Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Coğrafi kəşflərdən tədqiqatlara doğru
9.  Göstərilən avadanlıqlardan coğrafiyanın hansı sahələrində tədqiqat
aparılması zamanı istifadə etmək olar:
 
Aerofotoşəkillərin çəkilməsi
 
Torpağın temperaturunun ölçülməsi
 
Nivelir – ərazidə relyef formalarının
plana alınması üçün istifadə olunur
 
Meteoroloji stansiya


§7. Kartoqrafik təsvirlərin əhəmiyyəti
Xəritələr və onların üzərində təsvir üsulları
§7. Kartoqrafik təsvirlərin əhəmiyyəti
Çayın üzərində su anbarı yaradılması və onun ətrafında yolun çəkilməsi zamanı
çayın keçdiyi ərazilərin xəritələrindən istifadə edilir. Xəritədə su anbarının sahil xətti,
kəndlərin yerləşdiyi ərazilər, horizontallar və onların kəmiyyəti aydın görünür.
Təhlil edək: 
1. Xəritə və plandan daha hansı məqsədlər üçün istifadə edilir? 
2. Yeni ərazilərin istifadə edilməsində xəritələrin hansı əhəmiyyəti vardır?
Açar
sözlər
Xəritələrdən
istifadə.
Xəritələrin
əhəmiyyəti.
Bu gün insanların fəaliyyətinin bütün sahələrində plan və
xəritələrdən istifadə olunur. Onların üzərində obyekt və
hadisələr müxtəlif ölçülərdə təsvir olunur. Xəritələrdə
obyektlərin qarşılıqlı vəziyyəti və yerləşməsi aydın görünür.
Eyni bir ərazinin fiziki xəritəsini iqlim, torpaq, sənaye, kənd
təsərrüfatı, əhalinin sıxlığı xəritələri ilə müqayisə edək. Bu
zaman kənd təsərrüfatının iqlim, su obyektləri və
torpaqdan asılı olduğu görünür. Əhalinin yerləşməsi isə
relyef, su obyektləri, atmosfer yağıntıları və temperaturun
paylanmasından asılı olaraq dəyişir.
Hava proqnozu, təbiətin mühafizəsi işlərində, tikinti
layihələrinin hazırlanmasında xəritələrin əhəmiyyəti
böyükdür. Əlverişli istiqamətlərdə yollar çəkilməsi, bu
zaman torpaq daşınması işlərinin həcminin müəyyən
edilməsi, lazım gəldikdə tunellər çəkilməsi xəritələr
üzərində müəyyən edilir.
Plan və xəritələr üzərində hesablama aparılır. Hərbi
əməliyyatların aparılması zamanı qoşunların yerləşdirilməsi
və hərəkət istiqaməti əvvəlcə topoqrafik xəritələr üzərində
çəkilir.
Faydalı qazıntıların axtarışı, meliorasiya işləri aparılması və
coğrafiyanın tədrisini xəritəsiz təsəvvür etmək


Xəritələr və onların üzərində təsvir üsulları
 
Xəritələr təsərrüfat işlərində xüsusi əhəmiyyətə malikdir
 
Dünyada əhalinin sıxlığı (nəfər/km )
2


§7. Kartoqrafik təsvirlərin əhəmiyyəti
olmaz. Təyyarələr və gəmilər xəritələrə görə hazırlanmış xüsusi marşrutlarla hərəkət
edir.
Ərazilərin mənimsənilməsi prosesində ilk növbədə xəritələr tərtib edilir. Sonra onun
əsasında yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin və yolların salınması
yerləri müəyyən edilir. Ona görə də “xəritələr coğrafiyanın ikinci dili və əsas
istiqamətləndiricisi hesab olunur”.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Özünüzü yoxlayın
Təsərrüfatin müxtəlif təyinatli işlərini həyata keçirmək üçün ..... və ..... istifadə
olunur. Xəritələr .... .... və .... hazırlanmasında əvəzsiz mənbədir. Hərbi
əməliyyatlar zamanı .... .... istifadə olunur.
1.  Eyni ərazilərin müxtəlif məzmunlu xəritələrini müqayisə etməklə hansı
məlumatları almaq olar?
2.  Yaşadığınız ərazidə təsərrüfat obyektlərinin tikilməsi zamanı hansı
təbiicoğrafi amillər nəzərə alınmışdır? Hansı obyektlər Azərbaycanın sənaye
xəritəsində (səh. 170) təsvir olunur?
1.  Xəritələri istifadə edildiyi sahələrə görə qruplaşdırın və sxem hazırlayın.
2.  Əhalinin sıxlığı, yaşayış məntəqələrinin yerləşməsi, sənaye obyektlərinin
tikilməsinə relyef şəraitinin necə təsir göstərdiyini xəritələrdən (səh. 27, 41,
74-75) istifadə edərək izah edin.
3.  Relyef və iqlim xəritələrindən istifadə etməklə atmosfer yağıntılarının
paylanması və məntəqələrdə havanın temperaturu arasında (səh. 78- 79, 94,
96) əlaqəni öyrənin.
Faydalı qazıntıların yerləşməsi ilə şəhərlərin salınması arasında əlaqəni müəyyən
edin:
1.  Bu əlaqə sənayenin hansı sahələrinin inkişafına (səh. 170) kömək edir?
2.  Səhifə 170-də verilən faydalı qazıntı yataqları və sənaye mərkəzlərini,


onlarda yaradılan sənaye sahələrini kontur xəritəyə köçürün.


Xəritələr və onların üzərində təsvir üsulları
§8. Kartoqrafik təsvirlər məlumat mənbəyidir
Xəritələrin hazırlanması üçün bəzən uzun illərin məlumatlarını ümumiləşdirmək
lazım gəlir. Bir çox hallarda xəritələr bir ilin məlumatları əsasında hazırlanır. Onlar
konkret hadisə və prosesləri, bir-biri ilə əlaqəli olan bir neçə göstəricini əks etdirir.
Bu xəritələrdən istifadə edilməsi əsasında qərarlar qəbul edilir, təsərrüfat işləri
yerinə yetirilir.
Təhlil edək: 
1.  Xəritələr üzərində verilən məlumatlar hansı yollarla toplanır?
2.  Xəritələr üzərində bu məlumatların əhəmiyyəti nədir və hansı məqsədlər üçün
istifadə olunur?
Əksər hallarda xəritələrdə bir mövzu üzrə yaxın olan bir
neçə proses və hadisələr təsvir olunur. Təbiətdə və
cəmiyyətdə müşahidə edilən proseslərin xəritəyə
köçürülməsi onlar arasında əlaqə qurmağa, inkişafı
izləməyə, nəticələr çıxarmağa imkan verir. Toplanmış
məlumatların xəritəyə köçürülməsi zamanı müxtəlif
üsullardan istifadə olunur. Məsələn, torpaq ehtiyatlarından
istifadə, onların ərazi üzrə paylanması xəritələrinin
hazırlanması üçün informasiyaların toplanması, təhlili və
xəritələr üzərinə köçürülməsi lazım gəlir. Xəritələrə
məlumatlar xüsusi şərti işarələrin köməyi ilə köçürülür.
Tədris və praktik işlərdə geniş istifadə edilən fiziki-coğrafi
xəritələrdə ərazilərin mütləq hündürlüyü göstərilir. Bu
xəritələrdə faydalı qazıntıların yerləşməsi, dövlət sərhədləri,
hidroqrafik şəbəkə, nəqliyyat xətləri, şəhər yaşayış
məntəqələri təsvir olunur.
Gündəlik həyatda və təsərrüfat işlərində xüsusi əhəmiyyəti
olan xəritələrə sinoptik, torpaq ehtiyatları, ekoloji və s.
xəritələri aid etmək olar. Bir və ya bir neçə sutka üçün tərtib
edilən sinoptik xəritələrdə atmosfer yağıntılarının növü,
buludluluq, alçaq və yüksək atmosfer təzyiq sahələrinin yeri
göstərilir.
Təsərrüfat əhəmiyyətinə görə topoqrafik plan xüsusilə
seçilir. Topoqrafik plan – 1: 2000 və daha böyük
Açar
sözlər
Topoqrafik plan.
Sinoptik xəritələr.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə