Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 35 
 
mamasıdır.  Bu  da  ərazidə  rütubətin  miqdarına, 
qrunt  sularının  səviyyəsinə  və    təbii  bitki  örtü-
yünün  növ  zəngliyinə  mənfi  təsir  göstərir.  Nəti-
cədə landşaftda coğrafi proseslərin intensivliyinin 
əsas  indikatoru  olan  bioloji  məhsuldarlığın  azal-
masına  səbəb  olur.  Məsələn,  yay  aylarında  Kür 
çayı  boyu  yarımsəhra  landşaftında  fitokütlənin 
miqdarı  1-2,5 kq/m
2
-dən artıq olmur.  
Ə.M.  Şıxlinskiyə  (1969)  görə,  Küryanı 
maili  düzənlikdə  illik  günəşli  saatların  miqdarı 
2440-a  çatır,  günəşsiz  günlərin  sayı  isə  48  günə 
bərabərdir.  Təkcə  yay  fəslində  günəşli  saatların 
miqdarı 900, yəni təxminən illik kəmiyyətin 35-40 
faizini təşkil edir. Bu da ərazidə yarımsəhra və çöl 
landşaftlarının  geofiziki  tərkibinin  aridləşməsinə 
əlavə optimal  şərait yaradır.  
Ə.M.  Şıxlinskinin  (1969)  hesablamalarına 
görə,  buxarlanma qabiliyyətinin Kürboyu düzən-
liyin  qərb  qurtaracağında   800-1000  mm  (Qazax-
da),  şərq  hissəsində  (Yevlaxda)  isə  1100-1200 
mm  arasında  dəyişməsi  eyni istiqamətdə landşaf-
tın  geofiziki  cəhətdən  aridləşməsini  intensivləş-
dirir.  Lakin  yüksəkliyə  görə  landşaftın  geofiziki 
xüsusiyyətlərini  fəal  temperaturun  cəmi  ilə 
rütubətin miqdarı müəyyən edir. Məsələn, Qazax-
Gəncə düzənliyinin qərb hissəsində 10
0
C-dən  yu-
xarı  temperaturun  illik  miqdarı  4300
0
C-yə,  şərq 
hissəsində  4600
0
C-yə  çatır.  Lakin  dağətəyi 
hissəsində  bu  kəmiyyət  3200
0
C-yə  qədər  azalır. 
Göründüyü  kimi,  düzənliyin  daxilində  bu  cür 
mikroiqlim 
dəyişkənlikləri 
landşaftın 
həm 
strukturunda və həm də fəsli ritmində əks olunur. 
Belə ki, şərqə doğru  yarımsəhra landşaftı, cənuba 
doğru  isə  dağətəyi  kserofit    kollu  çöl  landşaftı 
genişlənir.  Məlum  olduğu  kimi,  respublika 
ərazisinin  
2
/
3
 hissəsini dağ landşaftları əhatə edir. 
Düzənlik landşaftından fərqli olaraq, dağlıq land-
şaftların özünəməxsus geofiziki  qanunauyğunluq-
ları  vardır.  Daha  doğrusu, dağlıq  ərazilərdə  land-
şaftın ümumi inkişafını və onların geofiziki struk-
tur  mürəkkəbliyini  bütün  landşaftəmələgətirici 
amillərin  hündürlük  zonallığı  qanunauyğunluğu 
müəyyən edir. Lakin konkret ərazilərdə geoloji və 
geomorfoloji  gərginlik  şəraitindən  asılı  olaraq 
landşaft  kompleksləri  bu  və  ya  digər  dərəcədə 
növdaxili  diferensiasiyaya  məruz  qalır.  Nəticədə 
dağlıq  ərazidə  müxtəlif  strukturlu  landşaft 
komplekslərinin  geofiziki  təkrarlanma  tezliyi  
intensivləşir.  
Tədqiqat  apardığımız  Şəmkir  çayı  hövzə-
sinin dağlıq hissəsində 25 km
2
 ərazidə  3-4, bəzən 
də  daha  çox  landşaft    növünə  rast  gəlinir.  Lakin 
Gəncə-Şəmkir  maili  düzənliyində  isə  eynistruk-
turlu  yarımsəhra  landşaftlarının    sərhədləri  bəzən 
eyni  istiqamətdə  5-10  km  uzanır.  Belə  sadəquru-
luşlu landşaft komplekslərinə, eyni zamanda, dağ-
lıq  ərazinin  bəzən  zəif  parçalanmaya  məruz 
qalmış (dağdaxili çökəkliklər, düzəlmə səthləri və 
s.)  yerlərində  də  rast  gəlmək  mümkündür.  Som-
xet-Ağdam  antiklinal  strukturunun  şimal-şərq 
qanadı  boyu  formalaşmış  Çardaxlı  (1200  m)  və 
Nüzgar  (1400  m)  düzəlmə  səthlərində,  Başkənd-
Dəstəfur  dağdaxili  çökəkliyində  bəzən  25-30  km 
hamar  sahədə  cəmi  1orta  dağlığın  meşələrdən 
sonrakı  çəmən-çöl  landşaft  kompleksi  əmələ 
gəlmişdir. İstər dağlıq və istərsə də düzənlik əra-
zilərdə  landşaftın  geofizikasının  kəmiyyət  və 
keyfiyyət  dəyişkənliyinə  məruz  qalmasına  ilk 
növbədə  səthin  relyefi  və  mikroiqlimin  qarşılıqlı 
münasibəti  təsir  göstərir.  Lakin  ümumilikdə  istər 
dağlıq  ərazidə,  istərsə  də  düzənlikdə  landşaftın 
geofiziki struktur-ərazi diferensiasiyasını və land-
şaftın  təkrarlanma  tezliyini  bütün  landşaftəmə-
ləgətirici  amillərin  şaquli  və  üfüqi  dəyişməsi 
qanunauyğunluğu    prinsipi,  “lokal”  yerlərdə  isə 
relyefin morfometrik gərginliyi müəyyən edir.  
 
ƏDƏBİYYAT 
1.
 
İsmayılov  M.C.  Şərqi  Qafqaz  landşaftlarının  for-
malaşmasının geofiziki xüsusiyyətləri. Xəzər dənizi və 
ətraf  regionların  ekosistemləri:  təhlükə  və  risklər. 
ACC-nin əsərləri, XV cild, Bakı, 2010, səh.74-84.  
2.
 
İsmayılov  M.S.  Landşaftların  fəaliyyəti  inten-
sivliyinin  onun    məhsuldarlığına  təsirinin  öyrənilməsi. 
Dağlıq  ölkələrin  müasir  ekoloji-coğrafi  problemləri. 
Azərbaycan Coğrafiya  Cəmiyyətinin əsərləri, VII cild, 
Bakı, 2001, səh.27-33. 
3.
 
Volobuyev V.R.  Kür-Araz düzənliyinin geomor-
fologiyası haqqında. Bakı, 1953. 
4.
 
Armand D.L.  Наука о ландшафте. М., 1975 
5.
 
Аrmand  D.L.  Некоторые  задачи  и  методы 
физики  ландшафта,  «геофизики  ландшафта».  М., 
1967.  
6.
 
Беручашвили  Г.А.  Пространственно временно 
анализы  синтез  природно-территориальных  ком-
плексов, афтореф. дисс. на соиск. степ.д.к.наук. М., 
1980. 
7.
 
Будько  М.И.,  Григориев  A.A.  Периодическом 
законе географической зональности.  1956. №1. 
8.
 
Вернадски В.И.   Биосфера. M., 1967. 
9.
 
Григориев  A.A.   Закономерности  строение и 
развитие географической среде. М., 1966. 
10.
 
Докучаев В.В.  К учение о зонах природы. 
М., 1899. 
11.
 
Şıxlinski  Ə.M  Карты  атмосферных  осадков 
Азербайджана. Атлас  Азербайджана. Баку 1963. 
12.
 
Şıxlinski  Ə.M.    Климат  Азербайджана.  Баку, 
1968. 
13.
 
Сочава В.Б. Введение в учение о геосистемах. 
Новосибирск, 1978 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə