Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
44                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Atmosfer  yağıntılarının  müasir  iqlim 
normalarnın  baza  dövrünün  (1961-1990-cı  illər) 
normaları  ilə  müqayisəsi  göstərir  ki,  müasir  dövr 
yağıntılarının  miqdarının  dəyişməsi  müxtəlif  isti-
qamətli  olub.  Belə  ki,  əgər  ölkə  ərazisinin  böyük 
hissəsində yağıntıların illik miqdarı 15-84 mm (3-
19%) azalıbsa, Böyük Qafqazın cənub yamacının 
qərb hissəsində o, 73-135 mm (6-14%) artmışdır. 
Artım, az da olsa, 7-18 mm (3-6%) Abşeron yarı-
madası  və  ondan  şimalda  yerləşən  sahilboyu 
ərazilərdə də qeydə alınıb.  
Rütubətlənmə  şəraiti.  Ərazilərin  təbii  rü-
tubətlənmə  şəraitini  səciyyələndirmək  üçün  rütu-
bətlənmə  əmsalından  istifadə  edilir.  Onun  hesab-
lanması  üçün  müxtəlif  düsturlar  olsa  da,  onların 
əksəriyyəti  illik  yağıntıların  miqdarının  buxar-
lanma qabiliyyətinə nisbəti ilə təyin olunur: 
K
rüt
. = P / E
0
               (1), 
burada    K  -  rütubətlənmə  əmsalını,  P  – 
atmosfer yağıntılarını, E

– buxarlanma qabiliyyə-
tini göstərir.  
Azərbaycanda  iqlim  tədqiqatlarında  Ə.M. 
Şıxlinski [11] tərəfindən təklif edilən və nisbi rü-
tubətlənmə  əmsalı  adlandırılan  rütubətlənmə  əm-
salından istifadə edilir ki, burada buxarlanma qa-
biliyyəti  V.K.Davıdovun  [10]  düsturu  ilə  hesab-
lanır: 
E
0
 =0,55 nd
0,8
 ( 1+0,125w)           (2), 
burada  E
0
 –buxarlanma qabiliyyətini (mm-
lə),  n  -  aydakı  günlərin  sayını,  d  -  havanın  orta 
aylıq  rütubət  çatışmazlığını  (mb-la),  w  -  küləyin 
orta aylıq sürətini     (m/san ilə) göstərir. 
Lakin  bu  hesablamanın  çox  mürəkkəb  ol-
ması  ilə  əlaqədar  olaraq  bəzi  aqroiqlim  tədqi-
qatlarında  rütubətlənmə  əmsalının  hesablanma-
sında  Q.T.Selyaninov [17] tərəfindən təklif edilən 
və  daha  sadə  olan,  hidrotermik  əmsal  adlanan 
rütubətlənmə  göstəricisindən  daha  geniş  istifadə 
edilir: 
HTƏ =P / 0,1∑t>10
0
 C                 (3), 
burada  P  -  havanın  orta  sutkalıq  tempera-
turunun  10
0
C-dən  yuxarı  olduğu  dövrdə  atmosfer 
yağıntılarının  miqdarı  (mm-lə),  ∑t>10
0
C  -  həmin 
dövrdə 10
0
C-dən yuxarı fəal temperatur cəmidir. 
Eyni  səbəblə  əlaqədar  olaraq  ölkə  əra-
zisində  rütubətlənmə  əmsalını  hesablamaq  üçün 
D.İ.Şaşko  [22]  tərəfindən  təklif  edilən  (Md)  və 
illik  atmosfer  yağıntılarının  kəmiyyətinin  orta 
sutkalıq rütubət çatışmazlığının cəminə nisbəti ilə 
ifadə  olunan  düsturdan  daha  çox  istifadə 
edilmişdir: 
Md =  P / ∑d                 (4), 
burada  P  -  illik  atmosfer  yağıntıları  (mm-
lə),  ∑d  -  havanın  rütubət  çatışmazlığının  orta 
sutkalıq kəmiyyətlərinin illik cəmidir, qPA. 
Ə.C.Əyyubov  [24]  tərəfindən  müəyyən 
edilmişdir  ki,  Ə.M.Şıxlinski,  Q.T.Selyaninov  və 
D.İ.Şaşkonun  təklif  etdikləri  rütubətlənmə  gös-
təriciləri  arasında  sıx  əlaqə  vardır.  Bunu  nəzərə 
alaraq  respublika  ərazisində  rütubətlənmə  şəraiti-
nin qiymətləndirilməsini   biz hesablanması  daha 
sadə  olan    Q.T.Selyaninovun  [17]    hidrotermik 
əmsal adlanan rütubətlənmə göstəricisindən istifa-
də etmişik.   
Müasir  məlumatlar  əsasında  HTƏ-nin  he-
sablanması  zamanı  müəyyən  etdik  ki,  respublika 
ərazisində onun kəmiyyəti Abşeron yarımadası və 
Kür-Araz ovalığının şərq hissəsində, həm də orta 
və  yüksək  dağlıqda  0,3-2,0  arasında  dəyişir.  Bu 
zaman  Talış  dağları  istisna  təşkil  edir;  burada 
məlum  səbəblər  üzündən  ifrat  rütubətlənmə  dağ-
larda deyil, Lənkəran ovalığında müşahidə edilir. 
3-cü  şəkildə  Q.T.Selyaninovun  [17]  təs-
nifatı  əsasında  (cədvəl  3)  respublika  ərazisinin 
rütubətlənmə şəraiti göstərilir. 
 
Cədvəl 3 
Q.T. Selyaninova görə rütubətlənmə zonaları 
 
 
 
 
Rütubətlənmə    zonaları    xəritəsinin    tərtibi  
zamanı yüksəkliyə  və Xəzər dənizi sahillərindən 
Kür-Araz  ovalığının  içərilərinə  doğru  rütubətlən-
mə  əmsalının  (hidrotermik  əmsal)  dəyişməsi  bi-
zim  tərəfimizdən  müəyyənləşdirilmiş  qanunauy-
ğunluqdan  istifadə edilmişdir ki, bu da 4-cü cəd-
vəldə  göstərilir.  Müəyyən  edilmişdir  ki,  bütün 
Kür-Araz  ovalığı  və  Abşeron  yarımadası  quru 
zonaya  aiddir  və  onun  sərhədi  Böyük  Qafqazın 
cənub  yamacının  şərq  hissəsində  və  şimal-şərq 
yamacda  dəniz  səviyyəsindən  200-300  m-dən, 
cənub-şərq  yamacda  isə  850  m-dən  keçir.  Kiçik 
ZONALAR 
RÜTUBƏTLƏNMƏ   ƏMSALI 
Quru 
< 0.5 
Quru əkinçilik 
0.5 - 0.7 
Quraq 
0.8 - 1.0 
Rütubətli 
1.1 - 1.3 
İfrat rütubətli (drenaj zonası) 
> 1.3 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 45 
 
Qafqazda  regiondan  asılı  olaraq  quru  zonanın 
yuxarı  sərhədi  300-550  m-dən,  Naxçıvan  MR-də 
isə  1250  m-dən  keçir.  Talış  dağlarının  cənub 
hissəsində  quru  zonanın  yuxarı  sərhədi    dəniz 
səviyyəsindən  1400  m  yuxarıdan  keçsə  də,  şimal 
hissədə 1000 m yüksəklikdən keçir.  
Qeyd  etmək  lazımdır  ki,    müasir  atmosfer 
yağıntılarının miqdarının isti ehtiyatları ilə  nisbəti 
rütubətlənmə  əmsalının  dəyişməsinə  gətirib  çı-
xartsa  da,  o  qədər  cüzidir  ki  (baza  dövrü  ilə  mü-
qayisədə),  müasir  rütubətlənmə  zonaları  sərhə-
dinin dəyişməsinə təsir göstərmir.  
 
Şəkil 3.  Rütubətlənmə zonaları. HTƏ 
Cədvəl  4
 
Rütubətlənmə zonalarının sərhədləri 
 
 
Gözlənilən şərait 
Aparılmış  hesablamalara  görə,  ölkə  əra-
zisində  reqional xüsusiyyətlərdən və iqlim dəyiş-
mələri ssenarilərindən asılı olaraq atmosfer yağın-
tılarının orta illik  miqdarının dəyişməsi  müxtəlif  
istigamətli olacaqdır. Cədvəl 5-də atmosfer yağın-
tılarının gözlənilən dəyişməsi əks etdirilib. 
 
 
HTƏ 
 
Dəniz səviyyəsindən yüksəklik, m 
Böyük Qafqaz 
Kiçik Qafqaz 
 
Naxçı-
van 
MR 
Talış 
Cənub yamac 
Cən.- 
şərq 
yamac 
Şim.-
şərq 
yamac 
Şimal 
yamac 
Şərq 
yamac 
Daxili 
ərazilər 
Şimal 
hissə 
Cənub 
hissə 
Qərb 
hissə 
Şərq 
hissə 
<0.5 

200 
850 
300 
380 
300 
550 
1250 
0; 1400 
1400 
0.7 

250 
1050 
500 
580 
530 
800 
1630 
100; 1000 
950 
1.0 

450 
1350 
750 
950 
950 
1350 
2200 

500 
1.3 
200 
600 
1600 
1200 
1400 
1400 
2000 
2850 


>1.3 
>200 
>600 
>1600 
>1200 
>1400 
>1400 
>2000 
>2850 

< 0 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə