Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

Coğrafi kəşflərdən tədqiqatlara doğru
N.Kopernik
H.Merkator
V.V.Dokuçayev
Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada
təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), regional
fiziki coğrafiya və ya ölkəşünaslıq bölmələrinin əsasını təşkil etmişdir. Bu sahələrə
aid zəngin məlumatlar toplanmışdır.
 
“Çellencer” tədqiqat
gəmisi


H.Merkatorun 1595-ci
ildə çap olunan
“Atlas”ının üz qabığı
Yeni ərazilərin kəşf edilməsi, onların xəritəyə köçürülməsi kartoqrafiya elminin də
inkişafına təkan vermişdir. Böyük Coğrafi kəşflər kartoqrafiyanın inkişafında yeni
mərhələnin əsasını qoydu. Vaxt keçdikcə xəritələrdə olan “ağ ləkələr” in sahəsi
azalmış, praktik əhəmiyyəti olan müxtəlif məzmunlu xəritələr hazırlanmışdır. Tərtib
edilmiş xəritələri toplu halında hazırlayan flamand kartoqrafı H.Merkator (1512-
1594) onu “Atlas” adlandırdı və az sonra çap olundu.
XIX əsrin əvvəlində A.Humboldtun Cənubi Amerikaya səfərindən sonra
iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar
toplandı. 1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin
səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.
Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində V.V.Dokuçayevin
Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır


§2. Coğrafiya elmlərinin inkişafı
XVIII əsrdə Rusiyada təsərrüfatın inkişafı ölkənin cənub və şərq ərazilərinin
mənimsənilməsini qarşıya qoyurdu. Bu ərazilərdə yeni sənaye obyektlərinin
tikilməsi ilə bərabər, onların 
təbii-coğrafi şəraiti öyrənilir, xəritəyə köçürülürdü. 1760-cı ildə M.V.Lomonosov
iqtisadi coğrafiya” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi
iqtisadi və sosial coğrafiya adlanmışdır. Onun əsas sahələrinə sənaye, kənd
təsərrüfatı, nəqliyyat sahələrinin coğrafiyası, əhali coğrafiyası, ayrı-ayrı
regionların iqtisadi və sosial coğrafiyası aiddir. Avropa və Amerikada iqtisadi
coğrafiya əvəzinə insan coğrafiyası termini istifadə edilir.
Nə öyrəndik
Suallar və tapşırıqlar
Uyğunluğu müəyyən edin
Ev tapşırığı
Təsviretmə ənənələri coğrafiyanın ......, ....... və ...... bölmələrinin əsasını təşkil
etmişdir. Yeni ərazilərin kəşf edilməsi və xəritəyə köçürülməsi ...... elminin
inkişafına gətirib çıxardı. Rusiyanın Avropa hissəsində aparılan tədqiqatlardan
sonra ............ elmi yaranmışdır. İlk dəfə ...... ...... terminini elmə M.V.Lomonosov
gətirmişdir.
1.  Təsviri xarakterli coğrafi məlumatlar verən hansı alimlərin adlarını deyə
bilərsiniz?
2.  Fiziki və iqtisadi coğrafiya elm sahələrini əks etdirən sxem qurun.
3.  M.V.Lomonosov və V.V.Dokuçayevin coğrafiya sahəsində əsas xidmətləri
hansılardır?
1. M.V.Lomonosov 
2. H.Merkator 
3. V.V.Dokuçayev 
4. A.Humboldt
a. Kartoqrafiya 
b. Bitki coğrafiyası 
c. İqtisadi coğrafiya 
d. Torpaq coğrafiyası
1. Coğrafiyada yeni elm sahələrinin yaranması və onların əhəmiyyəti haqqında
esse yazın. 
2. Coğrafiya elmlərinin yaranması mərhələləri hansılardır?



Coğrafi kəşflərdən tədqiqatlara doğru
§3. Müasir coğrafiya elminin yeni sahələri
Coğrafiya – təbiətdə və cəmiyyətdə gedən prosesləri öyrənən elmdir. Onun
xarakterik xüsusiyyəti digər elm sahələrinin yaranmasına təkan verir. İnsan da təbiət
və cəmiyyətin bir parçası olduğundan coğrafiyada yeni sahələrin ayrılması bir
tələbat kimi meydana çıxır.
Təhlil edək: 
1.  Hazırda yeni elm sahələrinin yaranması hansı amillərin təsiri ilə baş verir?
2.  Yeni yaranan sahələr coğrafiyanın inkişafına necə təsir edir?
Açar
sözlər
Ekoloji coğrafiya.
Tibbi coğrafiya.
Rekreasiya
coğrafiyası. Əhali
coğrafiyası.
Sosial coğrafiya.
Siyasi coğrafiya.
Coğrafi
informasiya.
Riyazi coğrafiya.
Cəmiyyətin və istehsalın inkişafı prosesində baş verən dəyişiklikləri daha dərindən
öyrənmək və yaranmış problemlərin həlli yollarını axtarmaq lazım gəlir. Bunun üçün
yeni elm sahələri yaranır.
Təbii tarazlığın qorunması üçün ayrı-ayrı komponentlər arasında qarşılıqlı əlaqələrin
öyrənilməsi vacibdir. Bu sahədə tədqiqatları ekoloji coğrafiya elmi aparır.
İnsanların sağlamlığının qorunması vacibdir. Bu məqsədlə istirahət-turizm
kompleksləri yaradılır. Coğrafiyanın xüsusi sahələri kimi ayrılan tibbi coğrafiya və
rekreasiya coğrafiyası elmləri xüsusi əhəmiyyət kəsb edir. Rekreasiya coğrafiyası
turizm-rekreasiya ehtiyatlarının yerləşməsi və istifadə yollarını öyrənir.


Şəhərlərin planlaşdırılması onların
inkişafında mühüm əhəmiyyət kəsb
edir.
Əhali coğrafiyasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahə əhalinin
məskunlaşmasını, onun təbii şəraitdən asılı olmasını və məntəqələrin inkişaf
yollarını öyrənir. Hazırda dünyanın əksər ölkələrində təbii artımın, şəhərlərin
inkişafının idarə edilməsi problem olaraq qalır. Onların həlli ilə demoqrafik
coğrafiya və şəhərlərin coğrafiyası (urbanizasiya coğrafiyası) elmləri məşğul olur.
MDB məkanında, o cümlədən Azərbaycanda əhalinin öy-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə