Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
34                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
edən  maddələrin  çevrilməsi  və  yaxud  yerdəyiş-
məsi prosesi enerji sərf olmadan baş verə bilməz. 
Yəni  geofiziki  enerjinin  alınmasında  və  ehtiyat 
maddələrin  toplanması  prosesində  landşaft  sis-
teminin  strukturu  və  bioloji  tərkibi  əsas  rol  oy-
nayır.  Məsələn,  meşə  kompleksində  və  çəmən-
liklərdə konkret landşaftın enerji ehtiyatı bitkilərin 
növ  tərkibindən  və  yaxud  da  ayrı-ayrı  bitki  for-
masiyalarının  enerjinin  bioloji  qəbuletmə  qabi-
liyyətindən, bəzən yarpaqların səmtindən, relyefin 
meyilliyindən  çox  asılıdır.  Bitkilər  tərəfindən 
alınan bioloji enerji isə bərabər paylanmır. Bu qa-
nunauyğunluğa  görə  də  geofiziki  cəhətdən  fərq-
lənən  müxtəlif  strukturlu  landşaft  kompleksləri 
formalaşmağa  başlayır.  Bu  kimi  biocoğrafi  müx-
təlifliyin  kompleks  öyrənilməsində  isə  landşaftın 
geofizikası  tədqiqat  metodları  əhəmiyyətli  rol 
oynayır.  Yəni  landşaft  tədqiqatlarında  geofiziki 
metodların  tətbiqi  bilavasitə  landşaftın  biosfer 
təbəqəsindəki  bütün  fiziki  proseslərin  coğrafi  qa-
nunauyğunluqlarını  müəyyən  edir.  Geofiziki  təd-
qiqat  metodikasının  tətbiqi  sayəsində  həm  də 
landşaftda baş verən coğrafi   proseslərin  qısa və 
uzunmüddətli  dinamikasını  proqnozlaşdırmaq 
mümkün  olur.  Bu  baxımdan  landşaftın  mənim-
sədiyi  günəş  enerjisinin  və  rütubətin  miqdarını 
stasionar  və  yarımstasionar  müşahidələrlə  öyrən-
mək  vacib  şərtdir.  Landşaftın  geofiziki  xüsusiy-
yətlərinin  hərtərəfli  əksetdirilməsi  üçün  müxtəlif 
yüksəkliklərdə  xüsusi  müşahidə  meydançaları 
seçilir.  Bu  meydançalar  əksər  hallarda  müxtə-
lifsəmtli yamacları, relyef formalarını və müxtəlif  
landşaft komplekslərini əhatə etməlidir. Həmçinin 
həmin  “nümunə  meydançaları”  kifayət  qədər 
fərqli  fitobioloji  müxtəlifliyə  malik  olmalıdır. 
Çünki landşaftəmələgətirici amilləri (bitki, torpaq 
örtüyü,  yamaclar  və  s.)  günəş  enerjisini,  rütubəti 
kəmiyyət etibarilə müxtəlif miqdarda alır. Bunlar 
da  ayrı-ayrılıqda  fərqli  miqdarda  landşaftın 
geofiziki  xüsusiyyətlərini,  daha  doğrusu,  land-
şaftın inkişaf  tendensiyasını  dəyişir.   
Qeyd  etmək  lazımdır  ki,  vaxtilə  “Somxet-
Ağdam  antiklinal  zonası  landşaftlarının  geofiziki 
landşaft  xüsusiyyətləri”  mövzusunda  apardığımız 
tədqiqatlarda  landşaftların  geofiziki  struktur 
müxtəlifliyi  bilavasitə  müqayisə  metodikası  əsa-
sında öyrənilmişdir. Landşaftların geofiziki struk-
tur  fərqlərini  müəyyən  etmək  məqsədilə  müxtəlif 
yamaclarda, relyef formalarında, ayrı-ayrı yüksək-
liklərdə    landşaftın  geofizikasını    əksetdirən 
xüsusi  landşaft profilləri, fraqment landşaft xəri-
tələri tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki,   
landşaft komplekslərində xüsusilə səthin radiasiya 
balansına,  rütubətlənməyə,  buxarlanmaya  görə 
landşaftın  istər  şaquli,  istərsə  də  üfüqi  diferen-
siasiyası  tezliyi  artır.  Xüsusilə  dağlıq  ərazilərdə 
relyefin  çox  parçalanması  və  yüksəklik  fərqi 
geofiziki  struktur-ərazi  diferensiasiyasını  güclən-
dirir.  Eyni  zamanda,  coğrafi  obyektlərin  xarak-
terindən  asılı  olaraq    landşaftın  bioloji  məh-
suldarlığında    geofiziki  amillərin  rolu    fərqlənir. 
Yəni geofiziki amillərin fərqli təsiri sayəsində hər 
bir 
landşaftın 
ekoloji 
potensialı 
dəyişir, 
biokütlənin ehtiyatı isə arta və ya azala bilir.  
Bu da özlüyündə landşaftların  bioloji üzv-
lərinin  qidalanmasında  və  onların  mikromühitə 
uyğunlaşmasında  mühüm  rol  oynayır.  Landşaftın 
geofiziki  xüsusiyyətlərini  müəyyən  edən  amil-
lərdən  ən  başlıcası  iqlim  amilidir.  Çünki  landşaft 
örtüyündə  maddələrin  və  enerjinin  çevrilməsi, 
yerdəyişməsi  və  onunla  əlaqədar  olaraq  canlı 
orqanizmlərin  ekoloji  vəziyyəti  başlıca  olaraq 
iqlim  amilləri  ilə  tənzimlənir.  Məsələn  Kürboyu 
düzənliklərin  yarımsəhra  və  quru  çöl  land-
şaftlarının  geofiziki  xarakteri  əsasən  yayı  quraq, 
qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi ilə 
səciyyələnir.  Lakin  ərazinin    düzənlik  olmasına 
baxmayaraq, ayrı-ayrı konkret yerlərdəki  müsbət 
və  mənfi  relyef  şəraitində  mikroiqlimin  dəyiş-
məsi,  əslində,  landşaftın  geofizikasına  fərqli  təsir 
göstərir.  Düzənliyin  qərbində  (Qazaxda 390 m ) 
havanın orta illik temperaturu 12,1
0
C-yə, şərqində 
(Yevlaxda  15,4  m
 
)  isə  14,6
0
C-yə  çatır.  Eyni 
istiqamətdə  iqlim  ünsürlərinin    istiliyə  doğru 
dəyişməsi  landşaftın  geofiziki  cəhətdən  aridləş-
məsini  gücləndirir,  həmçinin  yarımsəhra  kom-
pleksinin ərazisi tədricən genişlənir. 
Eyni  qanunauyğunluq    landşaftların  üfüqi  
yayılması strukturunda da aydın əks olunur. Yəni 
düzənliyin  şimal  qurtaracağında  –  Mingəçevirdə 
(93 m) havanın orta illik temperaturu 14,8
0
C olur, 
lakin  düzənliyin  cənub  –  nisbətən  yüksək  hissə-
sində  (Göygöldə    661  m)  bu  kəmiyyət  11,8
0

arasında  dəyişir.  Beləliklə,  düzənlikdən  dağlara 
doğru  landşaftın  geofiziki  xüsusiyyətlərində 
humidləşmə    meyli    artır.  Daha  doğrusu,  Kiçik 
Qafqaz  silsiləsinin  şimal-şərq  ətəyinə  uyğun  gə-
lən  Qazax−Fizuli  xəttindən  cənubda  olan  sahədə 
quru çöl landşaftının sərhədi başlayır. Bu vəziyyət 
quru  çöl  landşaftının  keçid  sərhədi  iqlim 
xəritəsində  (Ə.M.Şıxlinski,1977),    landşaft  tipləri  
ilə  fiziki  coğrafi  rayonlaşma  xəritələrində  öz 
əksini tapır. Düzənlik landşaftında ən isti ayın orta 
temperaturu (iyul-avqust) 24-26
0
C, mütləq maksi-
mum temperatur isə 37-40
0
C olur. Ərazidə 10
0
C-
dən  yuxarı  fəal  temperaturun  cəmi  4000-4500
0
C-
yə çatır. Bunlar da, öz növbəsində, ərazidə yarım-
səhra  xarakterli  landşaft  elementlərinin  fəallığını 
artırır.  Düzənlik  landşaftlarının  xarakterik    xüsu-
siyyətlərindən biri də  davamlı qar örtüyünün ol-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə