Цнсиййят психолоэийасы



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix04.01.2022
ölçüsü178,21 Kb.
#82586
  1   2   3   4   5   6   7   8   9   10   11
Ünsiyyət



 

 



Ünsiyyət psixologiyası 

1.

 



Ünsiyyətin psixoloci xarakteristikası. 

2.

 



Ünsiyyətin növləri və funksiyaları. 

3.

 



Ünsiyyət informasiya mübadiləsi kimi. 

4.

 



Ünsiyyət qarşılıqlı təsir kimi. 

5.

 



Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi. 

6.

 



Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması. 

 

 1-ci  sual. 

Ünsiyyət  dedikdə  biz  nitq  və  nitqdən  kənar  təsirin  köməyi  ilə  həyata 

keçirilən  qarşılıqlı  münasibəti  nəzərdə  tuturuq.  Ünsiyyət  insanlar  arasında  təmasın 

yaranması  və  inkişafı  prosesi  kimi  meydana  çıxır.  Heç  bir  insan  birliyi  oradakı  adamlar 

arasında  təmas  yaradılmadan  birgə  fəaliyyəti  həyata  keçirdə  bilməz  və  qarşılıqlı  anlaşma 

baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı 

inkişaf  prosesidir.  Başqa  sözlə  ünsiyyət  iki  və  daha  çox  insanın  münasibətləri 

aydınlaşdırmaq  və  ümumi  nətijə  əldə  etmək  məqsədilə  öz  səylərini  əlaqələndirməyə  və 

birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə deyilir. 

 Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. 

Ünsiyyətin ekspressiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və 

bədənin ifadəli hərəkətləri, vokal mimikası – bunlardan hər birinin ünsiyyət prosesində öz 

yeri vardır. 

Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda 

müxtəlif  adət  və  ənənələrə  yiyələnir  ki,  bunlar  da  real  varlığın  dərk  edilməsinə  xüsusi 

istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin 

edən  əsas  şərtdir.  Həyati  faktlar  göstərir  ki,  ünsiyyət  eyni  zamanda  psixi  proseslərin 

təzahüründə  özünəməxsus  tərzdə  iştirak  edir.  Ünsiyyət  psixi  proseslərin  dinamikasına, 

təzahürünə  təsir  göstərir  və  onları  daha  da  mütəhərrik  edir.  Ünsiyyət  eyni  zamanda 

şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin 

təşəkkülü  ünsiyyət  prosesinin  məhsuludur.  Belə  ki,  ünsiyyət  sayəsində  insan  keyfiyyətcə 

dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə 

yetirir,  sosial  rolu  ifa  edir,  zəruri  rəftar  və  davranış  normalarına,  praktik  fəaliyyət 

vərdişlərinə  yiyələnir,  ətraf  aləmə  fəal  surətdə  təsir  göstərməyə  can  atır.  Bu  haqda  aydın 

təsəvvür əldə etmək üçün tənhalığın bəzi xüsusiyyətləri ilə tanış olmaq kifayətdir. 

Tənhalığın iki növünü – fiziki və psixoloji tənhalığı fərqləndirirlər. 



 

Tənhalığın  ən  ağır  forması  psixoloji  tənhalıqdı,  yəni  insanın  insanlar  mühitində, 



əhatəsində  olmasına  baxmayaraq  tək,  kimsəsiz  qalması,  özünə  həmrəy,  həmfikir, 

həmsöhbət  tapa  bilməməsi,  kimsənin  onunla  ünsiyyətə  girmək  istəməməsi  psixoloji 

tənhalıq kimi nəzərdən keçirilməlidir. Məsələn, insanın kollektivdə olması onun hələ başqa 

insanla ünsiyyətdə olması demək deyil. Kollektivdə şəxsiyyət öz tənhalığından can qurtara 

bilmir.  Kollektivdə  insanın  tənhalığı  aradan  götürülmür,  yalnız  müəyyən  mənada 

doldurulur, tənhalıq haqqında biliklər sıxışdırılır. 

C.İ.Yanq  tənhalığın  üç  tipini  fərqləndirməyi  lazım  bilir:  xroniki,  situativ  və  keçici 

tənhalıq. 

Xroniki  tənhalıq  insanın  uzun  müddət  başqaları  ilə  ünsiyyət  yarada  bilməməsinin 

nəticəsi kimi özünü göstərir. Situativ tənhalıq insanın artıq bərqərar olmuş sosial ünsiyyət 

modelinin  dağılmasının  nəticəsidir.  Keçici  tənhalıq  isə  vaxtaşırı  əksəriyyət  insanlarda 

təsadüfi özünü göstərən ötəri bir haldır. 

Ünsiyyət  situasiyasının  iki  tipini  fərqləndirirlər:  şəxsi  ünsiyyət  və  birgə  fəaliyyətdə 

ünsiyyət. 

Şəxsi  ünsiyyətin  adətən  iki  səviyyəsini  fərqləndirirlər.  Birinji  səviyyədə  ünsiyyət  iki 

(və ya üç) adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. İkinji 

səviyyədə  isə  tədrijən  emosional  ünsiyyət  şəraitində  adamlar  öz  nöqteyi-  nəzərlərini  izah 

etməyə,  müdafiə  etməyə,  bir-birilərinin  fikirlərini,  əməllərini  və  s.  müəyyən  mövqedən 

qiymətləndirməyə başlayırlar. 

Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu 

birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. 

2-  ci  sual.

  Psixologiyada  ünsiyyətin  müxtəlif  və  çoxsaylı  tipologiyası  var.  Bunlar 

aşağıdakılardan ibarətdir: 

-işgüzar ünsiyyət 

 

              - diaqnostik ünsiyyət 



              - tərbiyəvi ünsiyyət          

              - intim- şəxsi ünsiyyət. 

Bununla bərabər həm də aşağıdakı ünsiyyət növlərini də qeyd etmək olar: 

- şəxsiyyətlərarası, qrup və qruplararası; 

- məxfi və münaqişəli; 

- birbaşa və vasitəli. 




Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə