Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 101 
 
yamaclarda  qalan  palıd-azatağac  qarışıq  meşələr 
kolluqların törəmətipli olduğunu sübut edir. 
 
Cədvəl 4 
Törəmə  azatağac və friqana şibləklərin xarakteristikası 
 
 
 
Şəkil 4. Şiblək fonunda 200-300 yaşlı palıd ağaclığı (Daşüz kəndinin yanında) 
Kserofil və friqana şibləkləri 
Kserofil  və  friqana  şibləkləri  əsasən  arid 
meşələrin  deqradasiyası  nəticəsində  əmələ  gəlir. 
Arid  tipli  meşələrdə  həmişə  şiblək  elementləri 
müşahidə  olunur.  Bununla  əlaqədar  arid  meşələr 
seyrəldikdə və ya yox edildikdə kserofil kollar tez 
inkişaf edərək kserofil şibləklər əmələ gətirir.  
Tədqiqatlar  göstərdi  ki,  iberiya  palıdı  
qurşağında  kserofil şibləklər Böyük Qafqazın cə-
nub-şərq  yamacında  Gilgilçay,  Ataçay,  Tıgçay, 
Pirsaatçay  və  Qozluçay  hövzələrində    geniş  
yayılmışdır.  Belə  şibləklərin   tərkibində  pallas 
murdarçası, qaratikan,  sarağan, ardıc, doqquzdon, 
Təcrübə 
sahəsi 
Bitki 
örtüyünün 
tipi 
Yerləşdiyi mövqe 
Torpağı 
Ağac və kol bitkiləri 
Ot örtüyü 
Ehtimal olunan 
ilkin ağaclıq 
M-48 
2010 
Yemişanlı 
azatağac 
şibləyi (C
2

Cəlilabad r-nu, 
“Kazankonqu” 
sah., DSY-670 m 
C-22-30
0
 
Boz-
qəhvəyi, 
şiddətli 
yuyulmuş 
6 azat 4 yem., tək-tək 
söyüdyar. armud 20-
50%,  h=2-4 m 
Qanqal, 
boymadərən, taxıl 
otları 
Azatağaclı 
palıdlıq (C
2-3

M-11 
2010 
Müxtəlifkollu 
azatağac 
şibləyi (C
2

Məşədi Hüseynli 
kəndinə yaxın, 
DSY-200 m, Şm-
Ş-20-30
0
 
Boz-
qəhvəyi, 
orta 
dərəcədə 
yuyulmuş 
6 azat 2 qaratikan 2 
yem. 30-60%, tək-tək 
palıd ağacları və 
yeniyetmələri, 
böyürtkən, itburnu 
Seyrək taxıl otları, 
kasnı, 
boymadərən 
Azatağaclı-
vələsli palıdlıq 
(C
2-3

 
713 
2011 
Quru, daşlı 
yamacda 
friqana 
şibləyi (B
0

Qoşqarçayın sağ 
sahili, körpünün 
yanı, DSY-660 m, 
Şm-Ş-25-30
0
 
Boz-
qəhvəyi, 
şiddətli 
yuyulmuş 
Qaratikan (5), topulqa 
(2). 10-15%, 2 ədəd 
saqqızağac qayalıqda, 3 
ədəd dağdağan 
30% daşdayan 
(5), yovşan (3), 
məryəm noxudu 
(1), süpürgəgülü, 
boymadərən 
Quru şəraitdə 
palıdlıq (C
1

 
674 
1994 
Seyrək 
bozqır 
bitkiliyi 
fonunda 
friqana 
şibləyi (B
0

Tovuz r-nu, 
Yuxarı Öküzlü 
kəndinin yanı, 
DSY-600 m,  
Ş-20-25

Boz-
qəhvəyi, 
şiddətli 
yuyulmuş 
Topa halında 
yastıqşəkilli gəvən 
kolları, qaratikan, 20-
30% 
20-30% daşdayan, 
dovşantopalı, 
südləyən 
Quru şəraitdə 
palıdlıq (C
1

 
B-41 
1998 
Dik 
yamacda 
gəvən 
friqana 
şibləyi 
Dəvəçi r-nu, 
Çarxana kəndinin 
qarşısında DSY-
320 m, Q-30-40
0
 
Boz-
qəhvəyi, 
yuyulmuş 
Gəvən kolları 40-50%, 
h=30-70 sm, tək-tək 
qaratikan, 
dovşanalması, 
söyüdyarpaq armud, nar 
40% dilqanadan 
məryəmnoxudu, 
kəkotu, 
boymadərən, topal 
Quru şəraitdə 
palıdlıq (C
1



Coğrafiya və təbii resurslar, №1, 2015 
102                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dovşanalması, söyüdyarpaq armud və  başqa ağac 
növləri dominantlıq təşkil edir. 
Kiçik  Qafqazın  cənub-şərq  hissəsində 
(Laçın, Qubadlı, Zəngilan rayonları) iberiya palıdı 
meşələrinin  deqradasiyası  ilə  əlaqədar  torpağın 
intensiv  yuyulması  və  bitmə  şəraitinin  quraq-
laşması  nəticəsində  kserofil  şibləklər  formalaşır. 
Şibləklərin  tərkibində  ən  çox  qaratikan,  topulqa 
dominantlıq  təşkil  edir,  arid  meşələrinin  tək-tək 
elementləri  (saqqızağac,  dağdağan,  iberiya  ağca-
qayını) peyda olur.  
Bozdağ  ərazisində  süxurların  çox  kövrək 
duzlu gillərdən ibarət olan sahələrində arid meşə-
lərinin  yerində  səhranı  xatırladan  özünəməxsus 
“friqana” qrupları əmələ gəlir. Belə sahələrdə kol 
bitkiləri tək-tək və qrup halında yayılır. Tərkibinə 
gəvən  (Astragalus),  acılıq (Ephedra),  kəvər  (Cap-
paris), bəzən isə ardıc və sarağan daxil olur.  
Palıd meşəsi qurşağında friqana tipli şiblək-
lər  yalnız  bərk  dağ  süxurları  üzərində  torpaq  qatı 
tamamilə yuyulduqda  əmələ gəlir. Onun tərkibin-
də  seyrək  qaratikan  kolları,  pallas  murdarçası, 
söyüdyarpaq armud, ardıc, dağdağan, saqqızağac, 
gəvən,  acılıq,  dovşanalması  və  sumağa  rast  gəli-
nir.  
Dağdağan  (Celtis)  dağətəyi  və  dağ  zonala-
rında adətən eroziyaya uğramış daşlı yamaclarda, 
qayalıqların çatlarında bitir. Lakin tədqiqatlarımız 
göstərdi  ki,  dağdağan  əlverişli  aerasiyaya  və 
rütubətliyə  malik  yaxşı  inkişaf  etmiş  torpaqlarda 
yüksəkgövdəli ağaclıq yaradır. Bəsitçay qoruğun-
da  dağdağan  allüvial  rütubətli  torpaqda  çinar  və 
adi qoz ağacı ilə qarışıq meşəlik yaradır.  
Pallas  murdarçası formasiyası şibləyin ən 
kserofil  qruplaşması  olub,  adətən  dik,  daşlı  ya-
maclarda  məskən  salır,  lakin  azmeyilli  çınqıl-
örtüklü  sahələrdə  də  inkişaf  edir.  Bu  qruplaşma 
üçün  çox  seyrək  kol  yarusu  (20-40%)  səciy-
yəvidir. Ot yarusu da qruplaşmanın ayrı-ayrı asso-
siyasında seyrək olub 20-30% təşkil edir.  
Naxçıvan  MR-də  friqana  qruplaşması  ən 
çox traqakant formasiyası kimi geniş yayılmışdır. 
Bu  formasiyada  tikanlı  gəvən  (Astragulus  sp) 
kolları  üstünlük  təşkil  edir,  tərkibinə  tikansız 
gəvən  növləri  də  qarışır.  Alp  zonasına  qədər 
qalxır  və  orada  daşlı  substratlarda  müstəqil 
senozlar  yaradır.  MR  ərazisində dəvəqıran  (Atra-
phaxıs),  tıstıs  (Acantholimon)  və  poruq  (Stachus 
inflata) da friqana tipli formasiyalar yaradır.  
Dağ badamı (Amygdalis fenzliana)  
Talışın  Zuvant  zonasında  digər  kserofil 
kollarla birlikdə friqana tipli qruplaşmalar yaradır. 
Burada  Kəlvəz  və  Göydərə  kəndləri  arasında 
dəniz  səviyyəsindən  1600-1850  m  yüksəklikdə, 
yamacın  cənub  baxarında,  daşlıq-qayalıq  sahələr-
də  badam  kolları topa  halında  bitir.  Ot  örtüyü  ol-
duqca  syrək  (10-15%)  olub  bozqır  və  yarımsəhra 
növlərindən  (yovşan,  kəkotu,  şiyav,  ağbığ,  mər-
yəmnoxudu,  boymadərən)  ibarətdir.  Tək-tək  və 
topa  halında  gəvən,  pallas  murdarçası,  dovşan-
alması, itburnu və acılığa rast gəlinir.  
Zəngilan  rayonunda  badam  ağaclıqlarına 
dəniz  səviyyəsindən  800  m-dən  1400  m-ə  qədər 
arid  meşələrin  və  şibləklərin  tərkibində  rast  gə-
linir.  Dəniz  səviyyəsindən  700-1000  m  yük-
səklikdə,  “Sürtün”  deyilən  sahədə  yamacın  şərq, 
cənubi-şərq  baxarında  qruplaşmada  badam  üs-
tünlük təşkil edir. Sıxlığı 20-30 (40)%-ə qədərdir. 
Tərkibinə  az  miqdarda  pallas  murdarçası,  qara-
tikan, topulqa, dovşanalması daxil olur. Ot yarusu 
seyrəkdir,  yovşan,  dovşantopalı,  şiyav,  adi  dilqa-
nadan,  məryəmnoxudu  bitir.  Badamın  üstünlük 
təşkil etdiyi sahə 300 ha-dan artıqdır. Kollar pöh-
rədən törəmə mənşəli olub hər bir kök boğazından 
2-10 gövdə qalxır. Kolların boyu 3-4 m-dir.  
Olduqca  quraqlıq  keçən  2014-cü  ilin 
sentyabrında  Böyük  Qafqazın  cənub  yamacında 
Zaqatala  rayonundan  başlayaraq,  Şamaxı  rayonu 
da  daxil  olmaqla,  apardığımız  tədqiqat  işləri 
quraqlığın  şiblək  formasiyalarına  güclü  mənfi  tə-
sir etdiyini göstərdi. Belə ki, respublikamızın aşa-
ğı  dağ  qurşağı  və  dağətəyi  zonasında  daha  geniş 
yayılan  qaratikan  şiblək  qruplaşmalarının  yar-
paqları  saralaraq-qızararaq  qurumağa,  tökülməyə 
başladı. Dik, quru yamaclarda qaratikan kollarının 
quruması  da  baş  verdi.  Şiblək  qruplaşmalarında 
rast  gəlinən  yemişan,  topulqa,  dovşanalması 
bitkilərinin  də  quraqlıq  nəticəsində  yarpaqları  sa-
ralıb qurudu.  
Şiblək qruplaşmalarının tərkibinə daxil olan 
sarağan,  sumaq,  söyüdyarpaq  armud  bitkiləri  qu-
raqlığa qarşı dözümlü olub yarpaqlarında saralma 
müşahidə edilmədi.   
 
Şəkil 5. Quraqlığın qaratikan şibləyinə təsiri (ön 
planda sumaq kolları) 
Antropogen təsir nəticəsində ilkin palıd me-
şəsini  əvəz  edən  Qafqaz  vələsi  (Carpinus  cauca-
sica) və şərq vələsi-dəmirqara (C. orientalis) ağac-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə