Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
66                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
cəmi 8-16%-i düşür (Шихлинский, 1968). Yağın-
tılar  əsasən  ilin  soyuq  dövründə  düşdüyündən 
kimyəvi  axımın  rejimi  də  onun  illik  gedişinə  uy-
ğun  gəlir.  Lənkəran  vilayəti  çaylarının  qidalan-
ması  əsasən  yağış,  cüzi  dərəcədə  isə  qar  suları 
hesabınadır. Ona görə də havanın temperaturunun 
illik  gedişi  ilə  maye  və  kimyəvi  axımın  uyğun-
suzluğu müşahidə olunur. 
Kimyəvi  axımın  formalaşmasında  çayların 
su rejimi də mühüm rol oynayır. Hövzələrin coğ-
rafi vəziyyəti, relyefi, iqlimi və hidroloji xüsusiy-
yətləri  ilə  əlaqədar  axım  il  ərzində  qeyri-bərabər 
paylanır  ki,  bu da  çayların  kimyəvi  axımına  təsir 
göstərir. 
 
 
3-cü şəkil. Havanın temperaturunun (t
o
), yağıntının 
(P, mm), su sərfinin (Q, m
3
/s) və minerallaşmanın 
(C, mq/l) orta aylıq kəmiyyətlərinin il ərzində gedişi 
a) Kiçik Qafqaz            b) Böyük Qafqaz 
c) Naxçıvan MR           ç) Lənkəran təbii vilayəti 
Ərazi  çaylarının  hidroloji  rejiminin  müxtə-
lifliyi  ayrı-ayrı  dövrlərdə  (gursululuq,  qış  və  yay 
suqıtlığı) çay sularının müxtəlif dərəcədə mineral-
laşmasına  səbəb  olur  (Abduyev,  2008a;  2008b)  . 
Respublika  çaylarında  gursululuq  müxtəlif  mən-
şəli suların (Böyük Qafqazda buzlaq və qar suları-
nın, Kiçik Qafqazda və Böyük Qafqazın orta axı-
nında fəsillik qar sularının, qalan ərazidə isə yağış 
sularının)  qarışmasından  əmələ  gəlir.  Lənkəran 
çaylarından başqa, digər ərazi çaylarında gursulu-
luq yazın sonu−yay aylarında müşahidə edilir (4-
cü şəkil). 
 
 
4-cü şəkil. Suyun axım həcminin (W, mln. m
3
) və 
kimyəvi axımının (Ri, min t) illik gedişi 
a) Kiçik Qafqaz       b) Böyük Qafqaz 
c) Naxçıvan MR       ç) Lənkəran təbii vilayəti 
Şəkillərdən  göründüyü  kimi,  suyun  axım 
həcminin  maksimum  qiymətinə  kimyəvi  axımın 
maksimum  qiyməti  uyğun  gəlir  və  əksinə. 
Naxçıvan  və  Kiçik  Qafqazın  çay  hövzələrində 
məsaməli  vulkanik  süxurlar  üstünlük  təşkil 
etdiyindən, həmin çayların qidalanmasında yeraltı 
suların  iştirakı  çoxdur.  Odur  ki,  yeraltı  suların 
çayların  qidalanmasına  nizamlayıcı  təsiri  ilə 
əlaqədar bu çayların kimyəvi axımı il ərzində cüzi 
olaraq  dəyişir.  Böyük  Qafqaz  ərazisində  həm 
hövzələrin  orta  yüksəkliyinin  azalması,  həm 
çayların  qida  mənbələrinin  dəyişməsi,  həm  də 
cənub  yamacda  qərbdən  şərqə,  şimal-şərq 
yamacda isə şimaldan cənuba doğru iqlimin isti və 
quraq olması ilə əlaqədar torpaq örtüyünün şoran-
lığı  artır.  Bunun  nəticəsində  də  minerallaşmanın 
kəmiyyəti  qeyd  edilən  istiqamətdə  artdığından, 
kiçik  su  sərfinə  malik  olan  Qobustan  çaylarının 
kimyəvi  axımı  nisbətən  yüksək  olur.  Yay  və  qış 
qıtsulu  dövrlərində  respublika  çaylarının  kimyəvi 
axımı  azalır.  Bununla  belə,  Naxçıvan  və  Kiçik 
Qafqaz  çayları  yay  fəslinə  nisbətən  qışda  daha 
bolsulu  olduğundan,  yaydakı  kimyəvi  axım 
qışdakı  ilə  müqayisədə  xeyli  kiçik  olur.  Böyük 
Qafqaz  çaylarında,  gursululuq  dövründə  olduğu 
kimi,  qıtsulu  dövrdə  də  minerallaşma  həm  qərb-
dən  şərqə,  həm  də  şimaldan  cənuba  doğru  artdı-
ğından  çox  kiçik  su  sərfinə  malik  olan  Qobustan 
çaylarının kimyəvi axımı xeyli yüksəlir.  


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 67 
 
Qeyd edilən amillərdən başqa, kimyəvi axı-
mın  formalaşmasına  çayın  uzunluğu,  dərənin  də-
rinliyi  və  qolların  miqdarı da  təsir  göstərir.  Müx-
təlif kimyəvi tərkibə malik olan qolların hesabına 
çayın  kimyəvi  axımı  uzunluq  boyu  sabit  qalmır. 
Kimyəvi axımın  formalaşmasının bir sıra amilləri 
sabit qalır. Bunlara hövzənin sahəsi, meyilliyi, or-
ta yüksəkliyi, qruntun tərkibi və tipi, çay şəbəkə-
sinin sıxlığı və s. aiddir. 
ƏDƏBİYYAT 
ABDUYEV  M.A.  Torpaq  örtüyünün  və  süxur-
ların  litoloji  tərkibinin  çayların  kimyəvi  axımının 
formalaşmasına  təsiri.  Azərbaycan  Coğrafiya  Cəmiy-
yətinin  əsərləri.  XI  cild.  Azərbaycanda  müasir  coğrafi 
tədqiqatlar. Bakı, 2007a. s. 458-463. 
ABDUYEV  M.A.  Kimyəvi  axımın  formalaş-
masında  iqlim  amillərinin  rolu  (Azərbaycan  Respub-
likası daxilində). Coğrafiyanın bu günü və sabahı. Prof. 
M.A.Müseyibovun  anadan  olmasının  80  illiyinə  həsr 
olunmuş  elmi  konfransın  materialları.  Bakı,  2007b.  s. 
153-155. 
ABDUYEV  M.A.  Gursululuq  dövründə  çay 
sularının  minerallaşması  və  kimyəvi  tərkibi  (Azər-
baycan Respublikası daxilində). Azərbaycan Coğrafiya 
Cəmiyyətinin  əsərləri.  XIII  cild.  Ekstremal  təbii-
dağıdıcı hadisələr və onların yaratdığı ekocoğrafi prob-
lemlər. Bakı, 2008a. s. 299-304. 
ABDUYEV  M.A.  Çay  sularının  qıtsulu  dövrdə 
minerallaşması  və  kimyəvi  tərkibi.  Ekstremal  hid-
rometeoroloji  hadisələrin  qlobal  və  regional  problem-
ləri.  Prof.  M.Ə.Məmmədovun  anadan  olmasının  70 
illiyinə  həsr  olunmuş  elmi  konfransın  materialları. 
Bakı, 2008b. s. 26-29.  
BAYRAMOV  Ş.P.,  ZEYNALOVA  F.A., 
NƏCƏFQULİYEV N.A. Atmosfer çirklənməsi və tur-
şulu yağışlar.// Ekologiya  və  su təsərrüfatı. 2009. №2. 
s. 11-14. 
İMANOV  F.Ə.,  VERDİYEV  R.H.,  AĞAYEV 
Z.B.,  HÜMBƏTOVA  Ş.Y.  Şərqi  Azərbaycan  çayla-
rının su ehtiyatları. Bakı-2012. 183 s. 
АЛИМОВ  А.К.  Оценка  и  прогноз  качества 
коллекторно-дренажных 
вод 
и 
возможности 
использования их в народном хозяйстве. Баку, Элм. 
1997. 191с. 
АЛЕКИН О.А. Основы гидрохимии. Л. Гид-
рометеоиздат. 1970. 444 с. 
Геология  Азербайджана.  Гидрогеология. 
Изд. АН Азерб. ССР. Баку,2008. 357 с. 
ЗАСЛАВСКИЙ  М.Н.  Эрозия  почв.  М.  Изд. 
«Мысль», 1974. 245 с. 
КРИВЕНЦОВ 
М.И., 
ТАРАСОВ 
М.Н. 
Прогнозирование  минерализации  и  содержание 
главных  ионов  в  воде  водохранилищ.  Л.  Гид-
рометеоиздат, 1976,112 с. 
МИНАКОВА  Е.А.  Учет  метеорологических 
факторов  в  управление  качеством  поверхностных 
вод.  Автореф.  Канд.  Дисс.  Геогр.наук.  Санкт-
Петербург, 2004. 24 с.  
СМИРНОВ  М.П.  Гидрохимия  рек  гор  с 
тундровоарктическими  типами  вертикальной  пояс-
ности  России.  Известия  РАН.  Серия  географи-
ческая, 2008. №2. с. 59-66  
 ФАДЕЕВ В.В., ТАРАСОВ М.Н., ПАВЕЛКО 
В.Л.  Связь  между  гидрохимическим  и  водным 
режимом  равнинных  и  горных  рек  СССР.  Тр.  IV 
Всесоюзного  гидрологического  съезда.  Л.  1976. 
Т.9. с. 198-212 
ШИХЛИНСКИЙ Э.М. Атмосферные осадки. 
В кн: Климат Азербайджана. Изд. АН  Азерб. ССР, 
Баку. 1968. с. 152-185 
ШИШКИНА  Л.А.  Гидрохимия.  Л.  Гидроме-
теоиздат, 1974. 286 с. 
ВЛИЯНИЕ ФИЗИКО-ГЕОГРАФИЧЕСКИХ 
ФАКТОРОВ НА ФОРМИРОВАНИЕ 
ХИМИЧЕСКОГО СТОКА  
(В пределах Азербайджанской Республики) 
М.А.Абдуев 
В  статье  проанализированы  некоторые 
физико-географические  факторы  (почвенный  пок-
ров,  геологическое  строение,  климат,  режимные 
фазы  рек),  влияющие  на  формирование  химичес-
кого  стока  рек  Азербайджана.  Выявлено,  что  эти 
факторы  оказывают  значительное  влияние  на 
изменение химического стока рек. Установлена об-
ратная  зависимость  между  минерализацией  и  ле-
систостью водосбора. 
İMPACT OF PHYSICAL AND GEOGRAPHICAL 
FACTORS ON THE FORMATION OF 
CHEMICAL FLOW 
 (Within the Azerbaijan Republic) 
M.A.Abduyev 
The  article  studies  some  of  the  physical  and 
geographical factors (soil-plant cover, geological struc-
ture,  climate,  woodiness,  water  regime  of  rivers), 
affecting  the  formation  of  chemical  flow  of  mountain 
rivers  in  Azerbaijan.  It  is  revealed  that  these  factors 
have a significant impact on the change in the chemical 
flows  of  rivers.  There  is  interdependence  between  mi-
neralization  and  water  flows  of  rivers  where  karst 
processes  are  developed.  A  relation  reflecting  on  in-
verse dependence has been revealed between chemical 
flow and coefficient of forest cover.
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə