Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

16 


 

(“İnsanlarda və heyvanlarda duyğuların ifadəsi”) ilə hər şe-

yin  başlanğıcı  olan  Çarlz  Darvinin  adını  kitabın  sonundakı 

siyahıda tapa bilərsiniz. 

Həmin  adlar  bu  işin  akademik  zəminini  yaradıblar,  la-

kin  mən  layihəyə  öz  töhfəsini  verən  digər  insanları  da 

burada mütləq xatırlamalıyam. Tampa Universitetindəki də-

yərli  dostum  Elizabet  Li    Baron  bu  araşdırmaya  başladığım 

andan etibarən Tanrının mənə bağışladığı ən böyük lütf idi. 

Tampa  Universitetindən  Dr.  Pill  Kuin  və  Seynt  Leo  Uni-

versitetindən  professor  Barry  Gloverə  də  uzun  illər  sürən 

dostluğumuza  və  ağır  səyahət  proqramıma  səbirlə  yanaş-

dığına görə təşəkkür etməliyəm. 

Kitabın  içindəki  fotolar  olmasaydı,  çətin  ki  bu  qədər 

təsirli alınardı. Ona görə də tanınmış fotoqraf Mark Vemplə 

çox  şey  borcluyam.  Həmçinin  kitab  üçün  fotosunun  çəkil-

məsi təklif ediləndə “Əlbəttə, niyə də olmasın?” deyərək bu-

nu qəbul edən menecer asistentim Eşli B. Kastla da minnət-

darlığımı çatdırmaq istərdim. Hamınız misilsiz insanlarsınız.  

Rəsmləri  ilə  kitaba  öz  töhfəsini  verən  Tampalı  rəssam 

David R. Andradaya da təşəkkürlər... 

Mənə qarşı hər zaman səbirli olan “Herper Kollins”dən 

redaktorum  Metyu  Benjamin  bu  layihəni  işləyərkən  əsl 

centlmen  və  professional  kimi  davrandığından  təqdirə  la-

yiqdir.  

Layihənin  tamamlanması  üçün  qayğı  və  zəhmətlə  çalı-

şan    redaktor  Toni  Skierraya  da  öz  minnətdarlığımı  bildir-

məliyəm. 

Metyu və Toni “Herper Kollins”də redaktənin məsuliy-

yətini daşıyan Paula Kuperə də, gözəl bir kollektivdə olduğu 

üçün “sağ ol” düşür.  



Bədən diliniz 

 

17 



 

 

 



Hər  zaman  olduğu  kimi  fikirlərimi  kitab  üçün  şəkillən-

dirən və qələmə aldığı ön sözdə xoş sözlərlə məni qürurlan-

dıran Dr. Marvin Karlinsə də təşəkkür etmək istəyirəm. 

Ağır  dərs  proqramına  baxmayaraq  kitabın  ilk  məqalə-

lərini düzəltmək üçün zaman ayıran və insan bədəninə dair 

inanılmaz  informasiya  yığınını  mənimlə  paylaşan,  əsl  elm 

adamı, təhsil işçisi və dəyərli dostum Dr. Elizabet A.Muraya 

da minnətdarlığımı bildirirəm. 

Onlara ayırmalı olduğum vaxtı bu kitaba sərf edərək ça-

lışmamı  səbirlə  qarşılayan  ailəmə  mənə  göstərdikləri  tole-

rantlığa görə min yol təşəkkürlər. Lusaya və varlığı üçün hər 

gün şükr etdiyim qızım Stefaniyə də. 

Adlarını  sadaladığım  bu  insanlar  əlinizdə  tutduğunuz 

kitaba hər  hansı  bir  yolla  öz  yardımlarını  göstəriblər.  Onlar 

az, yaxud çox biliklərini və fikirlərini sizlərlə paylaşıblar.  

Burada toplanan məlumatları gündəlik həyatınızda isti-

fadə  edəcəyinizə  əminliklə  yazdığımı  bilməyinizi  istərdim. 

Bu mənada həm elmi, həm də müşahidələrə söykənən infor-

masiyanı  təqdim  etmək  üçün  diqqətli  və  ehtiyatlı  dav-

randım.  Əgər  kitabda  hansısa  bir  səhv  varsa,  o,  mənə  məx-

susdur və bunun məsuliyyəti ancaq mənim üzərimə düşür. 

Qədim bir latın məsəli var: “Qui docet, discit” (Öyrədən 

həm də öyrənir). Bir çox məsələlərdən yazmaq məhz belə bir 

şeydir: insanın hər gününün xoş bir sonluqla başa çatmasını 

təmin edən öyrənmə və anlama mərhələsi. Bu kitabın sonu-

na  gəldiyinizdə insanlarla necə  əlaqə  qurduğumuza  dair  si-

zin də dərin biliyə sahib olacağınıza və mənim kimi sizin də 

həyatınızın zənginləşcəyinə ümid edirəm.   

 

 

Co Navarro  



Florida, Tampa Avqust 2007  


Bədən diliniz 

18 


 


Bədən diliniz 

 

19 



 

 

 





 

BƏDƏN  DİLİ ŞİFRƏLƏRİNDƏ 

 USTALAŞMAQ 

 

 

İnsanlara “bədən dili” mövzusunda mühazirə oxuyanda 

hər  zaman  eyni  sualla  qarşılaşıram:  “Co,  hərəkətlə  münasi-

bət mövzusunda ən çox diqqətini çəkən cəhət hansıdır?”  

Əslində  bu,  qəsdən  etmək  istədiyim  bir  şey,  yaxud  

mövzu haqqında uzun müddətli düşünməmin nəticəsi deyil. 

Daha real səbəblər mövcuddur. Məcburiyyətdən (yeni həyat 

tərzinə  uğurla  uyğunlaşma  ehtiyacından)  qaynaqlandığını 

söyləyə bilərik.  

Səkkiz yaşımdaykən Amerikaya Kubadan qaçqın olaraq 

gəlmişdim.  “Donuzlar  Körfəzi  Hərəkatından”

1

 bir  neçə  ay 



sonra Kubanı tərk etmişdik və ABŞ-da cəmi bir neçə ay qala-

cağımızı düşünürdük. 

İngiliscə danışa bilməyən biri kimi bu ölkəyə gələn  min-

lərcə mühacirin etdiyi hərəkəti etdim.  

Məktəbdə  yeni  dostlarıma  uyğunlaşmaq  üçün  ətrafımı 

bürüyən  digər  “dilin”  –  davranış  dilinin  fərqinə  varmağın 

(bu dilə qarşı həssas olmağın) lazımlılığını anladım. Bu, sü-

rətlə  tərcümə  edib  anlaya  biləcəyim  dil  idi.  Hələ  tam  yet-

                                                           

1

1961-ci  ildə  ABŞ-ın  Kuba  lideri  Kastronu  devirmək  üçün  həyata  keçirdiyi 



müdaxilə.  ABŞ-ın  dəstəyini  alan  sürgündəki  kubalılar  ölkənin  cənub-qərbindəki 

Donuzlar Körfəzinə üç günlük desant çıxardıqdan sonra uğursuzluqla üzləşmişdi-

lər. 

 



Bədən diliniz 

20 


 

kinləşməmiş  zehnim  mənə  insan  bədənini  jest,  mimika  və 

fiziki hərəkətlər vasitəsilə qarşımdakı şəxsin nə düşündüyü-

nü  ifadə edən elan  lövhəsi  kimi  görməyi  təklif edirdi.  Təbii 

ki, zaman keçdikcə ingiliscəni öyrəndim (hətta ispan dilində 

bir  çox  cəhətlərdə  gerilədim),  amma  bədən  hərəkətlərinin 

mənalarını əsla unutmadım. Hələ çox kiçik yaşlarımda ikən 

hərəkətlə qurulan münasibətə hər zaman güvənə biləcəyimi 

kəşf etmişdim. 

Sinif  yoldaşlarımla  müəllimlərin  mənə  çatdırmaq  istə-

diyi  şeyləri  və  haqqımda    düşüncələrini  ayırd  etmək  üçün 

bədən  dilindən  istifadə etməyi  öyrəndim.  Fərq etdiyim şey-

lərdən biri məni doğrudan da sevən sinif yoldaşlarımın, ya-

xud  müəllimlərimin  qarşılaşdığımız  vaxt  qaşlarını  qaldır-

ması  idi.  Amma  mənə  dostcasına  münasibət  bəsləməyən 

başqaları  görüşdüyümüzdə  yerli-yersiz  şəkildə gözlərini  qı-

yırdılar.  Bu,  bircə  dəfə  gördükdən  sonra  əsla  yaddan  çıx-

mayan davranış idi.  

Başqa  mühacirlər  kimi  mən  də  insanları  sürətlə  dəyər-

ləndirib  onlarla  dostluq  etmək,  ortadakı  dil  maneəsinə  bax-

mayaraq  rabitə  qurmaq,  düşməncə  davranışlar  göstərənlər-

dən  çəkinmək  və  sağlam  münasibətləri  inkişaf  etdirmək 

üçün bu informasiyaları istifadə etməyə başladım. İllər sonra 

eyni  məlumatdan  (göz hərəkətləri haqqında)  FTB-də  xüsusi 

kimi  işlədiyim  vaxt  cinayətləri  açmaqda  istifadə  edəcəkdim 

(Baxın: Qutu 1). 

Keçmişim, təhsilim və təcrübələrim sayəsində sizə ətra-

fınızdakı  dünyaya  bədən  dili  üzrə  ixtsisaslaşmış  FTB  agenti 

kimi baxmağı öyrətmək istəyirəm. Çünki hər insan münasi-

bəti  informasiya  ilə  yüklənmiş  canlı  və  dinamik  bir 

dünyadır.  Beləliklə,  siz  insanların  nə  düşündüyünü,  hiss 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə