Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 109 
 
© Q.Ş.Məmmədov, M.H.Qocamanov
 
COĞRAFİ TƏDQİQATLARDA GEODEZİYA-KARTOQRAFİYA 
ELMİNİN YERİ VƏ ƏHƏMİYYƏTİ 
Q. Ş.Məmmədov
1
, M.H.Qocamanov
2
 
1
AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 
Bakı şəhəri, Ş.Mehdiyev küç.,93a 
2
Bakı Dövlət Universiteti 
AZ1048, Z.Xəlilov küç.,23 
mgodja@yandex.ru 
Məqalədə  coğrafiya  və  Yer  elmləri  sırasında  xüsusi  yeri  olan  geodeziya-kartoqrafiya  elminin 
müasir inkişaf mərhələsində durumu, problemləri, bir elm sahəsi kimi öz inkişafı ilə yanaşı, digər 
elmlərin inkişafında, xüsisilə də coğrafi tədqiqatlarda keyfiyyətcə daha əhəmiyyətli olan rolu  haq-
qında şərhlər verilmiş, təhlillər aparılmışdir. Ölkə ərazisində müasir geodezik-kartoqrafik təminat 
sisteminin  yaradılmasına  dair  bir  sıra  tövsiyələr  verilmiş,  elmi-konseptual  yanaşma  şərh  edil-
mişdir.
 
1.Giriş 
Son  onilliklər  ərzində  geodeziya-karto-
qrafiya  elmi  sahəsində  böyük  sıçrayışla  inkişaf 
baş  vermişdir.  Bütövlükdə  elm  və  texniki  tərəq-
qinin  böyük  uğurlarından  sayılan  qlobal  peyk 
naviqasiya sistemlərindən (GPS) istifadə əsasında 
geodeziya  ölçmə  texnologiyalarının  yaradılması, 
elektron  və  lazer  əsaslı,  eləcə  də  rəqəmli  geo-
deziya  alətlərinin  istehsalı,  yüksək  ayırdetmə 
qabiliyyətinə  malik  aerokosmik  şəkillər  və 
informasiyaların  qəbulu  və  emalı  üsullarının  iş-
lənməsi,  CİS  texnologiyasının  yaradılması  və 
tətbiqi geodeziya-kartoqrafiya elmində baş vermiş 
böyük  nailiyyətlər  olmaqla  yanaşı,  bir  sıra 
problemləri də meydana çıxarır. Məsələn,  klassik 
ölçmə  alət  və  texnologiyalarının  istifadəsinə 
hesablanmış  rəhbər  sənədlər,  təlimatlar  müasir 
tələblərə  cavab  vermədiyindən  onlar  yeni  ölçmə 
texnologiyalarının  dəqiqliyinə  uyğun  olaraq 
yenidən  hazırlanmalıdır.  Bu  kimi  problemlərin 
araşdırılması  və  həll  yollarının  tapılması  vacib 
məsələlərdəndir.  Məqalədə son  dövrlərdə Dövlət 
Torpaq və Xəritəçəkmə Komitəsində yerinə yetiri-
lən  böyükhəcmli layihələr haqqında da məlumat-
lar verilmiş, təhlillər aparılmışdır. 
2.  Coğrafi  tədqiqatlarda  geodeziya-
kartoqrafiya elminin yeri  
Geodeziya-kartoqrafiya  elmi  öz  əhəmiyyə-
tinə  görə  Yer  elmləri  sırasında  xüsusi  yer  tutur. 
Belə  ki,  Yerin  fiziki  səthində,  hətta  fəzada  hər 
hansı  bir  fəaliyyət  həyata  keçirilərsə,  fəaliyyətin 
növündən  asılı  olmayaraq,  orada  mütləq  geode-
ziya-kartoqrafiya materialları və ölçmələrindən is-
tifadə  olunur.  Təcrübi  olaraq  geodeziya-karto-
qrafiya  olmadan  ölkə  iqtisadiyyatının  inkişafı, 
onun  hərbi  qüdrətinin  gücləndirilməsi,  dövlət  at-
ributlarının (quru və su sərhədləri, dənizdə iqtisadi 
maraq zonası hüdudlarının  təyini və s.) təsbiti və 
çoxsaylı  mühəndisi  məsələlərin  həlli  mümkün 
olmaz.  Geodeziya-kartoqrafiya  elmi  özü    inkişaf 
etdikcə,  onun  yeni  dəqiq  ölçmə  vasitələri, 
informasiya 
əldəetmə  metodları  işləndikcə, 
sırasında  mühüm  yer  tutduğu  Yer  elmlərinin  də 
inkişaf  etdirilməsinə  şərait  yaratmış  olur.  Doğ-
rudan  da,  son  onilliklər  ərzində  geodeziya-
kartoqrafiya  sahəsində  böyük  sıçrayışla  inkişaf 
baş  vermiş  və  bu  inkişafın  nəticələrindən  digər 
Yer  elmləri  bəhrələnərək  yeni  keyfiyyətli  nə-
ticələrə  nail  olmuşlar.  Bütövlükdə  elm  və  texniki 
tərəqqinin  böyük  uğurlarından  sayılan  GPS  peyk 
naviqasiya 
sistemlərindən 
istifadə 
əsasında 
geodeziya  ölçmə  texnologiyalarının  yaradılması, 
elektron  və  lazer  əsaslı,  eləcə  də  rəqəmli 
geodeziya  alətlərinin  istehsalı,  yüksək  ayırdetmə 
qabiliyyətinə  malik  aerokosmik  şəkillər  və 
informasiyaların  qəbulu  və  emal  edilməsi  üsul-
larının  işlənməsi,  CİS  texnologiyasının  yaradıl-
ması  və  onun  kartoqrafiyada  tətbiqi  metodları  və 
sairə  geodeziya-kartoqrafiya  elmində  baş  vermiş 
son yeniliklərə  misal ola bilər.  
Geodeziya-kartoqrafiya  metodları  və  texni-
ki  vasitələrinin  coğrafi  tədqiqatlarda  yeri  çox 
mühüm  və  əvəzsizdir.  Belə  ki,  istənilən  coğrafi 
tədqiqatın  sonluğu,  məlum  olduğu  kimi,  onun 
xəritə  və  yaxud  plan  üzərində  təsviri  ilə  tamam-
lanır. Digər tərəfdən, tədqiqat obyektlərinin xəritə 
və  plan  üzərinə  köçürülməsi  üçün  onların 
koordinatlarını  bilmək  tələb  olunur.  Obyektin 
koordinatları  isə  geodezik  metodlarla təyin  edilir. 
Bu  isə  öz  növbəsində  ərazidə  geodeziya  şəbə-
kəsinin yaradılması zərurətini meydana çıxır. Eyni 
zamanda,  xəritə  və  planların  özünün  tərtibi  üçün 
GEODEZİYA VƏ KARTOQRAFİYA
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
110                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
də ərazidə planalma geodeziya istinad səbəkəsinin 
qurulması  tələb  olunur.  Çünki  geodeziya  əsasları 
olmayan  təsvir  kartoqrafik  material  adlandırıla 
bilməz  və  adi  kağız  parçasından  başqa  bir  şey 
deyildir. Bunları aerokosmik şəkillər haqqında da 
demək  olar.  Aerokosmik  şəkillər  də  aid  olduğu 
ərazi  ilə  uyğunlaşdırılmazsa,  başqa  sözlə  desək, 
həmin  şəkillərin  geodezik  bağlanması  həyata 
keçirilməzsə,  onda  onlar  da  lazımsız  bir  kağız 
parçasına  çevrilər  (Gojamanov,  2012).  Əlbəttə, 
geodeziya-kartoqrafiyanın  coğrafi  tədqiqatlardakı  
rolu  yalnız  kartoqrafik  təsvirin  yaradılması  ilə 
bitmir.  Kartoqrafik  metod  coğrafi  tədqiqatlarda 
bir  mühüm  tədqiqat  metodu  kimi  geniş  tətbiq 
tapmaqdadır.  Xüsusilə  də  CİS-in  yaradılması  ilə 
kartoqrafik tədqiqat metodları coğrafi tədqiqatlar-
da daha da əhəmiyyətli olmuşdur.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  coğrafiya 
elmi  özü  də  müasir  inkişaf  mərhələsində  klassik 
yanaşma, tədqiqat metodu və üsullarının əvəzində 
daha  mütərəqqi  və  yüksək  keyfiyyət  göstəricilə-
rinə    malik  müasir  tədqiqat  metodlarına  üstünlük 
verir,  onların  imkanlarından  bəhrələnir,  öz  inki-
şafını “neocoğrafiya” istiqamətində aparır. Bu gün 
coğrafi  tədqiqatların  əsas  informasiya  mənbəyini 
kameral  şəraitdə  əldə  edilən  aerokosmik  şəkillər 
və  kosmosdan  alınan  digər  informasiyalar  təşkil 
edir.    Ekspedisiyaların təşkili isə daha  çox tədqi-
qat  obyektlərinə  səciyyəvi  göstəricilərin  toplan-
ması,  aerokosmik  şəkillərdən  aydın  olmayan  təs-
virlərin ərazidə tamamlanması,  sonda isə tədqiqat 
nəticələrinin  bir  daha  dəqiqləşdirilməsi  və  yox-
lanması  məqsədi  daşıyır.  Bu  isə  o  deməkdir  ki, 
müasir  coğrafiyaçı-tədqiqatçı  aerokosmik  infor-
masiyanı  qəbul  edib  emal  etmək  üsullarını 
bilməli, müvafiq fotoqrammetrik qurğularda paket 
proqramlarla  işləməyi,  tərtib  edəcəyi  xəritənin 
geodeziya-kartoqrafiya  əsaslarını  yaratmağı  və 
CİS  texnologiyası  ilə  kartoqrafik  tərtibat  üsul-
larından  istifadə  etməyi,  tədqiqat  obyektlərinin 
koordinatlarını  təyin  edib  xəritədə  göstərməyi  və 
alınan nəticələri öz tədqiqatlarında istifadə etməyi 
bacarmalıdır.   Qeyd edilənlər geodeziya-kartoqra-
fiya  elminin  Yer  elmləri,  o  cümlədən  coğra-
fiyadakı rolu və əhəmiyyətini göstərməklə yanaşı, 
onların arasında qarşılıqlı vəhdətin olduqca yaxın 
və sıx olduğuna dəlalət edən sübutlardır.  
3.  Geodeziya-kartoqrafiya  elmi  müasir 
inkişaf mərhələsində 
Geodeziya-kartoqrafiya elmi müasir inkişaf 
mərhələsində,  yuxarıda  qeyd  edildiyi  kimi,    həm 
Yer  elmlərinin  inkişaf  etdirilməsi,    həm  də  ölkə 
ərazisində təsərrüfatın müxtəlif sahələrinin fəaliy-
yətində  geodezik-kartoqrafik    təminat  üçün  vacib 
olan  genişəhatəli  məsələlərin  həlli  ilə  məşğuldur. 
Bu  məsələlərdən  əsaslarına  aşağıdakıları  aid  et-
mək olar (Məmmədov, Qocamanov, 2013): 
-  müəyyən  bir  dövr  üçün  qəbul  edilmiş 
geodezik koordinat sisteminin Yer səthində bərki-
dilməsi və ölkə ərazisinə yayılması; 
-  geodeziya  koordinat  sistemləri  (KS)  və 
fundamental  koordinat  sistemləri  arasında  əlaqə-
lərin qurulması; 
-  Yerin  fiquru  və  xarici  qravitasiya  sahə-
sinin (potensialının) öyrənilməsi; 
- ölkə ərazisinin (quru, su və dəniz dibi his-
sələrinin)  xəritələşdirilməsi  məqsədi  ilə  geode-
ziya-kartoqrafiya əsaslarının yaradılması; 
-  dəniz  və  hava  naviqasiyasının  geodezik-
kartoqrafik təminatı; 
-  bütün  ölçülü  (qlobal,  regional  və  lokal) 
geodinamik hadisələrin geodezik-kartoqrafik  mo-
nitorinqi. 
Qeyd  etmək  lazımdır  ki,  bu  məsələlərin 
həlli üçün baza rolunu müəyyən bir dövr üçün qə-
bul  edilmiş  vahid  koordinat  sistemi  oynayır.  Ko-
ordinat  sisteminin  maddi  daşıyıcısı,  yəni  yer  sət-
hində ifadəçisi müxtəlif metodlarla qurulmuş geo-
deziya şəbəkələridir. 
Sovetlər dövründə Azərbaycan Respublika-
sı  (AR)  ərazisində  geodeziya  şəbəkələri  SSRİ-də 
qəbul olunmuş ümumi sxem və proqram əsasında, 
lakin  AR  ərazisinin  fiziki-coğrafi  şəraitinin  bəzi 
xüsusiyyətlərini  nəzərə  almaqla  qurulmuşdur. 
Bütün MDB ölkələrində, o cümlədən AR-də klas-
sik  geodeziya  əsasları  müxtəlif  mənşəli,  sıxlıq  və 
dəqiqliyə malik geodeziya şəbəkələrinin mövcud-
luğu ilə səciyyələnir. 
Müasir dövrdə geodeziya şəbəkələrinin qu-
rulması  metodları  və  ölçmə  vasitələri    tamamilə 
yeniləşmiş  və  onların  sırası  genişlənmişdir.  Buna 
birinci növbədə GPS (ABŞ) və QLONASS (Rusi-
ya)  qlobal  peyk  naviqasiya  sistemlərinin  istifa-
dəsinə  əsaslanmış  yeni  peyk  texnoloqiyaları 
aiddir. Öz növbəsində GPS/QLONASS peyk ölç-
mə  sistemindən  istifadə  ölkənin,  məsələn,  Azər-
baycan  Respublikasının  ərazi  xüsusiyyətlərini  nə-
zərə  almaqla  dövlət  geodeziya  şəbəkələrinin 
(DGŞ)  yenidən  qurulması  və  inkişaf  etdirilməsi  
üçün  yeni  müvafiq  ölçmə  texnologiyalarının 
işlənib hazırlanması  problemini ortaya çıxarır.  
DGŞ-nin yenidən qurulması problemi uzaq 
və yaxın xarici ölkələrdə, o cümlədən MDB ölkə-
lərində  də  aktualdır.  Məsələn,  Rusiya  ərazisində 
KS-nin  əsas  daşıyıcısı  FAQS  (fundamental  as-
tronomik - geodeziya şəbəkəsi) olub, peyk metod-
ları  və  böyük  bazisli  radiointerferometriya  sis-
temlərinin  köməyi  ilə  yaradılır  (məntəqələr  arası 
məsafə 800-1000 km, onların yeri isə Yerin kütlə 
mərkəzinə  nəzərən10
-8 
  R,  burada  R  –  Yerin  orta 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə