Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə48/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
88                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
laşması  və  bu  məhsulları  nisbətən  səmərəsiz 
istehsal  etdikləri  məhsullara  mübadilə  etməsi  nə-
ticəsində əlavə gəlir əldə edə bilirlər. Bundan baş-
qa,  idxal  inkişaf  üçün  zəruri  olan  maşın  və  ava-
danlıqların,  xammal  və  materialların  alınmasına, 
ixrac  isə  daxili  bazar  məhdudiyyətlərini  aradan 
qaldırmağa  şərait  yaradır.  Həmçinin  xarici  inves-
tisiyanın cəlb edilməsi iqtisadi inkişaf üçün zəruri 
olan investisiya qoyuluşlarının həyata keçirilməsi 
sahəsində məhdudiyyətləri azaltmağa imkan verir. 
Dünya  iqtisadiyyatında  kapitalın  daha  optimal 
yerləşdirilməsi  yaradılan  məhsulun  həcminin 
artımına səbəb olur. Bütövlükdə, ölkələr arasında 
xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı məhsul-
ların istehsal miqyasını artırmaq üçün əlverişli şə-
rait  yaratmaqla,  yəni  ixtisaslaşmanın  dərinləşmə-
sinə  səbəb  olmaqla  istehsalın  səmərəliliyini  artır-
maq üçün zəmin yaradır [5]. 
Dövlət  müstəqilliyinin  ilk  illərində  respub-
likamız  bu  istiqamətdə  konkret  addımlar  ataraq 
investisiya  fəaliyyətinin tənzimlənməsi  məqsədilə 
15 yanvar 1992-ci ildə “Xarici investisiyaların qo-
runması” haqqında qanun qəbul etmişdir. Qanuna 
əsasən,  Azərbaycan  Respublikasının  ərazisində 
xarici  investisiya  qoyuluşunun  sosial,  iqtisadi  və 
hüquqi şərtləri müəyyənləşdirilmiş, mülkiyyət for-
masından  asılı  olmayaraq  bütün  investorların  hü-
quqlarının  bərabər  müdafiəsinə  təminat  verilmiş-
dir.  Qanun  investisiyanın  ölkə  iqtisadiyyatına 
intensiv  cəlb  olunmasına,  ölkənin  sosial-iqtisadi 
bazasının,  habelə  beynəlxalq  iqtisadi  əməkdaş-
lığın və inteqrasiyanın inkişafı üçün səmərəli isti-
fadə  edilməsinə  yönəldilmişdir.  Qanunda  həmçi-
nin təsərrüfat sahələrinə qabaqcıl xarici texnika və 
texnologiyaların  cəlb  olunaraq  səmərəli  istifadə 
edilməsinə,  eləcə  də  xarici  investorların  hüquqla-
rının  müdafiəsi  məsələlərinə  təminat  verilmişdir. 
Bu qanunun qəbul olunması respublikada investi-
siya  mühitinin  daha  da  yaxşılaşdırılmasına  əlve-
rişli şərait yaratmışdır.  
Azərbaycan Respublikasının iqtisadi yüksə-
lişi və ölkəyə investisiya axını 1994-cü ildə Xəzər 
dənizinin  Azərbaycan  sektoruna  aid  olan  hissə-
sindən  karbohidrogen  yataqlarının  birgə  istismar 
edilməsini  nəzərdə  tutan  “Əsrin  müqaviləsi”  adlı 
razılaşmanın  imzalanmasından  sonra  başlanmış-
dır. Bununla da respublikanın müstəqillik əldə et-
məsindən sonra ilk dəfə olaraq ölkəyə irimiqyaslı 
xarici  investisiya  axını  qeydə  alınmışdır.  Lakin 
ölkəyə  daxil  olan  investisiyalar  yaxın  keçmişdə 
olduğu  kimi,  yenə  də  əsas  etibarilə  neft  yataq-
larının  istismarına  və  hasil  olunan  neftin  dünya 
bazarına  çıxarılmasına  yönəldilmişdir  [7].  Sovet 
hakimiyyəti  illərində  hər  il  milli  gəlirin  təqribən 
20%-ə qədəri, hazırda isə investisiya qoyuluşunun 
50%-dən  çoxu  neft-qazçıxarma  sənayesinin  əsas 
fondlarının  artırılmasına  və  təkmilləşdirilməsinə 
sərf olunur [6].  
Müstəqillik əldə etdikdən sonra Azərbaycan 
iqtisadiyyatına ayrılan investisiyaların çox hissəsi 
xarici  investorlar  tərəfindən  olmuşdur.  2010-cu 
ildə xarici investisiyaların 51,9%-i Böyük Britani-
yanın,  14,9%-i  ABŞ-ın,  9%-i  Çexiyanın,  7,5%-i 
Yaponiyanın, 4,7%-i Norveçin, 3,9%-i Türkiyənin 
və digər dövlətlərin payına düşmüşdür.  
İnvestisiya qoyuluşunun əsas məqsədi regi-
onal baxımdan tarazlı iqtisadi inkişafa nail olmaq, 
əhali məşğulluğunu tənzimlənmək və bununla ya-
naşı,  mənfəət  əldə  etməkdən  ibarətdir.  Məhz  bu 
baxımdan  ölkə  iqtisadiyyatında  əsasən  qeyri-neft 
sektorunun  davamlı  inkişafı,  əhalinin  iqtisadi  və 
sosial  tələbatlarının  yaxşılaşdırılması,  regionlar-
arası  inkişaf  fərqlərinin  azaldılması,  ixracat  po-
tensialının yüksəldilməsi, ətraf mühitin qorunması 
və  s.  kimi  məsələlərin  həlli  yolları  investisiya 
proqramlarında  əks  olunmalıdır.  Bu  məqsədlə 
2008-2011-ci illəri əhatə edən “Dövlət investisiya 
proqramı” qəbul edilmişdir. Bu proqram “Neft və 
qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli 
strategiya” ilə müəyyən edilmiş prinsiplər əsasın-
da  həyata  keçirilir.  Həmin  xərclər  qeyri-neft  sek-
torunun  inkişaf  etdirilməsinə,  mövcud  infrastruk-
turu təkmilləşdirmək və yeni infrastruktur obyekt-
lərinin  tikilməsinə,  yeni  texnologiyaların  gətiril-
məsinə,  prioritet  vəzifələrin  reallaşdırılması  məq-
sədi  ilə  dövlət  proqramlarında  nəzərdə  tutulmuş 
tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.  
 
Mənbə: Azərbaycanın regionları, 2013. ARDSK. 
Şəkil 1. 2012-ci ildə Bakı şəhəri və iqtisadi-coğrafi 
rayonlar üzrə əsas kapital investisiyaları, %-lə 
Daha  sonra  investisiya  siyasətinin  təkmil-
ləşdirilməsi  məqsədilə  15  sentyabr  2008-ci  ildə 
qəbul  olunmuş  “2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  yoxsulluğun  azaldılması  və  da-
vamlı  inkisaf  Dövlət  Proqramı”  çərçivəsində  bir 
sıra  prioritet  istiqamətlər  müəyyən  olunmuşdur. 
Bunlara investisiyaların idarə olunması prosesinin 
təkmilləşdirilməsi,  səmərəli  rəqabət  mühitinin  in-
kişaf etdirilməsi, sahibkarlığın inkişafının (xüsusi-
lə  regionlarda)  dəstəklənməsi,  istehsalın  rəqabət 
0,5%
6,7%
1,1%
8,3%
4,2%
1,5%
5,1%
5,3%
2,5%
64,8%
Bakı
Abşeron
Gəncə-Qazax
Şəki-Zaqatala
Lənkəran
Quba-Xaçmaz
Aran
Dağlıq Şirvan
Naxçıvan
Yuxarı Qarabağ


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə