Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

kəmərlərinin keçdiyi əraziləri müəyyən edin.


Xəritələr və onların üzərində təsvir üsulları
§10. Xəritələrin təsnifatı
Atlaslarda müxtəlif məzmunlu çoxsaylı xəritələr verilir. Bu xəritələri qruplaşdırmaq
üçün təsnifat aparılır. Aparılan təsnifat onlardan istifadə edilməsini asanlaşdırır.
Təhlil edək: 
1.  Xəritələrin qruplaşdırılması zamanı hansı göstəricilər əsas götürülür?
2.  Xəritələrin təsnifatında onların üzərində verilən təbii-coğrafi və sosialiqtisadi
proseslər necə nəzərə alınır?
Açar sözlər
Xəritələrin təsnifatı.
Böyük, orta və kiçik
miqyaslı xəritələr.
Topoqrafik xəritələr.
Ümumcoğrafi
xəritələr. Tematik
xəritələr.
Xəritələr miqyasına, məzmununa və əhatə etdiyi ərazilərə görə qruplara ayrılır.
Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara
topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar.
Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara
icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən
ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik
miqyaslı xəritələrdir. Onlara icmal xəritələr də deyilir.


 
Dünyanın fiziki xəritəsi


§10. Xəritələrin təsnifatı
Əhatə etdiyi əraziyə görə coğrafiya xəritələri aşağıdakı qruplara ayrılır:
1) dünyanın və yarımkürələrin xəritələri; 2) materiklərin, okeanların və onların bir
hissəsinin xəritələri; 3) ölkələrin və onların bir hissəsinin xəritələri.
Naxçıvan Muxtar
Respublikası
Məzmununa görə ümumcoğrafi, kompleks və tematik xəritələr ayrılır.
Ümumcoğrafi xəritələrə fiziki və iqtisadi xəritələr daxildir. Onların üzərində bütün
coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə
təsvir edilir. Kompleks xəritələrdə isə bir-biri-ilə qarşılıqlı əlaqədə olan iki və ya
daha artıq komponent təsvir olunur. Məs.: sinoptik xəritələr, geoloji quruluş və
faydalı qazıntılar xəritəsi və s. Əsl mükəmməl kompleks xəritə təbii zonalar
xəritəsidir. Topoqrafik xəritələr də bu qrupa aiddir. Tematik xəritələrdə hər hansı
bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Tematik xəritələrin təbii
hadisələri göstərən və iqtisadi prosesləri əks etdirən qrupları vardır. Məs.: iqlim,
torpaq, bitki örtüyü, əhalinin sıxlığı, kənd təsərrüfatı və s.
 
Şərq yarımkürəsi
 
Afrika


Xəritələr və onların üzərində təsvir üsulları
Nə öyrəndik
Mövzuya aid suallar
Hesablayın
Xəritə üzərində iş
Coğrafiya xəritələri ........, ........ və ........ ........ ........ görə qruplara ayrılır. Müxtəlif
əraziləri əhatə edən ........, ........ və ........ miqyaslı xəritələr vardır. Böyük miqyaslı
xəritələr ........, orta miqyaslı xəritələr ........-........, kiçik miqyaslı xəritələr ........
hesab olunur. Məzmununa görə ........, ...... və ........ xəritələr tərtib edilir. ........, ........
və ........ xəritələr ümumcoğrafi qrupa daxildir. Xəritələrin miqyası ........ təsvir
olunan ərazilər ........ .
1.  1:600000 miqyaslı “Azərbaycanın iqlim xəritəsi” təsnifatlar üzrə hansı
qruplara aiddir?
2.  Miqyasına görə ayrılan xəritələrin hansında daha dəqiq ölçmə işləri
aparmaq olar? Bunun səbəbi nədir?
1.  Verilən xəritələrin miqyasını əhatə etdiyi ərazilərin artma sırasına
görə qruplaşdırın:
a) 1:4000000, b) 1:500000, c) 1:150000000, d) 1:80000, e) 1:350000
2.  Xəritələri verilən miqyasların kiçilməsi sırası ilə düzün:
a) 1:650000, b) 1:400000, c) 1:130000000, d) 1:30000, e) 1:5000000
3. 
1.  Yer üzərində iki məntəqə arasındakı məsafə 500 km olarsa 1:150000,
1:700000 və 1:1500000 miqyaslı xəritələrdə bu məsafə neçə sm olar?
2.  1:150000, 1:700000 və 1:1500000 miqyaslı xəritələri müqayisə edin.
Hansı xəritədə ərazilər daha dəqiq (müfəssəl) təsvir olunur? Coğrafi
obyektlərin ixtisar olunmasına səbəb nədir?
“Azərbaycanın fiziki xəritəsini” “Avrasiyanın fiziki xəritəsi” və
“Yarımkürələrin xəritəsi” ilə müqayisə edək:
Hansı coğrafi obyektlər hər üç xəritədə təsvir olunur? Xəritələrdə Kür çayı, Xəzər
dənizinin sahillərinin təsvirində hansı fərqlər vardır?



§11. Xəritələrdə məsafələrin və sahələrin hesablanması
§11. Xəritələrdə məsafələrin və 
sahələrin hesablanması
Hazırda nəqliyyat vasitələrinin texniki imkanları kifayət qədər böyükdür. Dünyanın
bir nöqtəsindən digərinə təyyarələrin uçuşu, gəmilərin hərəkət istiqamətlərinin və
getdiyi yolların müəyyən edilməsi lazım gəlir. Çayların üzərində olan su anbarları və
göllərin sahəsini, çəkiləcək yolların uzunluğunu hesablamaq yer üzərində mümkün
olmur. Bu işləri yalnız xəritələr üzərində yerinə yetirmək mümkündür.
Təhlil edək: 
1.  Xəritə üzərində verilən miqyas hansı hesablamaların aparılmasına imkan verir?
2.  Xəritə üzərində təsvir edilən sahələrin və miqyasın dəyişməsi ölçmə işlərinin
dəqiqliyinə necə təsir edir?
Açar
sözlər
Pərgar-
mikrometr.
Kurvimetr.
Paletka.
Xəritələrdə iki məntəqə arasındakı məsafə, çaylar, yollar, sərhədlər, boru kəmərləri
kimi coğrafi obyektlərin uzunluğu müxtəlif üsullarla hesablanır. Xəritələrdə bir
meridian və ya bir paralel üzərində olan istənilən iki məntəqə arasındakı məsafə
miqyasa və ya 1° meridian və paralel qövsünün kəmiyyətinə əsasən hesablanır:
1) Məntəqələr eyni meridian və ekvator üzərində yerləşirsə, hesablama
aparmaq üçün 1°-lik meridian və ya ekvator qövsünün uzunluğu 111 km götürülür.
Bir çox hallarda hesablamaların dəqiq olması üçün ekvator üzərində 1° qövsün
uzunluğu 111,3 km, meridianlar üzrə 111,1 km qəbul edilir.
2) Eyni paralellər üzərində yerləşən məntəqələr arasındakı məsafəni
hesablamaq üçün onlar arasındakı meridian dərəcəsi fərqi 1° paralel qövsünün
uzunluğuna vurulur. Məsələn, 40° şm.e.- də 1° paralelin qövsünün uzunluğu 85,4


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə