Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 95 
 
çilik  sahələrində  məşğul  olan  kəndlər  milli  adət-
ənənə və memarlıq xüsusiyyətlərinə görə fərqlən-
diyindən,  kənd  turizmi  üçün  olan  təbii  imkanlar-
dan  istifadə  onların  davamlı  inkişafında  mühüm 
rol oynaya bilər. 
5.  İqtisadi  rayonda  kəndlərin  və  onların 
əhalisinin azalmasına imkan verməmək üçün dağ-
lıq ərazilərdə yerləşən şəhərlərin davamlı demoq-
rafik inkişafına nail olmaq lazımdır. Bu məqsədlə 
şəhərlərin  sosial-iqtisadi  inkişafına  dair  ayrıca 
dövlət  sənədinin  (proqramının)  hazırlanmasını  və 
həyata keçirilməsini təklif edirik.  
6.  Fikrimizcə,  gələcəkdə  əhalisi  kəskin 
azala bilən və hətta yox olmaq təhlükəsi ilə qarşı-
laşan  xırda  kəndlərin  xüsusi  kateqoriyalı  yaşayış 
məntəqələr  sırasına  daxil  edilməsi  mümkündür. 
Bu  kəndlərin  davamlı  inkişafı  istiqamətində  mü-
vafiq  tədbirlər  görülməlidir.  Hesab  edirik  ki, 
inzibati  rayonlarda  dövlət  proqramlarının  və 
sosial-iqtisadi layihələrin reallaşması üçün ayrılan 
vəsaitlərin həmin kəndlərin problemlərinin həllinə 
yönəldilməsi zəruridir. 
ƏDƏBİYYAT 
AZƏRBAYCANIN ƏHALİSİ. Dövlət Statistika 
Komitəsinin illik bülletenləri. 1995-2013. 
AZƏRBAYCAN  RESPUBLİKASI  ƏHALİSİ-
NİN  1989-cu,  1999-cu  VƏ  2009-cu  İLLƏR  ÜZRƏ 
SİYAHIYAALINMASI MƏLUMATLARI. 
ƏYYUBOV  N.H.,  PAŞAYEVA  N.B.  Lənkə-
ran-Astara  iqtisadi  rayonunda  şəhər  məskunlaşması  və 
onun təkmilləşdirilməsi. AMEA-nın “Xəbərlər”i, 2013, 
№4, 40-45.  
ƏZİZOV  S.Q.  Lənkəran-Astara  iqtisadi  rayonu 
əhalisinin  məskunlaşmasının  idarə  edilməsi  və 
optimallaşdırılması yolları. Coğrafiya elmləri namizədi 
avtoreferatı. 2009. Bakı. 
ГЕОКЧАЙСКИЙ  Ш.Ю.  1986.  Сельское  рас-
селение  и  пути  его  преобразования.  Азернешр. 
Баку. 
KARIMOV  R.N.  2013.  Evaluation  of  demog-
raphic  sustainability  in  Azerbaijan.  Materials  digest  of 
the  XLVIII  International  Research  and  Practice 
Conference "Technologies of  globalization of the XXI 
century: evolution or setback?" 89-91. London. 
MEHRƏLİYEV  E.Q.,  ƏYYUBOV  N.H., 
SADIQOV  M.O.  1988.  Azərbaycan  SSR-də  əhalinin 
məskunlaşması məsələləri. Bakı: Elm. 
СЕЛЬСКОЕ РАССЕЛЕНИЕ И ПРОБЛЕМЫ 
ЕГО УСТОЙЧИВОГО РАЗВИТИЯ В 
ЛЯНКАРАНЬ-АСТАРИНСКОМ 
ЭКОНОМИКО-ГЕОГРАФИЧЕСКОМ РАЙОНЕ 
Р.Н.Керимов 
В демографическом развитии Лянкарань-Ас-
таринского экономического района сельское рассе-
ление  занимает  очень  важную  роль.  Плотность 
сельского  населения  в  экономическом  районе 
относительно  высокая  и  вместе  с  тем  неравно-
мерная.  Для  Лянкарань-Астаринского  экономичес-
кого  района  как  приграничной  территории  Азер-
байджана  сохранение  и  усиление  демографи-
ческого  потенциала  сельских  населенных  пунктов 
видится  необходимым.  Статья  посвящена  пробле-
мам  рационального  распределения  сельского  насе-
ления  и  сельских  населенных  пунктов,  их  устой-
чивому  развитию  в  данном  регионе.  Автором  рас-
сматриваются  перспективы  сельских  поселений, 
даются  соответствующие  рекомендации  по  проб-
леме. 
DISTRIBUTION OF RURAL POPULATION AND 
PROBLEMS OF ITS SUSTAINABLE 
DEVELOPMENT IN THE LANKARAN-ASTARA 
ECONOMIC-GEOGRAPHICAL REGION 
R.N.Karimov 
Rural  settlements  play  a  very  important  role  in 
the  demographic  development  of  Lankaran-Astara 
economic  region.  Rural  population  density  in  the 
economic region is relatively higher and uneven in the 
territory.  For  Lankaran-Astara  economic  region  which 
shares  borders  with  neighboring  countries,  preserving 
and  strengthening  the  demographic  potential  of  rural 
settlements  is  necessary.  This  article  deals  with  the 
study  of  rational  distribution  of  the  rural  population 
and  rural  clusters  as  well  as  their  sustainable 
development  in  Lankaran-Astara.  The  author  inves-
tigates  the  perspectives  of  rural  settlements,  and  gives 
recommendations on the issue. 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
96                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© M.Y.Xəlilov
 
ŞİBLƏK QRUPLAŞMALARI MEŞƏ ÖRTÜYÜNÜN MÖVCUDLUQ İNDİKATORUDUR 
M.Y.Xəlilov 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı, H. Cavid prosp., 115 
Məqalədə meşənin yerində şiblək qruplaşmalarının əmələgəlməsi və istiqamətləri gösrtərilir, 
şiblək formasiyalarının geniş xarakteristikası verilir.
 
Meşənin antropogen amillərin təsiri altında 
seyrəlməsi  onun  tərkibindən  tədricən  bütün  ağac 
cinslərinin  çıxmasına  və  kolların  çoxalmasına  sə-
bəb olur. Dəniz səviyyəsindən yüksəklikdən, yerin 
relyefindən,  yamacın  cəhəti,  dikliyi,  uzunluğu  və 
formasından,  torpağın  eroziyaya  uğrama  dərəcə-
sindən  və  skeletliyindən,  həmçinin  torpaqəmələ-
gətirən süxurların kimyəvi tərkibindən asılı olaraq 
olduqca  müxtəlif  kol  qruplaşmaları  formalaşır. 
Belə  qruplaşmalar  tədqiqatçılar  tərəfindən  “şib-
ləklər” adlandırılır.  
Şiblək  terminini  ilk  dəfə  elmi  ədəbiyyata 
(Balkanda)  1901-ci  ildə  L.Adamoviç  (Hacıömə-
rov,  1972)  daxil  etmişdir.  Sonralar  bu  termindən 
Qafqazda  A.A.  Qrosheym  (1932),  V.P.  Maleyev 
(1940),  L.İ.  Prilipko  (1958),  A.A.  Hacıömərov 
(1972) və b. geniş istifadə etmişlər.  
Meşənin yerində formalaşan şiblək qruplaş-
malarını  öyrənməkdə  məqsəd  onların  tərkibini, 
strukturunu  və  transformasiyaya  uğramış  torpaq 
şəraitini  nəzərə  alaraq  ərazidən  səmərəli  istifadə 
yollarını aşkar etməkdir.  
Respublikamızın  ayrı-ayrı  dağ  sistemlərin-
də  şiblək  qruplaşmaları  özünəməxsus  xüsusiyyət-
lərə malikdir və əsasən palıd, vələs, həmçinin arid 
meşələrin  deqradasiyası  prosesində  formalaşırlar. 
Hazırda  aşağı  dağ-meşə  qurşağında  və  dağətəyi 
zonada  palıd  meşələri  məhv  edilən  ərazilərdə 
şibləklər  geniş  ərazi  tutaraq  mühüm  landşaft 
rolunu  oynayır.  Meşələrin  antropogen  deqrada-
siyası və yox edilməsilə əlaqədar şibləklər arealını 
genişləndirməkdə davam edir.  
Ekoloji şəraitin nisbi yekrəngliyi şibləklərin 
flora  tərkibinin  ekoloji  oxşarlığına  şərait  yaradır, 
əksər  növlər  kserofitlər  və  mezokserofitlərə  aid-
dir. 
Şibləklərin flora tərkibi bozqır, çəmən, me-
şə, qayalıq, bəzən yarımsəhra və alaq bitki növləri 
ilə  təmsil  olunur.  Çəmən,  bozqır  və  alaq  bitkiləri 
üstünlük təşkil edir. 
Şibləklər  törəmətipli  və  nisbətən  cavan 
qruplaşmalar  olduğundan  onlarda  suksesiya  pro-
sesləri  güclü  gedir.  Qruplaşmaların  müxtəlifyaşlı 
və  bitmə  şəraitinin  fərqli  olması  onların  olduqca 
müxtəlif  suksesiya  vəziyyətində  (mərhələsində) 
olmasına səbəb olur. Daha azyaşlı qruplaşmalarda 
singenez, yəni fitosenozun bərpa olunması prosesi 
intensiv  gedir.  Təbii  faktorlarla  yanaşı,  demək 
olar  ki,  hər  yerdə  antropogen  faktorlar  (sistemsiz 
mal-qara  otarılması,  kolların  kəsilməsi)  daha 
güclü təsir göstərir. Odur ki, eyni ekoloji şəraitdə 
çox  vaxt  çoxsaylı  dominantların  iştirakı  ilə 
olduqca  müxtəlif  flora  tərkibli  qruplaşmalar 
inkişaf  edir.  Polidominant  qruplaşmalar  arasında 
nisbətən  daha  mezofil  və  daha  kserofil  növlər 
ayrılır.  Mezofil  qruplaşmalar  nisbətən  yaxın 
vaxtlarda  meşə  altından  çıxmış  sahələrdə  inkişaf 
edir.  Belə  sahələrdə  meşəaltı  kollardan  daha 
rəqabətqabiliyyətli  növlər,  məsələn,  fındıq,  əzgil, 
yemişan iştirak edir.  
Müxtəlif  mikroiqlim  şəraiti  olan  sahələrin 
rəngarəng  mikroqruplaşmalarla  zəbt  olunması 
nəticəsində  şiblək  qruplaşmalarında  mozaiklik 
(müxtəliflik)  müşahidə  olunur.  Otarmanın  bitki 
örtüyünə qeyri-bərabər təsiri bu faktorun doğurdu-
ğu  təsir  gücünü  daha da  artırır. Kolların  arasında 
olan  açıq  sahələr  mal-qara  tərəfindən  intensiv 
surətdə pozulmağa məruz qalır.  
Qafqazda  şibləklərin  tədqiq  edilməsində 
A.A. Qrosheym (1952), V.P. Maleyev (1931), L.İ. 
Prilipko  (1968),  A.A.  Hacıömərovun  (1972)  və 
başqalarının böyük rolu olmuşdur.  
Respublkamızın  ayrı-ayrı  fiziki-coğrafi  vi-
layətlərində  apardığımız  tədqiqatlar  nəticəsində 
yerin  relyefindən,  torpağın  rütubətlik  dərəcəsin-
dən  və  növün  kserofitliyindən  asılı  olaraq  aşağı-
dakı şiblək formasiyalarını müəyyənləşdirmişik.  
I – Hemimezofil şibləklər 
1.  Müxtəlif  meyvə-giləmeyvə  növlərindən 
ibarət formasiya;  
2. Yemişanlı şiblək formasiyası (Crataegus); 
3.  Göyəmli  şiblək  formasiyası  (Prunus  spi-
nosa). 
Hemimezofil  şibləklər  əsasən  yamacın  şi-
mal cəhətlərində nisbətən rütubətli bitmə şəratində 
palıd-vələs meşələrinin seyrəldiyi və ya yox edil-
diyi yerlərdə yaranır. Azərbaycanın müxtəlif regi-
EKOCOĞRAFİYA VƏ BİOCOĞRAFİYA
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə