Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
38                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
qarşısını  kəsərək  GE-nin  panelini  kölgələndirə 
bilir (şəkil 2); 
3.  Yolun  meyilliliyi  (şəkil 1).  Bundan  asılı 
olaraq Günəş şüasının panelə düşmə bucağı, başqa 
sözlə, enerjinin miqdarı dəyişir.   
Panelə düşən Günəş enerjisi həm də meteo-
roloji şəraiti müəyyənləşdirən təsadüfi amillərdən 
−  buludluluq,  toz,  duman,  tüstü,  yağış,  qar  və  s. 
asılıdır.  
Bu işin əsas məqsədi şose yolunun istənilən 
nöqtəsində və zamanın hər bir anında GE-nin pa-
nelinə  düşən  Günəş  enerjisinin  miqdarını  təyin 
edən  riyazi  modelin  işlənməsidir.  Bu  model 
əsasında  qurulmuş  alqoritm  üzrə  hesablamalar 
üçün  proqram  paketinin  hazırlanması  da  bu  işin 
məqsədidir. 
Riyazi modelin mahiyyəti 
Hazırlanmış  riyazi  model  dörd  hissədən 
ibarətdir. 
Birinci  hissədə  Kepler  tənliyi  həll  edilərək 
zamanın  verilən  anı  üçün  Yer  kürəsinin  Günəş 
ətrafında  fırlanması  zamanı  cızdığı  elliptik  orbit-
dəki yeri tapılır; 
İkinci hissədə zamanın verilən anı üçün Gü-
nəşin coğrafi yerinin koordinatları təyin edilir; 
Üçüncü  hissədə  Yer  kürəsi  üzərində  seçil-
miş  hər  hansı  bir  nöqtədə  və  zamanın  baxılan 
anında Günəşin zenit və azimut bucaqları tapılır; 
Dördüncü  hissədə  Günəş  avtomobilinin 
panelinə düşən toplam (düz+diffuz) Günəş enerji-
si hesablanır. 
Bu  modeli  reallaşdıran  Fortran  proqramın 
deterministik  təyin  olunan  giriş  parametrləri  aşa-
ğıdakıardır:  
1.Qrinviçə (Greenwich) görə verilmiş zaman 
anı; 
2.Yol  boyunca  nöqtələrin  coğrafi  koordi-
natları  (en  və  uzunluq  dairələri)  və  dəniz  səviy-
yəsindən yüksəkliyi; 
3.Yol boyunca seçilmiş nöqtələrdə yolun me-
yilliyinin zenit və azimut bucaqları;   
4.Yolun  təpə,  yüksəklik  və  dağlarla  əhatə-
lənən nöqtələrində kölgə funksiyaları.   
Təsadüfi xarakter daşıyan meteoroloji para-
metrlər (buludluluq balı və göy üzünün tutqunluq 
dərəcəsini  göstərən  atmosferin  optik  qalınlığı) 
proqrama  iki  durum  üçün  daxil  edilir:  birinci  -  
hava proqnozu əsasında; ikinci - ssenari kimi. 
Proqramın çıxışı  zamanın hər bir anı üçün 
yolun  istənilən  nöqtəsində  GE-nin  üzərinə  düşən 
Günəş enerjisinin miqdarıdır. Birinci durum üçün 
bu, düşən Günəş enerjisinin miqdarının proqnozu-
dur  və  onun  dəqiqlik  dərəcəsi  hava  proqnozunun 
dəqiqliyindən asılıdır. 
 
 
 
 
Şəkil 1. Məsələnin qoyuluşuna dair 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 39 
 
 
Şəkil 2. M nöqtəsində “kölgə funksiyası”nın təyini  
)
(




 
)
(
2
1





 
Modelin tətbiq sxemi 
İşlənmiş  riyazi  model  hər  hansı  bir  şose 
yolu  üçün  tətbiq  oluna  bilər.  Bunun  üçün  zəruri 
olan yolun xarakteristikaları haqqında məlumatlar 
yerində aparılan ölçmələrlə əldə edilə bilər. 
Bu  məlumatların  əldə  edilməsi  üçün 
aşağıdakı tədqiqatlar aparılmalıdır: 
1.  Yol  boyunca  hər  5-500  m  məsafədə 
seçilmiş nöqtələrin GPS ilə dəqiq koordinatları və 
bu  nöqtədə  yolun  meyillik  bucaqları  ölçülür. 
Nöqtələr  arasındakı  məsafə    yolun  meyillik  və 
sağa-sola  dönüş  dərəcəsinə  görə  təyin  edilir. 
Meyilliyin    və  dönüşlərin  kəskin  olduğu  yerlərdə 
nöqtələr  bir-birinə  yaxın,  digər  yerlərdə  isə  nis-
bətən aralı seçilir. 
2. Kölgə yarana biləcək nöqtələrdə teodolit 
vasitəsilə “kölgə funksiyası” ölçülür. 
Seçilmiş  nöqtələrdəki  ölçmələrin  nəticələri 
aşağıda  nümunə  kimi  verilmiş  cədvəllərə  qeyd 
edilir  (belə  nöqtələrin  sayı  yolun  uzunluğundan, 
meylliyinin  dəyişmələrindən,  dönüşlərin  sayı  və 
sərtliliyindən asılıdır ). 
Cədvəl 1 
 Yolun xarakteristikaları 
         Cədvəl 
Günəşin və atmosferin durumu 
 
 
Nöqtə
№ 
En dairəsi 
Uz. dairəsi 
Dəniz 
səviyyə-
sindən 
yüksəkliyi 
(m) 
Nöqtənin  
əvvəlki 
nöqtədən 
uzaqlığı 
(m) 
Meyilliyin 
azimut 
bucağı 
Meyilliyin 
zenit bucağı 
Kölgə 
funksiyası 
1. 
40
0
40

34
′′
 
48
0
27

39
′′
 
452 
 
96
0
40

 
40
0
40

 
 
2. 
40
0
40

62
′′
 
48
0
27

03
′′
 
461 
120 
 
125
0
14

 
40
0
20

 
 
… 
 
 
 
 
 
 
 
Nöqtə
№ 
Zaman: 
gün, ay, il 
saat, dəqiqə 
Günəşin 
azimut 
bucağı 
Günəşin 
zenit 
bucağı 
Buludluluq 
(ball) 
Digər 
meteoroloji 
parametrlər 
Şəkildə 
nöqtənin 
işarələnməsi 
1. 
12.10.2014 
12:34 
108
0
27

 
28
0
27

 

 
 
2. 
40
0
40

62
′′
 
48
0
27

03
′′
 
120 
 
 
 
 
 
 
 
 
 
 
… 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə