Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

36 


 

miyyətli addım  olması  qarşınızdakı insanın bu davranışlar-

dan yayındığını anlamağınıza fürsət verə bilər və bu, heç də 

çölə atılacaq informasiya deyil (Bax: Qutu 5). 

 

 

 



 

 

 



  

Təlimat 6: Hər zaman insanların  toplu, yaxud da sıraya 

düzülmüş vəziyyətdə birdən çox ifadə və davranışını 

tutmağa çalışın 

  

Birdən  çox  ifadə, ya  da  toplu  davranış  halında  olan  in-

sanların bədən işarələrini müşahidə etməyə başladığınız an-

dan  etibarən  onları  doğru  oxuma  istiqamətində  bacarığınız 

da  inkişaf  etməyə  başlayacaq.  Bu  işarələr  bir  qurmacanın 

parçaları kimidir. Nə qədər çox parçaya sahib olsanız, onla-

rın bir araya gətirərək yaratdığı rəsmi görmək şansınız arta-

caq.  Nümunə  vermək  lazımdırsa,  deyim:  bir  rəqibimin  st-

resli  davranışlardan  sonra  məni  sakitləşdirici  davranışlar 

sərgilədiyini görsəm, zəif olduğunu hiss etdiyi bir nöqtədən 

vaz keçməyə çalışdığını, mənimlə ortaq nöqtəyə gəlmək istə-

diyini anlayaraq daha rahat ola bilərəm. 

 

 

 



 

 

 




Bədən diliniz 

 

37 



 

 

 



 

QUTU 5:  BİR AİLƏ MƏSƏLƏSİ. 

 

Bir  anlığa  özünüzü  geniş  bir  ailə  topantısında  qohumları 



ilə  salamlaşmaq  üçün  növbə  gözləyən  səkkiz  yaşlı  oğlan  uşa-

ğının valideyni kimi təsəvvür edin. Hər il təkrarlanan bu məra-

simdə salam vermək üçün növbə gözləyən oğlunuzla dəfələrlə 

iştirak  etmisiniz,  amma  bu  ana  qədər  oğlunuz  heç  kimə  qarşı 

qaçıb-qaçmamaq, qucaqlayıb-qucaqlamamaq kimi bir qərarsız-

lıq  yaşamayıb.  Ancaq  indi  sıra  Harri  əmiyə  gələndə  yerindəcə 

donub qalıb və qətiyyən tərpənmək istəmir. 

Bir yandan onun qulağına “nə olub?” – deyə pıçıldayır, bir 

tərəfdən də əmisinə doğru itələyirsiniz. Oğlunuz cavab vermir 

və sizin fiziki təhrikinizə qarşı da laqeyd davranır. 

Bu vəziyyətdə nə etməlisiniz? Əslində, fərqində olmalı ol-

duğunuz  nöqtə  oğlunuzun  geri  çəkilməsi  –  öz  əsas  davranış-

larından  yayınmasıdır.  Keçmişdə  əmisini  qucaqlamaqda  bir 

problem  yaşamayan  uşağın  davranış  dəyişikliyinin  səbəbi  nə-

dir?  Bu “üz döndərmə” reaksiyası uşağın özünü təzyiq altında 

hiss etməsi, yaxud da  xoşagəlməyən duyğuların işarəsi ola bi-

lər.  Bəlkə  də,  duyduğu  qorxunun  məntiqli  əsası  yoxdur,  fəqət  

müşahidəçi və ehtiyatlı valideyn üçün bu xəbərdarlıq səviyyə-

sində  olan  işarədir.  Oğlunuzun  keçmişdəki  davranışından  ya-

yınması  əvvəlki  yığıncaqdan  sonra  əmisi  ilə  arasında  xoşagəl-

məz hadisənin baş verməsini göstərən dəlil ola bilər. Bəlkə də, 

məsələ çox bəsitdir, ya da uşaqcasına  anlaşılmazlıqdan ibarət-

dir.  Ya da əminin ailənin digər uşaqlarına ayırdığı diqqətə ve-

rilən reaksiyadır. Ancaq oğlunuzun bu davranışı  çox  ciddi bir 

məsələnin  də  əlaməti  ola  bilər.  Buradan  çıxaracağımız  nəticə: 

bir şəxsin öz əsas davranışlarından yayınması, yaxud da onları 

dəyişməsi  nələrinsə  yanlış  olduğunu  və  (xüsusilə  bu  hal  üçün 

xarakterik saysaq) ona daha çox diqqət yönəltməyin vacibliyini 

göstərir. 



Bədən diliniz 

38 


 

 

 Təlimat 7: Şəxsin düşüncə, duyğu, maraq, diqqət, yaxud 



da niyyətlərindəki dəyişiklikləri göstərə biləcək davranış 

fərqliliyini müəyyən etmək 

 

Davranışlardakı ani dəyişikliklər şəxsin gördüklərini necə 

anladığını, yaxud da duyğusal hadisələrə necə reaksiya  ver-

diyini  açıqlaya  bilər.  Lunaparka  gedərkən  həvəs  və  sevinc 

içində  olan  uşaq  parkın qapalı  olduğunu  öyrəndiyi  an  dav-

ranışlarını dəyişəcək. Bu cəhətdən böyüklərin də uşaqlardan 

fərqi yoxdur. Telefonla pis xəbər aldığımızda, yaxud bizi ya-

ralayan bir şey gördüyümüzdə bədənimiz həmin dəyişikliyi 

sürətlə  əks etdirir. 

Davranış  dəyişiklikləri  bəlli  hallarla  insanın  maraq,  ya-

xud niyyətini açıqlaya bilər. Bu növdə dəyişikliklərin diqqət-

li şəkildə təqib edilməsi hadisələri meydana gəlmədən öncə 

təxmin edə bilməyinizə fürsət verəcək, bununla da sizə ciddi 

üstünlük qazandıracaq. Xüsusilə yaxınlaşmaqda olan hadisə 

özü  ilə  sizə  və  ətrafınızdakılara  zərər  verə  biləcək  potensial 

təhlükə daşıyırsa (Bax: Qutu 6). 

  



Bədən diliniz 

 

39 



 

 

 



 

  

 



 

QUTU 6:  BƏLANIN QOXUSUNU HİSS ETMƏK 

İnsanın  düşüncələrini  əks  etdirən  ən  əhəmiyyətli  işarələr 

arasında bədən dilindəki dəyişikliklərin meydana gətirdiyi  niy-

yət  işarələri  də  var.  Bunlar  şəxsin  nə  etmək  niyyətində  oldu-

ğunu göstərən davranışlardır və açıqgözlü müşahidəçiyə gözlə-

nilən hərəkət gəlmədən öncə hazırlanmaq üçün fürsət verir. 

İnsanın  davranış  dəyişikliklərinin  fərqində  olmasının  (xü-

susilə bu dəyişikliklər özündə niyyət işarələri ehtiva  edirsə) nə 

qədər  ciddi  əhəmiyyət  daşıdığına  dair  verəcəyim  bu  nümunə 

işlədiyim  dükanda  soyğun  cəhdinə  aiddir.  Bu  hadisə  zamanı  

kassanın  düz  yanında  duran  adam  diqqətimi  çəkmişdi,  çünki 

onun  məhz  orada  durması  üçün  elə  bir  ciddi  səbəb  yox  idi. 

Növbədə deyildi, aldığı bir şey də yox idi. Ən başlıcası isə dur-

duğu yerdəcə gözlərini kassaya dikmişdi. 

Adam eyni vəziyyətdə səssizcə  gözləməyi davam etdirsəy-

di, yəqin ki, ona marağımı itirib, diqqətimi başqa yerə yönəldə-

cəkdim.  Ancaq  onu  müşahidə  etdiyim  bu  müddətdə  davranış-

ları dəyişdi. Burun dəlikləri onu ələ verəcək  şəkildə genişləndi. 

Bu  onun  hərəkətə  keçəcəyini  göstərirdi.  Hərəkətinin  nə  olaca-

ğını bir saniyə öncə təxmin etmişdim və o bir saniyə içində edə-

cəyim  yeganə  hərəkət  insanları  xəbərdar  etmək  oldu.  Kassirə 

doğru  “Diqqətli  ol!”,  –    deyə  bağırdığım  an  üç  hadisə  eyni  za-

manda baş verdi:  satıcı kassanın açılmasına səbəb olan satış işi-

ni  tamamladı,  kassanın  yanındakı  adam  irəliyə  doğru  atılaraq 

pulu almaq üçün əlini uzatdı, bağırmağımla səfərbər olan kassir 

adamın əlini havada tutaraq geri çevirdi və adam əlindəki pulu 

yerə salaraq dükandan qaçdı. 

 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə