Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə47/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
86                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
olan  çatışmazlıqlardan  asılılıq  müəyyənləşdiril-
məlidir.     
Azərbaycanda maliyyə coğrafiyası, təbii fə-
lakətlərin  coğrafiyası,  sığorta  işinin  coğrafiyası, 
mədəniyyət  coğrafiyası,  dinlərin  coğrafiyası, 
cinayətkarlığın    coğrafiyası,  tibbi  coğrafiya  kimi 
yeni  istiqamətlərdə  tədqiqatlar  aparılmasında  və 
göstərilən  sahələrdə  olan  problemlərin  aradan 
qaldırılmasında  İSSC  elminin  mövcud  imkanla-
rından  və  xarici  təcrübədən  istifadəyə  diqqət  ar-
tırılmalıdır.  
Azərbaycan  Respublikasının  müasir  regi-
onal  siyasətində  ərazinin  inkişaf  tempini  tən-
zimləmək üçün ayrı-ayrı regionların və bölgələrin 
iqtisadiyyatının kompleks inkişafını nəzərdə tutan 
bir sıra proqramlar işlənib hazırlanmışdır. Bu cür 
proqramların  həyata  keçirilməsi  üçün  ayrılan 
irihəcmli  sərmayələr  layihələrin  hazırlanmasına 
xüsusi  diqqətlə  yanaşmağa  şərait  yaradır  ki,  bun-
lar da regionların iqtisadiyyatının yüksəldilməsinə 
yönəldilmişdir. Dövlətin müdaxiləsi özünu əsasən 
fərdi təsərrüfatlarla birgə istehsal infrastruktur sa-
hələrinin  yaradılmasında  göstərir.  Bu  proqram-
ların əsas məqsədi kənd  ərazilərində həyat səviy-
yəsini  yüksəltmək  hesabına  əhalinin  məskunlaş-
masını möhkəmlətməklə, onların  paytaxta miqra-
siyasının  qarşısını  almaqdır.  Digər  tərəfdən,  ən 
aktual  məsələlərdən  biri  problemlərə  coğrafi 
yanaşmaqla, tətbiq olunacaq layihələrin ətraf mü-
hitə təsirini öyrənmək və ərazi strukturlarında baş 
verəcək  dəyişikliklərlə  sosial-iqtisadi  mühit  ara-
sındakı  əlaqəni  tədqiq  etməkdir.  Bunların  da 
əsasında mövcud  ərazilərin inkişaf mexanizminin 
müəyyən  olunması  və  səmərəlilik  baxımdan  qiy-
mətləndirilməsi aparılmalıdır.                                        
 
 
ƏDƏBİYYAT 
1.  Алайев  Э.Б.  Социально-экономическая 
география: Понятийно-терминологический словарь. 
М:, 1983. 350 с. 
2. Голувчик М.М., Файбусович Э.Л.  Эконо-
мическая  и  социальная  география:  основы  науки: 
Учеб. Высш. Учеб. заведений. М:, 2004, 400 с. 
3.  Максаковский  В.П.  Географическая  куль-
тура. Учеб.пособ. М:1998. 416 с. 
4.  Шарыгин  М.Д.  Региональная  организация 
общества. Пермь, 1992. с. 7-10. 
 
СОВРЕМЕННЫЕ ПРОБЛЕМЫ РАЗВИТИЯ 
ЭКОНОМИКО-СОЦИАЛЬНОЙ И 
ПОЛИТИЧЕСКОЙ ГЕОГРАФИИ 
АЗЕРБАЙДЖАНА 
Н.А.Пашаев 
В  представленной  работе  исследуются  воп-
росы  развития  традиционных  направлений  эконо-
мико-социальной  и  политической  географии  Азер-
байджана.  Также  рассматриваются  новые  приори-
тетные направления в этой области и даются соот-
ветствующие  рекомендации  по  решению  пробле-
мы. 
 
CONTEMPORARY PROBLEMS OF 
ECONOMİC-SOCİAL AND POLİTİCAL 
GEOGRAPHY OF AZERBAİJAN 
N.A.Pashayev 
In  the  article,  the  issues  of  traditional  subfields 
of  economic,  social  and  political  geography  of  Azer-
baijan  are  investigated.  Besides  with  this,  new  pri-
orities in this field are investigated, and the appropriate 
recommendations  on  the  solution  of  this  problem  are 
given. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 87 
 
© Z.T.İmrani 
AZƏRBAYCAN RESPUBLİKASININ İNVESTİSİYA SİYASƏTİ VƏ ONUN PERSPEKTİV 
İSTİQAMƏTLƏRİ 
Z.T.İmrani 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı, H.Cavid pr., 115 
Son  illər  Azərbaycan  Respublikasında  həyata  keçirilən  məqsədyönlü  siyasətin  nəticəsi  kimi 
həm  daxili  mənbələr  hesabına,  həm  də  xarici  donorlar  vasitəsilə  ölkə  iqtisadiyyatına  yatırılmış 
investisiyaların həcmində artım müşahidə edilmişdir. Lakin bazar iqtisadiyyatı şəraitində bu artımı 
təmin  edəcək  səmərəli  idarəetmə  strategiyasının  yaradılması  və  investisiyaların  daha  perspektivli 
təsərrüfat sahələrinə yönəldilməsi üçün kompleks şəkildə tədbirlər planının hazırlanmasına böyük 
ehtiyac  vardır.  Məhz  bu  baxımdan  məqalədə  Azərbaycan  Respublikasının  investisiya  siyasəti  və 
onun perspektiv istiqamətləri öyrənilmiş, elmi cəhətdən əsaslandırılmış tövsiyə xarakterli nəticələr 
verilmişdir.
 
Müasir  dövrdə  dünyanın  bir  sıra  iqtisadi 
cəhətdən  inkişaf  etmiş  dövlətləri  investisiya 
siyasətini  iqtisadi  inkişaf  strategiyasının  mühüm 
tərkib hissəsi kimi qiymətləndirirlər. İnvestisiyalar 
istehsala  və  əhali  məşğulluğuna  müsbət  təsir 
göstərməklə  yanaşı,  kapital  yığımına  da  səbəb 
olur.  Məhz  bu  baxımdan  bazar  iqtisadiyyatı  şəra-
itində  təsərrüfat  sahələrinin  inkişaf  etdirilməsi 
üçün investisiya qoyuluşlarından tam və səmərəli 
şəkildə istifadə edilməlidir. 
Ümumiyyətlə,  investisiya  (investisiya  re-
sursları) dedikdə, pul gəlirləri, məqsədli bank və-
saitləri, paylar, səhm, digər qiymətli kağızlar, tex-
nologiyalar, maşın və avadanlıqlar, lisenziyalar (o 
cümlədən  əmtəə  nişanları  olan),  kreditlər,  digər 
əmlak  və  əmlak  hüquqları,  sahibkarlıq  fəaliyyə-
tinə,  digər fəaliyyət  növlərinə  qoyulan  intelektual 
sərvətlər  və  müsbət  iqtisadi  və  sosial  nəticələrə 
nail olmaq məqsədlərini başa düşürük [1].  
Azərbaycan  Respublikası  uzun  sürən  tarix 
boyu  həmişə  xarici  dövlətlərin  maraq  dairəsində 
olmuşdur.  Bu  marağı  respublikanın  regionda  tək-
cə siyasi coğrafi mövqeyi ilə deyil, həmçinin təbii 
ehtiyatlarının  zənginliyi  ilə  də  izah  etmək  olar. 
XIX  əsrin  ortalarından  (1848-ci  il)  başlayaraq, 
Azərbaycanda  neft  sənayesinin  yüksək  sürətlə 
inkişaf  etməsi  ölkəyə  həm  yerli,  həm  də  xarici 
sərmayədarların investisiya qoyuluşlarına əlverişli 
şərait  yaratmışdır.  Lakin  investisiyaların  çox  his-
səsi neftin xammal şəklində çıxarılmasına və ixrac 
olunmasına  yönəldilmişdir.  Bu  da  iqtisadiyyatın 
yalnız  bir  sahəsinin  inkişaf  etməsinə,  neft  sekto-
rundan  kənar  olan  sahələrin  isə  inkişafdan  geri 
qalmasına səbəb olmuşdur. Bu proses 1920-ci ilə 
kimi davam etmişdir.  
28  aprel  1920-ci  ildə  Azərbaycanda  Sovet 
hakimiyyəti  qurulur.  30  dekabr  1922-ci  ildə  isə 
SSRİ-nin  tərkibinə  daxil  edilən  Azərbaycan  18 
oktyabr  1991-ci  ilə  kimi  Rusiya  imperiyasının 
kibində qalır və onun iqtisadiyyatı, digər müttəfiq 
respublikalarda  olduğu  kimi,  mərkəz  tərəfindən 
idarə  olunur.  Belə  idarəetmə  mexanizmi  fərqli 
sahəvi 
strukturlara 
və 
planlı  iqtisadiyyata 
arxalanırdı.  Bu  iqtisadi  quruluşun  bir  çox  üstün-
lüklərinin olmasına baxmayaraq (insan kapitalının 
inkişafı  baxımından),  təbii  ehtiyatların  mənimsə-
nilməsi  və  onlardan  istifadə,  demək  olar  ki,  düz-
gün aparılmırdı. Nəqliyyat xərcləri məhsulun ma-
ya dəyərini üstələyirdi. XX əsrin sonlarında Sovet 
İttifaqı dağılmış və yerində 15 müstəqil dövlət ya-
ranmışdır.  
Yeni formalaşan dövlətlər ilk illər müəyyən 
iqtisadi və siyasi problemlərlə üzləşdi. Köhnə iqti-
sadi  əlaqələr  kəsilmiş,  yenilərinin  yaradılması 
üçün isə müəyyən vaxt tələb olunurdu. Müstəqil-
lik  əldə  etmiş  Azərbaycan  Respublikası  da  öz  tə-
nəzzül dövrünü yaşayırdı. Respublikanın siyasi və 
iqtisadi  durumundakı  kəskin  böhran,  demək  olar 
ki, bütün sahələrdə özünü büruzə verirdi.  
Ölkəni düşdüyü bu çətin vəziyyətdən çıxar-
maq  üçün  iqtisadiyyat  sahələrini  stabil  inkişaf 
etdirmək tələb olunurdu. Bunun üçün ölkədə əlve-
rişli  investisiya  mühiti  yaradılmalı,  ondan  səmə-
rəli istifadə yolları müəyyən edilməli, qloballaşan 
dünyada  iqtisadi  təhlükəsizliyin  fərqləndirici  xü-
susiyyətləri  tədqiq  olunmalı,  xarici  investisiya 
mənbələri  və  onların  pul-kredit  siyasəti  milli təh-
lükəsizlik nöqteyi-nəzərindən araşdırılmalıdır.  
İnvestisiyaların  dövlət  büdcəsindəki  payı 
dövlətin iqtisadi artıma verdiyi qiymətin  ən bariz 
göstəricisidir  [3].  Beynəlxalq  əmək  bölgüsünün 
dərinləşməsi  ayrı-ayrı  ölkələrdə  milli  iqtisadiy-
yatın  ixtisaslaşma  səviyyəsini  yüksəltmək  və  bu-
nunla  da  mövcud  iqtisadi  resurslardan  daha  sə-
mərəli  istifadə  etməklə  istehsalın  həcmini  artır-
maq  imkanı  yaradır.  Belə  ki,  xarici  iqtisadi  əla-
qələrin  inkişafı  nəticəsində  ölkələr  nisbətən  sə-
mərəli  istehsal  edə  bildiyi  məhsullar  üzrə  ixtisas-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə