Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
48                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
THE CURRENT AND EXPECTED  NATURAL  
MOISTENING  CONDITIONS İN THE 
TERRITORY OF AZERBAYJAN 
KH.SH.RAHIMOV 
Based  on  data  collected  by  32  meteorological 
stations  located  in  various  regions  of  the  country,  we 
calculated  current  (1992–2006)  monthly,  seasonal  and 
annual  climate  normals  for  precipitation.  We  also 
prepared  maps  of  rainfall  distribution  throughout  the 
year and the warm period as well as maps of moisture 
zones.  We  found  that  compared  to  the  base  period 
(1961–1990), the annual rainfall quantity in a large part 
of  the  country  decreased  by  15–84  mm  (3–19%),  and 
only increased by 73–135 mm (6–14%) in the western 
part of the southern slope of the Greater Caucasus and 
by  7–18  mm  (3–6%)  on  the  Absheron  peninsula  and 
the  coastal  area  to  the  north  of  it.  Moisture  zone 
boundaries  have  remained  virtually  unchanged.  Ac-
cording  to  the  reviewed  climate  change  scenarios,  the 
future  annual  rainfall  quantity  can  be  expected  to 
change by -1– -5% or +4–+20%. Depending on which 
scenario  is  implemented,  we  can  expect  a  15–35% 
increase  in  annual  evaporation  and  a  70–540  mm 
increase  in  moisture  deficit.  That  is,  all  scenarios 
predict  that  conditions  of  natural  moistening  will 
deteriorate, which can cause moisture zone boundaries 
to shift in the direction of the mountain.
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 49 
 
© M.S.Həsənov 
BAKIYA DÜŞƏN ATMOSFER YAĞINTILARI HAQQINDA 
M.S.Həsənov 
                AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu  
AZ 1143, Bakı, H. Cavid pr., 115 
 
Məqalədə  Bakı  şəhərinə  düşən  atmosfer  çöküntüləri  təhlil  edilir.  Yağıntıların  orta  çoxillik 
(1961-ci  ilə  qədər),  norma  (1961-1990)  və  son  illər  (1991-2012)  üzrə  miqdarı  müqayisə  edilir. 
Müəyyən  edilib  ki,  1961-1990-cı  illərdə  atmosfer  yağıntılarının  miqdarı  çoxillik  göstəriciyə 
nisbətən  19%  artıb.  1991-2012-ci  illərdə  isə  orta  çoxillik  göstəriciyə  nisbətən  təqribən  1,5  dəfə 
artım müşahidə edilib.
 
Şəhərsalmanın  yüksək  sürətlə  inkişafı,  şə-
hərin  landşaft  planlaşdırılmasının  və  şəhər  me-
marlığının  yaxşılaşdırılması  ərazinin  təbii  şəraiti-
nin, o cümlədən iqlim şəraitinin elmi əsaslarla ye-
nidən  qiymətləndirilməsini  və  nəzərə  alınmasını 
tələb  edir.  Eyni    zamanda,  səmərəli  planlaşdırma 
və  şəhər  təsərrüfatının  elmi  əsaslarla  təşkili  və 
idarə olunması üçün ərazinin  mikroiqlim xüsusiy-
yətlərinin  də  öyrənilməsi  və  nəzərə  alınması  va-
cibdir. 
Şəhərin  iqlimi  və  ya  mikroiqlimi  dedikdə 
şəhər məskunlaşması, istehsal və infrastruktur ob-
yektlərinin  təbii  iqlim  şəraitinə  təsiri  nəzərdə  tu-
tulur.  Məlum  olduğu  kimi,  böyük  yaşayış  mas-
sivləri,  çoxmərtəbəli  binalar  şəhər  daxilində  hava 
kütlələrinin  hərəkətinə,  küləyin  gücünə  və  istiqa-
mətinə,  atmosfer  yağıntılarının  yenidən  paylan-
masına təsirsiz qalmır. Bu mənada şəhər daxilində 
atmosfer  yağıntılarının  miqdarının  və  rejiminin 
öyrənilməsi  müasir  dövrdə  xüsusi  aktuallıq  kəsb 
edən  mühüm  məsələlərdən  biridir.  Bakı  Xəzər 
dənizinin  qərbində,  Abşeron  yarmadasının  cənu-
bunda  amfiteatr  şəklində  olan  buxtada  yerləş-
mişdir  ki,  onun  da  ən  yüksək  hissəsi  olan  «Qurd 
dərəsi» tirəsi ilə Bayıl buxtası arasında hündürlük 
fərqi 200 m-ə qədərdir [1]. 
Bakıda  atmosfer  yağıntılarının  rejimi 
havada  olan  rütubətin  miqdarından,  onun  su  bu-
xarı  ilə  doyma  dərəcəsindən,  buxarlanmanın  in-
tensivliyindən, 
atmosferin 
çirklənməsindən, 
ərazinin  relyefindən,  atmosferdə  hava  dövranın-
dan və s. amillərdən asılıdır. 
Abşeron yarmadasının, o cümlədən Bakının 
coğrafi  mövqeyi  ilə  əlaqədar  olaraq  buraya  daxil 
olan hava kütlələri öz fiziki xüsusiyyətlərinə görə 
çox  müxtəlifdir:  soyuq  arktik  hava  kütlələri, 
Atlantik okeanından gələn rütubətli hava kütlələri, 
Qazaxıstandan gələn quru – kontinental hava küt-
lələri,  Şimali  Afrika  və  Ərəbistandan  gələn  isti  – 
tropik hava kütlələri və s. 
Bakıda  və  onun  ətrafında  atmosfer 
yağıntıları əsasən Qazaxıstan və Xəzər dənizi üzə-
rində  alçaq  təzyiq  sahəsi,  Aralıq  dənizi  üzərində 
yüksək  təzyiq  sahəsi  yarananda  müşahidə  edilir. 
Belə  şəraitdə,  eyni  zamanda,  Cənubi  Qafqazda 
alçaq  təzyiq  sahəsi,  Qərbi  Avropanın  şimal 
rayonları üzərində isə yüksək təzyiq sahəsi yaranır 
və  soyuq  hava  kütləsi  Bakıya  daxil  olur.  Soyuq 
hava  kütlələrinin  dağlıq  ərazilər  üzərindən 
keçməsi  zamanı  atmosfer  cəbhələrinin  yaranması 
üçün şərait yaranır, onun bu ərazidən keçməsi isə 
intensiv  yağıntıların  düşməsi  ilə  nəticələnir.  Eyni 
zamanda,  ayrı-ayrı  illərdə  və  ya  fəsillərdə  daha 
çox  yağıntının  düşməsi  cənub  siklonlarının 
(Aralıq  dənizi  üzərində  formalaşan)  ərazidən 
keçməsi ilə də əlaqədardır [2]. 
Atmosfer  yağıntıları  onun  miqdarı,  rejimi, 
davamiyyəti,  intensivliyi,  yağıntılı  günlərin  sayı, 
yağıntının növü və b. göstəricilərlə səciyyələnir. 
Çoxillik  məlumatların  təhlili  göstərir  ki, 
Bakı  şəhərində  atmosfer  yağıntılarının  orta 
çoxillik  miqdarı  198  mm-dir  [3].  Məlum  olduğu 
kimi,  ÜMT  1961-1990-cı  illərin  meteoroloji 
göstəricilərini  norma  kimi  qəbul  etmiş  və  həmin 
təşkilatın  üzvü  olan    ölkələrə,  o  cümlədən  Azər-
baycan  Respublikasına  da  bu  normanı  qəbul 
etməyi  tövsiyə  etmişdir  [5].  1961-1990-cı  illərdə 
Bakıda  atmosfer  yağıntılarının  artımı  müşahidə 
edilmiş  və  bu  göstərici  235  mm  olmuşdur,  yəni 
orta  çoxillik  kəmiyyətə  nisbətən  yağıntının  miq-
darı 19% artmışdır. 
1991-2012-ci illərdə Bakıya düşən atmosfer 
yağıntılarının  kəmiyyətində  də  artım  müşahidə 
edilir.  Bu  illər  ərzində  atmosfer  yağıntılarının 
miqdarı  296  mm  olmuşdur.  Bu  isə  orta  çoxillik 
göstəriciyə  nisbətən  50%,  normaya  nisbətən  isə 
30% artım deməkdir. Aşağıdakı   cədvəldə Bakıda 
atmosfer  yağıntılarının  orta  çoxillik  miqdarı, 
norma  göstəriciləri  və  onların  arasındakı  fərqlər 
göstərilir (cədvəl 1). 
Cədvəldən  göründüyü  kimi,  1961-1990-cı 
illərdə  atmosfer  yağıntıları  iyul,  avqust,  oktyabr, 
noyabr aylarında orta çoxillik miqdara nisbətən 1-
3 mm azalmışdır. Qalan aylarda isə onun miqdarı 
2-10  mm  çoxalmışdır.  Ən  yüksək  artım  may  və 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə