Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 113 
 
1:2000, 1:1000 və 1:500 miqyaslı topoqrafik plan-
lar  üçün  şərti  işarələr  kitabı  hazırlanıb  çap 
etdirilmişdir. Kitabda 492 növ obyektin adı və on-
lara  müvafiq  texniki  göstəriciləri  verilmiş,  həm-
çinin  müxtəlif  miqyaslarda  şərti  işarələri 
göstərilmişdir. Şərti işarələrdən istifadəni asanlaş-
dırmaq  məqsədi  ilə  ayrıca  mətn  şəklində  onların 
izahları, şərti işarələrə dair terminlər lüğəti və to-
poqrafık  planlarda  çox  işlədilən  qısaldılmış  söz-
lərin siyahısı verilmişdir.  
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə 
Komitəsində  1:10000,  1:25000,  1:50000  və 
1:100000 
miqyaslı 
topoqrafik 
xəritələrin 
tərtibində  istifadə  üçün  Azərbaycan  dilində  şərti 
işarələr  kitabları  hazırlanaraq  çap  olunmuşdur. 
1:10000  miqyaslı  topoqrafik  xəritələr  üçün  şərti 
işarələr  kitabında  500-dən  artıq  şərti  işarənin  adı 
və  təsviri,  600-a  yaxın  şərti  qısaldılmış  sözlərin 
siyahısı  verilir.  1:25000,  1:50000,  1:100000 
miqyaslı  topoqrafık  xəritələr  üçün  şərti  işarələr 
kitabında  isə  350-dən  artıq  şərti  işarənin  adı  və 
400-ə  yaxın  şərti  qısaldılmış  sözlərin  siyahısı  əks 
etdirilir.  Bundan  başqa,  rəqəmli  xəritələrin 
tərtibində  istifadə  olunması  nəzərdə  tutulan  şərti 
işarələrin,  qısaldılmış  sözlərin  kodlaşdırılması  və 
informasiya  daşıyıcılarında  (kompüterdə)  toplan-
ması üzrə işlər  aparılır.  
Ölkə  ərazisində    topoqrafiya-geodeziya  və 
kartoqrafiya  təminatı  funksiyasını  öz  üzərinə  gö-
türmüş  Azərbaycan  Respublikası  Dövlət  Torpaq 
və  Xəritəçəkmə  Komitəsi  müstəqillik  illərində 
elmi  yüklü,  böyükhəcmli  layihələr  yerinə    yetir-
miş,  yüksək  nailiyyətlər  əldə  etmişdir.  Bunlara 
qlobal  peyk  naviqasiya  sistemlərindən  istifadə 
əsasında  dövlət  geodeziya  şəbəkəsinin  yenidən 
qurulması və təkmilləşdirilməsi istiqamətində gö-
rülmüş  işlər,  Azərbaycan  dövlətinin  əsas  atribut-
larından  sayılan  dövlət  sərhədlərinin  delimi-
tasiyası  və  demarkasiyası,  transmilli  neft  və  qaz 
kəmərləri,  su  və  nəqliyyat  kommunikasiya  xət-
lərinin  çəkilişi  zamanı  geodezik  təminatın  aparıl-
ması,  çoxsaylı  kadastr  və  rəqəmli  xəritələrin  tər-
tibi  və  nəşri  və  s.  misal  ola  bilər.  Azərbaycan 
Respublikası  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Ko-
mitəsində  milli  atlasın  hazırlanmasında  BDU-nun 
coğrafiya  fakultəsinin,  o  cümlədən  geodeziya  və 
kartoqrafiya    kafedrasının  əməkdaşları  da  yaxın-
dan iştirak etmişlər. 
Azərbaycanda  geodeziya-kartoqrafiya  elm 
və  istehsalat  müəssisələrinin  mütəxəssisləri      res-
publikamızda  bir  çox  idarə,  müəssisə,  komitə  və 
nazirliklərin, o cümlədən Azərbaycan Respublika-
sı  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin, 
Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  üzrə 
Dövlət  Komitəsinin,  Azərbaycan  Respublikası 
Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin, “Azər-
su”  ASC,  Meliorasiya  və  Su  Təsərrüfatı  ASC  və 
başqa  müəssisələrin  yerinə  yetirdiyi  çoxsaylı 
layihələrin 
geodeziya-kartoqrafiya 
təminatını 
həyata  keçirir,  eləcə  də  AMEA  akademik 
H.Ə.Əliyev  adına  Coğrafiya  İnstitutu,  Geologiya 
və Geofizika İnstitutu və başqaları  ilə elmi əmək-
daşlıq edir. 
5.  Azərbaycanda  geodeziya-kartoqrafiya 
elmi və istehsalatının problemləri 
Qeyd  olunan  müvəffəqiyyətlərlə  yanaşı, 
Azərbaycanda  geodeziya-kartoqrafiya  elmi  və  is-
tehsalatının  öz  həllini  gözləyən  bir  sıra  prob-
lemləri  də  mövcuddur  (Məmmədov,  Qocamanov, 
2012). Belə ki, son on ildən artıq müddət ərzində 
“Azərbaycan  Respublikasının  inzibati  ərazi 
bölgüsü”  kitabı  nəşr  olunmamışdır.  Nəticədə  bir 
sıra  yaşayış  məntəqələrinin  adlarının  xəritələrdə 
düzgün  yazılmasında  çətinliklər  yaranır.  Rayon-
lararası 
inzibati 
sərhədlərin 
kodlaşdırılmış 
koordinatlarının  tam  olmaması  da  həmin  sər-
hədlərin  xəritədə  təsvirində  bir  sıra  çətinliklər 
yaradır.  Növbətçi  xəritələrin  Azərbaycan  dilində 
işlənərək yeniləşdirilməsinə böyük ehtiyac vardır. 
Təqdirəlayiq haldır ki, AMEA Coğrafiya Institutu 
ilə  birlikdə  1:50000  miqyaslı  topoqrafik  xəritələr 
əsasında  artıq  165  nomenklatur  vərəqi  üzrə  coğ-
rafi adların Azərbaycan dilində siyahısı toplanmış 
və  onların  yeri,  coğrafi  koordinatlarla  göstəril-
mişdir.  Lakin  respublikamızın  işğal  altında  olan 
əraziləri, eləcə  də Naxçıvan Muxtar Respublikası 
ərazisində  də  həmin  işlərin  davam  etdirilməsi, 
daha  sonra  siyahılarda  toplanmış  adların  dəqiq 
variantlarının aydınlaşdırılmasına ehtiyac vardır. 
Məlum  olduğu  kimi,  SSRİ  dövründə  yer 
qabığının  üfüqi  və  şaquli  hərəkətlərini  öyrənmək 
üçün  Azərbaycan  ərazisində  bir  neçə  geodinamik 
poliqon  yaradılmışdı  (Gojamanov,  2014).  Hal-
hazırda  həmin  poliqonlarda  ölçmə  müşahidələri, 
demək  olar  ki,  tamamilə  dayandırılmışdır.  Ona 
görə də bu sahədə işlərin davam etdirilməsi üçün 
AMEA Geologiya və Geofizika İnstitutu ilə birgə 
səyləri artırmaq  lazımdır. 
Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi 
mütəxəssislərinin  səyi  ilə  orta  məktəblərdə  tədris 
vəsaiti kimi bir sıra divar xəritələri hazırlanmışdır. 
Dünya  atlasının,  Azərbaycan  Respublikası  atlası-
nın,  digər  növ  tematik  atlasların  hazırlanması  da 
əhəmiyyətli olardı.  
6. Nəticə 
XX  əsrin  sonuncu  onilliyindən  başlayaraq 
geodeziya-kartoqrafiya alətşunaslığı sahəsində bö-
yük inkişaf baş vermişdir. Ona görə də innovasion 
geodeziya  alətlərinin  dəqiqliyinə  uyğun  gələn 
müvafiq  ölçmə  üsulları,  metodikaları,  təlimat  və 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə