Coğrafiya 8


§3. Müasir coğrafiya elminin yeni sahələri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

§3. Müasir coğrafiya elminin yeni sahələri
 
Coğrafiyanın sahələri
rənilməsində XX əsrin 80-90-cı illərindən başlayaraq genişmiqyaslı tədqiqatlar
aparılmağa başlanılmışdır.
Şəhər (rayon) və landşaft planlaşdırılması yaşayış və təsərrüfat ərazilərinin
səmərəli qurulmasına xidmət edir. İqtisadi coğrafiya elmləri sırasında sosial
coğrafiya əhaliyə göstərilən sosial-mədəni və məişət xidmətinin yüksəldilməsini, bu
xidmətləri həyata keçirən obyektlərin yerləşməsini öyrənməklə məşğul olur.
Azərbaycanın yaxın ölkələrlə münasibətlərinin müəyyən edilməsində siyasi
coğrafiya elminin əhəmiyyəti artır. Siyasi coğrafiya ölkələrin yaranmasını, siyasi
xəritənin formalaşmasını, sərhədlərin dəyişməsini, ölkələrin siyasi quruluşunu və s.
öyrənir.
 
Bakı şəhərinin gələcək inkişaf planı


Coğrafi kəşflərdən tədqiqatlara doğru
Karakas şəhərinin ərazisi plansız
qaydada genişlənir
Son vaxtlarda coğrafi məlumatların toplanması və təhlil edilməsində kompüter və
texniki vasitələr geniş tətbiq edilir. Onların xəritələrə köçürülməsi ilə coğrafi
informasiya sistemi məşğul olur. Bu sahədə riyazi coğrafiya xüsusi əhəmiyyət
kəsb edir.
Nə öyrəndik
Mövzuya aid suallar
Özünüzü yoxlayın
Ətraf mühitin mühafizəsi üçün həyata keçirilən tədbirlər .... .....elminin köməyi ilə
işlənib hazırlanır. Əhalinin sağlamlığının qorunmasında .... ..... və .... ..... elmləri
xüsusi əhəmiyyət kəsb edir. XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycanda ....
..... elmi inkişaf etməyə başladı. Müstəqillik illərində coğrafiyanın inkişaf edən
sahələrindən biri.... ..... elmidir.
1. Coğrafiya elmləri sistemində yeni sahələrin ayrılmasına cəmiyyətdə gedən
hansı hadisələr səbəb olur? 2. Coğrafiya elmində son vaxtlarda ayrılan sahələr
fiziki və iqtisadi coğrafiya arasında əlaqələrin qurulmasına necə təsir göstərir? 3.
Coğrafiyanın yeni elm sahələrinin ayrılması onun hansı elmlərlə əlaqələrinin
genişlənməsinə xidmət edir?
Elm sahələri
Öyrəndiyi obyekt
1.  Sosial coğrafiya
2.  Siyasi coğrafiya
3.  Rekreasiya
coğrafiyası
4.  Coğrafi
informasiya
1.  Əhalinin istirahətinin təşkilini öyrənir.
2.  Məlumatların toplanması, təhlili və xəritəyə
köçürülməsi ilə məşğul olur.
3.  Siyasi xəritələrin dəyişməsi, inzibati- ərazi bölgüsü,
siyasi prosesləri öyrənir.
4.  Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, xidmət


Ev tapşırığı
sistemləri
obyektlərinin ərazi təşkilini öyrənir.
Dərslikdə verilən sxemdən istifadə edərək coğrafiyada ənənəvi və yeni yaranmış
elm sahələrini müqayisə edərək fikirlərinizi yazın.


§4. Coğrafiyada yeni biliklərin toplanması yolları
§4. Coğrafiyada yeni biliklərin toplanması yolları
Bütün ölkələrin sosial-iqtisadi inkişafında gedən dəyişikliklər dövlətin
müəyyənləşdirdiyi orqanlar tərəfindən qeydiyyata alınır. Lakin təbii proses və
hadisələrin öyrənilməsi üçün müxtəlif avadanlıqlardan istifadə olunur. Təbii proses
və hadisələrin bir çoxu kosmik aparatların, gəmilərdən idarə olunan sualtı
avadanlıqların köməyi ilə öyrənilir.
Təhlil edək: 
1.  Təbii proseslər üzərində aparılan müşahidələr hansı məlumatları əldə etməyə
imkan verir?
2.  Coğrafiyanın inkişafı üçün cəmiyyətdə və təsərrüfat sahələrində olan
dəyişiklikləri hansı üsullarla izləmək olur?
Açar
sözlər
Tədqiqat
üsulları.
Statistika.
Müşahidə
məntəqəsi.
Siyahıyaalma.
Elmi-tədqiqat
stansiyaları.
Ətraf mühit insanların təsərrüfat fəaliyyəti, şəhərlərin, kəndlərin salınması, yolların
çəkilməsi, əkin sahələrinin genişləndirilməsi zamanı sürətlə dəyişir.
Əhalinin sayı, tərkibi, məşğulluq quruluşu günbəgün dəyişikliyə məruz qalır,
insanların miqrasiyası artır. Bu dəyişikliklər haqqında məlumatların toplanması
müxtəlif üsullarla aparılır. Dövlətin müvafiq orqanları öz fəaliyyət sahələrinə uyğun
olaraq məlumatları toplayır. Əhali haqqında məlumatların əsas hissəsi hər 10 ildən
bir keçirilən siyahıyaalmaların nəticəsində əldə olunur. Dünyanın əksər ölkələri
haqqında məlumatlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən toplanır.


Dövlət Statistika Komitəsi
Kosmosun mənimsənilməsi, Yerin süni peyklərinin, orbital stansiyalarının fəaliyyəti
coğrafi məlumatların toplanmasında əvəzedilməz rol oynayır. Ətraf mühitin
mühafizəsi, havanın proqnozu, meşə yanğınları, atmosferdə baş verən proseslər
kosmosdan öyrənilir. Materiklər və okeanlarda çirklənmiş ərazilərin öyrənilməsi,
xəritələrin tərtib edilməsi və


Coğrafi kəşflərdən tədqiqatlara doğru
Yerin kosmosdan görünüşü
coğrafi informasiyaların əldə edilməsində kosmik aparatlar xüsusi əhəmiyyət kəsb
edir.
Dünya okeanının öyrənilməsi üçün də xüsusi texniki imkanları olan avadanlıqlar və
aparatlar yaradılmışdır. Onlardan istifadə etməklə okeanların dərin sahələri, dib
relyefi tədqiq olunur. Okeanlarda suların axım istiqamətləri, fiziki-kimyəvi xassələri,
çirklənmə səviyyəsini tədqiq etmək mümkün olur. Materiklərin iqliminin
formalaşmasına okeanların təsiri güclü olduğuna görə bu sahədə tədqiqatlar
aparmaq çox vacibdir.
Coğrafiyanın ayrı-ayrı sahələri üzrə məlumatların toplanması üçün yaradılan
müşahidə məntəqələri, elmi-tədqiqat stansiyaları xüsusi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə