Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
42                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
sında da atmosfer yağıntılarının kəmiyyətində fərq 
aydın nəzərə çarpır [15, 18]. 
Dağlarda  hündürlüyün  artması  ilə  atmosfer 
yağıntılarının  miqdarı  müəyyən  yüksəkliyə  qədər 
artır,  sonra  isə  tədricən  azalma  müşahidə  edilir. 
Bu  zaman  atmosfer  yağıntılarının  azalmasının 
müşahidə  edildiyi  hündürlük  regional  xarakter 
daşıyır.  Məsələn,  əgər  Böyük  Qafqazda  bu 
azalmanın  necə  getdiyini  izləsək,  onun  cənub 
yamacda  dəniz  səviyyəsindən  təqribən  2500  m-
dən,  cənub-şərq  və  şimal-şərq    yamaclarında  isə 
2000  m-dən  başlandığını  görərik    (cədvəl  1).  Ki-
çik Qafqazın da şimal-şərq, şərq yamaclarında və 
daxili  hissələrində  təxminən  bu  hündürlüklərdən 
atmosfer yağıntılarının miqdarının azalması müşa-
hidə edilir.  Onu  da  qeyd  edək  ki,  Kiçik  Qafqazın 
şərq  yamacı  və  daxili  hissələrində  faktiki  meteo-
roloji  müşahidə  məlumatlarının  olmadığına  görə 
bu  materiallar  əvvəlki  illərin  məlumatları    və 
yaxınlıqdakı  meteoroloji  stansiyaların  müasir 
məlumatları  əsasında  bərpa  edilmişdir.  Naxçıvan 
MR-in  ərazisində  atmosfer  yağıntılarının  miqdarı  
3000-3500  m  yüksəkliyə  qədər  artır.  Lənkəran-
Astara  vilayətində isə  hündürlüyə doğru  atmosfer 
yağıntılarının  miqdarının  dəyişməsi  özünəməxsus 
səciyyə  daşıyır.  Belə  ki,  onun  şimal  hissəsində 
1000 m yüksəkliyə qədər yağıntının miqdarı artır, 
sonra  isə  azalmağa  başlayır.  Cənub  hissədə  isə, 
yəni  yağıntı  inversiyası  müşahidə  edilən  ərazidə 
onun  miqdarı  hündürlüyə  doğru  daim  azalır  və 
sahil  zonasında  1200  mm-disə,  2000  m  hündür-
lükdə 475 mm-ə qədər düşür. 
Cədvəl 1 
İllik atmosfer yağıntılarının ölkə ərazisində yüksəkliklərə görə paylanması 
Cədvəl  2  
Ölkə ərazisində ilin isti dövründə (aprel-oktyabr) atmosfer yağıntılarının yüksəkliklərə görə 
paylanması 
 
İlin  isti  dövründə  ölkə  ərazisində  Abşeron 
yarmadası  və  Kür-Araz  ovalığının  sahilboyu  his-
səsində 100  mm,  Böyük  Qafqazın cənub  yamacı-
nın  yüksəkdağlıq  hissəsində  1000-1100  mm  ya-
ğıntı  düşür.  Xəzərdəki  adalarda  bu  dövrdə  50-70 
mm yağıntı düşür. Qeyd edək ki, adalarda ilin isti 
dövründə  atmosfer  yağıntıları  illik  normanın  40-
45%-ni,  yay  aylarında  isə  cəmi  3-5%-ni  təşkil 
edir. 
 
Yüksəklik,

Atmosfer yağıntıları, mm 
Böyük Qafqaz 
Kiçik Qafqaz 
Naxçı-
van 
MR 
Talış 
Cənub yamac 
Cən.- 
şərq 
yamac 
Şim.-
şərq. 
yamac 
Şim.-
şərq. 
yamac 
Şərq 
yamac 
Daxili 
ərazilər 
Şim. 
hissə 
Cənub 
hissə 
Qərb 
hissə 
Şərq 
hissə 
300 
990 
540 
300 
480 
300 
380 


550 
1000 
500 
1080 
740 
350 
540 
380 
455 
350 

575 
875 
1000 
1215 
1000 
440 
600 
550 
570 
480 
300 
645 
660 
1500 
1290 
1150 
490 
630 
670 
640 
510 
475 
575 
555 
2000 
1350 
1270 
510 
630 
730 
680 
520 
590 
475 
475 
2500 
1380 
1300 
490 
580 
780 
650 
490 
675 


3000 
1350 
1290 
470 
530 
680 
550 
430 
720 


3500 
1250 
1250 
450 
450 
550 
440 
350 
710 


 
 
Yüksəklik, m 
Atmosfer yağıntıları, mm 
Böyük Qafqaz 
Kiçik Qafqaz 
Naxçı-
van 
MR 
Talış 
Cənub yamac 
Cən.- 
şərq 
yamac 
Şim.-
şərq. 
yamac 
Şim.-
şərq. 
yamac 
Şərq 
yamac 
Daxili 
ərazilər 
Şim. 
hissə 
Cənub 
hissə 
Qərb 
hissə 
Şərq 
hissə 
300 
650 
100 
100 
190 
175 
235 


550 
1000 
500 
810 
350 
160 
230 
240 
335 
180 

575 
875 
 1000 
950 
750 
250 
325 
350 
435 
305 
170 
645 
660 
1500 
1000 
950 
300 
400 
430 
510 
380 
240 
575 
555 
2000 
1040 
1030 
360 
410 
500 
510 
380 
305 
475 
475 
2500 
1060 
1050 
350 
370 
500 
450 
335 
380 


3000 
1030 
1030 
340 
360 
445 
325 
280 
420 


3500 
960 
960 
310 
345 
385 
280 
220 
380 




Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 43 
 
İlin  isti  dövründə  atmosfer  yağıntılarının 
şaquli  paylanmasında  illik  gedişdəki  qanunauy-
ğunluq müşahidə edilir, yəni müəyyən hündürlüyə 
qədər  onun  miqdarı  artır,  sonra  isə  azalır  və  bu 
hündürlüklər yağıntıların illik gedişindəki hündür-
lüklərə  uyğun gəlir (cədvəl 2). 
İllik  miqdarda  olduğu  kimi,  isti  dövrdə  də 
eyni  yamacın  müxtəlif  hissələrində  yağıntıların 
miqdarında  fərqlər  nəzərə  çarpır.  Daha  çox  fərq 
düzən-dağətəyi  və  alçaqdağlıq  zonalarda  müşa-
hidə edilir. Ortadağlıqda  bu fərq azalır. Bu fərqlər 
Böyük  Qafqazın  cənub  yamacında  və  Talışda 
daha aydın nəzərə çarpır.  
Respublika  ərazisində  atmosfer  yağıntıları-
nın paylanması 1-ci  və 2-ci şəkillərdəki xəritələr-
də verilir. 
 
Şəkil 1.  Atmosfer yağıntılarının illik miqdarı, mm 
 
Şəkil 2.  İlin isti dövründə (aprel-oktyabr) atmosfer yağıntılarının miqdarı, mm 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə