Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
84                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
çətindir. Bunun üçün ilkin mərhələdə İSSC sahə-
sində  minimum  bilik  və  bacarıqların  olması  nə-
zərə  alınmalıdır.  İSSC  mütəxəssisləri  bu  sahədə 
anlayış, kateqoriya və qanunauyğunluqları bilmə-
li,  elmin  yeni  ideya  və  istiqamətlərini,  onun  im-
kanlarını  düzgün  qiymətləndirməlidirlər.  Dövlət 
tərəfindən təsərrüfat sahələrinin inkişaf etdirilməsi 
ilə  bağlı  qəbul  edilmiş  proqram  və  sərəncamlara 
uyğun  olaraq  elmi-tədqiqat  işləri  aparmalı,  digər 
elm  sahələri  ilə  qarşılıqlı  əlaqədə  olan  ərazilərin 
planlaşdırılmasında  İSSC-nin  nəzəri  və  metodiki 
imkanlarının  tətbiqini,  tədrisini  və  təşviqini  də 
yüksək  səviyyədə  yerinə  yetirməyi  bacarmalıdır-
lar.  
Bütün  elmlər  kimi,  İSSC  də  müstəqil  bir 
sahə olub, özündə müəyyən  kateqoriyalar, faktlar, 
nəzəriyyələr  və  fərziyyələri  birləşdirir.  Bu  elm 
sahəsi  öz  anlama  apparatına,  tədqiqat  obyektinə, 
məlumat  əldəetmə  üsullarına  və  üstünlüklərinə 
malikdir. Belə hesab etmək olar ki, əsas ədəbiyyat 
materialları  ilə  tanış  olan,  elmin  quruluşunu 
düzgün dərk edib, müəyyən faktları, nəzəriyyələri 
və  üsulları  mənimsəyən  şəxslər  İSSC  elminə 
yiyələnməklə, müstəqil tədqiqatlar apara bilər.   
V.P.  Maksakovski  “Coğrafi  mədəniyyət” 
kitabında  elmi-nəzəri  biliklərə  təlimləri,  nəzəriy-
yələri,  konsepsiyaları  və  fərziyyələri  aid  edir.  O, 
coğrafiyada  təlimlər,  nəzəriyyələr,  konsepsiyalar 
arasında ümumelmi, ümumcoğrafi və xüsusilərini 
qeyd  edir.  Bu  biliklərin  ierarxiyasında  fərqlər  çə-
tin  nəzərə  çarpır  [3].  İSSC  elmi  isə,  əksinə, 
dinamik olmaqla yanaşı, öyrəndiyi obyektlərin ye-
ni  fəaliyyət  və  inkişaf  qanunlarını  formalaşdır-
malıdır.  İSSC  elmində  daha  çox  “qanunauy-
ğunluq”  anlayışından  istifadə  edirlər.  Belə  qanu-
nauyğunluqlar  nəzəri  məsələlərin  həllində  əsas 
anlayışlar  kimi  işlədilsə  də,  hələlik  tam  sistem-
ləşdirilməmişdir.  Bunlar  hamısı  ümumi  iqtisadi-
coğrafi anlayışları yaradır. Bu anlayışların bir his-
səsi  İSSC  ilə  iqtisadiyyat  və  siyasət  elmlərinin 
birgə  qarşılıqlı  əlaqəsindən  yaranmışdır.  Buna 
geosiyasi mövqe, iqtisadi və siyasi vəziyyət, əmə-
yin  ərazi  bölgüsü,  beynəlxalq  coğrafi  əmək  böl-
güsü,  istehsalın  ixtisaslaşması  və  kooperativ-
ləşməsi, istehsalın təmərküzləşməsi, ərazi-istehsal 
kompleksi və s. anlayışlar daxildir. Öz obyektləri 
haqqında  elmi  məlumatı  İSSC  ardıcıl  (geosiyasi 
mövqe,  təbii  ehtiyat  potensialının  qiymətləndiril-
məsi, əhali və əmək ehtiyatları, təsərrüfat sahələri, 
nəqliyyat  və  iqtisadi  əlaqələr)  səciyyələr  şəklində 
verir.  Bunun  üçün  ölkənin,  regionun  və  ya  böl-
gənin  ümumi  İSSC  səciyyəsinin,  istənilən  ranqlı 
fərqlərinin bilinməsi vacibdir.  
Elmin  nəzəriyyəsinin  bilinməsi,  əslində, 
onun terminologiyasının öyrənilməsini özündə eh-
tiva  edir.  Yerli  və  MDB  ölkələrinin  ədəbiyyatla-
rında  İSSC  elminin    terminologiyasının  ən  yaxşı 
məlumatları  E.B.  Alayevin  əsərində  verilmişdir. 
Onlardan  bir  hissəsi  geniş  şəkildə  İSSC-yə  aid 
olan  ədəbiyyatlarda  istifadə  olunur,  digərləri  isə 
müxtəlif cür şərh edilir və yenidən yaranır [1].  
Dünya  və  Azərbaycanın  İSSC  elminin  for-
malaşması  tarixini,  onun  aparıcı  alimlərini  və 
istiqamətlərini,  əsas  ədəbiyyat  mənbələrini  yaxşı 
bilmək  lazımdır.  Qeyd  edək  ki,  nəzəri  bilik  təkcə 
həmin elmin səlahiyyətinə daxil olan problemlərin 
öyrənilməsini  deyil,  həm  də  müasir  dövrə  qədər 
həll edilməmiş, qalan problemlərin başa düşülmə-
sini nəzərdə tutur. Elmi biliyin əsas meyarlarından 
biri  də  həmin  elm  sahəsində  olan  məlumat  mən-
bələrinin  aşkarlanması  və  onların  zənginləşdiril-
məsidir.  
Konkret ərazidə, müəyyən məkan və zaman 
daxilində  istehsalın  və  əhali  məskunlaşmasının 
ərazi  təşkilinin  (İƏMƏT)  insanın  həyat  və 
təsərrüfat  fəaliyyətinin  inkişaf  qanunauyğunluq-
larının  tədqiqində,  bu  “təşkil”in  asılı  olduğu  pro-
sesin idarə edilməsində, İSSC elminin konstruktiv 
və  perspektiv  inkişafında  rolu  böyükdür.  M.D. 
Şarıqin  bu  kateqoriyanı  başqa  cür  təhlil  edir.  O 
hesab edir ki, İƏMƏT-yə ilk növbədə hadisə kimi 
baxmaq  lazımdır.  Ona  görə  ki,  İƏMƏT  müxtəlif 
ranqlı  ierarxik  qarşılıqlı  əlaqəli  rayonlar 
formasında  realizə  olunur.  İkincisi,  bu  bir  proses 
kimi  əhalinin  məkan-zaman  daxilində  sosial-iq-
tisadi  həyatının  daimi  hərəkətverici  qüvvəsi  kimi 
iştirak edir [4]. M.D. Şarıqin İƏMƏT-nin qanuna-
uyğunluqlarını  daha  geniş  şəkildə  araşdırmağa 
cəhd etmişdir.  
Beləliklə,  İSSC  elminin    tam  mənada  qav-
ranması üçün aşağdakılar vacibdir: 
-  metodoloji  biliklərin  olması  və  İSSC-nin 
tədqiqat predmetini araşdırmaq  bacarığı; 
-  İSSC-yə  aid  nəzəri  biliklərin,  qanunların, 
əsas  təlimlərin,  nəzəriyyələrin,  konsepsiyaların, 
ümumi  anlayış  sisteminin,  elmin  terminologi-
yasının və dilinin bilinməsi
-  kartoqrafik  təsvirlərdə  müvafiq  coğrafi 
obyektlər  haqqında  əsas  anlayışların  əhəmiyyətli 
hissəsinin  formalaşması,  ərazi  istehsal  sistemlə-
rinin  müxtəlif  növlərinin  xarakterik  proqramla-
rının bilinməsi;  
-  ümumi  İSSC  təfəkkürünə  malik  olmaqla, 
onun daim inkişaf etdirilməsi;  
-  İSSC-yə aid materiallar əldə etmək, təhlil 
və coğrafi informasiyanın təqdim olunması üsulla-
rına malik olmaq, məlumat mənbələrindən istiqa-
mət götürmək bacarığına yiyələnməsi. 
Göründüyü  kimi,  iqtisadi  coğrafiyaçı  geniş 
həcmdə  biliklərə  sahib  olmalıdır.  Belə  ki,  sosial-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə