Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 57 
 
Львович М.И. 1974. Мировые водные ресур-
сы и их будущее. М., «Мысль».  
Мустафаев Х.М., 1975. Развитие эрозионных 
процессов  на  южном  склоне  Большого  Кавказа  и 
основы борьбы с ними. Баку, «Элм», 226 с. 
Рустамов  С.Г.,  Кашкай  Р.М.,  1978.  Водный 
баланс Азербайджанской ССР, Баку, «Элм», 110 с. 
Рустамов  С.Г.,  Кашкай  Р.М.,  1989.  Водные 
ресурсы  Азербайджанской  ССР.  Баку,  «Элм»,  181 
с. 
Халилов  Ш.Б.,  2003.  Водохранилища  Азер-
байджана  и  их  экономические  проблемы.  Изд.  Ба-
кинского Университета, 310 с. 
Кадастр  селевых  потоков  и  карта  селевой 
опасности  Азербайджанской  ССР.,  1979.  Coğrafiya 
İnstitutunun fondu. 263 с. 
Селевые  потоки  Белокано-Шекинского  и 
Шемаха-Варташенского  участка  южного  склона 
Главного  Кавказского  хребта  и  направление  мер 
борьбы  с  ними.,  1970,  1973.  Coğrafiya  İnstitutunun 
fondu, 243 с. 242 с. 
 
ВОДНЫЕ ПРОБЛЕМЫ В АЗЕРБАЙДЖАНЕ 
Р.М.Кашкай  
В  статье  рассматриваются  основные  проб-
лемы  водных ресурсов в Азербайджане, связанные 
с  их  рациональным  использованием;  селевые  по-
токи  и  мероприятия  по  предотвращению  наноси-
мого  ими  ущерба;  обеспечения  водой  засушливых 
территорий,  а  также  проблема  повторяющихся 
наводнений на р. Куре. 
 
WATER PROBLEMS IN AZERBAIJAN 
R.M.Kashkay  
The basic problems of water resources in Azer-
baijan connected with their rational use, mudflows and 
measures  to  prevent  their  damages;  providing  with 
water of arid areas of the country are considered in the 
given article. 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
58                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© F.Ə.İmanov 
ARAZ ÇAYININ İLLİK AXIMININ TƏBİİ VƏ ANTROPOGEN TRANSFORMASİYASI 
F.Ə.İmanov 
Bakı Dövlət Universiteti 
Akademik Zahid Xəlilov küçəsi 23, AZ1148 
Məqalədə Araz çayının şərti-təbii və müşahidə olunmuş illik axımının mənbədən mənsəbə kimi 
dəyişməsi təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, Araz çayının qapayıcı məntəqəsində (Saatlı-
da) bütün müşahidə dövrü ərzində  illik axım 128 m
3
/s və ya 44%, 1991-2010-cu illərdə isə 34.5% 
azalmışdır.
 
Araz  Kür  çayının  ən  böyük  qoludur  və  o, 
Türkiyə,  Ermənistan,  İran  və  Azərbaycan 
ərazisindən  keçərək  Kürə  tökülür  (şəkil  1).  Araz 
axın  boyu  çoxsaylı  qollar  qəbul  edir  və  onun 
sularından  dörd  ölkənin  hər  birində  müxtəlif 
məqsədlər  üçün  geniş  istifadə  edilir.  Nəticədə 
Araz  çayının  illik  axımı  çayboyu  təbii  və  antro-
pogen transformasiyaya uğrayır. 
Araz  çayı  öz  mənbəyini  Türkiyə  əra-
zisindəki  Bingöl  silsiləsində  2600  m  yüksəklikdə 
səthə  çıxan  çoxsaylı  bulaqlardan  götürür.  Onun 
uzunluğu 1072 km, hövzəsinin sahəsi isə 102000 
km
2
-dir (cədvəl 1). 
 
 
Şəkil 1. Araz çayı hövzəsinin xəritəsi 
Qeyd:Müşahidə məntəqələrinin nömrələri cədvəl 3-ə uyğundur. 
Cədvəl 1 
Araz çayının ölkələr üzrə sutoplayıcı sahəsi və orta çoxillik axımı 
 
 
 
 
 
№ 
Ölkə 
Sutoplayıcı sahə, 
km
2
 
Orta çoxillik axım 
m
3
/s 


Türkiyə 
25784 
74.3 
24 

Ermənistan 
17919 
132 
43 

Azərbaycan 
16457 
50.4 
16 

İran 
41840 
53.4 
17 
 
Cəmi 
102000 
310 
100 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 59 
 
Aşağıda Araz çayının qolları haqqında məlumat verilir (cədvəl 2). 
Cədvəl 2 
Araz çayının əsas qollarının morfometrik və axım göstəriciləri 
Qeyd:  İlk  5  çay  haqqında  məlumatlar  qapayıcı  məntəqəyə  (Водные  ресурсы...,  1988),  qalan  çaylar  üçün  isə 
mənsəbə aiddir (Рустамов и Кашкай, 1989). 
Araz çayı axımının təbii transfopmasiyasına 
hövzədəki göl və buzlaqlar da təsir göstərir. Azər-
baycanda Naxçıvançay və Həkəri hövzələrində bir 
sıra  göllər  var.  Ermənistanda  isə  Sevan  (Göyçə) 
gölü  ən  böyükdür.  Buzlaqlar  əsasən  Ermənistan-
dadır və onların ümumi sahəsi 3.79 km
2
 təşkil edir 
(Водные ресурсы..., 1988). 
İllik axımın təbii transformasiyası 
1988-ci  ildə  Zaqafqaziya  Elmi-Tədqiqat 
Hidrometeorologiya  İnstitutunda  Araz  çayı  da 
daxil  olmaqla,  regionun  əsas  çaylarının  illik  axı-
mının  şərti-təbii  qiymətləri  bərpa  olunmuşdur 
(Водные ресурсы..., 1988). Analoji hesablamalar 
Azərbaycan  çayları  üçün  də  yerinə  yetirilmişdir 
(Рустамов  и  Кашкай,  1989;  Шикломанов  и 
Фатуллаев,  1983;  Фатуллаев,  2002).  Araz  çayı 
boyu  şərti-təbii  illik  axımın  dəyişmə  qrafiki  bu 
məlumatlar əsasında qurulmuşdur (şəkil 2). 
Araz    hövzəsində 9.12 km
3
 su formalaşır. 
Bunun 2.6 km
3
-i Türkiyənin (Öziş Ü, Y.Özdemir, 
2009),  4.70  km
3
-i  Ermənistanın  və  1.04  km
3
-i 
Azərbaycanın  payına  düşür  (Водные  ресурсы..., 
1988). Beləliklə, İran ərazisində Araz  hövzəsinin 
su ehtiyatları cəmi 0.78 km
3
 təşkil edir. 
Türkiyə  ərazisində  Arazın  sağ  qolları  olan 
Sarısu və Qotur çaylarının hər birinin orta çoxillik 
su həcmi 0.1 km
3
, Kars çayınınkı (Arazın sol qolu 
olan  Qərbi  Arpaçaya  tökülür) isə  0.6  km
3
-ə  bəra-
bərdir. Arazın yuxarı axını üçün illik axım həcmi 
1.8 km
3
-dir (Öziş Ü, Y.Özdemir, 2009). 
 
Şəkil 2. Araz çayının axın boyu təbii və antropogen 
təsirlər nəzərə alınmaqla axımının dəyişmə 
qrafikləri 
1- Şərti-təbii illik axım; 
2 -Müşahidə olunmuş illik axım (1991-2010).
 
İllik axımın antropogen transformasiyası 
Araz hövzəsinin çox hissəsində iqlimin əsa-
sən quraq olması, su ehtiyatlarının ərazi üzrə qey-
ri-bərabər paylanması,  əhali artımı və təsərrüfatın 
müxtəlif  sahələrinin,  xüsusilə  suvarma  əkinçili-
yinin inkişafı suya olan tələbatın və müvafiq ola-
raq təbii su mənbələrindən, ilk növbədə çaylardan 
sugötürmələr  həcminin  ildən-ilə  artmasına  səbəb 
olmuşdur.  Geriyə  qaytarılmadan  götürülən  su 
miqdarının    getdikcə  artması  Araz  çayı  və  onun 
əsas  qollarının rejimində ciddi dəyişmələrə səbəb 
olmuş, əksər çayların axımı azalmış, çoxillik və il-
№ 
Çay 
Hövzənin 
yerləşdiyi ölkə 
Çayın 
uzunluğu, 
km 
Sutoplayıcı 
sahə, km
2
 
Sutoplayıcının 
orta hündürlüyü, 

Orta çoxillik 
axım, m
3
/s 

Axuryan (Qərbi 
Arpaçay) 
Ermənistan, 
Türkiyə 
102 
8140 
2010 
8.85 

Sevcur 
Ermənistan 
33 
3540 
1610 
29.8 

Razdan (Zəngi) 
Ermənistan 
119 
2310 
1860 
28.2 

Azat 
Ermənistan 
25 
526 
2220 
6.14 

Vedi 
Ermənistan 
30 
329 
2090 
2.02 

Arpaçay 
Ermənistan, 
Azərbaycan 
126 
2630 
1968 
23.7 

Naxçıvançay 
Azərbaycan 
81 
1630 
1625 
7.54 

Oxçuçay 
Ermənistan, 
Azərbaycan 
83 
1175 
1980 
10.0 

Bazarçay 
Ermənistan, 
Azərbaycan 
172 
5650 

38.4 
10 
Zəngemar 
İran 

6610 

9.04 
11 
Qoturçay 
İran 

9359 

10.8 
12 
Qarasu (Dərərud) 
İran 

12559 

18.6 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə