Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 103 
 
larının  yarpaqları  saralıb-qızarıb  qurudu.  Bunlar-
dan  fərqli  olaraq,  şibləklər  yayılan  ərazinin  ilkin 
sakini  iberiya  palıdı  (Quercus  iberica)  və  uzun-
saplaq  palıd  (Q.  longipes)  saralmış-qızarmış  yar-
paqlı şibləklər arasında özünün tünd-yaşıl yarpaq-
ları ilə kəskin seçildi. 
Nəticə 
1.  Bütün  şiblək  qruplaşmaları  törəmə  tipli 
olub uzunmüddətli antropogen təsirlər nəticəsində 
palıd, palıd-vələs və arid meşələrinin yerində for-
malaşmışdır.  
2.  Müxtəlif  mikroqruplaşmaların  məskun-
laşdığı sahələrdə mikroiqlim şəraitinin qeyri-bəra-
bər  olması ilə əlaqədar  şiblək  qruplaşmaları  üçün 
mozaik quruluş səciyyəvidir.  
3.  2014-cü  ilin  olduqca  quraq  keçməsi  şib-
lək  qruplaşmalarının  quraqlığa  qarşı  davamlı  ol-
madığını  göstərdi.  Ərazinin  ilkin  sakini  sayılan 
palıdın  quraqlığın  təsirinə  məruz  qalmadığını  və 
onun  həmin  ərazi  üçün  əvəzolunmaz  ağac  cinsi 
olduğu təsdiq edildi.  
ƏDƏBİYYAT 
Məmmədov  Q.Ş.,  Xəlilov  M.Y.  Azərbaycanın 
meşələri. Bakı-“Elm” 2002, 472 s.   
Гаджиомаров А.А. Флористические и геобо-
танические  исследования  шибляка    Дагестана.  М. 
1972 
 
Гроссгейм  А.А.  Растительность  Кавказа.  М. 
1948. 265 с.  
Малеев  В.П.  О  растительности  полян  пред-
горья Сев. Зап. Кавказа Сов. ботаника, № 2, 1940.  
Прилипко  Л.И.  Антродинамические  сукцес-
сии  кустарниковых  формаций  Азербайджана. 
Материалы  по  динамике  растительного  покрова. 
(Докл.  на  межвузов.  конф.  в  сентябре  1968).  Вла-
димир, 1968. с. 76-78.  
 
ШИБЛЯКОВЫЕ ГРУППИРОВКИ – 
ИНДИКАТОР СУЩЕСТВОВАНИЯ ЛЕСНОЙ 
РАСТИТЕЛЬНОСТИ 
М.Ю.Халилов 
В  статье  указываются  причины  образования 
и  направление  шибляковых  формаций  и  подробно 
дается их характеристика. 
 
SHIBLIAK GROUPINGS – INDICATOR THE 
EXISTENCE OF FOREST VEGETATION 
M.Y.Khalilov 
The  reasons  of  formation  and  directions  of  the 
shibliak  groupings  are  shown  and  their  description  is 
given in detail in the article. 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
104                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© Ə.A.Əliyev 
BÖYÜK QAFQAZIN ŞİMALİ-ŞƏRQ YAMACININ  İNTENSİV MƏNİMSƏNİLƏN  
ƏRAZİLƏRİNİN  EKOCOĞRAFİ  PROBLEMLƏRİ 
Ə.A.Əliyev 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
Məqalədə,  respublikamızın  bir  çox  ərazilərində  olduğu  kimi,  Böyük  Qafqazın  şimal-şərq 
yamacında da son dövrlərdə aparılan təsərrüfat və eləcə də infrastruktur layihələr nəticəsində təbii 
və antropogen amillərin  yaratdığı  xeyli ekocoğrafi problemlər araşdırılmış,  əldə edilmiş  nəticələr 
əsasında onların optimallaşma yolları və yeni layihələrin ekoloji cəhətdən planlaşdırılmasına dair 
müvafiq elmi təkliflər verilmişdir
 
Giriş.  Böyük  Qafqazın  şimal-şərq  hissəsi 
şimaldan  Rusiya  Federasiyası,  şərqdən  Xəzər 
dənizi  sahilləri,  cənub  və  cənub-şərqdən  isə  Ata-
çay  və  Böyük  Qafqazın  cənub-şərq  suayrıcı  his-
səsi ilə sərhədlənir. İnzibati cəhətdən bura Qusar, 
Quba,  Xaçmaz,  Şabran  və  Siyəzən  rayonlarının 
əraziləri daxildir.  
Ərazinin təbii-coğrafi şəraiti müxtəlif dövr-
lərdə  H.Ə.  Əliyev  (1994),  B.Ə  Budaqov  (1994), 
M.A. Müseyibov (1998), Q.Ş. Məmmədov, M.Y. 
Xəlilov  (2002),  Ş.B.  Xəlilov  (2006)  və  s.  alimlər 
tərəfindən  tədqiq  edilmişdir.  Lakin  son  dövrlər 
respublikamızın bir çox ərazilərində olduğu kimi, 
bu  ərazilərdə  də  həyata  keçirilən  təsərrüfat  və 
infrastruktur  layihələri  ilə  əlaqədar  təbii-coğrafi 
mühitdə  baş  vermiş  dəyişikliklər  nəticəsində  bir 
sıra  ekocoğrafi  problemlər  yaranmışdır.  Buranın 
dağətəyi  hissəsinin  intensiv  kənd  təsərrüfatı  is-
tifadəsinə cəlb olunmuş arid və semiarid landşaft-
larının  təbii-coğrafi  mühiti  xeyli  dərəcədə  dəyi-
şilərək,  müxtəlif  aqrokomplekslərlə  əvəzlənmiş, 
dənizkənarı sahələrində yeni yaradılmış sağlamlıq 
ocaqları  və  müvafiq  infrastrukturlar  ərazinin 
ekoloji  gərginliyinin  artmasına,  orta  dağlıq 
hissələrdə  meşələrin  kütləvi  qırılması,  müxtəlif 
məişət obyektlərinin tikilməsi isə ümumilikdə əra-
zidə  müxtəlif  mənşəli  ciddi  ekoloji  problemlərin 
yaranmasına səbəb olmuşdur. 
Torpaq  örtüyü.  Aparılmış  hesablamalar 
göstərir  ki,  respublikamızın  şimal–şərq  hissəsin-
dəki  torpaq  ehtiyatlarının  əsas  payı,  yəni  66,4%-i 
və  ya  ümumi  torpaq  fondunun  462,6  min  hektarı 
dağlıq,  213,9  min  hektarı  və  ya  33,6%-i  isə 
düzənlik  ərazilərdə  yayılmışdır.  Kənd  təsərrüfa-
tına  yararlı  torpaqlar  isə  ümumi  torpaq fondunun 
55,5%-ni  (386,6  min  ha)  təşkil  edir  ki,  bunun  da 
131,2  min  hektarı  suvarılan  torpaqlardır.  Uzun-
müddətli  suvarmanın  tətbiqi  bu  torpaqlarda  müs-
bət  amillərlə  yanaşı,  kifayət  qədər  ekoloji  prob-
lemlər  də  yaratmışdır.  Bunlardan  ən  qorxulusu 
şoranlaşmadır  ki,  bunun  da  ümümi  göstəriciləri 
şəkil 1-də verilmişdir. 
 
Şəkil 1. Ərazinin suvarılan torpaqlarının ekoloji 
durumu 
Məlumdur  ki,  suvarılan  torpaqlarda  melio-
rativ durumun pisləşməsinə  təsir edən amillərdən 
biri  ərazinin  drenləşmə  şəraitidir.  Şəkil  1-dən 
göründüyü  kimi,  ümumilikdə  bölgədə  suvarılan 
torpaqların yalnız 17,5%-i və ya 23,0 min hektarı 
drenləşdirilmişdir.  Rayonlar  üzrə  isə  yalnız  Xaç-
maz  və  Şabran  rayonlarında  drenləşmə  aparıl-
mışdır. Bu göstərici Şabran rayonunda daha yük-
səkdir. Belə ki, suvarılan torpaqların 66%-i örtülü, 
üfüqi  drenləşmə  şəbəkəsinə  malikdir.  Bununla 
bərabər,  ərazidə  qrunt  sularının  səviyyəsinin  və 
minerallaşma dərəcəsinin təhlükəli həddə çatması 
suvarılan  torpaqların  şorlaşma  dərəcəsinin  artma-
sına səbəb olur (şəkil 2). 
Qrunt  sularının  minerallaşma  dərəcəsi  təh-
lükəli (1-3qr/l arası) və çox təhlükəli olan (3 qr/l-
dən  çox)  ərazilər  ümumi  suvarılan  torpaqların 
33,6%-ni  təşkil  edir  ki,  bu  da  torpaq  istifadə-
çilərindən  suvarmada  daha  ehtiyatlı  olmağı  tələb 
edir.  Bu  baxımdan  buradakı  torpaqların  20%-ə 
qədərinin vəziyyəti qeyri-qənaətbəxşdir. 
 
 
Şəkil  2.  Ərazidə  qrunt  sularının  təhlükəli 
həddə olduğu torpaq sahələri (min ha-la) 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə