Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
32                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
əkinləri təmsil  edən aqroirriqasiya landşaftları ilə 
əvəz olunmuşdur.  
ƏDƏBİYYAT 
1.
 
Будагов Б. А. Микаилов А. А., Развитие и фор-
мирование ландшафтов Юго-Восточного Кавказа в 
связи с новейшей  тектоникой. Баку. 1985. 
2.
 
Babayev M. R., Cəfərov A. B., və b. Xırda təsərrü-
fat  torpaqlarının  öyrənilməsi,  istifadəsi  və  bo-
nitirovkasına dair metodik tövsiyələr. Bakı, 2000, 88 s. 
3.
 
Məmmədov Q. Ş. Azərbaycan torpaqlarının ekolo-
ji qiymətləndirilməsi. Bakı, Elm, 1998.  
4.
 
İsmayılov  M.  C.  Şollar  düzü  və  Lənkəran  ovalığı 
landşaftlarının  dinamikası.  Azərb.  SSR  EA-nın 
Xəbərləri.  Yer  elmləri    seriyası.  1986,  №  3,  səh.  42  – 
49.  
5.
 
Qəribov  Y.Ə.,  İsmayılova  N.S.  Cənub-Şərqi  Qaf-
qazın  şimal-şərq  yamacı  aqroirriqasiya  landşaftlarının 
formalaşmasında suvarmanın rolu. BDU-nun xəbərləri. 
Təbiət elm. ser. Bakı 2007 № 3. s 103-107.  
6.
 
Qəribov Y.Ə. Azərbaycan Respublikasının  müasir 
landşaftlarının  antropogen  transformasiyası.  Bakı-
2011. 298 s. 
7.
 
Qəribov  Y.Ə.  Azərbaycan  Respublikasının  təbii 
landşaftlarının optimallaşdırılması. Bakı-2012. 215 s. 
 
ИССЛЕДОВАНИЕ СТРУКТУРЫ 
АГРОИРРИГАЦИОННЫХ ЛАНДШАФТОВ 
СЕВЕРО-ВОСТОЧНОГО СКЛОНА 
БОЛЬЩОГО КАВКАЗА 
Я.А.Гарибов, Н.С.Исмаилова 
В данной статъе авторы анализируют транс-
формацию  современной  структуры  агроирригаци-
онных  ландшафтов  селъскохозяйственных  зон  се-
веро – восточного склона Юго – Восточного Кавка-
за.  Анализ  почв  и  ландшафтов  данной  территории 
показывает,  что  трансформация  структуры  ланд-
шафтов  зависит  от  режима  орошения.  В 
исследуемом  регионе  авторами  были  выделены  и 
классифицированы  ново  –  орошаемые  и  старо  – 
орошаемые ландшафты .   
 
INVESTIGATION OF THE STRUCTURE OF  
AGROIRRIGATIONAL LANDSCAPES OF 
NORTH-EAST SLOPE OF THE MAJOR 
CAUCASUS 
Y.A.Garibov, N.S.İsmayilova 
In  this  article  authors  analyzed  the  trans-
formation  of  present  structure  of  agroirrigation  land-
scapes  of  agricultural  zones  on  the  north-east  slope  of 
South  East  Caucasus.  The  analysis  of  the  soils  and 
landscapes show that the transformation in landscapes’ 
structure  depends  on  peculiarity  of  irrigation.  In  the 
research regions authors defined and classified old and 
new irrigated landscapes. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 33 
 
© H.T.Haqverdiyev, T.B.Hüseynov 
LANDŞAFT TƏDQİQATLARINDA GEOFİZİKİ METODLARDAN İSTİFADƏNIN ELMİ-
TƏCRÜBİ ƏSASLARI  
H.T.Haqverdiyev, T.B.Hüseynov 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H. Cavid pr., 115 
Məqalədə landşaft tədqiqatlarında geofiziki metodların landşaftın planlaşdırılmasında, ərazi 
struktur  diferensasiyasının  inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsində  rolundan  bəhs  edilir. 
Həmçinin  landşaftın  üfüqi  və  şaquli  dəyişməsində,  landşaftların  bioloji  məhsuldarlığında  
geofiziki, xüsusilə iqlim amillərinin təsiri müqayisəli təhlil olunur.
 
Hazırda  bütün  dünyada,  o  cümlədən  Azər-
baycanda  əhalinin  artım  tendensiyasının  coğrafi 
aspektlərini  maddi  nemətlərlə  təmin  etmək 
məqsədilə  müasir  elmi-konstruktiv  layihələrin, 
müqavilələrin  qarşısında  köməkçi  təbii  resurslar 
mənbəyinin  yaradılması,  yeni  alternativ  texno-
enerji    mərkəzlərinin  təşkili,  mövcud  ekocoğrafi 
ehtiyatların  potensial  imkanlarının  yenidən  kom-
plektləşdirilməsi  kimi  qlobal  problemlərin  həlli 
məsələsi  qoyulmuşdur.  O  cümlədən  ölkəmizdə 
potensial  ekocoğrafi  ehtiyatların  düzgün  planlaş-
dırılması  imkanlarının  aqrar-sosial-iqtisadi  cə-
hətdən qiymətləndirilməsi, onların davamlı inkişaf 
tarazlığının  təminatı  məqsədilə  müasir  coğrafiya 
elminin  tətbiqi-metodoloji  və  konstruktiv  yanaş-
malarında  ciddi  texnoloji  yeniliklər  həyata  keçi-
rilir. Xüsusilə XX əsrin  ortalarına qədər aparılmış 
coğrafi  tədqiqatlarda  dərin  kök  salmış  “təsviri”, 
“çöl  müşahidələri”,  “marşrut  xəritələşmə”,  “mü-
qayisə”,  “bəsit”  qeydlər  kimi  xarakterizə  olunan 
çöl tədqiqat metodları hazırda tədricən  daha  mü-
asir    texnoloji  informasiya  bazası  “kosmo-
genetik”, “deşifrləmə”, “stasionar”, ”coğrafi inter-
polyasiya”, “riyazi”, “geofiziki”, “geokimyəvi” və 
sair tətbiqi-konstruktiv kompleks metodlarla əvəz 
olunur.  Artıq  bu  istiqamətdə  tətbiq  olunmuş  təd-
qiqat  metodlarının  nəticəsi  göstərir  ki,  hər  bir 
coğrafi  obyektin,  o  cümlədən  “ekosistemin”,  
“biosistemin”  və  yaxud  bütövlükdə  biosfer  təbə-
qəsindəki  aktiv    ekobioloji  mövcudluğun,  geo-
fiziki  və  biofiziki  mübadiləsinin  coğrafi  qanu-
nauyğunluqları  haqqında  daha  real  və  daha  eti-
barlı  elmi  informasiyalar    almaq  mümkündür. 
Xüsusilə  landşaft  tədqiqatlarında  landşaftın 
geofizikasının  stasionar  və  yarımstasionar  təd-
qiqat  metodlarının  tətbiqi  landşaftəmələgətirici  
amillərin  qarşılıqlı geofiziki asılılığının və yaxud 
maddələr  mübadiləsinin  coğrafi  qanunauyğun-
luqlarını  aşkar  edir.  Eyni  zamanda,  landşaftın 
struktur-bioloji  diferensiasıyasını  və  inkişaf  ten-
densiyasının  istiqamətini müəyyənləşdirir.  Land-
şaftın  geofiziki  metodikası  anlayışı  coğrafiya 
elminin təkamülündə  qədim tarixə malikdir. Hələ 
məşhur  rus  coğrafiyaçı  təbiətşünasları  özlərinin 
XVII-XVIII  əsrlərdəki  elmi  axtarışlarında  yeri 
gəldikcə bu metodlardan istifadə etmişlər. Sonrakı 
coğrafi  tədqiqatlarda  landşaftın  geofizikası  me-
todu məşhur sovet alimləri   M.İ.Budıkonun, V.P. 
Volobuyevin, D.L.Armandın,  H.L.Beruçaşvilinin 
və  başqalarının  elmi  tədqiqatlarında  daha  da 
təkmilləşdirilmiş  və  müasir  fiziki  coğrafiyanın 
kompleks  stasionar  metodlarından  biri  kimi    for-
malaşmışdır.  
Landşaftın geofizikası elminin formalaşma-
sında  və  yaxud  metodiki  cəhətdən    inkişaf  et-
məsində  A.A.  Qriqoriyev  və  M.İ.Budıkonun 
(1956)  elmi-nəzəri  fikirləri    xüsusilə  mühüm  rol 
oynamışdır. A.A.Qriqoriyev qlobal miqyasda təbii 
landşaft  zonalarının  və  yaxud  lokal  hündürlük 
qurşaqlarının    yaranmasında  və  onların  ərazi-
struktur  diferensiasiyasında  bilavasitə  istilik  və 
rütubətin,  xüsusilə  onların  qarşılıqlı  asılılıq   
münasibətini  həlledici  amil  kimi  qəbul  etmişdir. 
M.İ.  Budıko  “coğrafi  zonallığın  dövri  qanunu” 
elmi-nəzəri  fikirlərində,  dağlıq  ərazilərdə  şaquli 
zonallığın  əmələ  gəlməsində  daha  çox  istilik  və 
rütubətin  nisbətinə üstünlük vermişdir. 
 Müasir  tədqiqatçılar  müxtəlif  səviyyəli 
landşaftların  daxilində baş verən geofiziki proses-
lərin    öyrənilməsinə  və  modernləşdirilməsinə, 
başlıca olaraq, iki metodika üzrə yanaşırlar. Bun-
lardan  biri  geofiziki  yanaşma,  o  birisi  isə  müşa-
hidə-stasionar  məlumatlarının  tətbiqi    üsullarıdır. 
Bunların  birincisi landşaftın  yenidən  yaranmasını 
və  maddələrin  yerdəyişməsini  müəyyən  edir, 
ikincisi  isə  enerjinin  sərf  olunması  sayəsində 
landşaftəmələgətirici proseslərin fəaliyyətinin isti-
qamətini dəyişir. 
Hər  iki  metodiki  tədqiqatların  müqayisəli 
təhlili  göstərir  ki,  bunların  fəaliyyəti  coğrafi 
qanunlarla  tənzim  olunur.  Beləliklə,  hər  hansı 
landşaft  kompleksində  istər  bioloji  kütlənin  və 
istərsə  də  ayrı-ayrı  landşaft  komponentlərinin 
(torpaq,  bitki,  litologiya  və  s.)  inkişafını  tənzim 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə