ayaq biləyinin hərəkət dərəcəsini və passiv 

dorzifleksiyasını yoxlayın. Aşıq-daban və orta ayaq-daraq arxa- 

sı oynaqların hərəkət dərəcəsini müəyyən edin. Bu oynaqlar 

rahat hərəkət etməlidir. Rahat hərəkət qabiliyyətinin itirilməsi 

residivi göstərir. 

 

Residivlərin səbəbləri

 

Residivlərin ən sıx səbəbi şinalama proqramına əməl edil- 



məməsidir. Morcuende şinanı proqrama uyğun şə- 

kildə taxanlarda residivlərin sadəcə 6%, ancaq proqrama riayət 



3

 

etməyənlərdə isə 80% olduğunu müəyyən etmişdir. Şinalama- 



ya baxmayaraq residiv əmələ gəlirsə, səbəb ayağın sərtləşmə-  

sinə yol açan əzələ müvazinətinin pozulmasıdır. 



Residivlərin gips sarğısı ilə müalicəsi

 

Residivləri qulaq ardı etməyin!

 

Residivin ilk simptomunda 



korreksiyanı yenidən əldə etmək üçün, orijinal Ponseti metodun-  

dakı kimi 1-3 arası gərici gips sarğısı tətbiq ediniz.Gipslə defor- 

masiya düzəldildikdən sonra yenidən şinalama proqramına  ke- 

çınız. Ciddi residivləri olan uşaqlarda da bəzən gipsləmə fayda- 

lı olur [3]. 

3

 

20

 



 

 

 



 

 

Ekinizmin residivi

 

Ekinizmin residivi müalicəni ağırlaşdıran deformasiyadır. Qamış sümüyü qastrosoleus(kambalayabənzər) əzələsindən daha   



sürətli böyüyür. Əzələ atrofiyaya uğramış, vətər isə uzun və fibozlaşmış görünür [1]. 

Ayaq abduksiyada və diz fleksiyada olacaq şəkildə bir neçə ardıcıl uzun ayaq gips sarğısı tətbiq edin. Ayaq 10º dorzifleksiya- 

ya gələnə qədər gips sarğısı tətbiqinə davam edin. 4-5 gips sarğısı sonrası 4 yaş altı uşaqlarda düzəlmə əldə edilməzsə, dəri üstün- 

dən axil tenotomiyası edin. Ekin deformasiyası düzəldikdən sonra gecə şinalamasına keçin. 



Varusun residivi

 

Daban varusu residivi ekinizmdən daha çox rast gəlinir. Bu deformasiya uşaq ayaqüstə olan zaman  müəyyən edilir [2]. 12-24 ay arası uşaq- 



larda təkrar gips sarğısı ilə deformasiyanı düzəltdikdən sonra, ciddi şinalama proqramına davam edilməlidir. 

Dinamik supinasiya

 

Bəzi 3-4 yaş arası uşaqlarda olan dinamik supinasiya deformasiyası anterior tibial vətər transferindən fayda görə bilər [3]. Deforma- 



siya ancaq dinamikdirsə və sərt deyilsə tendon transferi yararlı olur. Bu prosedura üçün uşaq 30 aylığa gələnə qədər, yəni lateral pazabən-  

zər sümük ossifikasiya olana qədər gözləyin. Vətər transferi sonrası şinalamaya ehtiyac duyulmur. 



Yekun

 

Ponseti metodu sonrası görülən residivləri posteriomedial uzatma əməliyyatından sonra görülən residivlərə nəzərən müalicə etmək daha 



asandır. 

1

 

2                                              3

 

1

 

21

 



 

 

 



 

 

 



 

 

 



Atipik Əyripəncəlik

 

1

 

Tipik əyripəncəliyin əksəriyyəti Ponseti metodu ilə 5 düzgün  tət- 



biq edilmiş gips sonrası düzəlir. Bəzi əyripəncəliklərin özünə məxsus 

xüsusiyyətləri olub müalicəni uzadır və çətinləşdirir. Bu, çətin müali-  

cə olunan əyripəncəliklər bir neçə kateqoriyaya bölünə bilər. 

Müalicə edilməmiĢ tipik əyripəncəlik

 

Müalicə gecikdirilərsə idiopatik əyripəncəliyin müalicəsi getdikcə 



çətinləşir və uzanır. Gec uşaqlıq dövrünə qədər deformasiyasının 

korreksiyası mümkündür. 



2

 

Nümünə olaraq, bu 3 yaşında oğlan uşağının müalicə edilmə- 



miş ayağı [6] 6 gips sarğısı ilə korreksiya edildikdən [6] sonra axil 

tenotomiyası tətbiq edildi və 6 həftəlik gips sarğısında tutuldu. 

Ayaq tamamilə düzgün hala gəldi [3]-Dr.Shafique Pirani. 

Yaşından asılı olmayaraq müalicəyə Ponseti metodu ilə başla-  

yın və cərrahi müdaxiləyə də ehtiyac ola biləcəyini unutmayın. Əgər 

Ponseti metodu ilə korreksiya tam deyilsə, korreksiyanı başa çatdır- 

maq üçün yumşaq toxuma və ya sümük cərrahiyəsi lazım ola bilər . 

Atipik əyripəncəlik

 

Bəzi əyripəncəlikləri müalicə etmək daha çətindir. Bu rezistent 



əyripəncəlik anormal dərəcədə rigid variant ola bilər. Digər tərəf- 

dən Ponseti metodu xaricində  müalicə metodları tətbiq edildiyi 

zaman deformasiya daha mürəkkəb hala dönə bilər. Bu isə aparı-  

lacaq müalicəni daha kompleks vəziyyətə çevirir. 



Müayinə 

Müayinə zamanı ciddi dərəcədə bütün ayaq daraq 

arxası sümüklərin plantar fleksiyası, daban üstündə və orta aya- 

ğın altında köndələn yerləşən dərin büküş[5 sarı oxlar] və qısa, hi- 

perekstensiyada duran baş barmaq görünür. 

Ponseti metodu ilə müalicə

 

Manipulyasiya və gips sarğısı 



3

 

ilə başlayın. Müalicənin daha uzun və residiv riskinin daha çox ola  



biləcəyini unutmayın. 

Lateralda diqqətlicə aşıq sümüyünün başını 



Manipulyasiya

 

müəyyən edin. Bu daban sümüyünün anterior çıxıntısı qədər qaba- 



rıq deyil. Manipulyasiya zamanı əlin baş barmağı aşıq sümüyü başı- 

nın lateral tərəfinə təzyiq göstərərkən, eyni əlin işarət barmağı lateral 

malleolun arxasına qoyulur [4 yuxarı]. 30 dərəcədən çox abduksiya 

verməyin. 30º-lik abduksiya əldə edildikdən sonra, diqqətinizi kavus 

 

və ekinizmin düzəldilməsinə yönləndirin. Hər iki baş barmaqla eyni  



anda bütün ayaq daraq arxası sümüklər ekstensiyaya gətirilir [4 aşağı]. 

 

5

 

22

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə