Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 93 
 
dımlıda və Lerikdə daha yüksək – müvafiq olaraq 
88,6% və 90,2% təşkil edir. 
 
Cədvəl 1 
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda kənd əhalisinin dinamikası 
 
 
 
 
 
 
 
 
 
Qeyd:  Cədvəl  Dövlət  Statistika  Komitəsinin  materialları  (Azərbaycanın  əhalisi.  1995-2013  (illik  bülletenlər);  Azərbaycan 
Respublikası əhalisinin 1989-cu, 1999-cu və 2009-cu illər üzrə siyahıyaalınması) əsasında tərtib olunmuşdur. 
Cədvəl 2 
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda ən iri kəndlərin əhalisi 
Qeyd:  Cədvəl  Azərbaycan  Respublikası  əhalisinin 1999-cu  və  2009-cu  illərin  siyahıyaalınması  materialları  əsasında  tərtib 
olunmuşdur. 
Son  əhali  siyahıyaalınmasının  nəticələrinə 
görə, iqtisadi rayonun  ən iri kənd yaşayış məntə-
qəsi 8 min nəfərdən çox sakini olan Ərçivan (As-
tara  rayonu)  olmuşdur.  Sonraki  illərdə  Ərçivana 
qəsəbə statusu verilmişdir. Hazırda regionda ən iri 
kənd  yaşayış  məntəqəsi  Lənkəran  rayonunun  Bo-
ladı kəndidir (cədvəl 2). 
Cədvəl  2-dən  də  göründüyü  kimi,  iqtisadi 
rayonun  ən  iri  kəndlərinin  böyük  əksəriyyəti  üç 
rayonun – Cəlilabad, Astara və Lənkəranın payına 
düşür. Masallı rayonunun Dadva kəndi istisna ol-
maqla, bütün iri kəndlərdə əhalinin sayı artmışdır. 
Digah,  Mamusta,  Şağlaser,  Uzuntəpə  kimi  kənd-
lərdə əhali artımı daha sürətli getmişdir. 
Dağlıq  rayonlar  olan  Lerik  və  Yardımlıda 
iri  kəndlər  nisbətən  azdır.  Bu  rayonlarda  əhalisi 
hətta  3000  nəfərdən  artıq  olan  heç  bir  kənd  yox-
dur.  Lerik  rayonunda  ən  iri  kəndlərdən  Pirəsora 
(2580  nəfər),  əhalisi  1300-2000  nəfər  arasında 
olan Çayırd, Orand, Cəngəmiran, Soru və s. kənd-
Ərazi 
Ə h a l i n i n  s a y ı  (m i n  n ə f ə r) 
Artım (faiz) 
1989 
1999 
2005 
2009 
2013 
1989-
2009 
2009-
2013 
Lənkəran-Astara iqtisadi 
rayonu, 
 
447,7 
 
563,0 
 
601,5 
 
618,3 
 
644,8 
 
38 
 
4,2 
o cümlədən: 
Astara rayonu 
53,6 
65,8 
71,2 
74,1 
69,2 
44 
0,9 
Cəlilabad rayonu 
96,7 
122,6 
132,3 
136,4 
144,1 
41 
5,6 
Lənkəran rayonu 
90,9 
112,8 
116,8 
122,9 
130,5 
35 
6,2 
Lerik rayonu 
48,0 
56,7 
62,7 
67,2 
70,7 
40 
5,2 
Masallı rayonu 
121,9 
159,6 
168,1 
166,2 
175,7 
36 
5,7 
Yardımlı rayonu 
36,6 
45,4 
50,4 
51,5 
54,6 
41 
6,0 
Kəndin adı  
(aid olduğu rayon) 
Əhalinin sayı 
(nəfər) 
10 ildə 
artım 
(%) 
Kəndin adı 
 (aid olduğu rayon) 
Əhalinin sayı 
(nəfər) 
10 ildə 
artım 
(%) 
1999 
2009 
1999 
2009 
Boladı (Lənkəran) 
7742 
8435 
9,0 
Şahağac (Astara) 
4213 
4621 
9,7 
Alar (Cəlilabad) 
6210 
7146 
15,1 
Vilvan (Lənkəran) 
4177 
4540 
8,7 
Uzuntəpə (Cəlilabad) 
5686 
6646 
16,9 
Şağlaser (Lənkəran) 
3682 
4502 
22,3 
Günəşli (Cəlilabad) 
5749 
6176 
7,4 
Privolnoye (Cəlilabad) 
4235 
4484 
5,9 
Üçtəpə (Cəlilabad) 
5420 
6021 
11,1 
Ocaqlı (Cəlilabad) 
3811 
4167 
9,3 
Şiyəkəran (Astara) 
4587 
5041 
9,9 
Sütəmürdov (Lənkəran) 
3684 
3949 
7,2 
Pensər (Astara) 
4751 
5023 
5,7 
Sabirabad (Cəlilabad) 
3308 
3816 
15,4 
Girdəni (Lənkəran) 
4546 
5014 
10,3 
Digah (Masallı) 
2372 
3780 
59,4 
Mamusta (Lənkəran) 
3190 
4704 
47,5 
Viravul (Lənkəran) 
3323 
3659 
10,1 
Dadva (Masallı) 
5053 
4622 
–9,3 
Maşlıq (Cəlilabad) 
3279 
3654 
11,4 


Coğrafiya və təbii resurslar, №1, 2015 
94                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ləri  qeyd  etmək  olar.  Yardımlıda  isə  1500-2000 
nəfər  sakini  olan  Bozayran,  Ostayır,  Kürəkçi, 
Ərus, Köryədi, Şəfəqli kəndləri fərqlənir.  
Keçən əsrin 90-cı illərində Lənkəran-Astara 
iqtisadi rayonunda doğum və təbii artım əmsalları 
azalmışdır. Bununla belə, fikrimizcə, müasir dövr-
də  iqtisadi  rayon  üzrə  əhalinin  təbii  hərəkət  gös-
təriciləri demoqrafik inkişaf və demoqrafik poten-
sialın  güclənməsi  baxımından  əlverişli  sayılma-
lıdır. Məsələn, 2012-ci ildə iqtisadi rayonun kənd 
yerləri üzrə əhalinin 1000 nəfərə doğum, ölüm və 
təbii  artım  əmsalları  orta  müvafiq  surətdə  21,6, 
5,0 və 16,6-ya bərabər olmuşdur. Çoxillik statistik 
materialların  təhlili  göstərir  ki,  regionun  ümumi 
əhalisi hər il ən azı 11-13 min nəfər, kənd əhalisi 
isə  ən  azı  9-10  min  nəfər  artır.  Regionda  doğum 
və təbii artımın səviyyəsi onun insan resursları ilə 
qənaətbəxş təmin olunmasına imkan verir. 
Ümumiyyətlə,  Lənkəran-Astarada  kənd 
əhalisinin  çoxluğu  və  yüksək  sıxlığı  burada  tor-
paqdan istifadəni intensivləşdirir. Əhali tərəfindən 
mənimsənilən  ərazilər  getdikcə  genişlənir.  Tədqi-
qatlarda  regionun  torpaq  ehtiyatlarının  məhdud-
luğu nəzərə alınaraq, onun ərazisində infrastruktur 
obyektlərinin yeraltı inşasının zəruri olduğu göstə-
rilir (Əyyubov, Paşayeva, 2013).  
Kəndlərin  böyüməsi,  onların  sahəsinin  ge-
nişlənməsi şəraitində yaşayış məskənləri ətrafında 
məişət  tullantılarından  ibarət  zibilxanalar  yaran-
mışdır.  Bununla  bərabər,  rekreasiya  məqsədi  ilə 
sosial  infrastruktur  obyektlərinin  tikilməsi  nəticə-
sində  meşələrə  ziyan  dəyir.  Bu  kimi  problemlər 
iqtisadi  rayonda  torpaq  ehtiyatlarından  səmərəli 
istifadə olunması, onların qorunması məsələlərinə 
diqqəti artırır. 
Nəticə 
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda 
kənd  məskunlaşmasına  dair  apardığımız  tədqi-
qatın əsas nəticələri kimi aşağıdakıları qeyd etmək 
olar. 
İqtisadi rayonda kənd əhalisinin sıxlığı nis-
bətən  yüksəkdir.  Regionda  ən  az  mənimsənilən 
ərazilər  yüksək  dağlığı,  həmçinin  milli  parkların 
və  Qızılağac  körfəzi  sahillərinin  ərazisini  əhatə 
edir.  Eyni  zamanda,  lokal  məskunlaşma  arealları 
arasında  kənd  əhalisinin  sıxlığına  görə  böyük 
fərqlər  müşahidə  olunur.  İnzibati  rayonların  əra-
zisi  daxilində  də  kənd  əhalisinin  məskunlaşma-
sında  qeyri-bərabərlik  özünü  büruzə  verir.  Kənd 
məskunlaşmasına  ərazinin relyef  şəraiti  və torpaq 
örtüyünün  məhsuldarlığı  kimi  təbii  amillər  daha 
güclü təsir göstərir. 
Region  ərazisində  130-dək  kəndin  200-ə 
qədər, 320-dən çox kəndin 1000 nəfərədək sakini 
vardır.  Belə  bir  şəraitdə  kiçik  kəndlərin  demoq-
rafik inkişafının tənzimlənməsi və həmin inkişafın 
davamlılığına nail olunması vacibdir. 
İqtisadi  rayonda  kəndlərin  ümumi  əhalisi-
nin artım tempi son onilliklərdə azalsa da, iqtisadi 
rayonun  xüsusən  düzən  sahələrində  təbii  şəraitin 
və ehtiyatların məskunlaşma üçün əlverişli olması 
ilə  əlaqədar,  burada  ərazinin  mənimsənilməsi 
getdikcə intensiv xarakter alır. Belə ki, son illərdə 
torpaqların  özəlləşdirilməsi  ilə  kəndlilərə  məxsus 
torpaq  sahələri  artmış,  bitkiçilik  və  heyvandarlıq 
fəaliyyəti  genişlənmiş,  bununla  bərabər,  iqtisadi 
rayonda çoxlu fərdi yaşayış evləri, villalar, çoxlu 
istirahət-turizm  mərkəzləri,  digər  infrastruktur 
obyektləri  tikilmişdir.  Bununla  da  boş,  mənimsə-
nilməyən  ərazilər  tədricən  azalmış  və  təbiətə  an-
tropogen təsir güclənmişdir. 
Təkliflər 
1.  Lənkəran-Astara  iqtisadi-coğrafi  rayo-
nunda  kənd  əhalisinin  ərazi  üzrə  proporsional  və 
səmərəli  yerləşməsinin  təmin  edilməsi,  məs-
kunlaşma və ərazinin mənimsənilməsi prosesində 
yaranmış  kəskin  fərqlərin  azaldılması  regionun 
davamlı  demoqrafik  inkişafının  tərkib  hissəsi 
hesab edilməlidir.  
2. Əhalinin ¾-nün kənd sakinlərindən ibarət 
olduğu  iqtisadi  rayonda  dağlıq  və  dağətəyi 
ərazilərin mənimsənilməsi çox vacibdir. Düzən və 
sahilə  yaxın  ərazilərdə  artıq  formalaşmış  kənd 
aqlomerasiyaları  mövcuddur.  Əhalisi  onsuz  da 
çox  sıx  olan  Masallı  və  Lənkəran  rayonları 
əhalisinin  dağ  kəndlərinin  sakinləri  hesabına 
kütləvi  və  kortəbii  məskunlaşması  məqbul  de-
yildir.  Dağlıq  ərazilərdə  isə  pərakəndə  yerləşmiş 
kəndlər  çoxdur.  Onların  davamlı  inkişafı  sosial-
iqtisadi,  infrastruktur  və  nəqliyyat  problemlərinin 
vaxtında  və  məqsədəuyğun  həll  olunmasından 
asılıdır.  Dağlıq  və  dağətəyi  ərazilərdəki  inzibati 
rayon  mərkəzlərinin  istehsal  və  qeyri-istehsal 
sahələrinin  kənd  əhalisinin  ehtiyaclarına  cavab 
verəcək  şəkildə  inkişaf  etdirilməsi  çox  vacibdir. 
Qeyd edilən bu problemlər həll olunmazsa, dağlıq 
rayonlardan  insanlar  kütləvi  şəkildə  düzən  ra-
yonlarına  köçməkdə  davam  edər  və  bu  prosesin 
qarşısını almaq çətinləşə bilər. 
3. Fikrimizcə, ərazinin məhdudluğu və əha-
linin  nisbətən  yüksək  sıxlığı  şəraitində  kənd 
təsərrüfatı ekstensiv yolla inkişaf etmiş Lənkəran-
Astarada yeni əkin sahələrinin salınması, plantasi-
yaların  genişləndirilməsi  deyil,  məhsuldarlığın 
yüksəldilməsi daha vacibdir. 
4.  İqtisadi  rayonun  əlverişli  təbiəti,  gözəl 
meşə  landşaftı  olan  ərazilərdə  yerləşən  nisbətən 
qədim  yaşayış  məntəqələrində  təbiət  və  kənd 
(yaşıl) turizminin inkişafı üçün əlverişli şərait var-
dır. Xüsusilə əhalisi çayçılıq və subtropik meyvə-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə