Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 55 
 
ərazilərdə meşənin yuxarı sərhəddi 1550-1650 m-ə 
enmişdir. 
Buna  da  əsas  səbəb  uzunmüddətli  köçəri 
mal-qaranın  yaylaq  zonasında  həddən  artıq 
otarılması  olmuşdur.  Burada  meşə  əsasən  çəmən 
və bozqır-çəmən bitkilərlə əvəz olunmuşdur. 
Əhalinin  artması,  yanacağın  və  elektrik 
enerjisinin  olmaması  meşələrin  daha sürətlə  qırıl-
masına  səbəb  olmuşdur.  Şiddətlənən  sellər  isə 
yamaclarda bitki örtüyünün daha çox pozulmasına 
təsir  göstərir.  Buna  görə,  ilk  növbədə,  meşələr 
“qoruq”  elan  edilməli  və  eroziyanın  qarşısını 
almaq məqsədilə yeni meşə zolaqlarının salınması 
mühüm tədbir kimi qarşıya qoyulmalıdır. 
 
Cədvəl 1 
Meşəliliyin səth axımına təsiri (X.Mustafayevə görə) 
 
 
 
 
 
 
 
 
İnsanın  çay  yatağında  apardığı  fəaliyyət 
yaşayış  məntəqələrinin  və  əkin  sahələrinin  sel 
gətirmələri  ilə  basılmasına  səbəb  olur.  Belə  ki, 
ildən-ilə özbaşına, texniki əsaslar olmadan çəkilən 
suvarma  kanalları  çayın  istiqamətini  dəyişərək, 
daşqın  zamanı  çay  sularının  bu  kanallara  yönəl-
dilməsinə  imkan  yaradır  və  yeni-yeni  sahələrin 
basılmasına gətirib çıxarır. Bunun qarşısı ciddi su-
rətdə alınmalıdır. 
İndiyə  qədər  sel  üzərində  aparılmış  tədqi-
qatlar  nəticəsində  sellərin  formalaşma  xüsusiy-
yətləri  dərindən  öyrənilmiş  və  onlarla  mübarizə 
tədbirləri  işlənilmişdir  (“Böyük  Qafqazın  cənub 
yamacının  selləri  və  onlarla  mübarizə  tədbirləri”, 
Cİ  Fondu,  1970,  1973).  Lakin  hazırkı  vəziyyət 
göstərir  ki,  indiyədək  passiv  mübarizə  tədbirləri, 
yəni  artıq  formalaşmış  selin  qarşısını  alan  tədbir-
lər  həyata  keçirilirdi.  İldən-ilə  sahilqoruyucu 
bəndlər güclü daşqınlarla tez-tez dağıdılır və bəzi 
yerlərdə  sel  gətirmələrinin  altında  qalır.  Bu  isə 
seləmələgəlmə  prosesinin  qarşısını  almır  və  illər 
boyu  şiddətlənən  sellər  çay  yataqlarını  və  höv-
zələrini  dəyişərək  dövri  tədbirlərin  görülməsini 
tələb  edir.  Buna  görə  seləmələgətirən  proseslərin 
qarşısını  alan  aktiv  tədbirlər  yenidən  işlənilməli 
və təkliflər verilməlidir. Tədbirlərin əsasını meşə-
meliorasiya işləri təşkil etməli,  meyilliyi 15
0
-dən 
artıq  olan  yamaclarda  yalnız  çoxillik  bitkilərin 
əkilməsinə  icazə  verilməli  və  yamaclar  terraslaş-
dırılmalıdır.  Meşənin  salınması  mürəkkəb  olub, 
uzun müddət tələb etdiyi üçün kompleks tədbirlər 
həyata keçirilməlidir. 
Bunlardan  ən  dəyərlisi  çay  hövzələrinin 
morfoloji  xüsusiyyətlərini  nəzərə  alaraq  çayların 
sel  təhlükəli  qollarında  yerli  əhəmiyyətli  təd-
birlərin həyata keçirilməsidir. Hələ 1960-cı illərdə 
Azərbaycan  Dövlət  Su  Təsərrüfatı  Layihə  İnsti-
tutu  tərəfindən  İlisu  kəndindən  2  km  yuxarıda  və 
Ulukörpü  məntəqəsi  yaxınlığında  mövcud  olan 
ensiz dərələrdə kaskad bəndlərin tikilməsi nəzərdə 
tutulmuşdur.  Bu  işlər  Qax  şəhərini  və  ətrafda 
yerləşən  xalq  təsərrüfatı  obyektlərini  qorumaq 
məqsədini  güdürdü.  Təəssüf  ki,  bu  işlər  axıra 
çatdırılmadı.  Coğrafiya  İnstitutunun  selə  aid 
apardığı  tədqiqat  işlərində  də  Bulanıqsu,  Hamam 
çaylarında,  Muxax  çayının  böyük  və  selli  qolu 
olan  Solban  çayında,  Türyan  çayının  Dəmir-
aparan, Səngər və s. qollarında ensiz və dərin də-
rələrdə  bənd  tikərək  su  anbarlarının  yaradıl-
masının  vacibliyi  təklif  edilmişdir.  Bu  işlərə  ye-
nidən baxılmalıdır. 
Su anbarlarının tikilməsi, bir tərəfdən, rayo-
nun  kənd  təsərrüfatını  və  əhalisini  su  ilə  təmin 
edər  və  sel  təhlükəsi  altında  qalan  yaşayış  mən-
təqələrini  ziyandan  xilas  edər,  digər  tərəfdən  isə, 
suyun  enerjisindən  (Solnban-280  kvt,  Masex-35 
kvt,  Tala-200  kvt.  Qunaxay-su-1000  kvt,  Şin-260 
kvt.  Qaynar  1650,  600  kvt.)  istifadə  edərək  yerli 
əhəmiyyətli  elektrik  stansiyalarının  tikilməsi  ra-
yonu işıq və istiliklə təmin edər. Demək lazımdır 
Sahənin səciyyəsi 
Ver
il
ən 
suy
un
 h
əc
mi, 
mm/d
əq
 
S
ət
h a
xımı

mm
 
Ya
ğış
ın 
inte
ns
iv
liy
i, 
mm/d
əq
 
Ax
ım 
əms
alı
 
Yuyulma 
ha 
ton/ha 
Çaldaş yaylağı 
100% bitki örtüyü 
25,7 
8,10 
2,57 
0,31 
yox 
Yox 
Çaldaş yaylağı 50% 
bitki örtüyü 
26,3 
15,3 
2,63 
0,59 
92 
3,7 
Çaldaş yaylağının 
səthi tamamilə 
eroziyaya uğramış 
24,8 
23,0 
2,48 
0,92 
1010 
40 


Coğrafiya və təbii resurslar, №1, 2015 
56                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ki, yuxarıda adları çəkilən SES-lər Mingeçevir su 
anbarının tikilməsindən əvvəl mövcud idi və hətta 
daha  yüksək  enerji  almaq  üçün  onlar  rekon-
struksiya olunmalı idilər. Bəzi çaylarda iri SES-lər 
tikilmişdir.  Hazırda  da  bu  təcrübəyə  qayıtmaq 
lazımdır.   
Azərbaycanda  yerli  çay  su  ehtiyatları  10.3 
km
3
  təşkil  edir  (Rüstəmov,  Qaşqay  1978,  1989). 
Bu az deyil. Lakin çay sularının il  ərzində qeyri-
bərabər  paylanması  alçaqdağlıq  rayonların  yayda 
susuz  qalmasına  səbəb  olur  və  əkin  sahələrinin 
suvarılması  üçün  bol  yeraltı  sulardan  istifadə  et-
məyə vadar edir.  
 
 
Ona görə əsas problemlərdən biri də yüksək 
dərəcədə  suya  ehtiyacı  olan  quraq  əraziləri  su  ilə 
təmin  etməkdir.  Dağlıq  ərazilərdə  əhali  həm  çay, 
həm  də  bulaqların  suyundan  istifadə  edir.  Qanıx-
Həftəran  vadisində  və  Gəncə-Qazax  maili  düzən-
liyində  məskunlaşan  əhali  geniş  surətdə  buranın 
yeraltı  sularından  (artezian  və  subarteziyan) 
istifadə  edir.  Keçmiş  “Azərgeologiya”  Komitə-
sinin  verdiyi  məlumatına  əsasən  (F.Ş.Əliyev, 
2000),  Qanıx-Həftəran  vadisinin  yeraltı  sularının 
istismar  ehtiyatları  2  mln.  m
3
  təşkil  edir.  Lakin 
qazılmış  quyuların  suyundan  suvarmada,  qismən 
də  məişətdə  istifadə  edilir.  Azərbaycanın  bir  çox 
rayonlarının ərazisində yüzlərlə arteziyan quyuları 
mövcuddur  və  onların  vəziyyəti,  istifadə  yolları, 
səmərəliliyi  son  20-30  ildə  öyrənilməmişdir. 
Təəssüf  ki,  təmizlənməyə  ehtiyacı  olmayan  bu 
arteziyan  quyularının  təmiz  suları  qış  aylarında 
səmərəli istifadə edilmir, boş yerə axıdılır, yaşayış 
məntəqələrinin  sakinləri  və  məişət  xidmətli 
binalar  isə  susuz  qalır.  Digər  tərəfdən,  uzun  illər 
boyu  işlədilən  su  kəmərləri  daşqınlar  nəticəsində 
tez-tez  lillənir,  tutulur  və  yaxud  tamam  dağılaraq 
yaşayış  məntəqələrini  susuz  qoyur.  Bu  barədə 
ciddi  tədbir  yeraltı  su  anbarlarının  tikilməsi  və 
onların  boru  kəmərləri  vasitəsilə  yalnız  şəhər, 
qəsəbə və kəndlərin içməli su ilə təmin edilməsinə 
yönəldilməsidir.  Buna  misal  olaraq,  ölkə  Prezi-
denti İ.Əliyevin sərəncamı ilə tikintisi uğurla başa 
çatdırılmış, Bakı şəhərinin və Abşeron yarımada-
sının içməli su ilə təchizatını xeyli yaxşılaşdırmış 
Oğuz-Qəbələ-Bakı su kəmərini göstərmək olar.  
Digər  vacib  məsələlərdən  biri  də  müasir 
dövrdə  Kür  çayının  aşağı  hissəsində  daşqınların 
təkrarlanması və təsərrüfata həddindən çox zərərin 
vurulmasıdır. Məlumdur ki, Kür və Araz çayları-
nın çox mürəkkəb xarakter daşıyan aşağı axınında 
suyun  səviyyə  rejimi,  məcraların  formalaşması, 
onların  yerdəyişməsi,  daşqınları  yaradan  su 
həcmlərinin  təminatı  və  təkrarlanması  və  s.  haq-
qında  axırıncı  məlumatlar  keçən  əsrin  50-60-cı 
illərinə  qədər,  Kürün  üzərində  1953-cü  ildə 
tikilmiş  Mingəçevir  su  anbarında  isə  onun  lillən-
mə  yolları,  batimetriyası  və  su  rejiminə  aid  olan 
məlumatlar  80-ci  illərə  qədərdir.  Mingəçevir  su 
anbarı  tikildikdən  sonra  Kür  çayında  hər  il  baş 
verən  daşqınların  qarşısı  alındı  və  hətta  ətrafdakı 
təsərrüfat  əhəmiyyətli  göllər  qurumağa  başladı. 
2010-cu  ildə  baş  verən  daşqın  gözlənilməz  və 
dəhşətli  idi.  2010-2011-ci  illərdə  sel  və  daşqın-
ların  qarşısının  alınması  üzrə  “Azərbaycan-Hol-
landiya  birgə  Layihəsi”  çərçivəsində  xeyli  işlər 
görülmüş  və  qısamüddətli  tədbirlər  irəli  sürül-
müşdür  ki,  bunlar  da  daşqınların  mühafizə  stra-
tegiyasının strukturlu şəkildə işlənilməsinə imkan 
verəcəkdir.  Qısamddətli  tədbirlər,  əsasən,  çay  sa-
hili  bəndlərinin  bərkidilməsi  (bərpası  və  yeni 
bəndlərin  tikilməsi)  məsələlərinə  həsr  edilmişdir. 
Lakin bu artıq formalaşmış daşqın sularından ətraf 
əraziləri qorumaq kimi passiv rol oynayır və ətraf 
ərazilərdə  subasma  riskinin  azaldılmasında  aktiv 
tədbirlərin həyata keçirilməsini tələb edir. 1982-ci 
ildə tikilmiş Şəmkir su anbarı suvarma ilə yanaşı, 
Mingəçevir SES-in normal, davamlı işləməsi üçün 
lazım  olan  səviyyənin  saxlanılması  vəzifəsini 
daşıyırdı. Bazar iqtisadiyyatı dövründə Şəmkir su 
anbarından  düzgün  istifadə  edilmir  və  hətta  ətraf 
ərazilərin suvarılması üçün də əhaliyə su verilmir-
di,  başqa  sözlə,  su  ehtiyatı  kimi  istifadə  edilirdi. 
Elə  2010-cu  ildə  Kür  çayından  keçən  daşqın  bu 
səbədən  baş  vermişdir.  Ona  görə  Kür  çayının 
aşağı  axınında  daşqınların  baş  verməməsi  üçün 
daşqın  mövsümündən  əvvəl  Şəmkir  və  Yenikənd  
su  anbarlarının  səviyyəsi  mümkün  qədər  aşağı 
salınmalı  və  daşqın  suları  bu  su  anbarlarında  yı-
ğılmalıdır. Bu halda kaskad su anbarları öz funk-
siyasını  bərpa  edəcək.  Belə  olduqda,  daşqın  za-
manı Mingəçevir su anbarının səviyyəsi 74,5 m-ə 
endirilməli, aşağı byefdən Kür çayına buraxılan su 
sərfi  və  Yuxarı  Qarabağ  ilə  yuxarı  Şirvan  ka-
nallarına verilən suyun miqdarı artırılmalıdır. Yu-
xarıda  göstərilən  təkliflər  Kür  çayının  aşağı  axı-
nında  daşqınların  qarşısını  tamamilə  ala  biləcək-
dir.  Bu  çox  vacib  məsələlər  “Respublika  üzrə  Su 
Ehtiyatlarının  Kompleks  İdarə  Edilməsi”  uzun-
müddətli  proqramında  mütləq  öz  əksini  tapmalı-
dır. 
ƏDƏBİYYAT 
Əliyev F.S., 2000. Azərbaycan Respublikasının 
yeraltı  suları,  ehtiyatdan  istifadə  və  geoekoloji  prob-
lemləri. “Çaşı oğlu” 326 s. 
Məmmədov Q.Ş., Xəlilov M.Y., 2002. Azərbay-
canın meşələri. Bakı, “Elm”, 472s. 
Кашкай  Р.М.,  2008.  Формирование  речного 
стока,  его  рациональное  использование  и  пути  пе-
рераспределения  по  территории.  «Известия» 
НАНА, № 1, с.134-143. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə