Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Əhali və təsərrüfatın ərazi təşkili
Əhalinin sayı davamlı olaraq
dəyişir
Əyriçay vadisi aiddir. Qobustan, Acınohur-Ceyrançöl, orta və yüksək dağlıq
ərazilərdə əhalinin sıxlığı aşağıdır. Son dövrlərdə həyata keçirilən tədbirlər
regionların inkişafında, yeni iş yerlərinin açılmasında və əhaliyə göstərilən
xidmətlərin yüksəlməsində mühüm rol oynamışdır.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Hesablayın
Əhali sayı, təbii artımı və tərkibini .... elmi öyrənir. Əhalinin sayının artımı .... .... və
.... asılıdır. Əhalisinin sayına görə .... regionu irəlidə durur. ...., .... və s. ölkələrdə
əhalinin sayı çoxdur. Azərbaycanda əhalinin əsas hissəsi .... yaşayır. .... və ....
zonalarda əhalinin sıxlığı çoxdur.
1. Əhalisinin sayına görə hansı ölkələr qabaqcıl yer tutur? 
2. Dünya əhalisi materiklər və qitələr üzrə necə paylanır? 
3. Əhalinin sayı dünyada və Azərbaycanda tarixən necə dəyişmişdir?
Dünyada və Azərbaycanda əhalinin sayının artım diaqramını qurun.
1.  1970-ci ildə Azərbaycanda əhalinin sayı 5117 min nəfər, 1999-cu ildə 7953
min nəfər olmuşdur. Əhalinin sayının orta illik artım faizini tapın.
2.  Dünyada 1970-ci ildə əhalinin sayı 3635,0 mln. nəfər, 1990-cı ildə 5235,0 mln.
nəfər olmuşdur. Əhalinin sayının orta illik artımının neçə nəfər olduğunu


müəyyən edin.
3.  2000-ci ildə dünya əhalisinin sayı 6250 mln. nəfər olmuşdur. Əhalinin sayının
orta illik artımının 2% olduğunu nəzərə alaraq 2015-ci ilə bu göstərici neçə
nəfərə çata bilər?


§47. Əhalinin təbii artımı və miqrasiyası
§47. Əhalinin təbii artımı və miqrasiyası
Təbii artım mühüm demoqrafik göstəricidir. Təbii artım prosesində əhalinin sayı
bərpa edilir, nəsillər bir-birini əvəz edir. Dünyanın bəzi ölkələrində təbii artım
aşağıdır və bu, problem yaradır. Digər qrup ölkələrdə isə təbii artım yüksəkdir.
Əhalinin sayının sürətli artımı problemdir. Əhali miqrasiya prosesində ölkələr və
regionlar üzrə yenidən paylanır.
Təhlil edək:
1.  Əhalinin təbii artımına hansı amillər təsir göstərir?
2.  Əhalinin təbii artımı hansı yollarla tənzimlənir?
3.  Miqrasiyanın hansı müsbət və mənfi əlamətləri vardır?
Açar
sözlər
Təbii artım.
Demoqrafik
siyasət
Miqrasiya.
Emiqrasiya.
İmmiqrasiya.
Təbii artım – müəyyən vaxt ərzində (çox vaxt 1 ildə) doğulanların sayı ilə ölənlərin
sayı arasındakı fərqin ölçüsüdür. Dünya ölkələrinin əksəriyyətində əhali əsasən təbii
artım hesabına çoxalır. Dünya ölkələri təbii artımın səviyyəsinə görə iki tipə ayrılır.
Bütün İEÖ (CAR-dan başqa) təbii artımın birinci tipinə aiddir. Bu ölkələrdə doğum,
ölüm və təbii artım aşağı göstəricilərə malikdir, əhalinin sayı aşağı sürətlə artır və ya
artmır,



Əhali və təsərrüfatın ərazi təşkili
Dünyada əhali miqrasiyasının əsas
istiqamətləri
demoqrafik böhran yaranır. İEOÖ və CAR təbii artımın ikinci tipinə daxildir. Bu
ölkələrdə ölüm nisbətən az, doğum və təbii artım yüksəkdir, əhalinin sayının sürətlə
artması demoqrafik partlayışa səbəb olur. Təbii artımın müxtəlif olması əhalinin
həyat şəraiti, qadınların məşğulluq səviyyəsindən asılıdır.
Əhalinin təbii artımının nizamlanması üçün inzibati, iqtisadi, təbliğati tədbirlər
sistemi vasitəsilə ölkələr demoqrafik siyasət həyata keçirir. Birinci tip ölkələr təbii
artımı yüksəltməyə çalışır. Əhalinin təbii artımının tənzimlənməsi üçün ikinci tip
ölkələrdə doğumun azaldılması istiqamətində demoqrafik siyasət yeridilir. Onlar
arasında xüsusilə Çin, Hindistan, Banqladeş, İndoneziya və Pakistan fərqlənir. Çində
aparılan demoqrafik siyasətə görə hər ailədə yalnız bir uşaq olmalıdır.
Dünyanın müxtəlif regionlarında baş verən
münaqişələr çoxlu sayda insanın doğma
yurdundan qaçqın düşməsinə gətirib çıxarır.
Onlar üçün xüsusi düşərgələr yaradılır
Miqrasiya – daimi yaşayış yerini dəyişməklə və ya dəyişmədən insanların bir yerdən
digərinə (rayondan rayona, ölkədən ölkəyə) yerini dəyişməsidir. Miqrasiyaya
mexaniki hərəkət də deyilir. Miqrasiyada iştirak edənlər miqrantlar adlanır.
Miqrasiya iqtisadi, siyasi, dini, ekoloji səbəblərdən ola bilər. O, əhalinin sayına, milli
və cins-yaş tərkibinə, ailə-nikah münasibətlərinə və yerləşməsinə böyük təsir


göstərir. Bir çox ölkələrdə (Amerika ölkələri, Avstraliya və Yeni Zelandiya) və ölkələr
daxilində olan əyalətlərdə miqrantlar əhalinin əsas hissəsini təşkil edir.
Böyük Coğrafi kəşflər dövründən sonra, həmçinin XIX əsrdə əhali Avropa, Asiya və
Afrikadan yeni kəşf edilmiş ərazilərə köçmüşdür.


§47. Əhalinin təbii artımı və miqrasiyası
XX əsrin ikinci yarısından sonra əhali Qərbi Avropa ölkələrinə (Almaniya, Fransa,
B.Britaniya), ABŞ-a, Kanadaya, Yaxın və Orta Şərqin neft hasilatı rayonlarına,
həmçinin Avstraliya və Yeni Zelandiyaya köçüb gedir. Bu dövrdə ixtisaslı kadrların
miqrasiyasına “beyin axını” deyilir. Xarici miqrasiyada ölkəyə gələnlər
immiqrantlar, ölkədən gedənlər isə emiqrantlar adlanır.
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
Hesablayın
Ev tapşırığı
Əhali arasında doğulanlar və ölənlərin sayı arasındakı fərq .... .... adlanır. Təbii
artımın səviyyəsinə görə dünya ölkələri .... .... ayrılır. Birinci tip ölkələrdə təbii
artım ...., .... .... müşahidə olunur. İkinci tip ölkələrdə təbii artım ...., .... .... yaranır.
Əhalinin bir yerdən başqa yerə köçməsi .... adlanır.
1.  Təbii artımın səviyyəsinə görə fərqlənən ölkələrin xüsusiyyətləri hansılardır?
2.  İnkişaf etmiş ölkələrdə təbii artımın nizamlanması necə həyata keçirilir?
3.  Miqrasiyanın nizamlanması üçün hansı tədbirləri görmək olar?
Kontur xəritədə xarici miqrasiyanın üstün olduğu istiqamətləri göstərin.
1. 2014-cü ildə Özbəkistanda əhalinin sayı 30,5 mln. nəfər, hər 1000 nəfərə təbii
artım 17 nəfər olmuşdur. Əhalinin sayı mütləq hesabla neçə nəfər artmış olar?
2. Türkiyədə əhalinin sayı 2014-cü ilin sonunda 76,7 mln. nəfər olmuşdur. Ölkədə
əhalinin sayı 1303,9 min nəfər artmışdırsa, hər 1000 nəfərə düşən təbii artımı
müəyyən edin.
3. Mingəçevir şəhərində 1990-cı ildə əhalinin sayı 85,5 min nəfər, 2010- cu ildə
97,5 min nəfər olmuşdur. Bu dövrdə şəhərdə miqrasiya hesabına əhalinin sayı
2,8 min nəfər artmışdır. Təbii artım hesabına əhalinin neçə nəfər çoxaldığını
müəyyən edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə