Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə29/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
54                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dan çəkilən 14 kanalın ən irisi vasitəsilə saniyədə 
65  m
3
  su  götürülür  (Rüstəmov,  Qaşqay,  1989). 
Ona  görə  bu  çay  ilin  çox  vaxtı  öz  sularını 
Mingəçevir  su  anbarına  çatdıra  bilmir.  Qanıx 
çayından  ildə  saniyədə  42  m
3
  su  götürülür  və 
axımın müəyyən hissəsi Samqori, Sion  və Xrami 
Su  Elektrik  stansiyalarının  su  anbarlarında  top-
lanır.  Ona  görə Kür  çayının  853  m
3
/s  təbii  axımı 
olduğu  halda  Xəzər  dənizinə  yalnız  580  m
3
/s  su 
çatır.  Düzdür,  bu  vəziyyət  Azərbaycanın  su  eh-
tiyatlarına  hələ  ki,  mənfi  təsir  göstərmir,  çünki 
Kürün  üzərində  Cənubi  Qafqazın  ən  böyük 
Mingəçevir  su  anbarının  və  Şəmkir,  Yenikənd, 
Varvara su anbarlarının tikilməsi bunlarda 19 km
3
 
suyun    cəmləşməsinə    imkan    yaratdı  və  bu  da 
yerli  su  ehtiyatlarından  1.9  dəfə    (Xəlilov,  2003) 
çoxdur.  Lakin    gələcəkdə  bu  çayların    suyundan 
istifadə  nizamlanmasa,  Azərbaycanın  vəziyyəti 
pisləşəcək. 
Kür  və  Araz  çaylarının  digər  qollarının 
suyundan  da  (Ağstafaçay,  Həsənsu,  Axınca,  To-
vuz,  Arpa,  Bazarçay)    geniş  istifadə  edilir.  Bu 
çaylar  öz  başlanğıcını    Ermənistan  ərazisindən 
götürür və demək olar ki, hər birinin üzərində su 
anbarları  Ermənistan  ərazisində    tikilmişdir.  Yal-
nız  dükerlər,  yəni  suburaxıcı  qurğular,  sərhəddə 
yerləşir.  Bu    isə  təcavüz  üçün  geniş  yollar    açır. 
Helsinki /1992/ konvensiyasına qol qoymayan  öl-
kə  gələcəkdə  bu  kiçik  dağ  çaylarından  kanal  və 
arxların  çəkilməsi  ilə  suyun  azalmasına  səbəb 
olacaq və hətta su anbarlarının doldurulmasına da 
su çatmayacaqdır. 
Su  qıtlığı  problemindən  daha  ciddisi  həm-
sərhəd  ölkələrin  tranzit  çay  sularının  həddindən 
artıq  çirklənməsidir.  Kiçik  Qafqaz  və  Orta  Araz 
ərazilərindən  keçən  transsərhəd  çayların  mənbə-
ləri  Ermənistanda,  Kür  dağarası  çökəkliyi  vilayə-
tindən  axan  çayların  mənbələri  isə  Gürcüstanda 
yerləşməklə, çay sularının keyfiyyəti də əsasən bu 
ölkələrin  ərazisində  formalaşır.  1980-cı  illərin 
sonlarından  bu  dövlətlərin  heç  bir  müəssisəsində 
təmizləyici  qurğular  işləmir.  Həmin  dövlətlərin 
ərazisindən atılan çirkab sularını qəbul edən trans-
sərhəd  çaylar  sanki  sanitar-təmizlik  funksiyasını 
yerinə  yetirərək  ekoloji  təcavüzə  məruz  qalırlar. 
Nəticədə  onların  sularının  keyfiyyəti  sanitar  nor-
maların    tələblərinə  cavab  verməyən  vəziyyətdə 
Azərbaycan      ərazisinə  daxil  olur.  Mingəçevir  su 
anbarında  yay  aylarında  su  səthini  örtən  və  hələ 
nazik  olan  mavi–yaşıl  rəngli  örtük  bütün  Kür 
çayında  ekoloji  şəraitin  kəskinləşməsini  sübut 
edir. Yay aylarında Arazda səviyyə düşdüyü dövr-
də  “Araz  su  qovşağı”  su  anbarında  çox  təhlükəli 
vəziyyət  yaranır.  İsti  hava  şəraitində  suyun  “çi-
çəklənməsi”  baş  verir  və  balıqların  kütləvi  qırıl-
masına səbəb olur. 
Əsas  problemlərdən  biri  də  burada  baş  ve-
rən  sel  hadisələridir.  Azərbaycanın  ən  dəhşətli 
daşqın  və  sellər  müşahidə  edilən  ərazisi  Şəki-
Zaqatala regionudur. Keçmiş sel izlərinin əsasında 
aparılmış tədqiqatlar göstərir ki, hər bir ortagüclü 
sel  1  mln.  m
3
  həcmində  sülb  materialları  gətirir. 
Lakin bu həcm 10 mln. m
3
 çata bilir. Bu da nadir 
hal  olaraq  təxminən  20  ildən  bir  müşahidə  edilir 
(S.H.Rüstəmov, 1972).  
Sellər  əsasən  yay  quraqlıq  mövsümündən 
sonra  oktyabr,  bəzən  sentyabr-noyabr  aylarında 
müşahidə  edilir.  Bu  zaman  düşən  güclü  yağışlar 
təsərrüfatlara  böyük  zərər  vuran  sellər  əmələ 
gətirir. Çay hövzələri yamaclarının və yüksəkdağ-
lıq hissələrinin çox yerdə çılpaq olması və kəskin 
temperatur  dəyişkənliyi  mexaniki  və  fiziki  aşın-
manı intensivləşdirir, külli miqdarda qırıntı mate-
riallarının  toplanmasına  şərait  yaradır.  Seləmə-
ləgəlmə  prosesinin  özəyini  təşkil  edən  belə 
sahələr  1800-2000  m-dən  yuxarıda  daha  çox  mü-
şahidə edilir.  
Təbii  amillərlə  bərabər,  sellərin  əmələ 
gəlməsində  insan  fəaliyyətinin  rolu  böyükdür. 
Meşələrin  qırılması,  çoxmeyilli  yamaclarda  əkin 
işlərinin aparılması və çəmənliklərdə mal-qaranın 
həddən  artıq  və  vaxtsız  otarılması  eroziya  prose-
sinin dərinləşməsinə səbəb olur. Şəki-Zaqatala iq-
tisadi  rayonunun  tərkibinə  daxil  olan  inzibati 
rayonların  çoxunda  dağ-çəmən  torpaqları  sahə-
sinin  70-90%-i  eroziyaya  uğramışdır.  Keçmiş 
cığırlar  hazırda  yarğanlara  çevrilmişdir.  Bu  pro-
seslər  Sinalar,  Hacıyusifli,  Danaçı,  Bədəl,  Uça-
ğan, Çaldaş, Mağar, Qarabulaq (Oğuz r-nu) Yun-
ca,  Mıxçılar,  Yüzbaşağan  (Qəbələ)  yaylaqlarında 
daha aydın nəzərə çarpır. Burada intensiv otarılma 
nəticəsində  20
0
  meyilliliyi  olan  yamaclarda  1 
hektardan  350-450  ton  torpaq  yuyulur.  Bəzi 
yerlərdə isə bu həcm 1 hektardan 2000-2500 tona 
çatır.  Çaldaş  yaylağında  aparılan  tədqiqatlar 
(Mustafayev,  1973)  göstərir  ki,  yüksək  çimli  tor-
paqlar (3 sm) olan sahələrdə səth axımı az olmuş 
və  səthin  yuyulması  müşahidə  edilməmişdir. 
Bunun  da  səbəbi  səthin  100%  bitki  ilə  örtül-
məsidir  (cədvəl  1).  Yağışın  25,7  mm/dəq.  in-
tensivliyi  şəraitində  səth  axımı  8,10  mm  təşkil 
etmişdir.  Hövzənin  50%-nin  bitki  ilə  örtülən 
yamaclarında  isə  yağıntının  intensivliyinin  26,3 
mm/dəq. olan halda səth axımı 15,3 mm olmuş və 
axım əmsalı 0,59 təşkil etdiyi halda səthi yuyulma 
3.7 t/ha olmuşdur. 
Aparılan  tədqiqatlara (Qəribov,  Mahmudov, 
2002)  görə,  meşələrin  qırılması  nəticəsində  bəzi 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə