Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
64                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
mada yeraltı suların payı çoxalır. Bu vaxt mineral-
laşma bərabər axım şəraitində gursululuğun qalx-
ma dövrünə nisbətən xeyli böyük olur.  
 
1-ci şəkil. Qudyalçayın Qırız məntəqəsində 
çoxillik dövrün (1996-2012) orta illik su sərfi (Q) ilə 
minerallaşma (C) arasında əlaqə 
1- gursululuğun qalxma dövrü 
2-gursululuğun enmə dövrü 
Kimyəvi  axımı  müəyyən  edən  əsas  fiziki-
coğrafi  amillərdən  biri  də  torpaq  örtüyüdür. 
Torpaq  örtüyündən  yuyulan  duzlar,  karbonat 
turşusu  və  bitki  qalıqları  parçalanarkən  əmələ 
gələn  bir  sıra  orqanik  turşular  hesabına  su 
zənginləşir.  Torpaq  yalnız  ilkin  kimyəvi  tərkibi 
formalaşdırmır,  həm  də  suyun  mövcud  tərkibini 
əhəmiyyətli dərəcədə dəyişir. Su torpağı isladaraq 
yeraltı  sulu  laya  çatır.  Onun  kimyəvi  tərkibi 
keçdiyi  qruntun  və  dağ  süxurlarının  tərkibindən 
asılı olaraq dəyişir. Belə ki, qranitdə sirkulyasiya 
edən  su  qraniti  təşkil  edən  mineralların  (kvars, 
ortoklaz, silisium oksidi, mika) həll olmuş duzları 
ilə  zəngin  olur.  Bazaltda  sirkulyasiya  edən  su 
silisium,  dəmir  və  kalsiumla  zənginləşir.  Çökmə 
süxurların həlli ilə suyun tərkibində  Ca
2
+, Mg
2
+, 
Na+K,  HCO
3
-,  SO
4
2
-  və  s.  ionlar  meydana  çıxır. 
Hündürlüyü  200  metrədək olan  düzən rayonlarda  
orta  şoranlaşmış  düzən  meşə,  yuyulmuş  çəmən, 
çəmən şoranlıq, qonur, boz torpaqlar və yarımsəh-
ralar,  yovşan,  efemerli  şoran  otu  geniş 
yayılmışdır. Bu torpaqlar suları güclü minerallaş-
dırdığından  çayların  mənsəb  hissəsində  mineral-
laşma 600-1800 mq/l-ə çatır. Dağətəyi hissə (200-
500  m)  mülayim  şoranlaşmış  şabalıdı,  dağ-qara 
torpaqlar və onların müxtəlif yarımtipləri üzərində 
inkişaf etmiş yarımsəhra və yarımçöllərin kolluq-
ları ilə təmsil olunur. Bunlar çay sularını əhəmiy-
yətli dərəcədə minerallaşdırır (300-600 mq/l). Dağ 
yamacları  500-2000  metr  yüksəkliklər  arasında 
dağ-meşə torpaqları və palıd, vələs, fıstıqla təmsil 
olunan  enliyarpaqlı  meşələrlə  örtülmüşdür.  2000 
metrdən  yüksəkdə  dağ-çəmən  torpaqları  və  müx-
təlif  otlu  subalp  çəmənləri  və  yay  otlaqları  yayıl-
mışdır.  Şoranlaşmamış  dağ-çəmən  və  dağ-meşə 
torpaqları  asan  həll  olunan  birləşmələrlə  (kar-
bonatlar, sulfatlar, xloridlər) zəngindir. Bu torpaq-
ların  uzun  illər  yağışlarla  yuyulması  nəticəsində 
suların  minerallaşması  qeyd  edilən  ərazidə  kiçik 
olub, 150-200 mq/l arasında dəyişir. Orta dağlıqda 
meşəaltı  döşənəyin  çoxluğu  yağıntıların  hopma-
sına və sızmasına kömək edərək, səthi axımı kəs-
kin  zəiflədir.  Meşəaltı  döşənək  torpağı  parça-
lanma  və  yuyulmadan  qoruyaraq  onun  sukeçirmə 
qabiliyyətini  artırır.  M.N.Zaslavski  (Заславский, 
1974)  qeyd  edir  ki,  meşəaltı  döşənək  quru 
vəziyyətdəki  çəkisindən  2-6  dəfə  çox  suyu 
hopdura  bilir.  Odur  ki,  meşənin  mövcudluğu 
kimyəvi axımın formalaşmasına əhəmiyyətli dərə-
cədə təsir  göstərir.  Bu  vəziyyət  39 çay  məntəqəsi 
üçün  qurulmuş  minerallaşma  ilə  hövzənin  meşə-
lilik əmsalı arasındakı  əlaqədən (2-ci şəkil) aydın 
görünür. 
F, % 
 
2-ci şəkil. Meşəlilik əmsalı ilə (F, %) minerallaşma  
(C) arasında əlaqə 
Əlaqədən  göründüyü  kimi,  meşəliliyin  art-
ması  çayların  kimyəvi  axımına  əks-təsir  edərək, 
onların  hövzələrindəki  su  eroziyası  prosesini 
zəiflədir. 
Kimyəvi  axımın  formalaşmasına  daha  çox 
təsir  edən  və  mürəkkəb  rol  oynayan  iqlim  amil-
ləridir  (Минакова,  2004).  İqlim  hidrometeoroloji 
şəraitlə müəyyən olunaraq, ərazinin istilik və rütu-
bət balansının nisbətindən asılı olan rütubətlənmə 
dərəcəsi və çayın su rejimi ilə xarakterizə olunur. 
Yağıntının  buxarlanmadan  üstünlüyü  izafi  rütu-
bətlik  yaradaraq,  suyun  az  minerallaşmasına  gə-
tirib  çıxarır.  Əksinə,  yüksək  temperaturda  yağın-
tının  azlığı  və  buxarlanmanın  intensivliyi  suyun 
yüksək  minerallaşmasına  səbəb  olur.  Çay  suları-
nın  kimyəvi  tərkibinin  və  minerallaşmasının  for-
malaşmasına iqlimin təsirini O. A. Alyokin (Але-
кин,  1970)  hərtərəfli  araşdıraraq,  belə  nəticəyə 
gəlmişdir  ki,  “iqlim  zonallığın  ümumi  xüsusiy-
yətlərinin  və  çay  sularının  minerallaşma  dərəcə-
sinin paylanmasının təyin edilməsində ümumi fon 
yaradaraq,  suyun  kimyəvi  tərkibinin  formalaşma-
0
2
4
6
8
10
12
14
16
0
100
200
300
400
500
C, mq/l
Q, m
3
/san
Şəkil 2.1. Qudyalçayın Qırız məntəqəsində çoxillik dövrün (1950-2008) 
orta illik su sərfi (Q) ilə minerallaşma (C) arasında əlaqə
1-gursululuğun qalxma dövrü
2-gursululuğun enmə dövrü
1
2


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 65 
 
sında  digər  amillərin  fəaliyyətini  inkişaf  etdirir”. 
Azərbaycanın  iqlim  şəraiti  relyefdən,  yamacların 
səmtindən və şaquli zonallıqdan asılı olaraq müx-
təlifliyi  ilə  fərqlənir.  Böyük  Qafqazın  cənub 
yamacına  1500-1600  mm-dək,  Kiçik  Qafqaza 
800-900  mm,  Talışın  cənubuna isə 1700  mm-dən 
çox  yağıntı  düşür  (Шихлинский,  1968).  Yağış 
damlaları  hələ  atmosferdə  olarkən  müxtəlif 
aerozol hissəcikləri özünə birləşdirir. Yağıntıların 
mineral  tərkibinin  mənbəyi  havanın  sənaye  çirk-
lənməsi,  duru  yanacağın  yandırılması,  atmosferin 
boşalması zamanı yaranan azotun oksidləşməsi və 
s.  ilə  bağlı  olur.  Yağış  suyunun  tərkibində  həll 
olmuş və asılı maddələrin ümumi miqdarı keçmiş 
SSRİ-nin  Avropa  hissəsində  10-20  mq/l  arasında 
tərəddüd  edir  (Шишкина,  1974).  Bunlar  əsasən 
qazlar (azot, oksigen, CO
2
), duzlar və oksidləşmiş 
azotun  ionları  (SO
4
2
-
,
 
Cl-,  HCO
3
-,  NO
3
-,  NH
4
-, 
Ca
2
+, Na+K ) ilə təmsil olunur. Orta minerallaşma 
16,2  mq/l  təşkil  edir,  bəzən  isə  200  mq/l-ə  çatır. 
M.  İ.  Krivensov  və  M.  N.  Tarasov  (Кривенцов, 
Тарасов, 1976)  keçmiş SSRİ ərazisində atmosfer 
yağıntılarının  minerallaşma  dərəcəsini  öyrənərək, 
Cənubi Qafqazda ən yüksək minerallaşmanın (110 
mq/dm
3
)  Azərbaycanda  olduğunu  (Gürcüstanla 
sərhəddə  40  mq/dm
3
,  Kürün  mənsəb  hissəsində 
isə  110  mq/dm
3
)  qeyd  etmişlər.  Azərbaycan  ET 
Hidrotexnika  və  Meliorasiya  İnstitutunun    Qara-
bağ  regional  su  balansı  stansiyasının  (Алимов, 
1997)  məlumatına  görə,  atmosfer  yağıntılarının 
minerallaşma  dərəcəsi  190-440  mq/dm
3
  arasında 
dəyişərək, orta hesabla 310 mq/dm
3
-ə çatır. Düşən 
yağıntılar  xlorid-sulfat-maqnezium  və  sulfat-
maqnezium,  bəzən  də  sulfat-natrium-maqnezium 
tipində  müşahidə  olunur.  Ekologiya  və  Təbii 
Sərvətlər  Nazirliyi  tərəfindən  2002-2004-cü  il-
lərdə  atmosfer  yağıntılarının  kimyəvi  tərkibi  mü-
əyyənləşdirilərək,  onların  tərkibində  HCO
3
  və 
SO
4
2
  ionlarının  üstünlüyü  aşkar  olunmuşdur.  Ya-
ğıntıların  minerallaşması  58  mq/dm
3
-dən  böyük 
olmuşdur.  Ş.  P.  Bayramovun  (2009)  tədqiqatına 
görə, respublikamızın qərbindən şərqınə doğru ya-
ğan  yağışların  tərkibində  mineral  maddələrin 
qatılıqlarının  4-12  t/km
2
-dən  17-18  t/km
2
-dək 
artması  düşən  yağışların  turşululuq  ehtimalını 
artırır.  Qeyd  edilən  tədqiqatlar  kimyəvi  axımın 
formalaşmasında  atmosfer  yağıntılarının  rolunu 
bir  daha  sübut  edir.  Azərbaycan  ərazisində  hava-
nın  orta  illik  temperaturu  düzənliklərdə  14-150, 
Böyük  və Kiçik Qafqazın suayırıcında isə 0
0
-dən 
aşağı olur (Шихлинский, 1968). Kimyəvi axımın 
formalaşma  prosesində  havanın  temperaturunun 
sutkalıq  amplitudu  daha  böyük  rol  oynayır.  Belə 
ki,  temperaturun  sutkalıq  amplitudu  əsasən  yük-
sək  dağlıqda  süxurların  fiziki  aşınmasına  səbəb 
olur.  Burada  gündüzlər  süxurların  səthi  güclü 
qızır,  gecələr  isə  şüalanma  nəticəsində  0
0
-dən 
aşağı  soyuyur.  Periodik  qızma  və  soyuma  ilə 
əlaqədar  süxurun  həcmində  daima  dəyişiklik  baş 
verir  ki,  bu  da  materialın  genişlənmə  əmsalının 
müxtəlif  kəmiyyətinə  gətirib  çıxarır.  Səthdəki 
süxurların  müxtəlif  materiallarla  təmsil  olunması 
ilə  əlaqədar  həcmlərində  baş  verən  qeyri-bərabər 
dəyişiklik  onları  çatladaraq,  mineralın  özünün 
daxilindəki  əlaqəni  və  əmələgələn  süxuru  pozur. 
Ona görə də yamacın bir hissəsi tez uçulur, digəri 
isə aşınmaya daha çox müqavimətli olur. Nisbətən 
böyük  olan  süxur  hissəciyi  fiziki  aşınma 
nəticəsində  parçalanaraq  daha  kiçik  hissələrə 
xırdalanır.  Yenicə  parçalanmış  xırda  süxur  hissə-
lərinin  səthi  mineral  maddələrlə  zəngin  olduğun-
dan, temperaturun sutkalıq amplitudunun sürətlən-
dirdiyi fiziki aşınma nəticəsində yaranan məhsul-
lar  kimyəvi  axımın  formalaşmasında  mühüm  rol 
oynayır  (Abduyev,  2007b).  Müşahidə  məlumat-
larının  təhlili  göstərir  ki,  Azərbaycan  ərazisində 
havanın  temperaturunun  10
0
-dən  aşağı  sutkalıq 
amplitudu  nadir  hallarda  təsadüf  edilir.  Qış 
aylarında  tez-tez  4-70
0
  amplituda  təkrarlanır. 
Yayda  sahil  zonasında  və  dağlarda  yaxşı  tur-
bulyent  dəyişmə  ilə  əlaqədar  bir  qayda  olaraq  7-
10
0
,  gecə  soyumaları  üçün  əlverişli  olan  yerlərdə 
13-15
0
-lik  amplituda  üstünlük  təşkil  edir.  Maksi-
mum  sutkalıq  amplituda  əsasən  qış-yaz  aylarında 
20-25
0
-yə, Qubada isə 28,5
0
-yə çatır. Bu cəhətdən 
Naxçıvan  ərazisi  xüsusilə  seçilir.  Termik  şərait, 
yağıntıların  miqdarı  və  onların  xarakteri  kimyəvi 
axımın formalaşmasına əhəmiyyətli dərəcədə təsir 
göstərir.  Bunu  havanın  temperaturu,  yağıntı,  su 
sərfi  və  minerallaşmanın  orta  aylıq  kəmiyyət-
lərinin  il  ərzində  gedişi  qrafiklərindən  görmək 
olar (3-cü şəkil ). 
Meteoroloji 
və 
hidroloji 
elementlərin 
gedişindəki  uyğunluq  daha  çox  Böyük  və  Kiçik 
Qafqazda  müşahidə  olunur.  Naxçıvan  ərazisində 
bu  elementlərin  1-1,5  ay  yerdəyişməsi  baş  verir. 
Bu,  kəskin  kontinental  iqlimlə  (soyuq  qış  və  isti 
yay)  izah  edilir.  Mart-aprel  aylarında  müşahidə 
edilən  maksimum  yağıntı  əsasən  qar  şəkilində 
düşür.  May-iyun  aylarında  qarların  əriməsi  ya-
ğışlarla müşayiət olunaraq su sərfinin çoxalmasına 
və  minerallaşmanın  azalmasına  şərait  yaradır. 
Havanın  temperaturunun  yüksəlməsi  (yayın  orta 
temperaturu  26-29
0
  arasında  tərəddüd  edir),  ya-
ğıntıların  miqdarının  azalması  və  buxarlanmanın 
çoxalması çaylarda  su  sərfinin azalmasına,  mine-
rallaşmanın isə çoxalmasına səbəb olur. Lənkəran 
təbii vilayəti digər regionlardan daha çox rütubət-
lənməsinə  görə  fərqlənir.  Maydan  avqustun  orta-
sınadək  davam  edən  quru  dövrdə  illik  yağıntının 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə