Coğrafiya 8


§8. Kartoqrafik təsvirlər məlumat mənbəyidir



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

§8. Kartoqrafik təsvirlər məlumat mənbəyidir
Nə öyrəndik
 
Sinoptik xəritə
O, faydalı qazıntıların çıxarılması,
şəhər təsərrüfatı işlərinin görülməsi
zamanı da əhəmiyyətlidir.
Topoqrafik planda kiçik ərazilər təsvir
olunduğuna görə mükəmməl verilir.
Ona görə də ərazi planlaşdırılması
işlərində onların əhəmiyyəti böyükdür.
Topoqrafik plan 
(Miqyas: 1:500)
miqyaslarda tərtib edilir.
Onlardan mühəndis qurğularının,
texniki layihələrin hazırlanması və
tikintisində istifadə edilir.
Xəritələr üzərində olan məlumatların oxunması üçün ....... istifadə edilməsi lazım
gəlir. Faydalı qazıntıların çıxarılması zamanı ...... ....... istifadə edilir. Hava
proqnozunun hazırlanması zamanı tərtib edilən ...... ....... mühüm əhəmiyyət kəsb
edir. Fiziki xəritələrdə ərazilərin ....... ......., ....... ......., ....... ......., ....... ....... haqqında
geniş məlumat verilir.


Xəritələr və onların üzərində təsvir üsulları
Mövzuya aid suallar
Xəritə üzərində iş
1.  Təsərrüfatın ayrı-ayrı sahələrində istifadə edilməsi zamanı xəritələrin hansı
xüsusiyyətləri nəzərə alınır?
2.  Xəritələr hansı üstünlüklərinə görə plandan fərqlənir?
3.  Hansı xəritələrdə bir-biri ilə əlaqəli bir neçə proses və hadisənin verilməsi
mümkün olur?
1.  Sinoptik xəritələrdən istifadə edərək havanın necə olacağını deyin.
 
Beynəlxalq ticarət-maliyyə əlaqələri xəritəsi (mlrd. dollar)
2.  Xəritədə verilən məlumatlardan istifadə edərək cədvəli doldurun.
Ölkələr
İxrac etdiyi əsas məhsullar
İdxal etdiyi əsas məhsullar
ABŞ
 
 
ÇXR
 
 
RF
 
 



§9. Xəritələrdə təsvir üsulları
§9. Xəritələrdə təsvir üsulları
Xəritələr xüsusi şərti işarələrin köməyi ilə sanki bizimlə danışır. Pambıq, taxıl
əkilməsi, neftin daşınması, bitki və heyvan növlərinin yayılması xəritələrdə xüsusi
şərti işarələrin köməyi ilə verilir. Lakin, hər bir xəritədə obyekt və hadisələri şərti
işarələrin köməyi ilə təsvir etmək olmur. Rənglərin müxtəlif çalarları, ştrixlər,
nöqtələr və oxların köməyi ilə xəritədə bir neçə komponent təsvir olunur.
Təhlil edək: 
1. Xəritənin tərtib edilməsi üçün hansı üsullardan istifadə edilir? 
2. Tətbiq edilən üsullar xəritənin məzmunundan necə asılıdır?
Açar
sözlər
Keyfiyyət fonu,
izoxətlər,
hərəkət xətləri,
areal, nöqtələr
üsulu
Tematik xəritələrdə müxtəlif təsvir üsulları tətbiq edilir. Bu üsullara keyfiyyət fonu,
izoxətlər, hərəkət xətləri, areal, nöqtələr üsulu və s. daxildir.
Keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə
fərqləndirildikdə tətbiq olunur. Məsələn, siyasi xəritədə dövlətlərin əraziləri, fiziki
xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim
xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur.
Keyfiyyət fonu üsulu ilə Naxçıvan MR-də


yağıntıların paylanmasının təsviri
İ z o x ə t l ə r üsulu xəritədə hər hansı hadisə və prosesləri xarakterizə edir. İqlim
xəritəsindəki izotermlər, izobarlar, izogiyetlər, eləcə də fiziki xəritədə relyefi ifadə
edən horizontallar (izohipslər) izoxətlərlə göstərilir.


Xəritələr və onların üzərində təsvir üsulları
Nöqtələr üsulu ilə kənd əhalisinin yerləşməsi və sayının təsviri
Areal üsulu ilə ərazinin bölünməsi
Hərəkət xətləri üsulu yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir.
Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin,
avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.
Areal üsulu da xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı əraziləri
(sahələri) təsvir edir. Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr
arealların köməyi ilə göstərilir. Arealları təsvir etmək üçün əvvəlcə xəritədə konturlar
çəkilir, sonra isə göstərilən


§9. Xəritələrdə təsvir üsulları
elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə göstərilir.
Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması,
eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri onların kəmiyyət
göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Xəritə üzərində iş
Xəritələrin tərtib edilməsi zamanı ..... ....., ....., ..... ....., ....., ...... və s. üsullardan
istifadə olunur. Hadisələrin eyni kəmiyyətə malik olan məntəqələrini göstərmək
üçün ..... üsulundan istifadə olunur. Hərəkətdə olan obyektlərin istiqaməti ..... .....
üsulu ilə göstərilir. Coğrafi obyektlər və hadisələrin yayılması, onların kəmiyyət
göstəriciləri ..... və ..... üsulları ilə verilir.
1.  Hansı hadisələr hərəkət xətləri və izoxətlərlə göstərilir?
2.  Neft-qaz və dəmir filizi xammallarının yerləşdiyi yataqlar, daşınma
istiqamətləri hansı üsullarla göstərilir?
3.  Azərbaycanda atmosfer yağıntılarının paylanması və temperatur gedişi
hansı üsulların köməyi ilə xəritələrə köçürülür?
1.  Xəritələrin tərtib edilməsi zamanı uyğun olaraq hansı üsullar tətbiq edilir?
Xəritələrin məzmunu
Üsullar
1. Yağıntıların paylanması 
2. Temperaturun paylanması 
3. Kənd təsərrüfatı sahələri 
4. Kənd əhalisinin sayı
a. Keyfiyyət fonu 
b. Areal 
c. İzoxətlər 
d. Nöqtələr
1.  Naxçıvanda atmosfer yağıntılarının paylanması xəritəsinə əsasən
hündürlüyə doğru onun dəyişməsini müəyyən edin.
2.  Azərbaycanın sənaye xəritəsinə (səh.170) əsasən neft və təbii qaz


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə