Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
60                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
daxili  tənzimləmə  nəticəsində  axımın  ildaxili  
təbii paylanma qanunauyğunluqları pozulmuşdur. 
Keçmiş  SSRİ  və  Türkiyə  arasında  1927-ci 
ildə  bağlanmış  müqaviləyə  görə,  hər  iki  ölkə 
Qərbi Arpaçaydan bərabər miqdarda su götürürdü. 
1980-cı illərdə Türkiyədə İğdır düzənliyini suvar-
maq  üçün  Arpaçay  üzərində  Ermənistanla  sər-
həddə Sərdarabad hidroqovşağı inşa olunub. 
Arazın  sağ  qolu  olan  Sarısu  çayı  Türkiyə-
dən  İrana  axır  və  orada  Araza  tökülür.  Lakin 
quraq  dövrlərdə  nəzərdə  tutulan  1.5  m
3
/s  suyu 
İrana ötürmək mümkün olmur (Özdemir A.Deniz 
and et al., 2007). 
Ermənistanda  30-dan  artıq  su  anbarı  var. 
Daha  böyük  olan  Arpiliç,  Aparan,  Axuryan, 
Tolors  və  Spandəryan  su  anbarlarında      birlikdə 
0.974  km
3
  su  toplanıb  (Фатуллаев,  2002).  Eyni 
zamanda,  Araz  çayından  bir  neçə  magistral 
suvarma  kanalı  çəkilmişdir:  Oktemberyan  kanalı 
24,0  m
3
/s,  Arazdaryan  kanalı  5,0  m
3
/s.  Axuryan 
çayından  Şirak  və  Talin  kanalları  49  m
3
/s,  Azat 
çayından Artaşat kanalı ilə 27,2 m
3
/s su götürülür 
(Фатуллаев, 2002).  
İran  İslam  Respublikasında  Araz  çayı 
hövzəsində  2,6  milyon  əhali  yaşayır.  Burada 
636000  ha  kənd  təsərrüfatına  yararlı  torpaq  var. 
270000  ha  sahə  əkilir.  Suvarılan  sahələr  Muğan 
düzündə (90 000 ha) və Araz çayı boyu  ərazilər-
dədir. Su əsasən suvarmaya sərf olunur. Bu suyun 
həcmi  3.270  km
3
-dir  ki,  bunun  da  2.277  km
3
-i 
yerüstü suların, 0.993 km
3
-i yeraltı suların payına 
düşür.  Bu  ərazidə  içməli  su  kimi  əsasən  yeraltı 
sulardan istifadə olunur (UNDP/GEF, 2006). 
Azərbaycan  ərazisində  Araz  çayının  təbii 
rejimi  başlıca  olaraq  Araz,  Mil-Muğan  və  Bəh-
ramtəpə  hidroqovşaqlarında  pozulur.  Həcmi  1.35 
km
3
  olan  Araz  su  anbarı  1970-ci  ildə  doldurul-
mağa başlanıb. Bəhramtəpə və Mil-Muğan hidro-
qovşaqları  müvafiq  olaraq,  1959  və  1972-ci 
illərdə  istifadəyə  verilib.  Bəhramtəpə  hidroqov-
şağından  Baş  Muğan  (suburaxma  qabiliyyəti  60 
m
3
/s)    və  Cənubi  Muğan  (suburaxma  qabiliyyəti 
35 m
3
/s)  ka-nalları, Mil-Muğan hidroqovşağından 
isə  Baş  Mil  kanalı  (suburaxma  qabiliyyəti  93 
m
3
/s)    çəkilmişdir.  Bu  hidroqovşaqdan  İran  da 
eyni miqdarda su götürür  (Əhmədzadə, 2003). 
Araz  su  anbarından  yuxarıda  və  aşağıda 
nasos  stansiyaları  yerləşdirilmiş  və  bu  stansiya-
larla Araz çayından 29,5 m
3
/s su götürülür (Azər-
baycan  və  İran  tərəfi  bərabər  miqdarda).  Nasos 
stansiyaları  Şibloda,  Qənbər  kəndində,  Zəngi-
nahda,  Gərdianda,  Gölfərəcdə,  Qaliboğluda  və 
İsərgəranda yerləşdirilmişdir.   
 1975-ci  ilə  kimi  olan  məlumatlar  əsasında 
yerinə yetirilmiş hesablamalara görə, Araz çayının 
mənsəbinə  hər  il  orta  hesabla  100  m
3
/s  axım 
çatmır  (Водные  ресурсы…,1988).  1971-1977-ci 
illərdə Araz çayının Saatlı məntəqəsində orta illik 
su  sərfi  142  m
3
/s  təşkil  etmişdir.  Bu,  o  deməkdir 
ki, çayın illik axımı 148 m
3
/s və ya 51%  azalmış-
dır (Рустамов и Кашкай,1989). 
Şəkil 3-də Araz-Saatlı (Novruzlu) məntəqə-
si üçün xətti trendin qrafiki verilmişdir. 
 
Şəkil 3. Araz-Saatlı (Novruzlu) məntəqəsi üçün illik 
axımın xətti trendi 
Bu  qrafikdən  də  görünür  ki,  1970-ci  ildə 
Araz  su  anbarı  doldurulmağa  başlanandan  çayın 
illik axımı kəskin azalır. 
Araz  çayı  boyu  orta  illik  su  sərflərinin 
antropogen  transformasiyasını  qiymətləndirmək 
üçün  8  müşahidə  məntəqəsinin  məlumatlarından 
istifadə  olunmuşdur:  1  məntəqə  Türkiyədə,  2 
məntəqə  Ermənistanda  və  5  məntəqə  Azərbay-
canda yerləşir (cədvəl 3). 
Türkiyədəki  Kağızman  məntəqəsi  üçün 
yalnız 1953-2007-ci illəri əhatə edən dövrün axım 
normasını  əldə  etmək  mümkün  olmuşdur.  Qalan  
məntəqələr  üçün    müşahidə  dövrləri  fərqlidir.  Bu 
məntəqələrin  müşahidə  sıralarını  bərpa  etmək, 
uzatmaq  və  vahid  dövrə  gətirmək  qeyri-müm-
kündür.  Belə  ki,  Ermənistan  ərazisindən  başlaya-
raq  hər  il  çaydan  böyük  həcmdə  su  götürülür. 
Sorğu  kitablarında  olan  məlumatlara  görə,  hər  il 
Sürməli  məntəqəsində  orta  hesabla  9.73  m
3
/s 
(1967-1975-ci illər), Qaraqalada 18.4 m
3
/s (1955-
1960-cı  illər)  və    Qaradonluda  49.4    m
3
/s  (1959-
1962-ci illər) su götürülmüşdür. 
Yalnız 3 məntəqədə − Sürməli, Qızılvəng 
və Saatlıda müşahidələr 2005-2010-cu illərə kimi 
olan dövrü əhatə edir. Bunu nəzərə alaraq, bu işdə 
antropogen amillərin təsiri nəticəsində illik axımın 
dəyişməsi bütün müşahidə dövrü və 1991-2010-ci 
illər üçün qiymətləndirilmişdir (cədvəl 4, şəkil 2). 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 61 
 
Cədvəl 3 
Araz çayı üzərində yerləşən məntəqələrin müşahidə dövrləri və morfometrik göstəriciləri 
 
 
 
 
 
 
Cədvəl 4
 
Araz çayı  boyu illik axımın dəyişməsi 
 
 
 
 
 
 
 
Cədvəl  4-dən  göründüyü  kimi,  Türkiyə  və 
Ermənistan  sərhədindən  (Sürməli)  başlayaraq 
Araz  çayının  illik  axımında  antropogen  azalma 
(18-23%)  müşahidə  olunur.  Araz  su  anbarının 
aşağı byefində bu azalma artıq 36-52% təşkil edir. 
Araz  çayının  qapayıcı  məntəqəsində  (Saatlıda) 
bütün  müşahidə  dövrü  ərzində    illik  axım  128 
m3/s  və  ya  44%,  1991-2010-cu  illərdə  isə  34.5% 
azalmışdır. 
Bu  azalma  yaxın  gələcəkdə  də  davam 
edəcək; belə ki, İran Araz üzərində həcmi 1,6 km
3
 
olan  Xudafərin  su  anbarını  inşa  etmiş  və  Qız 
Qalası  (62  mln.  m
3
)  su  anbarının  inşasını  davam 
etdirir.  Türkiyədə  Kür-Araz  hövzəsində  2.3  mlrd 
kvt.saat  elektrik  enerjisi  istehsalı  və  480000 
hektar  ərazinin  suvarılması  (D.S.İ.,1995),  Azər-
baycan,  Ermənistan  və    Gürcüstanın  hər  birində 
onlarla  kiçik  SES-lərin  inşası  nəzərdə  tutulur 
(UNDP/GEF,  2013).  Araz  çayı  üzərində  İran  və 
Ermənistan  Qaraçılar  və  Mehri,  İran  və  Azərbay-
can Mazraid və Ordubad SES-nin tikintisini plan-
laşdırır. 
Nəticə 
Türkiyə  və  Ermənistan  sərhədindən  (Sür-
məli)  başlayaraq  Araz  çayının  illik  axımında  an-
tropogen azalma (18-23%) müşahidə olunur. Araz 
su  anbarının  aşağı  byefində  bu  azalma  artıq  36-
52%  təşkil  edir.  Araz  çayının  qapayıcı  məntə-
qəsində  (Saatlıda)  bütün  müşahidə  dövrü  ərzində  
illik  axım  128  m
3
/s  və  ya  44%,  1991-2010-cu 
illərdə isə 34.5% azalmışdır. 
ƏDƏBİYYAT 
ƏHMƏDZADƏ  Ə.C.  Heydər  Əliyev  və  Azər-
baycanın su təsərrüfatı. Bakı, Azərnəşr, 2003.- 216 s. 
RÜSTƏMOV S.H. Azərbaycan SSR-nin çayları 
və  onların  hidroloji  xüsusiyyətləri.  Bakı,  Azərb.  SSR 
EA nəşriyyatı, 1960. – 196 s. 
Водные  ресурсы  Закавказья  (Под  ред. 
Г.Г.Сванидзе  и  В.Ш.Цомая)  Л.:  Гидрометеоиздат, 
1988. – 264 с. 
ФАТУЛЛАЕВ Г.Ю. Современные изменения 
водных  ресурсов  и  водного  режима  рек  Южного 
Кавказа  (в  пределах  Каспийского  бассейна).  Баку, 
2002. – 167 с. 
№ 
Məntəqə 
Ölkə 
Müşahidə dövrü 
Mənsəbdən 
olan məsafə, 
km 
Sutoplayıcı 
sahə, km
2
 

Kağızman 
Türkiyə 
1953-2007 
(765) 
8872 

Sürməli 
Ermənistan 
1964-2010 
696 
22100 

Qaraqala 
Ermənistan 
1955-1964 
692 
22100 

Qıvraq 
Azərbaycan 
1974-1980,1983 
485 
46100 

Qızılvəng 
Azərbaycan 
1965-2005 
422 
54300 

Qız Qalası 
Azərbaycan 
1965-1975, 
1978-1981 
205 
76800 

Kübəktala 
(Qaradonlu) 
Azərbaycan 
1913-1917,1927-
1942, 1947-1964 
66 
97600 

Saatlı 
Azərbaycan 
1946-1949,1965-
1995, 2005-2010 
24 
100000 
№  Məntəqə 
Q
şərti-təbii

m
3
/s 
Bütün müşahidə dövrü 
1991-2010-ci illər 
 
Q
müş, 
 
ΔQ 
Q
müş, 
 
ΔQ 
m
3
/s 

m
3
/s 


Sürməli 
99.2 
80.8 
-18.4 
18.0 
76.0 
-23.2 
23.0 

Qaraqala 
99.2 
48.6 
-50.6 
51.0 




Qıvraq 
(169) 
133 
-36.0 
21.3 




Qızılvəng 
188 
136 
-52.0 
27.6 
119 
-69.0 
36.0 

Qız Qalası 
268 
236 
-32.0 
11.9 




Kübəktala 
(Qaradonlu) 
(287) 
227 
-50.0 
17.4 




Saatlı  
290 
162 
-128 
44.0 
190 
-100 
34.5 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə