Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 107 
 
Azərbaycan Respublikası Dövlət Statistika-
sı  Komitəsinin  məlumatına  görə,  tədqiqat  ərazi-
sindən keçən Bakı-Quba və Rusiya sərhədi (M-1) 
magistralı  yolu  boyu  avtomobillərin  sutkalıq  in-
tensivliyi ildə 8-10% artımla, 2010-cu ildə 21560 
ədəd olmuşdur. Bakı-Quba və Rusiya sərhədi (M-
1)  avtomobil  yolunun  tədqiqat  ərazisindən  keçən 
hissəsinin  orta  uzunlugunu  100  km,  bu  yolda 
yüngül  avtomobillərin  orta  yanacaq  sərfini  8  litr, 
avtobusların 12 litr, yük maşınların isə 15 litr ol-
maqla orta rəqəmi təxminən 11,7 litr nəzərdə tut-
muşuq. Göstərilən rəqəmlərə əsasən, bu məsafədə  
sutka ərzində 252.252 litr və ya 201,8 t benzin iş-
lədilmiş  olur  ki,  bundan  da  biosferə  aşağıdakı 
miqdarda  zərərli  maddələr  atılmışdır  (şəkil  6).  
Beləliklə,  bu  magistralın  hər  100  km  məsafəsinə 
sutka  ərzində  ümumilikdə    orta  hesabla  91,6  ton 
müxtəlif növ zərərli maddələr tökülür, bunların da 
xeyli hissəsi sağlamlığımıza ciddi təhlükə yaradır. 
Belə ki, Beynəlxalq Səhiyyə Təşkilatının məluma-
tına  əsasən,  daxiliyanma  mühərriklərindən  bios-
ferə  atılan  tullantılar  insan  orqanizminə  daxil 
olmaqla bir çox xəstəliklərin, o cümlədən əsəb və 
psixi,  hüceyrələrin  fermentativ  fəaliyyətinin  po-
zulması,  ağciyər,  dəri  və  digər  ağır  xəstəliklərin 
əmələgəlmə təhlükəsi üçün şərait yaradır. 
 
Şəkil 6. Bakı-Quba və Rusiya sərhədi (M-1) 
magistralında biosferə atılan tullantıların  sutkalıq 
miqdarı (100 km-də tonla) 
Ən qorxulu məqamlardan biri isə bu magis-
tralın  yaxınlığından  keçən  və  hətta  bəzi  yerlərdə 
onunla  kəsişən  Bakı  və  Sumqayıt  əhalisinin  bir 
hissəsini içməli  su ilə  təmin  edən  Samur  –  Abşe-
ron  kanalının  bu  tullantılarla  çirklənmiş  suyudur. 
Bu  vəziyyəti  nəzərə  alaraq  kanalboyu  qoruyucu 
sədlərin  çəkilməsi,  müvafiq  yerlərdə  kanalın 
üzərini  plastik  örtüklə  örtülməsi  məqsədəmüva-
fiqdir. 
Nəticə 
1.  Tədqiqat  sahəsindəki  torpaq  örtüyünün, 
xüsusilə düzənlik torpaqlarının getdikcə pisləşmə-
yə məruz qaldığını nəzərə alaraq onların meliora-
tiv  durumunu  daha  da  yaxşılaşdırmaq  üçün  ciddi 
aqrotexniki  tədbirlər  görülməlidir.  Bu  baxımdan 
kanallarda  və  sututarlardakı  sızmaların  qarşısının 
alınması,  dren  şəbəkəsinin  genişləndirilməsi  və 
suvarmada  müasir  üsullardan  istifadə  edilməsi 
vacib şərtlərdəndir. 
Respublikanın  digər  bölgələrində  olduğu 
kimi, burada da torpaq örtüyündə baş verən neqa-
tiv  hallara  qarşı  kompleks  mübarizə  tədbirlər 
proqramının  işlənib  hazırlanmasına  və  bunun  hə-
yata keçirilməsinə ciddi zərurət yaranmışdır. 
Ümumilikdə isə Böyük Qafqazın şimal-şərq 
yamacının düzənlik hissəsində təbii və antropogen 
dəyişilmələr  nəticəsində təbii-coğrafi  komponent-
lərin ekoloji gərginliyə uğrama ardıcıllığı – torpaq 
→ bitki →  su → hava istiqamətində olduğu mü-
əyyənləşdirilmişdir.  
2.  Müəyyən  edilmişdir  ki,  ərazidə  rekrea-
siya  imkanlarından  istifadədən  sonra  ekoloji  gər-
ginlik  daha  da  intensivləşməyə  başlamışdır.  Belə 
ki, son illər burada kütləvi inşa edilən onlarla irili-
xırdalı  istirahət  mərkəzlərinin  istismarı  nəticə-
sində torpaq-bitki örtüyündə və eləcə də hidroloji 
mühitdə  ciddi  ekoloji  problemlər  yaranmışdır. 
Ona görə də burada müvafiq tədbirlərin görülməsi 
vacibdir.  
3.  Ərazidən  keçən  Bakı-Quba  və  Rusiya 
sərhədi magistral yolu (M-1) boyu avtomobillərin 
hərəkəti  zamanı  biosferə  hər  100  km  məsafəyə 
sutka  ərzində  91,6  ton  müxtəlif  növ  zərərli  mad-
dələr  tökülür  ki,  bunların  da  xeyli  hissəsi  sağ-
lamlığımıza  ciddi  təhlükə yaradır.  Bunları nəzərə 
alaraq  ərazidən  keçən,  Bakı  və  Sumqayıt  əhalisi-
nin bir hissəsini içməli su ilə təmin edən Samur – 
Abşeron kanalının müvafiq hissələrinin qoruyucu  
plastik örtüklə örtülməsi məsləhət bilinir. 
4.  Aparılmış  kompleks  tədqiqatların  nəti-
cəsi  olaraq  ərazinin  alçaq  dağlıq  və  dağətəyi  his-
səsində təbii-coğrafi mühit komponentlərinin eko-
loji dəyişilmə sxemi – torpaq→  bitki → su → ha-
va  istiqamətində olduğu müyyənləşdirilmişdir.    
ƏDƏBİYYAT 
BUDAQOV  B.Ə.  1994.  Azərbaycan  Respubli-
kası  ərazisinin  ekoloji  gərginlik  dərəcəsinə  görə  eko-
loji-coğrafi  rayonlaşdırılması.  Təhlükəli  təbiət  hadisə-
lərinə  həsr  edilmiş  elmi-praktik  konfransın  material-
ları. Bakı. Elm. s. 173-187. 
XƏLİLOV Ş.B. 2006. Azərbaycanın ekocoğrafi 
problemləri. Bakı. «Nafta-Press». 160 s. 
İSAYEV  S.A.,  MƏSİMOV  A.Ə.,  XASAYEV 
A.İ. 2003  Geoekologiya.  Bakı. 356 s.  
MƏMMƏDOV  Q.Ş.,  XƏLİLOV  M.Y.  2002. 
Azərbaycanın meşələri. Elm. Bakı. 470 s.  
MÜSEYİBOV  M.A.  1998.  Azərbaycanın  fiziki 
coğrafiyası. Bakı. 397 s. 
АЛИЕВ Г.А 1994. Почвы Болъщого Кавказа. 
Баку. Элм. ч. II. 310 c. 
Eco.gov.az 
Stat.gov.az 


Coğrafiya və təbii resurslar, №1, 2015 
108                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
НЕКОТОРЫЕ ЭКОГЕОГРАФИЧЕСКИЕ 
ПРОБЛЕМЫ  ИНТЕНСИВНО ОСВОЕННЫХ 
ТЕРРИТОРИЙ СЕВЕРО-ВОСТОЧНОГО 
СКЛОНА  БОЛЬШОГО КАВКАЗА 
А.А.Алиев 
 Статья посвящена экогеографическим проб-
лемам,  созданным  разными  факторами,  влияющи-
ми на природно - географическое состояние иссле-
дуемой территории и научным основам мер, приня-
тых для их оптимизации. 
 
SOME ECOGEOGRAPHICAL PROBLEMS OF 
THE NORTH-EASTERN SLOPE OF THE 
GREAT CAUCASUS  
A.A.Aliyev 
The  article  is  dedicated  to  ecogeographical 
problems  created  by  different  factors  affecting  on  the 
natural-geographic  state  of  the  studied  area  and  the 
scientific  basis  of  the  measures  taken  for  optimizing 
them. 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə