Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

32 


 

Təlimat 3: Universal bədən dilinin tanınıb 

aydınlaşdırılması 

 

Bir  çox  insanda  eyni  şəkildə  göründüyü  üçün  bəzi  bə-



dən  hərəkətləri  universaldır.  Məsələn,  qarşınızdakı  insanın 

dodaqlarını  bir-birinə  sıxaraq  görünməyəcək  dərəcədə  içə 

çəkməsi  onun  həyəcan  duyduğuna  və  nələrinsə  yanlış  ol-

duğuna  açıq işarədir.    “Dodaq büzmək” adlandırılan bu hərə-

kət  aşağıda  izah  edəcəyim  universal  ifadələrdən  biridir 

(

Bax:Qutu 4).  



Universal  bədən  davranışlarını  nə  qədər  yaxşı  ay-

dınlaşdırıb izah edə bilsəniz, ətrafınızdakı insanların düşün-

cə,  duyğu  və  niyyətlərini    eyni  dərəcədə  dəqiq    qiymətlən-

dirməyi bacaracaqsınız. 



 

 

Təlimat 4: İdeosenkratik (şəxsi vəziyyətlə bağlı) 



davranışların aydınlaşdırılıb izah edilməsi 

 

Universal  bədən  davranışları  demək  olar  ki,  bütün  in-

sanlar üçün eyni hərəkət və işarələri özündə birləşdirir. İkin-

ci davranış qrupu isə fərdlərə məxsus hərəkətləri ifadə edən  



ideosenkratik (şəxsi vəziyyətlə bağlı) davranışlardır. 

İdeosenkratik  (şəxsi vəziyyətlə bağlı) işarələri  ayırd  etmə-

yiniz  üçün  daima  münasibətdə  olduğunuz  insanların  (dost-

lar, ailə fərdləri, iş yoldaşları, alver etdiyiniz, yaxud da xid-

mətindən istifadə etdiyiniz insanlar) davranış qəliblərini  araş-

dırmağınız lazımdır. Bir insanı nə qədər çox tanısanız,  




Bədən diliniz 

 

33 



 

 

 



Qutu 4:  BİR DODAQBÜZMƏ GƏMİLƏRİ  

QURTARA BİLƏR 

 

Dodaqların universal ifadələri bir ingilis dənizçilik 



şirkətində məsləhətçi işlədiyim zaman işimə çox yaradı. 

Şirkət sahib olduğu yük gəmilərinin nəqliyyat təminat-

ını  edəcək  böyük  bir  beynəlxalq  qurumla  müqavilə 

bağlamağa  mənim  də  gəlməyimi  istədi.  Təklifi  qəbul 

etdim və müqavilənin hər bir maddəsinin  üzərində da-

yanılmasını,  müzakirə edilməsini, o maddə razılaşdırıl-

mamış digərinə  keçilməməsini məsləhət gördüm. Belə-

liklə  mən  müştərim  üçün  xeyirli  olacaq  informasiyanı 

əldə  etmək  üçün  qarşımdakı  şirkət  nümayəndəsini  da-

ha yaxından tədqiq edə biləcəkdim. 

Müştərimə “Marağınıza səbəb olacaq məqam olsa, 

sizə işarə verəcəm”, – deyib tərəflərin müqaviləni mad-

də-maddə  araşdırmasını  izləmək  üçün  yerimdə  otur-

dum.  Qarşı  tərəfdən    əhəmiyyətli  bir  ifadə  yaxalamaq 

üçün çox gözləmək lazım  gəlmədi. Gəminin  müəyyən 

hissəsindəki təminata dair maddə oxunduqda (milyon-

larla dollar dəyərində olan təminatdan bəhs edirik) qar-

şı  şirkətin  şef  müzakirəçisinin  dodaqlarını  büzdüyünü 

fərq  etdim.  Müqavilənin  bu  hissəsində  xoşuna  gəlmə-

yən nəsə var idi.  

Müştərimə  müqavilənin  bu  maddəsinin  sonradan 

ixtilafa yol açacaq problemli maddə olduğunu və tərəf-

lər  görüşmüşkən  bütün  detalları  ilə  araşdırılıb  qəti  qə-

rara gəlinməsinə dair kağız yazdım. 

 



Bədən diliniz 

34 


 

 

və  ya  onunla  nə  qədər  uzun  müddət  münasibətdə  olsanız, 



əldə  edəcəyiniz  məlumat  bazası  sayəsində  ideosenkratik 

davranışlarını  müəyyən  etmək  şansınız  artacaq.  Məsələn,  

yeniyetmə  övladınızın  imtahan  öncəsi  başını  qaşıdığını  və 

dodaqlarını  gəmirdiyini  fərq  etsəniz,  bu  uşağınızın  gərgin-

liyini, yaxud da imtahana hazırlaşmadığını göstərən etibarlı 

ideosenkratik  davranış  ola  bilər.  Şübhə  yoxdur  ki,  bu  dav-

ranış stressin öhdəsindən gəlmək üsuluna çevrilib və ona bir 

çox  hallarda,  həm  də    dəfələrlə  rast  gələ  bilərsiniz.  Çünki 

“gələcəkdəki davranışlarımıza  ən bariz nümunə keçmişdəki 

davranışlarımızdır”. 

 

                                                                                                                                                                                 



Təlimat 5: İnsanlarla olan münasibətlərinizdə əsas 

davranışları müəyyən etməyə çalışın 

 

Daimi  olaraq  münasibətdə  olduğunuz  insanların  əsas 

davranışlarını anlamaq üçün normal vəziyyətdə necə görün-

düklərini,  necə  oturduqlarını,  əllərini  haraya  qoyduqlarını, 

Tərəflər arasında yenidən müzakirə oldu və detallı  araş-

dırıldıqda    hər  iki  tərəfin  bu  maddə  haqqında  yürüdəcəkləri 

siyasət açıqlandı. Müştərim 13,5 milyon dollarlıq riskdən qur-

tulmuş  oldu.  Rəqib  şirkətin  müzakirəçisinin  narahatlığını 

açıqlayan  davranış  maddənin  qəti  şəkildə  aydınlaşdırılması 

və  elə  oradaca  qərar  verilməsinin  vacibliyini  göstərən  dəqiq 

işarə idi. 

 



Bədən diliniz 

 

35 



 

 

 



ayaqlarının normal duruşunu, ümumi üz ifadələrini, başları-

nın əyilib-əyilməməsini, əşyalarını hara qoyduqlarını, yaxud 

harada  saxladıqlarını  müşahidə  etməyiniz  lazımdır  (Bax: 

Rəsm  1  və  2).  Normal  üz  ifadələri  ilə  stresli  üz  ifadələrini 

asanlıqla ayırd edə bilərsiniz. 

 

Tanıdığınız  birinin  əsas  davranışlarına  diqqətsiz  olmaq 



sizi  xəstələnənə  qədər  uşaqlarının  boğazına  baxmayan  vali-

deyn  vəziyyətinə  salar.  Həkim  çağırıldıqda  o,  uşağın  boğa-

zında  hansı  dəyişikliyi  gördüyünü  soruşsa  da,  valideynin 

müqayisə  etmək  şansı  yoxdur,  çünki  sağlam  vaxtı  heç  vaxt 

uşağın  boğazına  baxmayıb.  Axı  normal  olanın  da  fərqində 

olmaq lazımdır  ki, anormal olanı anlayıb müəyyən edə bilə-

sən. 

Bir  adamla  yalnız  bir  dəfə  görüşsəniz  belə,  münasibəti-



nizin əvvəlində onun “ilk duruş şəklini” müəyyənləşdirmə-

yə  çalışmalısınız.  Əsas  davranışları  müəyyən  etmənin  əhə-

 

 

Stress keçirən üz gərilib və xəfif şəkildə 



əyilib. Qaşlar çatılmış,  alın isə bürüş-

müşdür. 


 

 

Stress  keçirməyən  üz  ifadələrini  araş-



dırın.  Gözlər  rahatdır,  dodaqlar  isə 

açıq şəkildə görünür. 

 

Rəsm 1 



 

Rəsm 2 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə