Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
76                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
fəaliyyətinin  bərpa  edilməsi  şəhərlərdə  əhalinin 
sayının yenidən artmasına imkan vermişdir.  
Son  dövrlərdə  şəhər  əhalisinin  sayının  art-
masına 2000-ci ildə yaşayış məntəqələrinin statu-
su  haqqında  qanunvericilikdə  dəyişiklik  edilməsi 
də ciddi təsir göstərmişdir. Qəbul edilmiş yeni qa-
nuna  görə,  şəhər  yaşayış  məntəqələrinə  şəhərlər 
və qəsəbələr aid edilir [Əfəndiyev, 2013]. Əvvəl-
lər  mövcud  olmuş  kənd  qəsəbələri  də  hazırda 
şəhər  yaşayış  məntəqələri  sırasına  daxil  edilmiş-
dir. 
Nəticədə 2003-cü ildə ölkədə  şəhər əhalisi-
nin sayı 120,8 min nəfər və ya 2,9% artmış, kənd 
əhalisinin sayı 40,9 min nəfər azalmışdır. Yaşayış 
məntəqələrinin strukturunda  və  iqtisadi  bazasında 
baş  verən  dəyişikliklər  nəticəsində  ölkədə 
urbanizasiya  səviyyəsi  51,2%-dən  52,2%-ə  yük-
səlmişdir.  2014-cü  ilin  əvvəlində  ölkədə  şəhər 
əhalisinin  sayı  5045,4  min  nəfərə  yüksəlmişdir. 
Lakin  urbanizasiya  səviyyəsində  ciddi  artım  mü-
şahidə edilmir [Azərbaycanın əhalisi, 2011]. 
Bakı şəhəri və ətraf rayonlarda yeni iş yer-
lərinin  yaradılması,  ümumiyyətlə,  regionun  yük-
sək sosial-iqtisadi inkişafı əhalinin də burada daha 
sürətlə cəmlənməsinə səbəb olur. Bu proses uzun 
illərdir  ki,  davam  edir  və  son  vaxtlarda  daha 
intensiv xarakter almışdır. Bu prosesə regionların 
sosial-iqtisadi  inkişafı  sahəsində  müşahidə  edilən 
ləngimələr də müəyyən qədər təsir göstərir. 
Son  20  ildə  Böyük  Bakının  sürətli  inkişafı 
çoxlu  sayda  problemlərin  yaranmasına  gətirib 
çıxarmışdır.  Müstəqillik  illərində  Ermənistandan 
qovulan əhalinin Böyük Bakıda və ətraf ərazilərdə 
yerləşdirilməsi,  yüksək  təbii  artım  və  kənd 
əhalisinin  bura  miqrasiyası  nəticəsində  əhalinin 
sayının  artması  yeni  ərazilərin  də  məskunlaş-
masını  genişləndirmişdir.  Seliteb  ərazilərin  art-
ması  təkcə  Bakı  şəhərində  deyil,  həm  də  ətraf 
məntəqələrin  hamısında  eyni  vaxtda  getdiyinə 
görə  burada  faktiki  olaraq qəsəbələr, Xırdalan  və 
Sumqayıt  şəhərləri  genişlənərək  fiziki  cəhətdən 
Bakı  ilə  birləşmişdir.  Bu  isə  torpaqlardan  sə-
mərəsiz  istifadə  edilməsinə,  istirahət  zonaları  və 
yaşıllıqlar yaradılması, kənd təsərrüfatı məhsulları 
becərilməsi üçün ərazilər ayrılmasında ciddi prob-
lemlərə səbəb olmuşdur. 
Cədvəl 1 
Şəhər əhalisinin sayının dəyişməsi və artımı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Cədvəl “Azərbaycanın əhalisi – 2013” (Bakı, DSK, 2014, səh. 42-43, 98, 468) statistik məcmuəsi 
əsasında tərtib edilmişdir.   
 
 
İllər 
Əhalinin sayı, min nəfər 
 
Şəhər əhalisinin artımı  
Ümumi 
Şəhər 
Xüsusi çəkisi, % 
Təbii artım, nəfər 
Miqrasiya artımı 
(azalması), min nəfər 
1991 
7218,5 
3858,3 
53,5 
66129 
-39,4 
1992 
7324,1 
3884,4 
53,0 
58414 
-13,8 
1993 
7440,0 
3928,5 
52,8 
54598 
-11,9 
1994 
7549,6 
3970,9 
52,6 
45960 
-10,8 
1995 
7643,5 
4005,6 
52,4 
38702 
-9,5 
1996 
7726,2 
4034,5 
52,2 
30921 
-7,2 
1997 
7799,8 
4057,8 
52,0 
33103 
-8,1 
1998 
7876,7 
4082,5 
51,8 
29754 
-5,0 
1999 
7953,4 
4064,3 
51,1 
27255 
-3,5 
2000 
8032,8 
4107,3 
51,1 
26101 
-5,0 
2001 
8114,3 
4149,1 
51,1 
26294 
-3,6 
2002 
8191,4 
4192,6 
51,2 
26128 
-2,0 
2003 
8269,2 
4237,6 
51,2 
26058 
-1,6 
2004 
8349,1 
4358,4 
52,2 
33159 
-0,7 
2005 
8447,4 
4423,4 
52,4 
37015 
-0,6 
2006 
8553,1 
4502,4 
52,6 
42960 
-1,9 
2007 
8666,1 
4564,2 
52,7 
44940 
-1,4 
2008 
8779,9 
4652,2 
53,0 
46106 
0,5 
2009 
8897,0 
4727,8 
53,1 
47010 
0,1 
2010 
8997,6 
4774,9 
53,1 
53383 
1,2 
2011 
9111,1 
4829,5 
53,0 
56972 
2,0 
2012 
9235,1 
4888,7 
52,9 
56787 
1,8 
2013 
9356,5 
4966,2 
53,1 




Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 77 
 
Qəsəbələr  keçmiş  SSRİ-də  kəndlərin  in-
kişafı və şəhərlərə çevrilməsində keçid məntəqələr 
kimi  yaranmışdır.  XX  əsrin  30-cu  illərindən  baş-
layaraq  Böyük  Bakı  ətrafında  neft  sənayesinin 
inkişafı  prosesində  əhalinin  sayı  da  artmış,  sayı 
çox  olan  məntəqələrə  qəsəbə  statusu  verilmişdir. 
Sonrakı  dövrlərdə  regionlarda  da  təbii  sərvətlərin 
istismarı  yerlərinə  yaxın  olan,  sənaye  və  digər 
təsərrüfat  obyektləri  qurulan  ərazilərdə  qəsəbələr 
yaranmış,  çox  halda  yaxın  kəndlər  qəsəbələrə 
çevrilmişdir.  Hazırda  sakinlərinin  əksəriyyəti 
kənd  təsərrüfatı  ilə  məşğul  olmayan,  əhalisinin 
sayı nisbətən çox olan məntəqələrə qəsəbə statusu 
verilir. Onların 70-ə qədəri Böyük Bakı  ətrafında 
yerləşir [Əfəndiyev, 2013]. 
Şəhər əhalisinin sayının dəyişməsi şəhər və 
qəsəbələrin sayından asılıdır. İkinci Dünya müha-
ribəsindən  sonrakı  dövrdə  həyata  keçirilən  səna-
yeləşmə  prosesində  çoxlu  sayda  şəhər  və  qəsəbə 
salınmışdır. Eyni zamanda, mövcud  məntəqələrin 
iqtisadi  potensialının  güclənməsi  onların  demoq-
rafik  inkişafına  şərait  yaratmışdır.  Nəticədə  şəhər 
əhalisinin  sayı  sürətlə  artmış,  məntəqələr  daha 
yüksək  ierarxiya  pilləsinə  yüksəlmişdir.  1970-ci 
ildə  respublikada  176  şəhər  yaşayış  məntəqəsi 
mövcud  olmuşdur.  Onlardan  57-si  şəhər  olmuş-
dur.  Sonrakı  dövrdə  şəhərlərin  sayı  çox  zəif 
templə artmışdır. Belə ki, 1959-1970-ci illərdə 17 
yeni şəhər yaranmış, sonrakı onilliklərin hər birin-
də onların sırasına 4-5 yeni şəhər əlavə olunmuş-
dur. 
2009-cu  il  siyahıyaalmasının  nəticələrinə 
əsasən,  ölkədə  77  şəhər,  258  qəsəbə  mövcud  ol-
muşdur  [Azərbaycan  Resp.  əhalisinin  2009-cu  il 
siyahıyaalmasının  yekunları].  1999-cu  ildən  son-
rakı  dövrdə  Xırdalan,  Qobustan,  Lerik,  Horadiz, 
Xızı,  Samux,  Yardımlı  və  s.  məntəqələr  şəhərlər 
sırasına daxil edilmişdir. Son vaxtlarda Tovuz ra-
yonunda yerləşən Qovlar qəsəbəsinə də şəhər sta-
tusu verilmişdir. 
Yaxın  vaxtlarda  əhalisinin  sayı  kifayət  qə-
dər    çox  olan  qəsəbələrin  şəhərlər  sırasına  daxil 
olması  imkanları  böyükdür.  Onların  əksəriyyəti 
Abşeronda  yerləşir.  Eyni  zamanda,  burada  yer-
ləşən  bir  çox  qəsəbələrin  ləğv  edilməsi  və  Bakı 
şəhərinə qatılması məqsədəuyğundur. 
Son  vaxtlarda  ölkədən  əhali  axını  azalmış, 
miqrasiyanın  saldosu  müsbət  olmuşdur.  Kəndlər-
dən  miqrasiyalar  azaldığına  görə  şəhər  əhalisinin 
sayı  nisbətən  zəif  templə  artır.  Ölkədə  şəhər 
əhalisinin regionlar üzrə paylanmasında da müəy-
yən  problemlər  yaşanır,  onların  xeyli  hissəsi  Ab-
şeronda  toplanmışdır  və  bu  proses  davam  edir. 
Belə vəziyyət regionlarda şəhər əhalisinin sayının 
artmasına, şəhərlərin iqtisadi və sosial-demoqrafik 
inkişafına mənfi təsir göstərir. 
Beləliklə,  ölkədə  şəhər  əhalisinin  sayının 
dinamikasının  təhlili  göstərir  ki,  şəhərlərdə 
onların  sayı  davamlı  olaraq  artır.  Lakin  hələ  də 
regionlarda  yerləşən  şəhərlərdə  əhali  azdır.  On-
ların  iqtisadi  və  sosial  bazası  zəif  olduğuna  görə 
yerlərdə  demooqrafik  potensialı  tam  olaraq  sax-
laya  bilmir.  Ölkə  əhalisinin  çox  hissəsinin  Abşe-
ronda  cəmlənməsi  davam  edir,  bu  isə  regionların 
inkişafına mənfi təsir göstərir. 
Kənd  təsərrüfatı  məhsullarının  emalına 
əsaslanan,  gətirmə  xammallarla  işləyən,  kənd 
təsərrüfatına  xidmət  edən  və  yığma  məhsullar 
istehsal  edən,  həmçinin  şəhərin  təsərrüfat  struk-
turuna uyğun olmayan  müəssisələrin təkcə Bakı-
dan  yox,  həm  də  Abşerondan  tamamilə  çıxarıl-
ması  məqsədəuyğun  olardı.  Son  vaxtlarda  Bakı-
dan  və  Sumqayıtdan  bir  qrup  irihəcmli  sənaye 
obyektlərinin  (gəmiqayırma,  neftayırma,  liman 
təsərrüfatı,  kimya,  neft-kimya  sahələri)  köçü-
rülməsi planlaşdırılır. Onların şəhərətrafı ərazilərə 
köçürülməsi nəzərdə tutulur. Bunu regionda təsər-
rüfatın və əhalinin cəmlənməsinin növbəti mərhə-
ləsi hesab etmək olar. Abşeronun təsərrüfat struk-
turuna  uyğun  olmayan  sahələrin  digər  regionlara 
köçürülməsi  istiqamətində  işləri  genişləndirmək 
lazımdır.  
Məskunlaşma  sistemində  regionların  rolu-
nun  yüksəldilməsi  üçün  mənzil  ilə  təminatın 
yüksəldilməsi,  bu  zaman  ipoteka  kreditlərinin 
rolunun artırılması, kəndlərdə yaşayan əhali üçün 
bu  məqsədlə  güzəştli  kreditlərin  rolunun  artırıl-
ması vacibdir.  
Ölkədə məskunlaşmanın nizamlanması, da-
vamlı demoqrafik inkişafın təmin edilməsi, əhali-
nin  həyat  səviyyəsinin  yüksəldilməsi  üçün  Azər-
baycan Respublikasının Demoqrafik İnkişaf Kon-
sepsiyası  (1999),  “Azərbaycan  Respublikasında 
demoqrafiya  və  əhali  sakinliyinin  inkişafı  sahə-
sində Dövlət Proqramı” (2004), həmçinin əhalinin 
məşğulluğunun  təmin  edilməsi,  miqrasiyanın 
nizamlanması  üçün  sənədlər  qəbul  edilmişdir. 
Ayrı-ayrı  inzibati  rayonların  sosial-iqtisadi  inki-
şafı,  yolların  çəkilməsi,  sosial  xidmət  obyekt-
lərinin yaradılması, su, təbii qaz ilə təmin edilməsi 
istiqamətində qərarlar və sərəncamlar verilmişdir. 
Lakin  hələ  də  Bakı  regionu  və  digər  iqtisadi 
rayonların potensialı arasında kəskin fərqlər qalır, 
regionlarda  əhalinin  iş  yerləri,  mənzil  şəraiti  ilə 
təmin  edilməsi,  onlara  göstərilən  sosial-mədəni 
xidmətin  səviyyəsinin  yüksəldilməsi  sahəsində 
xeyli  problemlər  vardır.  Qeyd  olunan  problem-
lərin həlli respublikanın şəhər əhalisinin artmasına 
və yerləşməsinə öz müsbət təsirini göstərəcəkdir.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə