Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
112                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
4.  Müstəqillik  illərində  Azərbaycanda 
geodeziya-kartoqrafiya istehsalatının inkişafı  
Azərbaycanda  geodeziya-kartoqrafiya  elm 
və istehsalatının yaranması XIX əsrə təsadüf edir. 
Lakin bu sahənin mütəşəkkil inkişafı əsasən 1969-
cu  ildə  ulu  öndər  Heydər Əliyevin  Azərbaycanda 
siyasi  hakimiyyətə  gəlişi  ilə  başlamış  və  geo-
deziya,  topoqrafiya  və  kartoqrafıya  işlərinin  yeni 
mərhələdə  yerinə  yetirilməsinə    start  verilmişdir. 
Respublikamızda  kənd  təsərrüfatı,  sənaye,  nəq-
liyyat və digər sahələrdə aparılan əsaslı quruculuq 
işləri yerli geodeziya, topoqrafiya və kartoqrafıya 
istehsalatının təşkilini zəruriləşdirmişdi. Ona görə 
də Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında 
məsələ  qaldıraraq  Azərbaycanda  geodeziya- 
kartoqrafiya istehsalatı üzrə ixtisaslaşmış 16 №-li 
Bakı  müəssisəsinin  yaradılmasına  nail  olmuşdur. 
Bu  müəssisədə  yerinə  yetirilən  işlər,  hazırlanan 
məhsullar  Vətənimizin  iqtisadi  qüdrətinin  inki-
şafına  xidmət  etmişdir.  Müxtəliftəyinatlı  və 
miqyaslı  ümumcoğrafi,  inzibati,  siyasi-inzibati, 
turist xəritələri, böyük miqyaslı topoqrafik plan və 
xəritələr, Azərbaycanın 1:300000 miqyaslı siyasi-
inzibati  xəritəsi  nəşr  edildi.  Keçmiş  SSRİ-də  ilk 
dəfə  olaraq  Xəzər  dənizi  şelfinin  dib  relyefinin 
xəritəyə alınmasına başlanıldı. XX əsrin 80-ci illə-
rində  plan  və  xəritə  nəşri  üzrə  bir  sıra  Ümum-
ittifaq sifarişləri, o cümlədən orta məktəblər üçün 
tarix atlasları, kontur xəritələrinin böyük bir qismi 
Bakı kartoqrafiya fabrikində nəşr olunurdu. 1991-
ci  ilədək  olan  dövrdə  respublika  ərazisi  1:25000 
və  1:10000  miqyaslı  topoqrafik  xəritələrlə  tam 
təmin  olunmuş,  böyük  şəhərlərin  topoqrafik 
planları  hazırlanmış,  o  cümlədən  Bakı  şəhərinin 
1:500  miqyasda  yerüstü  topoqrafik  planları  və 
yeraltı  kommunikasiya  xətlərinin  plana  alınması 
həyata  keçirilmişdi.    Respublika  ərazisində tekto-
nik proseslərin öyrənilməsi məqsədi ilə yaradılmış 
geodinamik 
poliqonlarda 
yüksəkdəqiqlikli 
geodeziya  ölçmələrinin  aparılması,  bu  işlərin 
icrasını həyata keçirə biləcək yerli mütəxəssislərin 
hazırlanması və s. bu dövrə təsadüf edir. Lakin bu 
dövrdə  istehsalatın  aparıcı  sahələrində  yerinə 
yetirilən  işlərin,  xəritə  və  planların  sənədləşdi-
rilməsi  əsasən  rus  dilində  aparılmaqla  yanaşı,  
şöbələrdə  çalışan  mütəxəssislərin də böyük əksə-
riyyəti yerli kadrlar deyildi. 
Azərbaycanda  geodeziya-kartoqrafiya  elmi 
və  istehsalatının  daha  geniş  miqyasda  dinamik 
inkişafı  ölkəmiz  1991-ci  ildə  müstəqillik  əldə 
etdikdən sonrakı dövrə təsadüf edir.  1993-cü ildə 
respublikada  yaradılmış  iqtisadi-siyasi  sabitlik, 
bütün  sahələrdə  olduğu  kimi,  geodeziya-karto-
qrafiya  işlərində  də  əsaslı  dəyişikliklər  və  isla-
hatlar aparmaq imkanları açdı. Belə ki, ulu öndər 
Heydər  Əliyevin  ölkə  rəhbərliyinə  qayıdışından 
sonra  geodeziya-kartoqrafiya  sahəsinin  respubli-
kanın həyatındakı  əhəmiyyəti düzgün qiymətlən-
dirilmiş  və  bu  sahənin  inkişaf  etdirilməsinin 
vacibliyi  ön  plana  çəkilmiş,    bu  sahəyə  qayğı  və 
diqqət  daha  da  artırılmışdır.  Bu  gün  möhtərəm 
Prezidentimiz  İlham  Əliyev  tərəfindən  də  geode-
ziya və kartoqrafiya sahəsinə olan diqqət və qayğı 
davam etdirilir. 
1991-2000-ci illərdə müxtəlif məzmunda və 
miqyasda  80  adda  xəritə  və  atlas  tərtib  olunaraq 
nəşr  edilmiş,  Bakı  və  Gəncə  şəhərlərində  yeraltı 
kommunikasiyalar  göstərilməklə  1:500  miqyaslı 
planlarının  yeniləşdirilməsi  başa  çatdırılmışdır. 
2000-ci ildə Azərbaycan və Yaponiya hökümətləri 
arasında  razılığa  əsasən  1:50000  miqyasda  130 
nomenklatura  vərəqindən  ibarət  yeniləşdirilmiş 
rəqəmli  xəritələrin  hazırlanması  Azərbaycanda  
kartoqrafıya sahəsində mühüm hadisə olmuşdur. 
Vətənimizin  təhlükəsizliyinin  möhkəmlən-
məsində  özünəməxsus  yeri  olan  geodeziya,  to-
poqrafiya  və  kartoqrafiya  istehsalatında  həqiqi 
milli  dirçəliş  dövrü  2001-ci  ildən  başlayır. 
Azərbaycan  Respublikası  Prezidentinin  18  aprel 
2001-ci  il  tarixli  Fərmanı  ilə  Dövlət  Torpaq  və 
Dövlət Geodeziya və Kartoqrafiya komitələri ləğv 
edilərək, onların bazasında yeni Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsi yaradıldı. Bununla da geo-
deziya,  topoqrafiya  və  kartoqrafiya  istehsalatının 
çevikliyinə  və  istehsal  gücünün  artırılmasına  nail 
olundu. Respublika Prezidentinin 18 iyun 2001-ci 
il  tarixli  «Dövlət  dilininin  tətbiqinin  təkmil-
ləşdirilməsi  haqqında»  Fərmanı  ilə  müxtəlif-
miqyaslı  topoqrafik  plan  və  xəritələrin,  tematik 
xəritələrin, atlasların və s. kartoqrafik məhsulların 
Azərbaycan dilində istehsalına başlanıldı. 
2001-ci  ildən  başlayaraq  Dövlət  Torpaq  və 
Xəritəçəkmə  Komitəsində  topoqrafik  plan  və 
xəritələrin Azərbaycan dilində kütləvi istehsalının 
təşkili  milli  kartoqrafiya  istehsalatında  mühüm 
hadisədir.  İstehsalat  inkişaf  etdikcə  xəritə  və 
planlarda  işlədilən  terminlərin,  şərti  işarələrin, 
hərfi  işarələrin  istifadəsində,  çərçivəkənar  yazı-
ların  tərtibatında  standart  yanaşmanın  tətbiq 
edilməsi  ehtiyacı duyulurdu. Onu da qeyd etmək 
lazımdır ki, ölkə daxilində topoqrafiya, geodeziya 
və  kartoqrafiya  fəaliyyəti  ilə  məşğul  olan  bütün 
təşkilat, müəssisə və idarələrdə xəritə və planların 
tərtibi zamanı ümumi qəbul edilmiş  şərti işarələr, 
hərfi  işarələr  və  çərçivəkənar  yazıların  tərtibatı 
qaydalarından  istifadə  edilməlidir.  Əks  halda, 
həmin  məhsullardan  istifadə  edərkən  müxtəlif 
anlaşılmazlıqlar və çətinliklər meydana çıxır. Ona 
görə  də  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komi-
təsində ilk dəfə olaraq Azərbaycan dilində 1:5000, 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə