Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 99 
 
mövqeyini  möhkəmlədir.  Lakin  antropogen  təsir 
davam  etdirildikdə  dəniz  səviyyəsindən  400  m-
dən aşağıda hemikserofil şibləklər yalnız yamacın 
şimal  cəhətlərində  qalır.  Yamacın  güney 
baxarlarında  isə  torpaq  güclü  yuyulmağa  məruz 
qaldığından daha çox quruluğu ilə səciyyələnir və 
burada  tək-tək  saqqızağac,  gəvən,  dağdağan, 
ardıc, pallas murdarçası və digər kol və ağacların 
iştirakı  ilə  kserofil  və  friqana  tipli  şibləklər 
yaranır. 
Apardığımız  tədqiqatlara  əsasən,  hemikse-
rofil paliuruslu şibləyin aşağıdakı assosiasiyalarını 
müəyyənləşdirdik:  topallı  (Festuca  sulcata),  daş-
dayanlı    (Antropogen  ischaemum),  cilli  (Carex), 
dovşantopalı (Festuca ovina), şiyavlı (Stipa), kse-
rofil-müxtəlifotlu  (Herbaediversae  xerophilae), 
efemerli-taxıllı  (Gramina  ephemera),  yovşanlı 
(Artemisia). 
 
Şəkil 2. Şəmkirçayın sol sahilində qaratikan şibləyi 
 
Cədvəl 3 
Müxtəlif  formasiyalı hemikserofil şibləklərin xarakteristikası 
 
Adları  çəkilən  kserofil  ot  bitkiləri  ilə  qa-
ratikan  arasında  daim  mübarizə  gedir.  Bozqır  ot 
bitkiləri  sıx  və  möhkəm  kök  sistemi  yaradaraq 
ağac  və  kol  bitkilərinin  əmələ  gəlməsinə  əngəl 
törədir.  Qaratikan  isə  özünün  kölgəli  çətiri  ilə  ot 
bitkilərini sıxışdıraraq altında meşə şəraiti yaradır 
və  eyni  zamanda,  torpağın  bərpa  olunmasına  kö-
mək edir. Mal-qara ağzı çatmayan yerlərdə (qara-
tikan  çətiri  altında  və  ya  kolların  arasında)  müx-
təlif ağac və kol cinslərinin cücərməsi üçün şərait 
yaranır.  
Təcrübə 
sahəsi 
Bitki 
örtüyünün 
tipi 
Yerləşdiyi 
mövqe 
Torpağı 
Ağac və kol 
bitkiləri 
Ot örtüyü 
Ehtimal 
olunan ilkin 
ağaclıq 
536 
2008 
Azmeyilli 
yamacda 
müxtəlifkollu 
sumaqlıq (C
1

İsmayıllı r-nu, 
bozqır yayla, 
DSY-700 m, 
Şm-Ş-15
0
 
Boz-qəhvəyi 
meşə 
6 sum. 2 sar. 2 
qarat., tək-tək 
palıd. h=2-3 m 
Taxıl otları, çiyələk, 
boymadərən 
Palıdlıq (C
1-2

560 
2009 
Dik quru 
yamacda 
qaratikanlı 
sarağanlıq 
(B
1-0

Şəki r-nu, 
Daşüz kəndinə 
yaxın, Şm-Ş-
25

DSY-300 m
 
Boz-qəhvəyi 
zəif yuyulmuş 
6 sar 4 qarat + 
söyüdyarpaq 
armud 
Taxıl otları, südləyən, 
topal, qırtıc 
Palıdlıq (C
1

 
B-74 
1999 
Dik 
yuyulmuş, 
quru yamacda 
söyüdyarpaq 
armudluq (B
0

Pirsaatçayın sol 
sahili, DSY-
1120 m, C-Q-
35

Şiddətli 
yuyulmuş boz-
qəhvəyi 
4 söyüdyar. arm. 
2 doqquzdom 2 
Pallasmurdarçası, 
2 gəvən, itburnu, 
dovşanalması, 
ardıc 
30% kəkotu, məryəm 
noxudu, südləyən, 
qara yonca 
Palıdlıq (C
1

 
B-77 
1999 
Dik yamacda 
müxtəlifkollu 
topulqalıq 
(C
1

Qozluçayın sağ 
sahili, DSY – 
1150 m, Ş, Şm-
Ş-30
0
 
Qəhvəyi dağ-
meşə 
bozqırlaşmış 
4 topulqa. 2 doq 2 
söyüdyar. armud, 
zirinc, 1 alça, 40-
100% 
60-80% məryəm 
noxudu, topal, lanset-
yarpaq bağayarpağı, 
südləyən, kəkotu 
Palıdlıq (C
2

 
B-7 
1998 
Dik quru 
yamacda 
müxtəlifkollu 
dovşanalmalıq 
(B
1

Goranboy r-nu, 
Qaraçayın sağ 
sahili DSY – 
880 m, Şm-35
0
 
Boz-qəhvəyi 
orta yuyulmuş 
7 dovşanalması 2 
qaratikan 1 soq., 
Pallasmurdar., 
ardıc, topulqa 
20-30% məryəm 
noxudu, ağot, efemer-
lər, süpürgəgülü 
Palıdlıq (C
1

 
B-46 
1998 
Dik yamacda 
narlıq (B
0

Gilgilçayın sol 
sahili, DSY-
240 m, C-Ş-30-
40
0
 
Boz-qəhvəyi 
şiddətli 
yuyulmuş 
Nar kolları 70-
80%, topa və tək-
tək qaratikan, 
Pallasmurdarçası, 
saqqızağac 
Efemerlər, kəkotu, 
südləyən 
Palıdlıq (C
1



Coğrafiya və təbii resurslar, №1, 2015 
100                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Hemikserofil  şibləklərin  xarakterik  mas-
sivləri  Böyük  Qafqazın  cənub-şərq  yamacında  – 
Pirsaatçay  hövzəsində  yayılmışdır.  Burada  dəniz 
səviyyəsindən    1000-1200  m  yüksəklikdə  dik  ya-
macların  güney  baxarlarında  hemikserofil  şiblək-
lər qaratikan, ardıc, murdarça, doqquzdon, söyüd-
yarpaq armud, dovşanalmasından təşkil olunmuş-
dur.  Bu  kol  növləri  qarışıq  halda  bitir,  onlardan 
biri,  əksər  hallarda  isə  qaratikan  dominantlıq edir 
(cədvəl 3). 
Kiçik  Qafqazda  paliurus  şibləkləri  xüsusi 
bitki qurşağı yaradır. Bu qruplaşmaları iberiya pa-
lıdı  meşələrinin  antropogen  deqradasiyasının  son 
və davamlı mərhələsi hesab etmək olar.  
Ataçay  hövzəsində  şibləklər  əsasən  orta 
dağ-meşə qurşağında (1200-1500  m  yüksəklikdə) 
dik yamacların cənub cəhətlərində çox vaxt istifa-
dədən sonra “atılmış” kənd təsərrüfatı sahələrində 
geniş  yayılmışdır.  Torpağın  eroziyaya  uğrama 
dərəcəsindən asılı olaraq qruplaşmada doqquzdon, 
gəvən  (Astragalus),  dovşanalması  (Cotoneaster), 
alça (Prunus divaricata), söyüdyarpaq armud, pal-
las  murdarçası  (Rhamnus  pallasi)  üstünlük  təşkil 
edir,  bəzən  mal-qara  tərəfindən  dəfələrlə  zədə-
lənərək kollaşmış palıdlara da təsadüf edilir.  
3 saylı cədvəldə sumaq, sarağan, söyüdyar-
paq armud, topulqa, dovşanalması və narın üstün-
lüyü  ilə  şiblək  formasiyalarının  xarakteristikası 
verilir.  
Topulqa və sumaq formasiyaları  
Flora  tərkibinə  və  strukturuna  görə  topul-
qalıq  və  sumaqlıq  tipik  şiblək  qruplaşmalarına 
bənzəyir.  Dəniz  səviyyəsindən  600-1200  m 
yüksəkliyə qədər rast gəlinir və yüksək sıxlığı ilə 
seçilir  (70-90%),  ona topa halında  digər  formasi-
yaların fonunda da rast gəlinir. 
İberiya  doqquzdonu  (Lonicera  iberica)  
formasiyası 
Əksər  hallarda  digər  kserofil  və  hemikse-
rofil  şibləklərin  tərkibində  iştirak  edir.  Bəzən  isə 
qruplaşmada üstünlük təşkil edir.  
Söyüdyarpaq armud formasiyası  
Söyüdyarpaq  armud  respublikamızda  ar-
mud cinsinin ən geniş yayılan və ən kserofil növü 
sayılır.  Ona  eroziyaya  uğramış  daşlı  yamaclarda, 
qayalıqların  çatlarında  tez-tez  rast  gəlmək  olar, 
lakin az-çox torpaq örtüyünə malik olan azmeyilli 
sahələri  daha  üstün  tutur.  Ona  görə  də  söyüdyar-
paq  armud  azmeyilli  yamaclarda  kənd  təsər-
rüfatında  istifadə  edilərək  sonradan “atılmış” tor-
paqlarda geniş yayılmışdır.  
Güclü  eroziyaya  uğramış  yamaclarda  sö-
yüdyarpaq  armud  müxtəlif  kollarla  (doqquzdon, 
dovşanalması, alça, itburnu, gəvən, pallas murdar-
çası, ardıc və b.) birlikdə bitərək çox vaxt şiblək-
tipli qruplaşmalar yaradır. 
Nar formasiyası 
Nar kollarına həm paliurus şibləklərin, həm 
də  kserofil  şibləklərin  tərkibində  topa  şəklində 
xırda  kol  halında  rast  gəlinir.  Böyük  olmayan 
sahələr şəklində nar kolları ən çox paliurus şiblək-
ləri  geniş  yayıldığı  ərazilərdə  yamacın  çökək 
yerlərində,  dərə  hissəsində  özünə  məskən  salır. 
Belə şəraitdə o, qaratikana nisbətən özünü mezofil 
bitki  kimi  göstərib  sıx,  hündürboylu    qruplaşma 
yaradır.  Acınohur  öndağı  ərazisində  dəniz  səviy-
yəsindən 320 m  yüksəklikdə qaratikan şibləyi fo-
nunda  yamacın  dərə  hissəsində  boyları  3-4  m-ə 
çatan  sıx  nar  kollarını  qeydə  aldıq.  Ona  boyları 
tək-tək  halda  6-7  m  olan  pöhrədən  törəyən  dağ-
dağan ağacları  da qarışır. Bəzi yerdə topa halında 
dağdağan  nar  kolları  ilə  birlikdə  keçilməz  qrup-
laşma əmələ gətirir. Qruplaşmanın tərkibində tək-
tək  dovşanalması,  qarağac,  qaratikan  və  sumağa 
təsadüf olunur. 
 
Şəkil 3. Acınohur öndağlığı ərazisində 
qaratikan şibləyi fonunda nar qruplaşması 
Hirkan azatağacı (Zelkova hyrcana) 
Boyu  20-25  m,  diametri  1  m-ə  çatan  ağac-
dır. Lerik və Yardımlı rayonlarında dəniz səviyyə-
sindən 600-1500 m, Cəlilabad rayonunda isə 200-
700 m yüksəklikdə kənd təsərrüfatı istifadəsindən 
çıxmış  və  şiddətli  dərəcədə  eroziya  prosesinə 
məruz qalmış yamacları azatağac kolluqları tutur. 
Bu kolluqların çoxu yüksək məhsuldar palıd-azat-
ağac  meşəsinin  antropogen  deqradasiyası  nəticə-
sində  əmələ  gəlmişdir.  Onların  tərkibi  əsasən 
kollaşmış azatağac, cır heyva, yemişan, dovşanal-
ması, əzgil, qaratikan və s. ibarət olur (cədvəl 4). 
Kəndətrafı  örüş  sahələrində  intensiv  mal-
qara    otarılması  nəticəsində  ağac  və  kol  cinsləri 
tab gətirməyərək sıradan çıxır və yalnız kol şəkli-
nə  düşmüş      azatağac  qalır.  Mal-qara  tərəfindən 
zədələnməyə    qarşı  olduqca  dözümlü,  kötükdən 
bol pöhrəvermə və kök  biclərilə intensiv çoxalma 
qabiliyyəti  olan  bu  ağac  cinsi  dik  yamacların  eti-
barlı  sipəridir.  Hazırda  “ləkələr”  şəklində  analoji 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə