Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 71 
 
daha  intensiv  aşağı  düşməsinə  gətirib  çıxarır 
[Azərbaycanın  demoqrafik  göstəriciləri,  2013]. 
Oxşar demoqrafik durum kənd əhalisi üçün də sə-
ciyyəvidir. Belə ki, 1991-2000-ci illəri əhatə edən 
on  il  müddətində  kəndlərdə  hər  1000  nəfərə  görə 
doğum  əmsalı    30,2-dən  17,3-ə  qədər  və  ya 
42,7%,  təbii  artım  əmsalı  23,8-dən  11,3-ə  qədər 
və ya 2,1 dəfə azalmışdır. Azalmalar ölüm əmsal-
larında da müşahidə olunur (1-ci cədvəl). 
 
1-ci cədvəl 
Kənd əhalisinin təbii artım göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə:  Cədvəl  “Azərbaycanın  əhalisi  –  2013”  (Bakı,  DSK,  2014,  səh. 
25-27) statistik məcmuəsi əsasında tərtib edilmişdir. 
Geriləmələr  demoqrafik  vəziyyəti  əksetdi-
rən mütləq göstəricilərdə də özünü göstərir. Onlar 
daha  intensiv  şəkildə  baş  vermişdir.  1991-ci  ildə  
kənd əhalisi üçün son 50 ildə doğulan uşaqların ən 
yüksək  səviyyəsi  qeydə  alınmış  və  101,0  min 
nəfər həddinə çatmışdır. 2000-ci ilə qədər bu gös-
tərici 67,4 min nəfərə enmiş və ya 33,3% azalmış-
dır. Təbii artımın səviyyəsi isə 79,6 min nəfərdən 
44,2 min nəfərə enmiş və ya 44,5%-ə qədər aşağı 
düşmüşdür. 1991-ci ildən başlayaraq ölənlərin sa-
yında da qismən geriləmələr müşahidə edilir. 
1991-ci  ildə  ölkədə  doğulan  uşaqların 
53,6%-i,  təbii  artımın  54,6%-i  kənd  əhalisinin 
payına  düşmüşdür,  2000-ci  ildə  bu  göstəricilər 
müvafiq olaraq doğulan uşaqlar üzrə 57,6%, təbii 
artım  üzrə  62,9%  olmuşdur.  On  il  ərzində  şəhər 
əhalisi  arasında  təbii  artım  2,5  dəfə,  hər  1000 
nəfərə görə əmsalı isə 2,7 dəfə azalmışdır. 
1990-cı illərdə şəhərlərdən, əsasən də Abşe-
rondan rusların, ukraynalıların, ermənilərin, yəhu-
dilərin  və  digər  rusdilli  əhalinin,  sonrakı  mərhə-
lədə  aborigen  əhalinin  miqrasiyası,  kəndlərdən 
olan miqrasiyaların azalması təbii artımın da aşağı 
enməsinə  səbəb  olmuşdur.  Nəticədə  onun  əsas 
hissəsi  kəndlərin  payına  düşmüşdür.  Məhz  buna 
görə həmin dövrdə şəhər və  kənd əhalisi arasında 
təbii  artım  göstəricilərindəki  böyük  fərqlər 
qalmışdır.  Ölkədə  fəal  demoqrafik  siyasət  aparıl-
madığına görə belə vəziyyət sonrakı dövrlərdə də 
əhalinin  təbii  artımına  mənfi  təsir  etmişdir  və  bu 
təsir isə özünü uzun müddət göstərəcəkdir. 
90-cı illərin ortalarından sonra başlanan iq-
tisadi və sosial islahatlar öz nəticələrini 2000-ci il-
lərin  əvvəllərində  verməyə  başlamışdır.  Yeni  iş 
yerlərinin  yaradılması,  fəaliyyəti  dayanmış  müəs-
sisələrin bəzilərinin işinin bərpa edilməsi, yaşayış 
məntəqələrinin  sosial-mədəni,  mənzil-kommunal 
şəraitinin yaxşılaşdırılması sahəsində görülən təd-
birlər, demoqrafik inkişaf haqqında yeni qanunve-
ricilik  aktlarının  qəbul  edilməsi  bu  sahədə  prob-
İllər 
Mütləq hesabla, nəfər 
Hər 1000 nəfərə görə 
Doğum 
Ölüm 
Təbii artım 
Doğum 
Ölüm 
Təbii artım 
1991 
101032 
21467 
79565 
30,2 
6,4 
23,8 
1992 
96771 
25079 
71692 
28,3 
7,3 
21,0 
1993 
92835 
25624 
67211 
26,6 
7,3 
19,3 
1994 
85429 
26549 
58880 
24,1 
7,5 
16,6 
1995 
78260 
24475 
53785 
21,7 
6,8 
14,9 
1996 
73638 
23554 
50084 
20,1 
6,4 
13,7 
1997 
75021 
23034 
51987 
20,2 
6,2 
14,0 
1998 
70779 
22836 
47943 
18,7 
6,0 
12,7 
1999 
67456 
23467 
43989 
17,5 
6,1 
11,4 
2000 
67363 
23171 
44192 
17,3 
6,0 
11,3 
2001 
60680 
21902 
38778 
15,5 
5,6 
9,9 
2002 
60982 
22917 
38065 
15,4 
5,8 
9,6 
2003 
62410 
24002 
38408 
15,8 
6,1 
9,7 
2004 
72583 
23701 
48882 
18,4 
6,0 
12,4 
2005 
77539 
24615 
52924 
19,5 
6,2 
13,3 
2006 
78405 
24667 
53738 
19,5 
6,1 
13,4 
2007 
78861 
25493 
53368 
19,4 
6,3 
13,1 
2008 
78163 
24893 
53270 
19,1 
6,1 
13,0 
2009 
77439 
24824 
52615 
18,7 
6,0 
12,7 
2010 
83891 
25211 
58680 
20,0 
6,0 
14,0 
2011 
90533 
25195 
65338 
21,3 
5,9 
15,4 
2012 
88105 
25440 
62665 
20,5 
5,9 
14,6 
2013 
86242 
25520 
60722 
19,9 
5,9 
14,0 


Coğrafiya və təbii resurslar, №1, 2015 
72                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
lemlərin  də  həllinə  öz  müsbət  təsirini  göstərmiş-
dir. 
Lakin  demoqrafik  inkişafda  müsbət  meyil-
lər  2000-ci  illərin  ortalarından  sonra  yaranmışdır. 
Artım  prosesləri  getsə  də,  doğum  və  təbii  artım 
əmsallarının  hazırkı  həddi  1990-cı  illərin  səviy-
yəsindən  geri  qalır.  Eyni  vəziyyət  doğulan  uşaq-
ların  mütləq  sayına  və  təbii  artımına  da  aiddir. 
Odur ki,  2001-ci ildə hər 1000 nəfərə görə doğum 
əmsalı  ümumi  əhali  arasında  13,7,  kənd  əhalisi 
arasında  15,5  olmuş,  təbii  artım  əmsalı  müvafiq 
olaraq bütün əhali üzrə 8,1, kənd əhalisi üzrə 9,9 
olmuşdur. On il ərzində ölkədə demoqrafik vəziy-
yətin sabitləşməsi fonunda 2010-cu ildə kəndlərdə 
doğum  əmsalı  20,0,  təbii  artım  əmsalı  14,0-a 
qalxmışdır.  Fərqləndirici  və  əlamətdar  haldır  ki, 
ölkənin ümumi və kənd əhalisi arasında doğum və 
təbii artım arasındakı fərqlər minimuma enmişdir. 
Ümumi əhali üçün doğum əmsalı 18,5, təbii artım 
əmsalı 12,5 olmuş, ölüm əmsalı (hər 1000 nəfərə 
6,0) kənd əhalisi ilə eyni səviyyədə qalmışdır. 
Son  10  ildə  ölkədə  ümumi  əhali,  o  cümlə-
dən  kənd  əhalisi  arasında  doğulan  uşaqların  sayı 
əhəmiyyətli  dərəcədə  yüksəlmişdir.  2001-ci  ildə 
ölkədə 110,4 min nəfər uşaq doğulmuş, təbii artım 
65,1  min  nəfər təşkil  etmişdir.  Doğulan  uşaqların 
60,7  min  nəfəri  (55,0%-i)  kənd  əhalisinin,  49,7 
min  nəfəri  (45,0%-i)  şəhər  əhalisinin  payına 
düşür.  Həmin  ildə  ölkənin  kənd  əhalisi  arasında 
təbii  artımın  miqdarı  38778  nəfər  (59,6%),  şəhər 
əhalisinin  arasında  26294  nəfər  (40,4%)  qeydə 
alınmışdır. 
2010-cu  ilə  qədər  təhlil  aparılan  on  il  ər-
zində  doğulan  uşaqların  sayı  165643  nəfərə, təbii 
artımın  səviyyəsi  112063  nəfərə  yüksəlmişdir. 
Həmin  ildə  doğulan  uşaqların  83891  nəfəri  və  ya 
50,7%-i, təbii artımın 58680 nəfəri və ya 52,4%-i 
kənd əhalisinin payına düşmüşdür. 
Əvvəlki  dövrlərdən  fərqli  olaraq  bu  gün 
kəndlərdə  təbii  artımın  payının  azalması  göstərir 
ki,  burada  təbii  artım  xeyli  zəifləmişdir.  Kənd-
lərdə  yaşayan  əhali  arasında  2-3  uşaqlı  ailələr 
böyük  əksəriyyət  təşkil  edir.  Bunu  demoqrafik 
vəziyyəti  əksetdirən  digər  göstəricilər  də  sübut 
edir.   
Son  iki  ildə  ölkənin  kənd  əhalisi  arasında 
gedən  demoqrafik  proseslərdə  90-cı  illərin  böh-
ranlı  vəziyyəti  öz  təsirini  göstərir,  doğulan  uşaq-
ların  sayı  və  təbii  artım  azalmağa  başlayır.  Belə 
vəziyyəti  ölkənin  ümumi  əhalisi  üzrə  olan  gös-
təricilərə də aid etmək olar. 2011-ci ildə kəndlərdə 
90533  nəfər,  2013-cü  ildə  86242  nəfər  uşaq  do-
ğulmuş,  təbii  artım  müvafiq  olaraq  2011-ci  ildə 
65338  nəfər,  2013-cü  ildə  60722  nəfər  təşkil  et-
mişdir.  Ölkədə  doğulan  uşaqların  sayında  kənd 
əhalisinin  payı  2011-ci  ildə  51,4%,  2013-cü  ildə 
50,0% təşkil etmişdir. Təbii artım prosesində kənd 
əhalisinin  payı  isə  2011-ci  ildə  53,4%,  2013-cü 
ildə 51,3% olmuşdur. 
Kənd  əhalisi  arasında  azalmalar  özünü  hər 
1000  nəfərə  görə  olan  əmsallarda  da  göstərir. 
Kəndlərdə  hər  1000  nəfərə  görə  doğum  əmsalı 
2011-ci  ildə  21,3,  2013-cü  ildə  19,9,  təbii  artım 
əmsalı isə müvafiq olaraq 15,4 və 14,0 olmuşdur. 
2013-cü ildə  ümumi əhali arasında doğum 
əmsalı  18,6,  təbii  artım  əmsalı  12,8  olmuş,  ölüm 
əmsalı  isə  əvvəlki  dövrlərə  nisbətən  azalmış  və 
5,8 səviyyəsinə enmişdir.   
2000-ci illərin ilk illərindən başlayaraq əha-
linin  demoqrafik  inkişafında  sabitlik  yaranmış, 
uşaqların  sayı  tədricən  artmağa  doğru  getmişdir. 
Bu, əhalinin sayının artım tempinin də yüksəlmə-
sinə  gətirib  çıxarır.  Cərəyan  edən  proseslər  şəhər 
və  kənd  əhalisi  arasında  eyni  vaxtda  getmişdir. 
Lakin  bununla  yanaşı,  doğumun  cins  tərkibində 
olan uyğunsuzluq getdikcə artır, oğlanların doğu-
lan  uşaqlar arasında sayı intensiv  şəkildə  çoxalır. 
2000-ci  illərin  ikinci  yarısında  bu  fərq  daha  da 
artmışdır. 2001-2005-ci illərdə ölkədə 4,5-5,4 min 
nəfər,  sonrakı  5  ildə  6,8-6,9  min  nəfər  çox  oğlan 
uşağı doğulmuşdur.  
2001-2012-ci  illərdə  ölkədə  doğulan  oğlan 
uşaqlarının sayı qızlara nisbətən 70317 nəfər, təbii 
artımda isə 61147 nəfər çox olmuşdur. Bu dövrdə 
doğulan  oğlan  uşaqlarının  sayı  2001-2012-ci 
illərdə  32506  nəfərdən  47381  nəfərə  qədər,  qız-
ların sayı 28174 nəfərdən 40724 nəfərə yüksəlmiş
2012-ci  ildə  fərq  oğlanların  xeyrinə  6657  nəfər 
qeydə alınmışdır.  
2000-ci  illərdə  kənd  əhalisi  arasında  ölü-
mün  cins  tərkibində  olan fərqlər  kişilərin  çox  ol-
ması hesabı ilə 500-600 nəfərdən 900 nəfərə qədər 
olmuşdur.  Yalnız  son  bir  neçə  ildə  bu  göstərici 
1200-1300  nəfərə  yüksəlmişdir.  Bu  dövrdə  kənd 
əhalisi  arasında  ildə  11,0-13,0  min  nəfər  kişi 
cinsli,  11,0-12,0  min  nəfər  qadın  cinsli  insan 
ölümü  qeydə  alınmışdır.  Aşağı  səviyyəli  ölüm 
fərqləri ilə əlaqədar doğumun cins tərkibinin  əsas 
xüsusiyyətləri  təbii  artım  prosesində  də  özünü 
göstərir. Onun kəmiyyətinin artması ilə eyni vaxt-
da cins tərkibində olan fərqlər də çoxalır.  
2001-ci  ildən  sonra  təbii  artım  prosesində 
artan oğlanların sayı 21436 nəfərdən 2012-ci ildə 
34057  nəfərə  qədər,  qızların  sayı  17342  nəfərdən 
2012-ci  ildə  28608  nəfərə  yüksəlmişdir.  Təbii 
artımın  cins  tərkibində  olan  fərqlər  2001-2005-ci 
illərdə hər il 4,0-4,7 min nəfər, sonrakı 5 ildə 5,5-
6,3 min nəfərə qədər olmuşdur.  
Nəticə.  Verilən  rəqəmlər  kəndlərdə  təbii 
artımın azalmasını göstərir. Doğum və təbii artım 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə