Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
70                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
nəfərə  qədər  və  ya  157,0%,  20-24  yaşlı  əhalinin 
sayı  194,2  min  nəfərdən  371,6  min  nəfərə  qədər 
və ya 191,4%, 25-29 yaşlı əhalinin sayı 141,1 min 
nəfərdən  254,4  min  nəfərə  qədər  və  ya  180,3% 
artmışdır. Kənd əhalisi arasında 15-19 yaşlı əhali-
nin sayı 206,1 min nəfərdən 403,0 min nəfərə qə-
dər və ya 195,5%, 20-24 yaşlı əhalinin sayı 100,7 
min  nəfərdən  249,0  min  nəfərə  qədər  və  ya 
247,3%, 25-29 yaşlı əhalinin sayı 92,4 min nəfər-
dən  147,6  min  nəfərə  qədər  və  ya  159,7%  yük-
səlmişdir  [Azərbaycanın  demoqrafik  göstəriciləri, 
2013]. 
Bu  dövrdə  şəhərlərdə  nikahların  sayı  21,5 
mindən 31,9 minə qədər və ya 148,4%, kəndlərdə 
14,4  mindən  28,2  minə  qədər  və  ya  195,8%  yük-
səlmişdir  [Azərbaycanın  demoqrafik  göstəriciləri, 
2013].  Kəndlərdə  nikahların  çox  olması  əvvəlki 
dövrlərdə  əhalinin  sayının  intensiv  şəkildə  art-
ması,  onların  bu  dövrdə  nikah  yaşına  çatması  ilə 
əlaqədardır.  Yaranmış  demoqrafik  vəziyyət  son-
rakı dövrlərdə də əhalinin sayının davamlı olaraq 
artmasını  təmin  etmişdir.  Kəndlərdə  müşahidə 
edilən  yüksək  artım  tempi  və  bir  demoqrafik  nə-
sildən  sonra  başlanan  miqrasiyalar  şəhərlərdə  də 
əhalinin  sayının  çoxalmasına  əhəmiyyətli  dərəcə-
də təsir göstərmişdir. 
Bununla yanaşı, hər bir nəsildən sonra təbii 
artımın  səviyyəsi  müəyyən  qədər  aşağı  enmişdir. 
Az vaxtdan sonra digər ictimai-siyasi və sosial-iq-
tisadi amillərin təsiri ilə azalmalar özünü daha qa-
barıq şəkildə göstərmişdir. 
1980-ci  illər  Azərbaycanın  demoqrafik  in-
kişafında daha sabit olması ilə fərqlənir. Davamlı 
olan  iqtisadi  inkişaf,  mərkəzi  hökumətin  həyata 
keçirdiyi  fəal  sosial-demoqrafik  siyasət,  dövlətin 
analara  və  uşaqlara  yüksək  səviyyədə  göstərdiyi 
qayğı  və  müavinətlərin  verilməsi,  mənzillərlə 
təminatın  dövlət  tərəfindən  həyata  keçirilməsi, 
mənzil-kooperativ  tikintisinin  geniş  tətbiq  edil-
məsi,  kənd  təsərrüfatında  və  kənd  məntəqələrinin 
inkişafında  gedən  irəliləyişlər  əhalinin  iş  yerləri 
ilə  təminatına  şərait  yaradır,  onların  məvacibləri, 
əldə  edilən  gəlirlər  yaşayışın  təminatı,  uşaqların 
saxlanılması,  tərbiyəsi,  boya-başa  çatdırılması 
üçün  kifayət  edirdi.  Gənc  və  çoxuşaqlı  ailələrə 
verilən  müavinətlər  və  müəyyən  edilən  güzəştlər 
təbii  artımın  yüksək  göstəricilərinin  formalaşma-
sına şərait yaradırdı. 
1980-1990-cı  illərdə  Azərbaycanın  ümumi 
əhalisi  üzrə  hər  1000  nəfərə  görə  doğum  əmsalı 
25,0-27,0  arasında,  o  cümlədən  kənd  əhalisi  ara-
sında  28,0-30,0  olmuşdursa,  təbii  artım  əmsalları 
müvafiq  olaraq  18,0-20,0  və  22,0-23,0  arasında 
dəyişmişdir. Ölüm əmsalları həm ümumi, həm də 
kənd əhalisi arasında 6,4-6,9 arasında dəyişmişdir 
[Eminov, 2005]. 
XX  əsrin  80-ci  illərinin  sonunda  keçmiş 
SSRİ  məkanında,  o  cümlədən  Cənubi  Qafqazda 
başlanan  ictimai-siyasi  gərginlik  əhalinin  həyat 
şəraitinə,  məşğulluğuna,  onun  strukturuna,  əldə 
edilən  gəlirlərin  formalaşmasına  mənfi  təsir 
göstərməyə başladı. Lakin baş verən proseslər və 
davam  edən  qeyri-müəyyən  vəziyyət  demoqrafik 
göstəricilərə bir neçə ildən sonra təsir göstərməyə 
başladı.  Bu  səbəbdən  ümumi  və  kənd  əhalisi 
arasında  80-ci  illərdə  doğulan  uşaqların  sayı  və 
təbii  artımın  səviyyəsi  müəyyən  qədər  artsa  da, 
şəhər  əhalisi arasında  göstəricilər  sabit  qalmış  və 
ya  az  dəyişmişdir.  Bu  müddən  ərzində  (1981-
1990) respublikada doğulan uşaqların sayı 164577 
nəfərdən 182989 nəfərə qədər, təbii artım 121679 
nəfərdən  140170  nəfərə  qədər  yüksəlmişdir. 
Doğulan uşaqların sayı 10 ildə 11,21%, təbii artım 
15,2%  artmışdır.  Bu  prosesdə  əhalinin  sayının 
artımı da əhəmiyyətli rol oynamışdır. 
80-ci  illərdə  təhlil  edilən  demoqrafik 
proseslər  və  formalaşan  əhali  artımı  əsasən  kənd 
əhalisinin  hesabına  getmişdir.  Yəni  1981-1990-cı 
illərdə  kəndlərdə  doğulan  uşaqların  sayı  81106 
nəfərdən  96981  nəfərə  qədər  və  ya  15,3%,  təbii 
artım  64136  nəfərdən  75966  nəfərə  qədər  və  ya 
18,5%  artmışdır.  Ölənlərin  sayı,  demək  olar  ki, 
21,0-22,0  min  nəfər  arasında    sabit  qalmışdır. 
1981-ci  ildə  respublikada  doğulan  uşaqların 
51,1%-i,  təbii  artımın  52,7%-i,  1990-cı  ildə  do-
ğulan  uşaqların  53,0%-i,  təbii  artımın  54,2%-i 
kənd əhalisinin payına düşmüşdür. Alınan nəticə-
lər  də  kəndlərdə  təbii  artımın  yüksək  templə  ço-
xalmasını göstərir. 
1991-ci  ildən  sonrakı  dövrü  müstəqillik 
mərhələsi kimi ayırmaq olar. Dövrün ilk illərində 
keçid  mərhələsinin  başlanması  ilə  yaranan 
çətinliklər demoqrafik göstəricilərdə də geriləmə-
lərə  səbəb  olmuşdur.  Keçid  dövründə,  ilk  növ-
bədə, doğulan uşaqların sayı və nəticədə ailələrdə 
uşaqların  sayı  azalmış,  təbii  artım  bir  neçə  dəfə 
aşağı  enmiş,  miqrasiyalar  yüksəlmişdir.  Əhalinin 
maddi  gəlirlərinin  azalması  mənzil  şəraitinin 
çətinləşməsinə,  onun  təminatında  ciddi  problem-
lərin  yaranmasına  gətirib  çıxarmışdır.  Dövlət  tə-
minatının  minimuma  enməsi,  analara  və  uşaqlara 
verilən güzəştlərin və müavinətlərin aşağı düşməsi 
demoqrafik  inkişafın  iqtisadi  və  sosial  bazasını 
zəiflətmişdir. 
Nəticədə  1991-2000-ci  illərdə 
ölkədə  hər  1000  nəfərə  görə  doğum  əmsalı  26,6-
dan 14,7-yə qədər və ya 44,7%, təbii artım əmsalı 
20,3-dən  8,8-ə  qədər  və  ya  2,3  dəfə  aşağı  en-
mişdir.  Ölüm  əmsallarının da  azalması  (hər  1000 
nəfərə görə 6,3-dən 5,9-a düşmüşdür) təbii artımın 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə