Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 85 
 
iqtisadi şəraiti öyrənərək, iqtisadi coğrafiyaçı iqti-
sadi  biliklərin  əhatəsində  olmalıdır.  Son  vaxtlar 
qeyri-iqtisadi  obyektlərin  öyrənilməsinin  aktuallı-
ğının  artması  ilə  əlaqədar  olan  sosiologiyanı  bil-
mək iqtisadi coğrafiyaçı üçün vacibdir. Həmçinin 
onlara  ərazi  birləşmələrinin  formalaşma  tarixini 
bilmək  üçün  müəyyən  tarixi  bilik  ehtiyatı  lazım-
dır.  İstehsal  obyektlərinin  ərazi  yaranmalarının 
tərkib  hissəsi  kimi  başa  düşülməsi  və  düzgün 
proqnozlaşdırma  sənaye,  kənd  təsərrüfatı  sahələ-
rinin  minimum  texnoloji  bilikləri  nəzərdə  tutur 
[2].  
Müasir  dövrdə  fiziki  coğrafiyanı  və 
geologiyanı bilmədən təbii şəraitin və ehtiyatların 
qiymətləndirilməsini  aparmaq,  təbii-ərazi  komp-
lekslərin  yaranmalarının  proqnozunu  vermək 
mümkün deyildir. Aparılan tədqiqatlarda ölkənin, 
regionun  və  ya  bölgənin  ümumi  İSSC  səciy-
yəsində  statistik  cədvəl  və  diaqramlar,  tematik  
xəritələr tərtib olunur. Göründüyü kimi, tədqiqatçı 
səviyyəsində  fəaliyyət  göstərən  iqtisadi  coğra-
fiyaçının  etalonu  müxtəlif  istiqamətlərə  yönəlib. 
Tədqiqatların nəticələri sözlə ifadə olunduğundan, 
iqtisadi  coğrafiyaçılarda  ədəbi  imkanlara  da 
yüksək tələblər irəli sürülür, xarici dilli mənbələrə 
müraciət  isə,  ümumiyyətlə,  linqvistik  imkanlar 
tələb  edir.  Bütün  bunlar  iqtisadi  coğrafiyaçının 
məqsədinə  nail  olmaq  imkanlarını  gerçəkləşdirir. 
Bunun  üçün  də  İSSC  elmi  ilə  məşğul  olmaq 
istəyən  hər  kəs  ideal  modelə  yaxınlaşmağa  çalış-
malıdır.  
İSSC  elminin  tədqiqat  obyektinin  ildən-ilə 
genişləndiyi hazırkı şəraitdə ənənəvi sahələrlə ya-
naşı,  yeni  istiqamətlərin  inkişaf  etdirilməsinə  bö-
yük ehtiyac duyulur. İSSC-nin yeni istiqamətlərini 
nəzərdən  keçirərkən  müxtəlif  ərazi  sistemlərini 
öyrənən  fənlərin  sxemlərinə  istinad  etmək  lazım-
dır.  Ənənəvi  sahələr  əsasən  maddi  istehsalın  (sə-
naye,  kənd  təsərrüfatı,  nəqliyyat)  ərazi  təşkili  ilə 
məşğul olur. Azərbaycan müstəqillik qazandıqdan 
sonra  siyasi-coğrafi  tədqiqatlar  aparılmasına  bö-
yük ehtiyac duyulur. Ona görə ki, dünyada siyasi 
coğrafiya  ilə  ilk  dəfə  coğrafiyaçılar  (ingilis  coğ-
rafiyaşünasları  F.Ratsel,  H.Makkinder  və  s.) 
məşğul olmuşlar. Lakin bizdə hazırda bu boşluğu 
digər ixtisas sahibləri doldurur. İSSC elmin indiyə 
qədər  rəsmi  üç  hissədən  ibarət  adına  daxil  olan 
anlayışlar  yenə  də  geniş  tətbiq  olunur.  Əhali  və 
məskunlaşmanın  coğrafiyası  qədim  köklərə  ma-
likdir.  Kəndlərin,  şəhərlərin  (geourbanistika)  və 
kənd  məskunlaşmasının  (georuralistika)  coğrafi-
yası üzrə tədqiqatlar son onilliklərdə daha çox in-
kişaf edir. Lakin əhali və təsərrüfatın öyrənilməsi 
ilə bağlı bu köhnə istiqamətlərdə də nisbətən yeni 
bölmələr  mövcuddur.  Həmçinin  tikinti  sənayesi 
və  inşaat  coğrafiyasının  formalaşdırılmasına  baş-
lanmışdır.  Tikinti  sənayesi  coğrafiyasına,  tikinti 
işlərinə cəlb edilən texnika və tikinti kadrları, qur-
ğuları  olan  təşkilatlar,  tikinti  üçün  konstruksiya 
materiallarını  istehsal  edən  müəssisələr,  inşaat 
texnikasının  əsaslı  təmiri  üzrə  məşğul  olan  ob-
yektlər və inşaat materialları sənayesi üçün maşın-
qayırma,  inşaat  profilli  ETİ  və  layihə  təşkilatları 
daxildir.  Bu  elm  sahəsi  ərazi-tikinti  kompleks-
lərini öyrənir.  
Əvvəllər  inkişaf  edən  rabitə  coğrafiyasının 
yerində hazırda elmi-texniki nailiyyətlər, rabitənin 
yeni  növ  və  texnologiyalarının  yaranması  nəticə-
sində  ərazi-informasiya  sistemləri  coğrafiyası 
yaranmışdır. İSSC-nin yeni elmi istiqaməti planlı 
iqtisadiyyatın  dağılması  şəraitində  əmək  ehtiyat-
larının ərazi sistemlərinin fəaliyyət qanunauyğun-
luqlarını öyrənməyə qadirdir. Bu istiqamət əhalini 
həm istehsal, həm də istehlak qüvvəsi kimi oyrən-
diyindən,  iqtisadi  coğrafiyanın  bütün  sahələri  ilə 
əlaqədardır.  Bununla  yanaşı,  dünyada  olduğu 
kimi,  Azərbaycanda  da  qeyri-istehsal  sahəsinin 
rolunun artması ilə əlaqədar olaraq əhaliyə xidmət 
sahəsinin  –  sosial  infrastrukturun  ərazi  sistemlə-
rinin coğrafi tədqiqatlara cəlb olunmasına ehtiyac 
yaranmışdır.  Bu  həm  bütün  xüsusi  xidmət 
növlərini  əhatə  edən  inteqral  sistemlər,  həmçinin 
bir  sıra  əlamətlər  üzrə  maddi  istehsal  sahəsinə 
(sərnişin,  xüsusilə  şəhər  nəqliyyatı,  pərakəndə 
satış  və  ictimai  iaşə)  aid  olan  sferalardır.  Bu 
istiqamətlərdə  irəliləmə  dərəcəsi  müxtəlifdir.  Bir 
sıra  xidmət  növlərinin  öyrənilməsi  müvafiq  sahə 
idarələrinin  ümumi  səciyyəsindən,  onun  inkişaf 
səviyyəsinin  keyfiyyət  və  kəmiyyət  göstəricilə-
rindən və bu göstəricilərin ölkə və regionda  ərazi 
üzrə  fərqlənməsindən  uzağa  getməmişdir.  Həm-
çinin  beynəlxalq  və  normativ  səviyyələrlə  mü-
qayisələr  tətbiq  edilir,  tələb  və  təklifin  nisbəti 
öyrənilir.  Ərazi  fərqlərinin  statistik  məlumatlar 
üzrə müəyyən edilməsi tədqiqatlarda ilk addımdır. 
Beləliklə, sosial infrastrukturun inkişaf səviyyəsi-
ni  hansısa  bir  göstərici  ilə  qiymətləndirmək 
mümkün  deyildir.  Kənd  əhalisi  üçün  səhiyyə 
müəssisələrinin xarakteri və yerləşdirilməsi, kənd 
yaşayış  məntəqələrinin  avtomobillə  təminatının 
zəif inkişafında nəinki iş həcmləri, həm də xidmət 
idarələrinin ərazi üzrə bölünməsi vacibdir. Bu cür 
problemlər  sosial  infrastrukturun  digər  sahə-
lərində  də  özünü  biruzə  verir.  Ərazi  və  sahələr 
üzrə  infrastrukturların  normativlərə  uyğun  gəl-
məməsi  Azərbaycanın  bütün  region  və  bölgələri 
üçün  xarakterikdir.  Hazırkı  şəraitdə  Azərbaycan 
kəndlərindən  əhalinin  kütləvi  şəkildə  Bakı 
şəhərinə  axın  etməsində  sosial  infrastrukturda 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə