Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
28                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
18.
 
Латышев  В.В.  1904.  Известия  древних  пи-
сателей греческих и латинских о Скифии и Кавказе. 
Санкт-Петербург. 2, 115-126. 
19.
 
Мамедов  А.В.,  Работина  Е.Н.,  1984а.  Ре-
конструкция  некоторых  элементов  климата  позд-
него плиоцена  Азербайджана.  Известия АН  Азерб. 
ССР. Серия наук о Земле, 3, 15-21. 
20.
 
Мамедов  А.В.,  Работина  Е.Н.,  1984б.  О 
растительности  Азербайджана  в  раннем  и  среднем 
плейстоцене. Известия АН Азерб. ССР. Серия наук 
о Земле, 6, 10-16. 
21.
 
Мансуров М., Алиев И., 2003. Позднепале-
олитические  находки  в  Сураханы.  Азербай-
джанская археология и этнография, 1, 21-23.  
22.
 
Михеев  А.А.,  1926.  Флора  Апшеронского 
полуострова. Баку. 147. 
23.
 
Рустамов  Дж.Н.,1986.  Гаяарасы  –  стоянка 
охотников  на  джейранов.  Археологические  и  этно-
графические  изыскания  в  Азербайджане  (1985),  7-
8.  
24.
 
Султанов  Р.Г.,  1947.  Геологические  усло-
вия  залегания  костеносного  слоя  в  Бинагадинском 
и  Кирмакинском  «кладбищах»  Апшерона.    Извес-
тия АН Азерб. ССР. Серия наук о Земле, 6, 60-67. 
 
ABŞERON YARIMADASININ 
PALEOCOĞRAFİYASI VƏ ONUN İNSANLA 
MƏSKÜNLAŞMASI TARİXİ 
                 Y.N.Tağıyeva, 
Məqalədə paleobotaniki (əsasən, palinoloji) təd-
qiqatlara əsaslanaraq Abşeron yarımadasında və qonşu 
bölgələrdə  axırıncı  5  milyon  ildə,  məhsuldar  qatdan 
başlayaraq,  mövcud  olan  təbii  şərait  bərpa  edilib. 
Yarımadanın ərazisinin tədricən böyüməsi izlənilir. Bu 
məsələlər  insanın  yaşaması  üçün  əlverişli  olması  ba-
xımından təhlil edilir və nəticə çıxarılır ki, yarımada 2-
1  million  ildən  başlayaraq,  məskunluq  yeri  ola  bilib. 
Lakin mövcud faktlar göstərir ki, burada məskunlaşma 
prosesi  yalnız  mezolit  dövründən  etibarən  baş  verib 
(XIII-XII min il e.ə.).  
                               
PALEOGEOGRAPHY OF THE ABSHERON 
PENINSULA AND HISTORY OF ITS  SETTLING 
BY MAN 
            Y.N.Taghiyeva, 
The  existing  natural  conditions  in  the  last  5 
million  years,  beginning  since  the  productive  layer,  in 
the  Absheron  peninsula  and  adjoining  regions  are 
restored on the basis of paleobotanical (mainly, palino-
logical)  researches  in  the  article.  The  gradual  increase 
of  territory  of  the  peninsula  is  traced.  These  questions 
are  analyzed  from  the  stand  point  of  utility  of  man’s 
residing here and it becomes out that the peninsula was 
the  place  of  settling  since  2-1  million  years.  But  the 
available facts show that the settling of this region took 
place since the mesolit (XIII-XII thousand years B.C.).
 
 
 
 
 
 
 
 
 
 
 
 
S.S.Vəliyev 
S.S.Veliyev
v, 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 29 
 
LANDŞAFTŞÜNASLIQ
 
© Y.Ə.Qəribov, N.S.İsmayılova 
BÖYÜK QAFQAZIN ŞİMAL – ŞƏRQ YAMACI AQROİRRİQASİYA 
LANDŞAFTLARI STRUKTURUNUN TƏDQİQİ 
Y.Ə.Qəribov, N.S.İsmayılova  
AZ 1114, Bakı Dövlət Universiteti, akad. Z. Xəlilov 23 
yaqub.qaribov@mail.ru 
nigar.ismayilova@mail.ru 
Böyük  Qafqazın  şimal–şərq  yamaclarının  müasir  landşaftlarının  struktur-funksional  xüsusiy-
yətlərinin  təhlili  göstərir  ki,  aqroirriqasiya  landşaftlarının  formalaşması,  dinamikası  və  insanlar 
tərəfindən  tənzimlənməsi  antropogen  yüklərin  həcmindən,  davamiyyət  müddətindən  asılıdır. 
Regionun müasir landşaft strukturunda çoxəsrlik antropogen transformasiyası dərin izlər qoymuş-
dur.
 
Respublikamızın  əkinçilik  zonalarında  aq-
roirriqasiya landşaftlarının struktur-funksional xü-
susiyyətlərinin  öyrənilməsi  müxtəlif  təsərrüfat 
problemlərinin həllində və təbii potensialının düz-
gün qiymətləndirilməsində böyük rol oynayır.  
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir 
ki,  Qusar  maili  düzənliyinin  və  Samur–Dəvəçi 
ovalığının  yarımsəhra,  quru  çöl,  intrazonal  meşə, 
meşə-çəmən, düzən-meşə-kolluq və s. landşaftları 
çoxəsrlik    suvarma  nəticəsində  kəskin  struktur 
dəyişkənliyinə  məruz  qalmışdır.  Təbii  kom-
plekslər  müxtəlif  məhsuldarlıq  dərəcəsinə  malik 
antropogen  modifikasiyalarla,  o  cümlədən  də 
aqroirriqasiya  landşaftları ilə əvəz olunmuşdur.  
Müəyyən  edilmişdir  ki,  suvarmanın  inten-
sivliyindən  və  tarixindən  asılı  olaraq  qonur-
qəhvəyi,  qəhvəyi-meşə,  karbonatlı-qəhvəyi,  boz-
çəmən,  düzən-meşə-çəmən  və  s.  torpaqların  üst 
qatlarında  qalınlığı  0,5-1,0  m-ə  çatan  aqroirriqa-
siya horizontu yaranır. Arx və kanalların yaxınlı-
ğında,  çökək  sahələrdə  aqroirriqasiya  horizon-
tunun qalınlığı 1,5 m-ə çatır. Çoxillik suvarma ilə 
bağlı  kanal  və  arxların  ətrafında  mikroqalxmalar, 
paleobasdırılmış torpaqlar əmələ gəlir.  
Qusarçayın,  Qudyalçayın,  Qaraçayın,  Vəl-
vələçayın  və  digər  iri  çayların  gətirmə  konus-
larında,  konusarası  düzənliklərində  aqroirriqasiya 
landşaftlarının  kəskin  parçalanması  (2,5–5 
km/km
2
),  xırdaşəbəkəli  strukturları  ilə  fərqlənir. 
Hamar  düzənliklərin  əlverişli  meliorativ  şəraitə 
malik,  məhsuldar  boz-qəhvəyi,  düzən–meşə-qəh-
vəyi, boz-çəmən torpaqlarında taxıl, tərəvəz, mey-
və bağları iriareallı, zəif parçalanmış konturları ilə 
diqqəti cəlb edir. 
Aqroirriqasiya  komplekslərinin  funksional 
xüsusiyyətlərini müəyyənləşdirməkdən ötrü Qusar 
maili  düzənliyinin  və  Samur–Dəvəçi  ovalığının 
müxtəlif  dəyişilmə  dərəcəsinə  malik    kompleks-
lərindən  nümunələr  götürülmüş,  ümumi  azot, 
CaCO
3
,  humus,  udulmuş  əsaslar,  quru  qalıq,  tor-
paqların  mexaniki  tərkibi  və  s.  təyin  edilmişdir  
(cədvəl  1). 
Müəyyən  edilmişdir  ki,  əksər  kəsimlərdə 
humus,  azot,  əsas  qida  elementləri  bütün  torpaq 
profili  boyu tədricən dəyişir. Qədimdən suvarılan 
torpaqlarda hətta 80 sm dərinlikdə humusun miq-
darı 1,8%-ə çatır.  
Quba  və  Qusar  rayonlarının  meşə  altından 
çıxmış karbonatlı-qəhvəyi suvarılan torpaqlarında 
(kəsim  3,  4)  humusun  miqdarı  60  sm  dərinliyə 
qədər  2%-dən  çox,  karbonatlıq  isə  6–12% 
arasında  dəyişir.  Ölçüləri  0,001-dən  kiçik  olan 
fraksiyaların  miqdarı  16–22%,  0,01-dən  az    olan 
mexaniki  elementlərin  miqdarı  isə  45–60%  təşkil 
edir.  Xaçmaz rayonunun qədimdən suvarılan qəh-
vəyi  meşə torpaqlarında (kəsim 7) humusun  miq-
darı, demək olar ki, 0–60 sm dərinlikdə 2,7–2,2%, 
80 sm dərinlikdə isə 1,8%-ə çatır.    
Böyük  Qafqazın  şimal–şərq  zonasında  
əkinçiliyin inkişafı təbii landşaftların strukturu ilə 
sıx  bağlıdır. Müxtəlif dərəcədə suvarılan və dəm-
yə  əkinləri  şəklində    istifadə  edilən  komplekslər 
təkcə təbii landşaft tipləri üzrə deyil, eyni zaman-
da,    inzibati-ərazi  vahidləri  üzrə  də  dəyişir.  Xaç-
maz  rayonundan  başqa,  tədqiq  olunan  regionun 
bütün  inzibati  rayonları  geomorfoloji,  torpaq-
iqlim xüsusiyyətlərinə görə iki hissəyə – dağətəyi  
maili  düzənlik  və  ovalıq  zonalarına  ayrılır.  Son 
illərin  statistik    məlumatlarının  təhlili  nəticəsində 
müəyyən  edilmişdir  ki,  regionun  Qusar,  Quba, 
Şabran,  Siyəzən  rayonlarının  50%-dən  artıq  əra-
ziləri  dağlıq  zonada    yerləşməsinə  baxmayaraq, 
həmin  rayonların  aqrolandşaftlarının  70,3%-i, 
yəni  114,2  min  hektarı  dağətəyi  maili  düzənlik-
lərin və dənisahili ovalıqların payına düşür. 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə