Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

12 


 

olduğu ciddi dinləyici kütləsinə malik müxtəlif tibb fakültə-

lərində dərs deyir. Kitabı oxuyarkən Navarronun akademik 

savadı,  peşəsindən  qaynaqlanan  və  real  həyatda  çox  ciddi 

vəziyyətlərdə  bədən dili işarələrini ustalıqla analiz etmə ba-

carığı  olan  mütəxəssis  və  bir  təlimçi  olduğunu  anlayacaqsı-

nız. 

Navarro  ilə  birlikdə  çalışmağa,  seminarlarına  getməyə 

və fikirlərini öz həyatımda tətbiq etməyə başladıqdan sonra 

əminliklə  söyləyə  bilərəm  ki,  bu  kitabdakı  informasiyalar 

bədən  dili  mövzusunda  ciddi  əhəmiyyət  kəsb  edir.  Bunu 

Navarronun bu mövzuda sahib olduğu elmi  informasiyala-

rı, ixtisaslaşmış məqsədləri və şəxsi uğur üçün istifadə etmək 

məramını hiss etdiyinə görə bu kitab layihəsinə qatılmış  ix-

tisaslı psixoloq kimi söyləyirəm. 

Navarronun  mövzuya  məntiqli  və  məsuliyyətli  müna-

sibətindən  təsirləndiyimi  söyləyə  bilərəm.  Məsələn,  bədən 

işarələrinin  izlənilməsi  bir  çox  davranış  növünü  “doğru 

şəkildə oxuya bilməyimiz”ə imkan versə də, Navarro bədən 

dilindən  istifadə  etməklə  yalan  və  saxtakarlığın  müəyyən 

olunmasının çətin və riskli iş olduğu ilə bağlı bizə xəbərdar-

lıq  edib.  Bu,  məhkəmə  heyəti,  ya  da  qanun  keşikçiləri  tərə-

findən  nadir  hallarda  müəyyən  edilə  bilən  çox  önəmli  mə-

qamdır.    Davranışlarına  əsaslanaraq  bir  insanı  dürüst  və  ya 

yalançı  elan  etməzdən  əvvəl  çox  diqqətli  olmağımız  lazım-

dır.  


Bədən dili mövzusunda yazılmış digər kitablardan fərqli 

olaraq  burada  əldə  edəcəyimiz  məlumatlar  şəxsi  fikirlər,  ya 

da  uydurma  deyil,  elmi  həqiqətlərə  əsaslanır  və  sınaqlarla 

sübut  edilib.  Ən  başlıcası  isə  bu  kitab  digərlərindən  fərqli 

olaraq çox əhəmiyyətli bir məqamı – bədən işarələrini anla-



Bədən diliniz 

 

13 



 

 

 



maq və keyfiyyətli şəkildə təhlil etmək prosesində insan bey-

nindəki limbik  sistemin oynadığı ciddi rolu qabardır. 

Bədənimizin səssiz dili sahəsində siz də ixtisaslaşa bilə-

rsiniz.  İstər  peşənizdə  yüksəlmək,  istərsə  də  dostlarınız  və 

ailənizlə  münasibətlərinizi  daha  yaxşı  səviyyəyə  qaldırmaq  

və  bədən  dili  üzərində  çalışmaq  istəyirsinizsə,  deməli,  bu 

kitab sizin üçün hazırlanıb. Kitabdakı fərqli mövzulara həsr 

edilmiş  bölmələrin  diqqətli  şəkildə  araşdırılması,  Navarro-

nun  öyrətdiklərini  qavramaq  və  gündəlik  həyatınıza  daxil 

etmək  üçün  ayırdığınız  zaman  və enerjiylə  bədən  dili  möv-

zusunda ustalıq qazana biləcəksiniz. 

İnsanları ustalıqla oxuya bilmək (edəcəkləri hərəkəti təx-

min  etmək  üçün    davranışlarını  izləmək,  şifrələrini  çözmək 

və  əldə edilən informasiyaları qiymətləndirmək)  sınanmağa 

dəyən və əziyyətiniz müqabilində ciddi mükafatlar əldə edə-

cəyiniz işdir. Elə bu səbəbdən də yerinizi rahatlayın və növ-

bəti səhifəni çevirin. Navarronun sizə təqdim edəcəyi bədən 

dilini  öyrənməyə  hazırlaşın.  Bir  müddət  sonra  bircə  baxışla 

insanların  hərəkətlərlə  nə  söylədiyini  anlamağa  başlayacaq-

sınız. 


  


Bədən diliniz 

14 


 

 

TƏŞƏKKÜR 

 

Bu kitabın hələ ilk mətnlərini yazmağa başladığımda əs-

lində layihənin çox uzun zamandır hazırlıq mərhələsində ol-

duğunu fərq etdim. Layihəyə qoşulma səbəbim bədən hərə-

kətlərini  oxuma  mövzusuna  duyduğum  maraq,  yaxud  mə-

nimsədiyim  biliyi  akademik  dünyada  və  ya  FTB-də  istifadə 

etmək istəyim deyildi. Hər şey çox uzun illər əvvəl ailəmdə 

başlamışdı.  

Ətrafdakı  insanların  hərəkətlərini  oxumağı  əvvəlcə  va-

lideynlərim Albert və Mariana Lopez, bir də nənəm Adelina 

Panagua Espinodan öyrəndim.  Bu insanların hər biri  mənə 

bədən dilinin gücü və əhəmiyyəti ilə bağlı fərqli şeylər başa 

salıblar.  Məsələn,  anam  insan  münasibətlərində  hərəkət  və 

jestlərin  əhəmiyyətini  öyrədib.  İncə  bir  davranışın  bizi  necə 

pis vəziyyətdən çıxara, qarşımızdakı insanı sakitləşdirə bilə-

cəyini mən onda görmüşəm. Bu, anamın bütün həyatı boyu 

heç bir əziyyət çəkmədən tətbiq edə biləcəyi  istedad idi.  

Bircə  baxışı  ilə  qətiyyətli  və  açıq  münasibət  qura  bilən 

atamdan  göz  ifadəsinin  gücünü  öyrəndim.  O  təkcə  elə  gö-

rünüşü ilə hörmət oyandıran insan idi.  

Bu kitabı həsr etdiyim nənəmdən isə əhəmiyyətsiz görü-

nə  biləcək  davranışların  –  bir  gülümsəmə,  baş  hərəkəti,  ya-

xud xəfif bir toxunuşun çox şey demək olduğunu, hətta bö-

yük əhəmiyyət kəsb etdiyini öyrəndim.  

Onların  öz  həyatlarında  tətbiq  etdikləri  və  mənə  öyrət-

dikləri bu hərəkətlər insanları daha düzgün şəkildə müşahi-




Bədən diliniz 

 

15 



 

 

 



də etməyimə səbəb oldu. Öyrəndiklərim bu kitabın içində də 

vardır.  

Briqem  Yunq  Universitetində  J.  Vesli  Şervud,  Riçard 

Tounsend    və  Dekan  Klayf  II  Vindən    polis  texnikası  və  ci-

nayətkarların  təqib  edilməsi  mövzularında  bir  çox  şeylər 

öyrəndim. Sonrakı illərdə FTB-də çalışan Doq  Qreqori, Tom 

Riley,  Culian  “Cay”  Korner,  Dr.Riçard  Ault  və  Deyvid  G. 

Mayor kimi insanlar  əks-kəşfiyyat və casus davranışlarının 

incə  fərqlərini  öyrənməyimə  yardımçı  oldular.  Müşahidə 

bacarığımı inkişaf etdirən bu insanlara  təşəkkür borcum var. 

Məni  yazmağa  ürəkləndirdiyi  və  bir  neçə  dəfə  özü  ilə  işlə-

mək  şansı  verdiyi  üçün  sabiq  FTB  agenti  və  büronun 

“Seçilmiş  davranışlar  analiz  proqramı”nın  üzvü  Dr.  Con 

Şaferə də təşəkkür etməliyəm. Mənimlə birlikdə ən ağlagəl-

məz yerlərdə İllərlə casus ovuna çıxan Mark Riser də təşək-

kürə  layiqdir.  FTB-nin  Beynəlxalq  Təhlükəsizlik  Departa-

mentindəki bütün məsləkdaşlarıma da mənə verdikləri dəs-

təyə görə minnətdaram.  

İllər  ərzində  FTB-də  ən  yaxşı  təlim  keçirən  professorlar 

Co Kulis, Pol Ekman, Maurin O. Sullivan, Mark Frank, Bel-la 

M.  De  Paulo,  Aldert  Vrij,  Reyd  Meloy  və  Cudi  Burqundan 

da bədən dili ilə bağlı bəzən birbaşa, bəzən də kitab və mə-

qalələr  vasitəsilə  çox  şey  öyrəndim.  Spokan,  Vaşinqtondakı 

“Hərəkətlə  əlaqə”  mərkəzinin  rəhbəri  Deyvid  Givensin  və 

bir çoxlarının yazılarını, öyrətdiklərini və nəsihətlərini səda-

qətlə  tətbiq etdim,  onlarla  dost  olmaq  şansına  sahib  oldum. 

Araşdırma  və  yazıları  ilə  həyatımı  zənginləşdirən  bu  in-

sanların  yaratdıqlarını  və  digər  nəhəng  simaların  –  Des-

mond Morris, Eduard Hall və bu yolda ilk cığır açan kitabı – 

“The  Expression  Of  The  Emotions  İn  Man  and  Animals” 




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə