Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
80                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 1 
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin və yaşayış məntəqələrinin  yüksəklik qurşaqları 
üzrə yerləşməsi (2009-cu il siyahıyaalma materiallarına əsasən), nəfər 
 
Cədvəl 2 
 Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və 
tendensiyası 
1999-2009-cu illərdə 200-500 m-lik qurşaq-
da  əhalinin  sayı  251,1  min  nəfərdən  351,0  min 
nəfərə  yüksəlmiş,  burada  yaşayan  əhalinin  payı 
isə 48,4%-dən 65,7%-ə çatmışdır.  
Dağlıqla  düzən  ərazilərin  qovşağını  əhatə 
edən  bu  yüksəklik  qurşagı  əlverişli  təbii-coğrafi 
şəraitə  malik  olması  ilə  yanaşı,  iqtisadi-coğrafi, 
nəqliyyat mövqeyinin də nisbətən əlverişli olması 
maddi  və  sosial  infrastrukturun  demoqrafik  inki-
şafa daha müsbət təsir göstərməsi ilə səciyyələnir. 
Artan demoqrafik potensialın da müəyyən hissəsi-
nin  yerlərdə  qalmasına  -  məskunlaşmasına  səbəb 
olmuşdur. Aparılan araşdırmalar göstərir ki, Azər-
baycan  Respublikası  regionlarının  sosial-iqtisadi 
inkişafının Dövlət proqramları (2003-2008, 2009-
2013)  çərçivəsində  aparılan  tikinti-quruculuq  iş-
ləri, yeni yaradılan sosial və iqtisadi obyektlər də 
əsasən  bu  hündürlük  qurşağı  daxilində  istifadəyə 
verilmişdir.  
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda 
ərazisinə  və  əhali  potensialına  görə  fərqlənən 
ikinci  yüksəklik  qurşaığı  500-1000  m  mütləq 
hündürlüklər  arasıdır.  Bu  yüksəklik  qurşağının 
payına  iqtisadi  rayon  ərazisinin  15,6%-i,  əhali-
sinin  isə  28,8%-i  düşür.  İqtisadi  rayonun  bütün 
şəhər  əhalisinin  42%-i,  kənd  əhalisinin isə  24%-i 
bu  qurşaq  daxilində  məskunlaşmışdır.  Azmeyilli 
dağ  yamacları  çay  dərələri  və  qədim  akkumul-
yativ  terraslar  yaşayış  məntəqələrinin  yerləşdiyi 
ərazilərdir.  Əvvəlki  yüksəklik  qurşaqları  ilə  mü-
qayisədə  bu  qurşaq  daxilində  əməktutumlu 
təsərrüfat sahələri zəif inkişaf etmişdir. Əsas nəq-
Yüksəklik 
qurşaqlarının 
dəniz səviy-
yəsindən 
hündürlüyü, 
m-lə. 
 
Ərazisi 

Bütün əhali 
 
Kənd əhalisi 
 
Şəhər əhalisi 
Yaşayış 
məntəqələrinin 
sayı 
Əhalinin orta sayı 
(Məntəqələrin orta 
böyüklüyü) 
Hər kv. 
km-ə 
düşən 
ümumi 
əhali 
(nəfər) 
Kv.km. 

Sayı 

Sayı 

Sayı 

Şəhər  Kənd 
Cəmi 
Şəhər 
Kənd 
0-200 
1018 
11,36  32495 
5,7 
30437 
7,45 
2058 


22 
23 
2058 
13835 
32 
200-500 
4237 
47,3 
351031 
62,0 
261350 
64,05 
89681 
57 

224 
230 
14946,8 
1166,7 
83 
500-1000 
1397 
15,6 
163200 
28,8 
97017 
23,78 
66183 
42 

74 
81 
9454,7 
1311 
117 
1000-1500 
577 
6,43 
19125 
3,4 
19125 
4,69 



15 
15 

1275 
33 
1500-2000 
622 
6,94 
132 
0,1 
132 
0,03 






132 
0,2 
2000-dən 
yuxarı 
11,09 
12,4 












Cəmi 
89,60 
100 
565983 
100 
408061 
100 
157922 
100 
14 
336 
350 
11280 
1214,5 
63,2 
Yüksəklik 
qurşaqları 
Ərazi 
1999 
2009 
1999-2009 (fərq) 
Yaşayış 
məntəqələ-
rinin sayı 
%-lə 
Əhalinin 
sayı 
(nəfər) 
%-lə 
Yaşayış 
məntəqələri-
nin sayı 
%-lə 
Əhalinin 
sayı 
(nəfər) 
%-lə 
Yaşayış 
məntəqələ-
rinin sayı 
Əhali 
(nəfər) 
(kv. km) 

0-200 
1018 
11,36 
22 
6,6 
31532 
6,1 
23 
6,6 
32495 
5,7 

963 
200-500 
4237 
47,3 
208 
61,7 
251076 
48,4 
230 
65,7 
351031 
62,0 
22 
99955 
500-1000 
1397 
15,6 
90 
26,7 
218385 
42,01 
81 
23,1 
163200 
28,8 
-9 
-55185 
1000-
1500 
577 
6,43 
16 
4,7 
17566 
3,4 
15 
4,3 
19125 
3,4 
-1 
1559 
1500-
2000 
622 
6,94 

0,3 
218 
0,04 

0,3 
132 
0,1 

-86 
2000-dən 
yuxarı 
11,09 
12,4 










Cəmi 
8960 
100 
337 
100 
518777 
100 
350 
100 
565983 
100 
13 
47206 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 81 
 
liyyat-kommunukasiya  xətlərindən  Yevlax-Ba-
lakən-Laqodexi dəmir yolu və ona paralel uzanan 
eyniadlı beynəlxalq əhəmiyyətli avtomobil yolun-
dan  kənarda  yerləşməsi  bu  qurşağın  iqtisadi-
coğrafi  mövqeyinin  o  qədər  də  yaxşı  olmamasını 
göstərir.  
Əhalinin  siyahıyaalma  materiallarının  mü-
qayisəli  təhlili  göstərir  ki,  Azərbaycan  Respub-
likası  regionlarının  sosial-iqtisadi  inkişaf  üzrə  iki 
Dövlət  proqramının  həyata  keçirilməsinə  bax-
mayaraq, bu qurşaq daxilində əhalinin mütləq sayı 
nəinki  artmamış,  hətta  azalmışdır.  Belə  ki,  əgər 
1999-cu  il  siyahıyaalma  məlumatlarına  görə,  bu 
qurşaq  daxilindəki  90  yaşayış  məntəqəsində 
218385  nəfər  və  ya  iqtisadi  rayon  əhalisinin 
42,0% yaşayırdısa, bu göstəricilər 2009-cu ilin si-
yahıyaalma  məlumatlarına  görə,  müvafiq  olaraq, 
81,  163200  nəfər  və  28,8%  təşkil  etmişdir.  Belə 
ki,  9  kəndin  əhalisi  azalmış,  ümumən  əhalinin 
mütləq azalması 55185 nəfərə bərabər olmuşdur. 
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda 
1000-1500  m  mütləq  hündürlüklər  arasını  əhatə 
edən hündürlük qurşağının payına 6,43% ərazi və 
3,4%  əhali  düşür.  Burada  yerləşən  15  kənddə 
19125  nəfər  yaşayır.  Bu  yüksəklik  qurşağında 
əhalinin  müvafiq  siyahıyaalma  məlumatlarına 
görə, 1999-cu il ilə müqayisədə 2009-cu ildə əha-
linin  mütləq  sayı  1559  nəfər  artsa  da,  əhalinin 
payı  dəyişməmiş,  3,4%  olaraq  qalmışdır.  İkinci 
cədvəlin  məlumatlarından  göründüyü  kimi,  hətta 
bir  kənd  azalmışdır.  Əhalinin    bir  kvadrat  km-ə 
düşən sıxlığı əvvəlki yüksəklik qurşaqları ilə mü-
qayisədə  əhəmiyyətli  dərəcədə  azalaraq  müvafiq 
orta  iqtisadi  rayon  göstəricisindən  az  olub,  33 
nəfər təşkil edir.  
Tədqiq  etdiyimiz  iqtisadi-coğrafi  rayonda 
ən az əhali məskunlaşan hündürlük qurşağı 1500-
2000  m  mütləq  yüksəkliklər  arasıdır.  Dəniz  sə-
viyyəsindən hündürlük artdıqca təbii-coğrafi şəra-
itin  insanların  təsərrüfat  fəaliyyəti  üçün  çətin-
ləşməsi  –  aqroiqlim  ehtiyatlarının  əkinçiliyə  im-
kan  verməməsi,  ilin  soyuq  dövrünün  nisbətən 
uzun çəkməsi, əkinə yararlı torpaqların az olması, 
mövcud  sosial  infrastrukturların  tələbata  cavab 
verməməsi  və  s.  kompleks  səbəblər  nəticəsində 
əhali  bu  qurşaqda  çox  az  məskunlaşıb.  Bu  qur-
şağın  payına  bütün  iqtisadi  rayon  ərazisinin 
6,94%-i  düşdüyü  halda,  burada  1  kənddə  cəmi 
132  nəfər  əhali  yaşayır  (0,1%).  Halbuki  1999-cu 
ildə əhalinin sayı 218 nəfər idi.  
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunun 
2000  m-dən  yüksəkdə  yerləşən  ərazisi  11,09  kv. 
km sahəni və ya regionun 12,4%-ni tutsa da, bura-
da  əhali  daimi  məskunlaşmamışdır.  Bu  qurşaq 
əsasən  meşədən  sonrakı  ərazini  –  subalp,  alp 
çəmənliklərini  əhatə  etdiyindən,  mövsümi  olaraq 
heyvandarlıq,  arıçılıq  məqsədləri  üçün  istifadə 
edilir.  
Əhalinin  yüksəklik  qurşaqları  üzrə  yerləş-
məsi və onun tendensiyasını aşağıdakı qrafik üzrə 
əyani izləmək olar (şəkil 1). 
 
Şəkil 1. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda 
əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və 
tendensiyası 
İdarəetmə  təşkilatları  ölkə  ərazisində  məh-
suldar  qüvvələrin  ərazi  təşkilini  qiymətləndirib, 
təkmilləşdirmə  yollarını  müəyyənləşdirərkən  adə-
tən,  inzibati  rayonlar  çərçivəsini  nəzərdə  tuturlar. 
Regionların  sosial-iqtisadi  inkişafının  bütün  döv-
lət  proqramlarının  yerinə  yetirilməsi  işləri  də 
inzibati  ərazi  bölgülərini  əhatə  edir.  Ona  görə  də 
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda  əhalinin 
yüksəklik  qurşaqları  üzrə  yerləşməsinin  coğrafi 
xüsusiyyətlərini  həm  də  regionun  tərkib  hissəsi 
olan  inzibati  rayonlar  üzrə  araşdırmaq  elmi  və 
praktiki cəhətdən əhəmiyyətlidir.  
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda 
əhalinin  yüksəklik  qurşaqları  üzrə  məskunlaş-
masının  inkişaf  xüsusiyyətlərinin  tədqiqi  və  on-
ların inzibati rayonlar üzrə araşdırılması aşağıdakı 
ümumiləşdirilmiş nəticələrə gəlməyə imkan verir: 
1.  Ayrı-ayrı  hündürlük  qurşaqlarının  mə-
nimsənilməsi  üçün  təbii-coğrafi  şəraitin,  iqtisadi-
coğrafi  inkişaf  səviyyəsinin  və  nəqliyyat  mövqe-
yinin  müxtəlifliyi  əhalinin  də  bu  mütləq  hündür-
lüklər  üzrə  müxtəlif  dərəcədə  məskunlaşmasına 
səbəb olmuşdur.  
2.  Əhalinin  ən  çox  və  sıx  məskunlaşdığı 
dağətəyi-düzən ərazidə (200-500 m) əhalinin daha 
da  sürətlə  cəmlənməsi,  əhalinin  ikinci  çox  məs-
kunlaşdığı orta dağlıq qurşaqda isə (500-1000  m)  
intensiv azalması prosesi gedir.  
3. Dağlıq, xüsusən də orta dağlıq qurşaqda 
əhalinin  mütləq  sayının  və  xüsusi  çəkisinin  azal-
ması  buranın  yüksək  təbii  resurs  ehtiyatlarının 
təsərrüfat  dövriyyəsindən  çıxmasına  səbəb  olur, 
yeni  ehtiyatların  mənimsənilməsi  imkanlarını 
məhdudlaşdırır. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə